15 il sonra qardaşının şəhid statusu ləğv edildi - "Deyirlər qəzada həlak olub..." - FOTOLAR

15 il sonra qardaşının şəhid statusu ləğv edildi - "Deyirlər qəzada həlak olub..." - FOTOLAR"2017- ci ildə "Astara şəhidləri" haqqında kitab çap olundu. Həmin kitabın bir nüsxəsini də mənə verdilər. Kitabı açıb baxdıq ki, qardaşım Məmmədov Ələkbər İsa oğlunun adı siyahıda yoxdur. Halbuki o, 1992- ci il döyüşləri zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə qəlpə yarasından şəhid olub".

Bu sözləri qafqazinfo-ya müraciətində Astara rayon Kakalos kənd sakini Məmmədov Əsgər deyib. O bildirib ki, qardaşının adını həmin kitabda görməyəndə şoka düşüb və dərhal Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon şöbəsinə müraciət edib: "Şöbənin zabit rütbəli bir şəxsi mənə dedi ki, qardaşının şəhidlik statusu 2007- ci ildə onun üzərindən götürülüb. Bu necə ola bilər ki, heç bir ailə üzvünə 11 il ərzində məlumat verilməyib və şəhidlik statusu hansı haqla onun üzərindən götürülüb? Bütün kənd əhalisi qardaşımın şəhid olmasından xəbərdardır.

15 il sonra qardaşının şəhid statusu ləğv edildi - "Deyirlər qəzada həlak olub..." - FOTOLARXatırladım ki, qardaşım 1992- ci ildə Ağdərə istiqamətində gedən döyüşlərdə Tərtər rayonu ərazisində qəlpə yarasından şəhid olub. Bununla bağlı ölüm şəhədatnaməsi da əlimizdə var. 1993-cü ilin əvvəllərində Astara Rayon XDS İcraiyyə komitəsinin qərarı ilə qardaşım Məmmədov Ələkbər İsa oğluna şəhid statusu verilmiş və bir vaxtlar təhsil aldığı Kakalos kənd 2 saylı məktəbinin də onun adına verilməsi barədə qərar qəbul edilib. Bunlar isə 14 ildən sonra hansısa komissiya yaradıblar və öz qərarlarına əsasən şəhid qardaşımın statusunu əlindən alıblar. Deyirlər ki, qardaşın avtomobil qəzasında həlak olub.

Qeyd edim ki, 2017- ci ildə kənd məktəb bizə məlum olmayan hansısa səbəblərdənsə bağlandı və uşaqlar 1 saylı kənd orta məktəbinə köçürüldü. Əslində, bu şəhidlik statusunun götürülməsində mənə məlum olan səbəblərdən biri də həmin məktəbin yerləşdiyi torpaq sahəsinə hansısa bir şəxsin iddiasının olmasıdır".

Ə. Məmmədov qardaşının şəhidlik statusunun yenidən geri qaytarılmasını tələb edir:

"Lap tutaq ki, döyüş zamanı avtomobil qəzasında həlak olub. Müharibə şəraitidir. Düşmən gülləsinə tuş gəlib. Adicə Türkiyədə terrorla mübarizə zamanı ölən hər kəs şəhidlik statusu qazanır. Mən qardaşımın şəhidlik statusunun yenidən geri qaytarılmasını tələb edirəm".

Məsələ ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə sorğu göndərilib.

Sorğuya cavab olaraq bildirilib ki, müraciətdə qeyd edilən məsələ ilə əlaqədar vətəndaş Əsgər Məmmədova 09.03.2018-ci il tarixli 594 nömrəli məktubla ətraflı cavab verilib. Bildiririk ki, "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı Qərarının 1.2.5-ci yarımbəndinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular şəhid hesab edilirlər.

Bu Qərarın 4.1-ci bəndinə əsasən, şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur.

Aparılan araşdırmaya və mövcud sənədlərə əsasən, mərhum Məmmədov Ələkbər İsa oğlu 930 saylı hərbi hissədə xidmət keçərkən Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı yox, xidməti vəzifəsini yerinə yetirərkən 12.07.1992-ci il tarixdə avtoqəza nəticəsində (bədbəxt hadisə nəticəsində) həlak olub.

