Boşanmış kişilərə ərə gedən AZƏRBAYCANLI MƏŞHURLAR - FOTOLAR

Boşanmış kişilərə ərə gedən AZƏRBAYCANLI MƏŞHURLAR - FOTOLARTanınmış sənətçilərin şəxsi həyatlarında baş verən hadisələr hər zaman böyük maraq doğurub.

Bu yazıda oxucuları boşanmış kişilərlə ailə quran azərbaycanlı müğənnilərlə tanış edirik:

Röya

Röya Anar Cəlilovla tanış olanda iş adamı artıq ilk həyat yoldaşından ayrılmaq üzrə idi. "Çudo-Peçka" mağazalar şəbəkəsinin rəhbəri, iş adamı Çingiz Cəlilovun oğlu Anarın Röyaya olan vurğunluğu bu prosesi bir qədər də tezləşdirir. A.Cəlilov ilk həyat yoldaşından boşanan kimi müğənniyə evlilik təklifi edir. İş adamının ailəsi oğullarının Röya ilə münasibətlərinə qarşı çıxsa da, A.Cəlilov qalmaqallı müğənni ilə evlənmək fikrindən vaz keçmir.

"Nə vaxtsa gəlinlik geyinib ailə quracağımı ağlıma belə gətirməzdim" söyləyən Röya əvvəlcə şoka düşdüyünü desə də, təkliflə dərhal razılaşır. Lakin cütlüyün xoşbəxt ailə həyatı cəmi 6 il davam edir. 2008-2014-cü illərdə Anar Cəlilovla nikahda olan müğənnin 2009-cu ildə oğlu dünyaya gəlib. Yeri gəlmişkən, A.Cəlilovun ilk nikahından bir oğlu daha var.

Əməkdar artist Röya Ayxanın keçmiş həyat yoldaşı Anar Cəlilov keçən il 3-cü dəfə yenidən ailə qurub. Röya isə Anardan sonra ailə qurmayacağını bildirmişdi. Lakin sənətçinin yeni sevgilisinin yüksək vəzifəli məmur ailəsindən olduğu, lakin ailənin bu münasibətdən xəbərdar olmadığı bildirilir. Böyük imkanlara malik yeni sevgilinin Röyaya bahalı villalar, maşınlar hədiyyə etdiyi də deyilir. Verilən məlumata görə, yaxın ətrafı dindar iş adamlarından ibarət olan məmur oğlu ifaçıya qadağalar qoyur. Hətta Röya getdiyi tədbirlərə ondan icazə alır.
Boşanmış kişilərə ərə gedən AZƏRBAYCANLI MƏŞHURLAR - FOTOLARAysel Teymurzadə

2009-cu ildə "Eurovision" müsabiqəsində Azərbaycanı yüksək səviyyədə təmsil edən Aysel Teymurzadə karyerasının ilk illərində şəxsi həyatını mətbuatdan ciddi-cəhdlə gizləyərək evlənmək niyyətində olmadığını tez-tez dilə gətirirdi. Lakin bir müddət sonra Azərbaycan Dövlət Filarmoniyasının direktoru, pianoçu Murad Adıgözəlovun ulduzu yeni-yeni parlayan ifaçıya heyran olduğu və həyat yoldaşından boşanaraq onunla ailə qurmaq istəməsi xəbərləri yayılır. Bu xəbərlər tezliklə öz təsdiqini tapır. M.Adıgözəlovun ifaçıdan 3 övladı dünyaya gəlib.

Cütlüyə yaxın mənbələrin sözlərinə görə, Ayselin həyat yoldaşı onu möhkəm qısqanır və mətbuatda görünməsini istəmir. Cütlük bütün tədbirlərə birlikdə qatılsa da, Murad bəy müəyyən jestləri ilə onu çəkmək istəyən fotoqraflara və açıqlama almaq istəməyən jurnalistlərə etiraz edir.
Qeyd edək ki, Murad Adıgözəlov məşhur Adıgözəlovlar nəslinin nümayəndəsidir. Maestronun ilk evliliyindən iki övladı var.
Boşanmış kişilərə ərə gedən AZƏRBAYCANLI MƏŞHURLAR - FOTOLARSafura Əliyeva

2010-cu ildə isə Azərbaycanı "Eurovision" mahnı müsabiqəsində təmsil edən S.Əliyeva da Aysellə eyni taleyi yaşayır. Əvvəlcə evlənəcyi ilə bağlı yayılmış bütün dedi-qoduları təkzib edir. Buna baxmayaraq gənc ifaçının azərbayacanlı nazirin oğlu Fərhad Əliyevin evlilik təklifinə "hə" deməsi sürətlə bütün mətbuatda əks-səda doğurur. Məsələ ondadır ki, Sara Əliyeva ilə evli olan F.Əliyev bir qızı atası idi. Safuraya vurulan nazir oğlu ilk həyat yoldaşından boşanaraq müğənni ilə Bodrumda özünə təmtəraqlı şəkildə toy edir.

