Toya hazırlaşan gəlinlər nələri etməsin? – TÖVSİYƏLƏR

Toya hazırlaşan gəlinlər nələri etməsin? – TÖVSİYƏLƏRHəyatınız boyu gözlədiyiniz ən böyük günə sadəcə bir həftə qalıb. Toyunuzun möhtəşəm keçməsini arzuladığınız kimi, insanlar da eyni şeyləri sizdən gözləyir. Demək ki, qarşında uzunluğu 2 metr olan uzun bir siyahı səni gözləyir.. Mükəmməl gəlinlik, ovsunlayıcı rəqs şousu, xəyallarınızdakı məkan və həyatınıza anlam qatan o insan.. Ən önəmli hekayənizi qüsursuz hala gətirməniz üçün hər kəs sizə məsləhətlər verir və edilməli işlərinizi yada salır. Lakin hər eşitdiyin tövsiyyəni həmən siyahıya qeydə almazdan öncə bir qədər düşün.

Beləliklə, mükəmməl xəyal etdiyiniz günün mükəmməl də keçməsi üçün ediməsi məsləhət görülməyənlərin siyahısını açıqlayaq.

Saçınızı kəsməyi və ya başqa rəngə boyamağı unudun

Sonxeber.az gencaile.az-a istinadən bildirir ki, New Yorkda "Paul Labrecque Salon and Spa"-nın stilisti və sahibi Paul Labrek məsləhət görür ki, saç ustanız yaxşıların yaxşısı olsa belə, toy həftəsindəheç vaxt rəngləmədiyiniz rəngə saç boyamayın. Rəngin açılarkən saçınıza necə təsir edəcəyini və alınan tonun dəri rənginizlə necə uyğunlaşacağını öncədən bilmək mümkün deyil.

Görünüşünüzü təhlükəyə atmadan öncə saç rənginizdə yenilik istəsəniz saç ustanızla məsləhətləşərək daha az riskli və sadə olan kölgələr edə bilərisiniz. Bu görüntünüzə olduqca parlaqlıq verəcək. Lakin daha təhlükəli və uğursuz rənglərə boyasanız, onların yenidən bərpası saçlarınıza zərər verəcək və cansız görünmələrinə səbəb olacaq.

Toy hazırlıqları, gəlinlik məşqləri və s. toydan bir neçə ay öncədən başlayır. Mütəxəssislər bu müddət ərzində saç stilinizi qorumağı məsləhət görür. Saçınızı kəsməklə onun yalnız tərzini və teksturasını dəyişmiş olmayacaqsınız, həmçinin bu kəsim sizin gəlinliyinizin yaxası, duvağınız və ya zinət əşyalarınızla uyumsuz ola bilər.

Böyük günə yaxınlaşdıqca stress və emosionallıq bir o qədər artır. Nə qədər ki, təmkinlisiniz, saçla bağlı qərarınız həll etməyə çalışın.

Ekspress arıqlama metodlarından uzaq durun

Artıq kilonuz var və seçdiyiniz gəlinlikdə istədiyiniz formada görünmürsünüz. Bu mövzuda çox əvvəldən çalışmalara başlamanız münasibdir. Toydan 1 həftə öncə 5-10 kq atdıracaq sağlam pəhriz hələ kəşf edilməyib. Kilo vermək üçün pəhriz cədvəlinizi ən az 6 aydan öncə planlamış olmalısınız. Toya 1 həftə qalmış yazılacağınız idman zallarında edəcəyiniz həddən artıq ağır idman növləri hər hansı orqanınızın incitmənizə və gün ərzində yaşadığınız hərəkətli ritm ilə bərabər bədəninizin bir növ yorulub çökməsinə səbəb olacaq.

Bronzerlər - nəticəsi bilinməyən qərar

Yenə bir son dəqiqə qərarı verərək, dəri rənginin bəmbəyaz olduğunu düşündüyünüz üçün solariyum və ya bronzlaşdırıcı kremləri yoxlamağı dənəməyin. Həfif qaralmaq uğrunda dərinizə çəkdiyiniz bronzlaşdırıcı spreylərin bir çoxu əks-təsiri ilə üzləşə bilərsiniz. Onların faydadan çox zərərlərinin olması isə elmi sübut olunmuşdur.

Kofeindən istifadə məsləhət görülmür

Toy hazırlıqları ərəfəsində keçən uzun gecələrdə özünüzü kofeinə təslim etməniz yuxunuzu qaçırmağa kömək edir. Lakin bu zaman bədəninizdə yığılan hədsiz kofein miqdarı sağlıq problemlərinə yol açır. Həzm sisteminizdəki problemlərlə yanaşı dərinizdə də gözlənməyən ləkə və nöqtələrin üzə çıxması da baş verə biləcək hallardandır. Bu ərəfədə qəhvə ilə yanaşı çay, kola və alkoqola diqqət etməniz məsləhətdir.

Əhval ruhiyyə məsələsinə diqqət edin

Stress və gərgin əhval-ruhiyyə insana ən çox təsir edən nüanslardır. Hətta, bu iki detal bir çox xəstəliklərin təməlində durur. Toy ərəfəsində mümkün qədər rahat olmaq və sakitliyi qorumaq lazımdır. Sirr deyil ki, həssaslıq şkalasının tam sonunda duran bu önəmli gün ərəfəsində emosionallıq həddi artır. Stressin ilk əlamətləri isə əksər xanımlarda çəki artımı və dəri xəstəliləri ilə müşahidə olunur. Bunu kim istəyər?

