Mirismayıl Xələfli: Mən pedofil deyiləm - MÜSAHİBƏ

"El bizim, sirr bizim" verlişindən edilmiş çıxarış sosial şəbəkələrdə geniş müzakirələrə yol açıb. Görüntülərdə verilişin qonaqlarından biri məktəbdə müəllim ola-ola yeddinci sinif şagirdi ilə evləndiyini bildirib. Həmin video dərhal sosial şəbəkələrə yol tapıb və sürətlə yayılmağa, müzakirə olunmağa başlayıb. Yerli KİV-də isə "Müəllim öz şagirdi ilə evləndi" kimi başlıqlarla dərc olunub.

Sonxeber.az xəbər verir ki, Xeberal.az informasiya saytının baş redaktoru olduğu məlum olan həmin şəxs - Mirismayıl Xələfli Media.Az-a geniş müsahibə verib.

- Məni "Space" telekanalında yayımlanan "El bizim, sirr bizim" verilişinə qonaq qismində dəvət etmişdilər. Tok-şouda "təhsilli və işləyən qadınların ev işlərində rolu" mövzusu müzakirə olunurdu. Hər kəs öz fikrini ifadə edirdi.

Hər şeyi olduğu kimi danışa bilərəm. Verilişin rejissoru məndən operator vasitəsilə xahiş etdi ki, öz şərhlərim və replikalarımla şouya maraq qatım. Verilişin şou xarakterli olduğunu anlayıram. Qonaqlar iki düşərgəyə bölünmüşdü: bəziləri deyirdi, ailədə qadın işləməlidir, başqaları bunun əksini bildirirdilər.

Söz aldıqdan sonra belə bir sual verdim: "Hansı kişiyə xoş olar ki, həyat yoldaşı evə işdən gecə 2-3-də gəlsin?" Sualıma cavab almayıb, fikrimi davam etdirdim və elə buna görə evləndikdən sonra həyat yoldaşımın təhsilini davam etdirməsinə imkan vermədiyimi bildirdim.

Baxmayaraq ki, qohumum olan həyat yoldaşıma o, yeddinci sinifdə oxuyanda vurulmuşam. Bu ifadədən sonra mənim sözümü kəsməyə başladılar, fikrimi tamamlamağa imkan vermədilər.

Verilişin gedişində öz nöqteyi-nəzərimi dolğun şəkildə ifadə etməyə çalışsam da, buna imkan vermirdilər. Hamı mənə qarşı idi. Nəticədə, ictimaiyyətdə guya yeddinci sinif şagirdi ilə ailə qurmuşam deyə yanlış rəy formalaşdı. Bu, heç də həqiqəti əks etdirmir. Mən dediyim sözləri sənədlərlə, dövlətin verdiyi nikah haqqında şəhadətnamə ilə sübut edə bilərəm. Bəzi informasiya agentlikləri hətta mənim guya bu yaxınlarda elvləndiyimi yazırdılar. Əslində, mən 10 ildən çoxdur ki evliyəm. Böyük qızım artıq üçüncü sinifdə oxuyur.

- Həyat yoldaşınıza yeddinci sinifdən sonra oxumağı qadağan etdiyiniz doğrudur?

- Xeyr, doğru deyil. Məsələ ondadır ki, həyat yoldaşım da mənim kimi Ağsu rayonundandır. Yoldaşımın yaşadığı kənddə natamam orta məktəb fəaliyyət göstərir. Yəni orada təhsil doqquzuncu sinfə qədərdir. Doqquzuncu sinfi bitirdikdən sonra şagirdlər başqa kəndin məktəbinə getməli olurlar.

Bir daha deyim, aydın olsun, yeddinci sinif məsələsi ilə bağlı anlaşılmazlıq necə meydana gəldi. Verilişdə dedim ki, gələcək həyat yoldaşımı ilk dəfə yeddinci sinifdə oxuyanda görmüşəm. Mən həmin məktəbdə müəllim işləyirdim. Vəssalam. Elə bəzi saytlar da bu sözlərdən yapışıb.

Həyat yoldaşım doqquzuncu sinfi bitirdikdən sonra nişanlanmışıq, onun təhsili davam etdirməyəcəyi artıq məlum idi. Dediyim kimi, yoldaşımla qohumuq, iki il nişanlı olmuşuq. 2008-ci ildə onun yetkinlik yaşına çatmasından sonra evlənmişik, yəni qanunvericiliyə uyğun şəkildə. Mən artıq nikah haqqında şəhadətnamənin və övladımın şəklini də yaymışam. Bu sənədlərdən hər şeyin qanun çərçivəsində olduğunu görmək olur.

- Bu tənqidlərə münasibətiniz necə oldu?

- Söhbətin nədən getdiyini bilmədən, məni pedofil adlandırdılar. Kontekstdən çıxarılmış, təhrif olunmuş ifadə dərhal müzakirə predmetinə çevrildi. Dolğun məlumat olmadan qarşı tərəfi nədəsə ittiham etmək, tənqid etmək, alçaltmaq olmaz. Məni tənqid edənlər çox hövsələsiz adamlardırlar.

Xəbəri yayan jurnalistlər heç mənimlə əlaqə yaradıb, məsələni dəqiqləşdirməyə də lüzum görməyib. Bu, peşəkar yanaşma deyil. Məni tapmaq asandır, mən gizlənmirəm. Siz ki məni tapmısınız, mənimlə əlaqə yaratmısınız. Əlbəttə ki, bu, adama pis təsir edir, ancaq heç kimə kin bəsləmirəm.

