Hamı donub qalıb, onun qərarını gözləyir...

Hamı donub qalıb, onun qərarını gözləyir...Neft ixrac edən ölkələrin energetika nazirləri bu gün Vyanada toplaşır və bu kritik məsələ barədə qərar verəcəklər: hasilatın azaldılmasına dair OPEC+ razılaşması qüvvəsində qalır, ya yox?

Sonxeber.az virtualaz.org-a istinadla xəbər verir ki, bu məsələ ilə bağlı OPEC üzvləri arasında ümumi razılaşma yoxdur. Çünki hamı kartelə daxil olmayan ölkənin-Rusiyanın prezidenti Vladimir Putinin yekun qərarını gözləyir.

Sual yarana bilər: axı ötən həftə Putin Argentinada G20 sammiti zamanı Səudiyyə vəliəhdi, jurnalist Camal Xaşoginin xüsusi amansızlıqla öldürülməsini əmr etdiyi üçün qərblə münasibətləri korlanan Muhammed bin Salmanla xüsusi mehribanlıqla görüşüb. Və elan edilib ki, Putinlə vəliəhd Salman arasında neft hasilatının azaldılmasına dair anlaşma əldə edilib. Həmin xəbərlərin təsiri ilə neft dərhal bahalaşdı, "Brent" neftinin qiyməti bir gündə 5 faizə qədər artdı. O zaman Putin nədən tərəddüd edir və hələ yekun qərar verməyib?

Məsələ burasındadır ki, "Reuters"in bildirdiyi kimi Putin hasilatın azaldılmasının tərəfdarıdır, amma bu ixtisarda Rusiyanın payının daha az olmasını istəyir. İndiyə qədər Rusiyanın payına hasiltın gündə 300 min barrel azaldılması düşürdü, amma Putin istəyir ki, bu pay 100-150 min barrelə qədər azaldılsın. OPEC-də isə buna müsbət baxmırlar: bir halda ki, hasilat azaldılır, o zaman anlaşmanın bütün iştirakçılarına bərabər yük düşməlidir.

"Bloomberg" OPEC-in Vyana toplantısına yola düşən nümayəndə heyətlərindən birindəki mənbələrə istinadən bildirir ki, Moskva hasilatın ixtisar edilməsinə könülsüz yanaşır. Amma yekun qərarı Putin verəcək. Agentliyin bildirdiyinə görə energetika naziri Aleksandr Novak Putinlə operativ danışıqlar aparmaq üçün Sankt-Peterburqa uçmağı planlaşdırır. Nazir hasilatın azaldılmasının Rusiya üçün sərfəli olacağına Putini inandırmalıdır.

Bildirilir ki, yalnız Rusiyanın mövqeyinin qətiləşməsindən sonra OPEC üzvləri danışıqları davam etdirəcəklər. Çünki Moskvanın dünya neft bazarında payı Səudiyyə Ərəbistanını çıxmaqla OPEC-in qalan üzvlərinin payından çoxdur. "Biz hasilatın əhəmiyyətli dərəcədə azaldılması məsələsində Rusiyanın müqaviməti ilə qarşılaşmışıq"-anonim mənbə belə deyib.

Əvvəlcə Səudiyyə Ərəbistanı və OPEC ölkələri hasilatın sutkada 1.3 milyon barrel azaldılmasında anlaşmışdılar. Bu zaman Rusiyadan hasilatı 300-350 min barrel azaltmaq tələb olunurdu. Rusiya isə buna razılaşmadı. İndi məlum olub ki, OPEC-də hasilatın sutkada 1 milyon barrel azaldılması variantı müzakirə olunur. Qeyd edək ki, əvvəlki razılaşmada hasilatın 1.8 milyon barrel azaldılması yer alırdı.

Əgər hasilatın azaldılması barədə razılaşma əldə olunsa analitiklər neftin dərhal bahalaşacağını, yenidən 70 dollara qalxacağını proqnozlaşdırırlar. Lakin neftin qiyməti məsələsində üç əsas oyunçudan birinin (Putin və Salmandan başqa)-ABŞ prezidenti Donald Trampın mövqeyini də hesaba almaq lazımdır. Amerikanın CNBS telekanalı bildirir ki, OPEC-in bir sıra mühüm üzvləri Trampın təzyiqləri ilə üzləşiblər. Onlardan tələb olunur ki, hasilatı azaltmağa qarşı çıxsınlar.

Tramp özü isə Tvitter-də OPEC-i tənqid edib. "Mən ümid edirəm ki, OPEC neft axınını indiki şəkildə saxlayacaq, məhdudiyyətlər olmadan"-Tramp yazıb.

"Dünya daha yüksək neft qiymətləri görmək istəmir və buna ehtiyacı yoxdur"-ABŞ prezidenti bildirib.