A.Teymurzadə ilə S.Əliyeva bir çox cəhətdən oxşardır. Hər ikisi ölkəmizi məşhur mahnı müsabiqəsində təmsil edib, hər ikisi kifayət qədər uğurlu ifaçı idi. Amma onlar karyelarında yüksəlmək əvəzinə ailə sahibi olmağı seçir. Onların hər ikisi boşanmış şəxslərlə ailə qurur və sənətlə birdəfəlik vidalaşır.
Boşanmış kişilərə ərə gedən AZƏRBAYCANLI MƏŞHURLAR - FOTOLARAyan Babakişiyeva

Ayan Babakişiyeva məşhur məmurla yasaq eşq yaşadığını uzun illər sonra mətbuata açıq şəkildə etiraf edir. Müğənni əvvəlcə Karate üzrə dünya çempionu, Fövqəladə Hallar Nazirliyinin idman-sağlamlıq klubunun rəisi, polkovnik Füzuli Musayevin ilk həyat yoldaşından boşanma sənədinin şəkillərini yayır.
Polkovnik isə Ayanla gizli ailə həyatı qurduğunu inkar edir: "Öz ailəmi çox sevirəm. Mənim qızım, oğlum, nəvəm var və mən onlarla fəxr edirəm. Səhv eləmək insanlara xas cəhətdir. Ayan mənim böyük səhvim olub", - deyə etiraf edir.

F.Musayev müğənni ilə münasibətlərini təkzib etsə də, Ayan açıqlamasında bunları söyləmişdi: "Mən onun həyatında səhv olsaydım, 7 il birgə yaşamazdıq. 30 illik arvadını boşayaraq, məni alıb və bizim ortada qız övladımız var. Səhv edən də, aldanan da mənəm. Çünki gəncəm, 52 yaşında bir insanın 7 illik münasibəti səhv adlandırması nə dərəcəsə düzgündür? Füzuli Musayev əlində məhkəmənin boşanma qərarı ilə yanıma gəldi və mənə evlənmək təklif etdi. Övladımı mənimlə evlənmək iddiasında olan, subay kişidən dünyaya gətirmişəm. Bu gün ayılıb məni və yeni dünyaya gələn körpəsini səhv adlandırırsa, bu, onun həyat tərzidir. O insan Azərbaycan kişisinə, dövlət məmuruna yaraşmayan hərəkəti, xarakteri ortaya qoydu. Bu açıqlamanı o zərurətdən edirəm ki, mən övladımı evli kişidən dünyaya gətirməmişəm. Amma çox gülməlidir ki, o, səhvini uşaq doğulandan sonra başa düşdü. Xoşbəxtəm ki, artıq belə bir insan övladımın və mənim həyatımda yoxdur. İctimaiyyət qarşısında məndən və övladımdan imtina edən insan bizə lazım deyil. Mən iradəmlə ayaqda durmağı bacaracam".
Boşanmış kişilərə ərə gedən AZƏRBAYCANLI MƏŞHURLAR - FOTOLARRəqsanə
Gənc yaşda bir dəfə rəsmi nikahda olub boşanan Rəqsasənin də adı evli kişiləri yoldan çıxaran müğənnilər siyahısına daxildir. Müğənninin ikinci qızı Yağmur qeyri-rəsmi nikahda yaşadığı kişidən dünyaya gəlib. İfaçı hətta efirlərin birində evli şəxslə sevgili olduğunu açıq-aydın etiraf etmişdi.
Boşanmış kişilərə ərə gedən AZƏRBAYCANLI MƏŞHURLAR - FOTOLARŞəbnəm Tovuzlu

Evli kişi ilə görüşən daha bir məşhur isə Şəbnəm Tovuzludur. Müğənninin qeyri-rəsmi nikahda yaşadığı sevgilisindən bu yaxınlarda oğlu dünyaya gəlib. Ş.Tovuzlunun ilk evliliyindən isə bir qızı var.
Boşanmış kişilərə ərə gedən AZƏRBAYCANLI MƏŞHURLAR - FOTOLARAygün Bayramova

50 yaşında ailə qurmağa qərar verən Xalq artistinin iranlı həyat yoldaşı Fəraməz Gərmrudi 3 qız atasıdır. Əslən Cənubi Azərbaycandan olan Gərmrudinin həyat yoldaşı fars əsilli xanımdır. İddialara görə, onlar rəsmən hələ də evlidir. Artıq baba olan 62 yaşlı adaxlının İranda Almaniyanın məşhur "KÖHEL" avtomobillərinin rəsmi distribüteridir. Gərmrudi Azərbaycanda musiqi aləmində ud ifaçısı və müğənni kimi tanınır. Demək olar ki, əksər musiqiçilərlə dostluq münasibətləri var. Biznesmenin Aygün Bayramova ilə eşq hekayəsi bu ilin martında, daha dəqiq desək, martın 21-də Gərmrudinin Heydər Əliyev adına Sarayda gerçəkləşən konsertində başlayıb.
Boşanmış kişilərə ərə gedən AZƏRBAYCANLI MƏŞHURLAR - FOTOLAR