- "El bizim, sirr bizim" verilişinin aparıcısı Elçin Əlibəylinin çılğın şəkildə reaksiya göstərməsi sizi təəcсübləndirdi?

- Mənim Elçin Əlibəyliyə hörmətim var. O, məni dəfələrlə öz şousuna dəvət edib, buna görə pul-para istəməyib. Yəqin, bilmirsiniz, amma həqiqətən, bəzi telekanallarda bu və ya digər şounun qonağı olmaq istəyənlər üçün xüsusi preyskurantlar var. Onları da anlamaq olar, lakin Əlibəylidə belə bir şey heç vaxt görülməyib.

Mənə elə gəlir ki, verilişin bu şəkildə yayımlanması Elçin Əlibəyliyə "əl verirdi". Ancaq ona da kin bəsləmirəm. Şou canlı deyildi, videoyazı idi və çəkilişdən sonra aparıcıya yaxınlaşıb dedim ki, veriliş cəmiyyətdə ciddi rezonans doğura bilər. Çünki bütün qonaqlar kifayət qədər emosional idilər.

Mən də emosiyalara qapılıb, yanlış fikir səsləndirə bilərdim. Ancaq nə olub, olub. Mən axı xalq düşməni deyiləm, məni daşlamaq lazım deyil. Ümid edirəm ki, sizin vasitənizlə bütün söz-söhbətlərə nöqtə qoyulacaq.
Mirismayıl Xələfli: Mən pedofil deyiləm - MÜSAHİBƏMirismayıl Xələfli: Mən pedofil deyiləm - MÜSAHİBƏMirismayıl Xələfli: Mən pedofil deyiləm - MÜSAHİBƏ


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1571   Tarix: 11 dekabr 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Saxta sürücülük vəsiqəsi istifadə edən şəxs CƏZALANDIRILIB

Saxta sürücülük vəsiqəsindən istifadə etməkdə təqsirləndirilən Rusiya vətəndaşı barəsində hökm çıxarılıb. -a istinadla xəbər verir ki, 1990-cı il təvəllüdlü Rusiya Federasiyasının vətəndaşı - Emil Şərəfxan oğlu İsmayılov Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə (saxta sənəddən istifadə) ittiham olunub

20 dekabr
.

Pensiya alanlara ŞAD XƏBƏR: Gələn ildən...

"Hazırda Azərbaycanda pensiya yaşının artırılması ilə bağlı hər hansı bir layihə müzakirə edilmir və bu istiqamətdə heç bir sənəd təqdim olunmayıb. Lakin ümumilikdə pensiya islahatlarının dərinləşdirilməsi və pensiya qanunvericiliyinin təkmilləşdirilməsi sosial müdafiə sahəsində əsas prioritetlərdə

21 dekabr
.

2 yaşlı uşaq kanalizasiya quyusuna düşüb öldü

Beyləqanda azyaşlı bədbəxt hadisənin qurbanı olub. "Qafqazinfo" xəbər verir ki, rayonun Tatalılar kəndində 2 yaşlı Uğur Elmidar oğlu İmanzadə həyətlərində olan kanalizasiya quyusuna düşüb. O, boğularaq ölüb. Faktla bağlı araşdırma başlanıb

19 dekabr
.

Nazirlikdən "Baku Electronics" MMC-yə məxsus mağazada YOXLAMA

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir. xəbər verir ki, bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Mingəçevir şəhəri, Müslüm Maqomaye

20 dekabr
.

Rusiya-Ukrayna cəbhəsində döyüşən Samirə Səmədova: "Qərbi Azərbaycan tarixi vətənimdir"

Kiyevdə azərbaycanlıların da təmsil olunduğu "Kozak Drive" Fondunda Ukrayna Silahlı Qüvvələrində xidmət edən yeganə azərbaycanlı qadın hərbi pilot Samirə Səmədova ilə görüş keçirilib. Fondun təmsilçisi Tatyana Peneva ilə Ukrayna Azərbaycanlıların Birləşmiş Konqresinin sədri Rövşən Tağıyev toplanmı

20 dekabr
.

​Belə çağırışlar edənlər - 500 manat ödəməli olacaq

İnternet informasiya ehtiyatında fahişəliklə məşğul olmağa açıq çağırışların edilməsinə görə 500 manat cərimə tətbiq olunacaq. "Qafqazinfo" xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barəd

19 dekabr
.

Karantin rejiminin müddəti uzadıldı

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar verib. Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsus

20 dekabr
.

Direktoru divara itələyən müəllimlə bağlı - Rəsmi açıqlama+Video

Sosial şəbəkələrdə yayılan Qobustan rayonu Ərəbşahverdi kənd ümumi orta ümumtəhsil məktəbinin müəlliminin direktora qarşı uyğunsuz davranışını əks etdirən video ilə bağlı araşdırma aparılıb. Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Dağlıq Şirvan Regional Təhsil İdarəsindən məlumat verilib

19 dekabr
.

19 yaşlı oğlan qəfil öldü

Bakıda gənc oğlan qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə Xətai rayonu Yeni Günəşli qəsəbəsində baş verib. 2006-cı il təvəllüdlü Nihad İsmayıl oğlu Məmmədov səhhətinin anidən pisləşməsi nəticəsində həyatını itirib. Yaxınları onun insult keçirdiyini bildiriblər. Faktla bağlı araşdırm

20 dekabr