Analitiklər qeyd edirlər ki, əgər hasilatın əhəmiyyətli şəkildə-1.3 milyon barrel azaldılması barədə anlaşma əldə edilməsə, OPEC 1 milyon barreldə anlaşsa bunun neft qiymətlərinə ciddi təsiri olmayacaq, əksinə, qiymətlər aşağı düşməkdə davam edəcək.

Hələlik isə birjalarda neftin qiyməti OPEC-də hökm sürən tərəddüdlərin təsiri ilə kəskin-3 faizdən çox aşağı düşüb. Hazırda "Brent" markalı neft (saat 14.30-a olan məlumat) 59 dollardan bir qədər baha satılır...


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 4179   Tarix: 06 dekabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan banklarının xalis mənfəəti 313 milyon manata çatıb

2024-cü il aprel ayının 1-nə Azərbaycan bank sektorunun xalis mənfəəti 312,7 milyon manat təşkil edib. APA xəbər verir ki, bu 2024-cü ilin əvvəli ilə müqayisədə 16,7% və ya 44,8 milyon manat çoxdur. Ötən ilin eyni dövründə bu rəqəm 267,9 milyon manat təşkil edib. Bu ilin ilk rübündə sektorun əməliyya

20 aprel
.

Məcburi köçkünlər üçün tikilən binalardakı mənzillərin satış QİYMƏTLƏRİ

Ötən ilin yanvar ayından keçmiş məcburi köçkünlər üçün tikilmiş və istifadəsiz mənzillərin onlayn satışına başlanılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən onlayn formada satışı həyata keçirilən mənzillər paytaxtın Sabunçu rayonunun Ramana və Kürdəxanı qəsəbələrində, Qaradağ rayonunu

27 fevral
.

Qızılın qiyməti rekordunu yenilədi

Qızılın qiyməti aprelin 1-də rekord səviyyəyə yüksəlib. Bu barədə "Bloomberg" məlumat yayıb. Bildirilir ki, ABŞ Federal Ehtiyat Sisteminin faiz dərəcələrini azaltmağa yaxınlaşdığını göstərən əlamətlər artıma təkan verib. Qızılın bir unsiyasının qiyməti artaraq 2 265,73 dollar olub. Bu 28 martdak

1 aprel
.

Bu məhsullar bahalaşıb

2024-cü ilin mart ayında istehlak qiymətləri indeksi 2023-cü ilin mart ayına nisbətən 100,4 faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 98,9 faiz, qeyri-qida məhsulları üzrə 101,1 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 102,2 faiz təşkil edib. Bu barədə -a Dövlət Statistik

9 aprel
.

Qızılın qiyməti rekord həddə çatdı

Qızılın dünya qiyməti rekord həddə yüksəlib. Ekspertlər bildiriblər ki, son aylarda qiymətli metal Çin istehlakçılarının fenomenal alışları fonunda "ikinci nəfəs" qazanıb. Məlumata görə, sarı metalın bir troya unsiyası (təxminən 31,1 qram) 2 141 dollara (3 639 manat) çataraq, ötən ilin dekabrınd

6 mart
.

Taleh Yüzbəyov Rasim Balayevə "tərbiyəsiz" dedi

"İctimai TV"də yayımlanan "Alatava" serialı müzakirələrə səbəb olub. Bir sıra mədəniyyət xadimləri serialın məzmunu ilə bağlı narazılıq ifadə edib. xəbər verir ki, serialın ssenari müəlliflərindən olan aktyor Taleh Yüzbəyov tənqidlərə cavab verib. O bildirib ki, səsləndirilən fikirlər

25 aprel
.

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

2024-cü ilin yanvar-mart ayları ərzində Azərbaycanda nərə balığından hazırlanan qara kürünün həcmi açıqlanıb. Bu barədə -a Dövlət Statistika Komitəsindən bildirilib. 2024-cü ilin ilk üç ayında Azərbaycanda 103,1 kq nərə balığı kürüsü istehsal edilib. Bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü il

24 aprel
.

Bank sektorunun aktivləri ilk rübdə 241 milyon manatdan çox azalıb

2024-cü il aprel ayının 1-nə Azərbaycan bank sektorunun aktivləri 48 milyard 909,9 milyon manat təşkil edib. APA xəbər verir ki, bu 2024-cü ilin əvvəli ilə müqayisədə 0,5% və 241,3 milyon manat azdır. Bu ilin əvvəlində yerli bankların cəmi aktivləri 49 milyard 151,2 milyon manata bərabər olub. Bu dövrd

20 aprel
.

"TikTok"da məşhurlaşan Adəmin atası həbs olundu

Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar edən şəxslərlə bağlı polis əməkdaşları tərəfindən qanunamüvafiq tədbirlər davam etdirilir. "Qafqazinfo" xəbər verir ki, barəsində dəfələrlə tədbir görülməsinə baxmayaraq 1988-c

15 aprel