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 3037   Tarix: 09 dekabr 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sənubər İsgəndərli aparıcılıq edəcək

Əməkdar artist Sənubər İsgəndərli bu mövsüm tamaşaçıların qarşısına aparıcı kimi çıxacaq. xəbər verir ki, aktrisa "Xəzər TV" ilə anlaşıb. Onun proqramının adı "Sənətdən kənar" adlanır. Bu haqda S.isgəndərli özü məlumat yayıb. Verilişin çəkilişləri bir neçə gündür başlayıb. Yaxın günlərd

17 sentyabr 2021
.

Azərbaycanlı musiqiçi dənizdə boğuldu

Azərbaycanlı gənc musiqiçi Məmmədbağır Misiroğlu dünyasını dəyişib. Axşam.az xəbər verir ki, klarnet ifaçısı dənizdə batıb. Bu haqda sənət adamları məlumat yayıb. Bildirilib ki, Məmmədbağır ötən gün vəfat edib. Qeyd edək ki, Məmmədbağır bir çox müğənninin ansamblında çalışıb

2 sentyabr 2021
.

Ben Afflek sevgilisi Cennifer Lopezə yaxınlaşan pərəstişkarı itələdi - VİDEO

Amerikalı aktyor Ben Afflek sevgilisi məşhur aktrisa Cennifer Lopez ilə şəkil çəkdirmək istəyən pərəstişkarını itələyib. Hadisə aktyorun sevgilisi ilə birlikdə Film Festivalına yollandığı Venesiya baş verib. Məlumata görə, tədbir bitdikdən sonra cütlük hava limanına gedərkən pərəstişkarlardan biri onlar

14 sentyabr 2021
.

Onlar artıq bu kanalda olacaq

"Space" telekanalı bu mövsüm bir çox yeniliklər etməyi planlaşdırır. Axşam.az-a istinadən xəbər verir ki, bir çox yeni simalarla anlaşan kanal əvvəlki əməkdaşları ilə sağollaşıb. ATV-nin simaları olan İlkin Həsəni, Nicat Rəhimov və İlkin Misgərli bundan sonra "Space"də çalışacaq

7 sentyabr 2021
.

Qızı Rəşad İlyasovu sevindirdi

Əməkdar artist Rəşad İlyasovun qızı universitetə daxil olub. xəbər verir ki, bu haqda müğənni özü məlumat yayıb. "Dostlar, təbrik edə bilərsiniz. İkinci dəfə tələbə atası oldum" deyə, ifaçı övladı ilə fotosuna yazıb. Qeyd edək ki, R.İlyasovun bir oğlan övladı da var

4 sentyabr 2021
.

Məşhur müğənni xərçəngdən vəfat etdi

Tanınmış müğənni və aktrisa, "Girls Aloud" qrupunun solisti Sarah Hardinq 39 yaşında vəfat edib. xəbər verir ki, bu barədə ifaçının anası Meri Hardman sosial şəbəkədə yazıb. Sarah bir neçə ildir xərçəngdən müalicə alırdı. Qeyd edək ki, müğənniyə xərçəng diaqnozu ötən ilin yazında qoyulub

6 sentyabr 2021
.

Röya Ayxanın oğlu əməliyyat olundu

Xalq artisti Röya Ayxanın oğlu əməliyyat olunub. xəbər verir ki, sənətçi bu haqda "Mtv" kanalına açıqlamasında bildirib. Xalq artisti yeganə övladı Hüseynin xəstəxanaya yerləşdirildiyini və əməliyyat olunduğunu qeyd edib:. "Oğlum otağından zəng vurub dedi ki, "Ana, mənim çox pis ağrıları

13 sentyabr 2021
.

Afaq Gəncəli ATV-dən getdi

Aparıcı Afaq Gəncəli ATV telekanalından ayrılıb. Axşam.az-a istinadən xəbər verir ki, o, bu gün ərizəsini yazaraq işdən çıxıb. Kanalla dostcasına ayrılan A.Gəncəli daha fərqli layihə ilə tamaşaçı qarşısına çıxacaq. Hazırda onun hansı kanalda çalışacağı bəlli deyil. Qeyd edək ki, sabah Afaq Gəncəlini

6 sentyabr 2021
.

"Zita və Gita"nın aktrisası 72 yaşında - FOTO

Sosial şəbəkələrdə məşhur "Zita və Gita" filminin aktrisası Hema Malinin fotoları yayılıb. xəbər verir ki, hazırda 72 yaşı olan Hemanın son halı müzakirələrə səbəb olub. İstifadəçilər, illər keçsə də Zitanın çox yaşlı görünmdəyini bildiriblər. Aktrisa 1972-ci ildə Rameş Sippinin ekranlaşdırdığ

17 sentyabr 2021