Mütləq normal yatmalısınız

Gün ərzində ayıq və enerjili olmaq üçün gecə müzakirələrində ayaqda qala bilmək uğruna yuxunuzu axsatmayın. Bu sizdə gündüzlər gərəksiz stress və əsəbilik yarada bilər. Bunun doğura biləcəyi nəticələri isə artıq yuxarıda sadaladıq. Nizamlı yatmaq sağlam qidalanma və idman qədər önəmli prosesdir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 3987   Tarix: 10 dekabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Dördüncü "Matrix"in tizeri yayımlanıb

"Warner Bros." film konserni "The Matrix Resurrections" elmi-fantastik filminin ilk tizerini yayımlayıb. Videoya şirkətin "YouTube" kanalında baxmaq olar. Tizer cəmi 15 saniyədir - orada "Seçim sənindir" yazısı ilə izləyicilərə qırmızı və mavi həblər nümayiş olunu

9 sentyabr 2021
.

Ərdoğan gənclər üçün şeir oxudu - VİDEO

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan şeir oxuyub. xəbər verir ki, Qəhrəmanmaraşda gənclərlə bir araya gələn Ərdoğan Türkiyənin istiqlal şairi Mehmet Akif Ərsoyun şeirini oxuyub. Ərdoğan bu şeirlə məktəblərarası şeir yarışmasında qalib olduğunu xatırladıb. Həmin anların videogörüntüsünü təqdim edirik

12 sentyabr 2021
.

Seyrək saqqaldan bezən bəylər DÍQQƏT! BU ÜSULLA...

Məhsul haqqında. Saqqalınızı yumşaldır, dərini nizamlayır, nəm itkisini tarazlaşdırmaq üçün dərini dəstəkləyir və vitamin və minerallarla zəngindir. Qaşıntı, quru və iltihablanmış dərini rahatladır və sakitləşdirir. Şirin badam ağacının qurudulmuş toxumlarından əldə edilir. Bütün dəri tiplərində xüsusə

8 sentyabr 2021
.

Hollivud ulduzuna görə onlarla mal-qara huşunu itirdi - FOTO/VİDEO

Mission: Impossible" filminin yeddinci hissəsinin çəkilişi zamanı qeyri-adi hadisə baş verib. "The Sun"a istinadən xəbər verir ki, amerikalı aktyor Tom Kruzun təhlükəsizliyini təmin etmək üçün atılan addım ətrafda olan mal-qaranın huşunun itməsi ilə nəticələnib. Məlumata görə, çəkilişlə

11 sentyabr 2021
.

Ronaldodan CZN Buraka ortaqlıq təklifi - FOTO

Türkiyəli məşhur aşpaz Burak Özdemir (CZN Burak), Kriştiano Ronaldodan ortaqlıq təklifi alıb. Unikal.org-a istinadən xəbər verir ki, restoran şəbəkələrinə sahib olan Burak bu barədə yayılan xəbərləri təsdiqləyib. Hətta o, jurnalistlərə açıqlamasında "Ronaldonun böyük qardaşı ilə danışıqlar aparırıq

14 sentyabr 2021
.

"Google" xəritəsindən mistik görüntü - VİDEO

Sosial şəbəkələrdə səhrada yardım çağırışının əks olunduğu foto yayılıb. Şəkli "MrMBB33" ləqəbli "YouTube"-bloqer dərc edib. Bloqer xəritədə İordaniyanın cənubundakı ucqar səhranı araşdırarkən qumun üzərində latın hərfləri ilə "SOS Stranded" ("Kömək lazımdır. Burd

7 sentyabr 2021
.

Əkiz bəylər əkiz gəlinlərlə evləndi

Türkiyənin Adıyaman bölgəsində qeyri-adi toy yaşanıb. Belə ki, məclisdə bəy və gəlinlər əkizlər olub. İki əkiz qardaş əkiz bacılarla ailə qurub. Şadlıq mərasimi vilayətin bələdiyyə başçısı Seleyman Qılıncın iştirakı ilə keçirilib. O, ilk dəfə belə bir hadisə ilə qarşılaşdığını bildirib. Məclis iştirakçılar

6 sentyabr 2021
.

6 yaşlı Koko geyimləri ilə TƏƏCCÜBLƏNDİRİR - FOTOLAR

Moda 6 yaşlılar üçün ən vacib şey olmaya bilər, amma Koko üçün məsələ bir az fərqlidir. -a istinadən məlumat verir ki, Koko Tokioda mağazası olan bir ailədə dünyaya gəlib. Bu da balaca qızcığazın moda anlayışına çox böyük təsir edib. Hazırda o Yaponiyada bir moda simvolu hesab edilir. Onun "Instagram"d

8 sentyabr 2021
.

"Twitter"də yeni funksiya istifadəyə veriləcək

"Twitter" sosial şəbəkəsinin rəhbərliyi istifadəçilərin oxucu siyahısından çıxarılmasına imkan verəcək bir funksiyanı sınaqdan keçirir. Bu barədə sosial şəbəkənin rəsmi hesabında məlumat verilir. Qeyd olunur ki, digər insanları abunəlikdən çıxarma əvvəlcə yalnız "Twitter"in brauze

9 sentyabr 2021