Bu səbəbdən, mərhum Məmmədov Ələkbər İsa oğlunun"Şəhid"statusu ləğv edilmiş, şəhid ailələri üçün mövcud qanunvericilikdə nəzərdə tutulmuş güzəşt və imtiyazların verilməsi 20.04.2007-ci ildə dayandırılıb.
15 il sonra qardaşının şəhid statusu ləğv edildi - "Deyirlər qəzada həlak olub..." - FOTOLAR15 il sonra qardaşının şəhid statusu ləğv edildi - "Deyirlər qəzada həlak olub..." - FOTOLAR


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 3080   Tarix: 06 dekabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bakıda dəhşətli qəzadan görüntülər - VİDEO

Sosial şəbəkələrdə ötən gün Bakıda baş verən ağır yol qəzasının görüntüləri yayılıb. -ə istinadən xəbər verir ki, hadisə "Koroğlu" metrostansiyası yaxınlığında qeydə alınıb. Qəza zamanı toqquşan avtomobillərdən biri aşıb. Hadisədən sonra Heydər Əliyev prospekti Hava limanı istiqamətində sıxlı

14 sentyabr 2021
.

Bakıda təcili tibbi yardım maşını qəzaya düşüb, xəsarət alan var

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report" xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb. Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 9 saylı Bölməsinin təcili tibbi yardım maşını çağırışa gedərkən digər avtomobillə toqquşub. Qəza zamanı tibb bacısı

14 sentyabr 2021
.

Rektorun anası koronavirusdan vəfat etdi

Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyliyə ağır itki üz verib. Unikal.org-un məlumatına görə, rektorun anası Sveta xanım koronavirusdan vəfat edib. Allah rəhmət eləsin!

13 sentyabr 2021
.

Bakıda "Toyota" piyadanı vuraraq ÖLDÜRDÜ

Bakıda yol-nəqliyyat hadisəsi olub. Bu barədə -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, sentyabrın 10-u saat 9 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində qəsəbə sakini A.Kamallı idarə etdiyi "Toyota" markalı avtomobillə yolu keçən paytax

11 sentyabr 2021
.

Bakıda əfqanıstanlı kişi 14 yaşlı qıza seksual zorakılıq etdi - MƏHKƏMƏ

Bakıda Əfqanıstan İslam Respublikasının vətəndaşı Rahimi Mahdinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. xəbər verir ki, işə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə baxılıb. Prosesdə zərərçəkmiş ifadələri dinlənilib. Zərərçəkmişlər ifadələrində bildiriblər ki, 1989-c

17 sentyabr 2021
.

Ağdaşda yaşayış evi kül oldu

Ağdaş rayonunun Qulbəndə kəndində ümumi sahəsi 56 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb. Fövqəladə Hallar Nazirliyindən -a verilən məlumata görə, bitişik ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

12 sentyabr 2021
.

Mingəçevirdə minik avtomobili kül oldu

Mingəçevir şəhərində "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsində elektrik avadanlıqları yanıb. Fövqəladə Hallar Nazirliyindən -a verilən məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

11 sentyabr 2021
.

Kranın dəmir qarmağı fəhlənin ölümünə səbəb oldu - FOTO

Salyan sakini bədbəxt hadisə nəticəsində ölüb. Məlumata görə, hadisə Şirvan şəhərinin "Qarasu OYL" şirkətinin podratçı təşkilatı olan "İlkin-N" firmasının sexində baş verib. Salyan rayonunun Qarabağlı kənd sakini, 1980-ci il təvəllüdlü Qurbanov Elman İsrail oğluna fəhlə işlədiyi sexd

17 sentyabr 2021
.

20 yaşlı oğlanın FACİƏVİ sonu: Özünü... - FOTO

Sentyabrın 12-də Göyçayda itkin düşən gəncin meyiti tapılıb. -a istinadən xəbər verir ki, rayonun Qaraman kənd sakini 20 yaşlı Mustafayev Fuad Məzahir oğlu evdən çıxaraq bir daha geri qayıtmayıb. Əldə etdiyimiz məlumata əsasən, Fuad həmin gün Şirvan kanalının Qaraman kəndindən keçən hissəsində, körpüdə

14 sentyabr 2021