Çavuşoğlu Bakıdakı məxfi görüşün DETALLARINI AÇDI: Lavrovla...

Çavuşoğlu Bakıdakı məxfi görüşün DETALLARINI AÇDI: Lavrovla..."Azərbaycanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına sədrliyi zamanı bəzi məsələləri həll edə bildik. Azərbaycanı quruma uğurlu sədrliyi münasibətilə təbrik edirəm. Bu qurumda islahatlar aparılmalı, mövcud problemlər həll olunmalıdır".

Sonxeber.az-ın Publika.az-a istinadən xəbərinə görə, bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib. Onun sözlərinə görə, Azərbaycanın səyləri nəticəsində qurumda əhəmiyyətli irəliləyişlərə nail olunub: "Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının iclasında gələcəkdə edə biləcəyimiz məsələlərin də müzakirəsini apardıq. Türkiyə üçün QDİƏT çox önəmlidir. Təşkilat digər qurumları ilə birgə çox vacib vəzifələri həyata keçirir. Bu qurumun daha da genişləndirilməsi, böyüməsi və inkişaf etdirilməsi üçün səylərimizi davam etdirəcəyik".

Mövlud Çavuşoğlu Rusiya XİN rəhbəri Lavrovla keçirdiyi təkbətək görüşün detallarına da toxunub: "Rusiyalı həmkarımla ikitərəfli məsələləri, ticarət, viza rejiminin mərhələli şəkildə aradan qaldırılması, birgə layihələrin həyata keçirilməsini müzakirə etdik. Biz Suriya, İdlibdəki son durum və digər regional məsələlər ətrafında fikir mübadiləsi apardıq. Türkiyə və Rusiya prezidentləri arasında çox sıx dialoq mövcuddur, onlar davamlı olaraq görüşür, telefonda danışırlar. Biz onların birgə qəbul etdikləri qərarları da nəzərdən keçirdik. Həmçinin Kerç boğazında baş verən insident ətrafında da müzakirə apardıq".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1854   Tarix: 14 dekabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

İlham Əliyev: "Ermənistan Naxçıvan Muxtar Respublikası ilə yol əlaqəsini qurmaq imkanını bloklayır"

"Zəngəzur dəhlizinə gəldikdə, qeyd etdiyiniz kimi, 2020-ci il noyabrın 10-da imzalanmış Üçtərəfli Bəyanatda bu məsələ aydın şəkildə əks olunur. Bəli, "Zəngəzur dəhlizi" sözü orada qeyd olunmayıb. Lakin yazılıb ki, Azərbaycanın şərq hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında yo

23 aprel
.

Prezident: "Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar"

"Bu gün biz bəzi ölkələrdən Azərbaycana qarşı əsassız hücumları görürük. Biz cavab tədbirləri görürük". AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumd

23 aprel
.

Tavuşdakı gərginliyə görə Paşinyan ittiham edildi

"Noyemberyan rayonunda təxribat törədənlər Ermənistan hakimiyyətinin göstərişi ilə hərəkət ediblər". Bu açıqlama ilə Ermənistan Milli Məclisinin müxalif "Hayastan" blokunun deputatı Qarnik Danielyan çıxış edib. O qeyd edib ki, aksiya zamanı yolda etirazçıları mühasirəyə alan poli

23 aprel
.

​​​​​​​Azərbaycan və Qırğızıstan arasında ikiqat vergitutma aradan qaldırılır

Azərbaycanla Qırğızıstan arasında "Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş" imzalanıb. xəbər verir ki, sənədləri Azərbaycanın iqtisadiyya

24 aprel
.

"Azərbaycanla Ermənistan arasında delimitasiya prosesinə sürətlə gedir" - Politoloq

Dünən 2024-cü il aprelin 23-də Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesi çərçivəsində ilk sərhəd dirəyi quraşdırılıb. İki ölkənin ekspert qruplarının işi davam edir. Yaxın gələcəkdə hansı əraziləri

24 aprel
.

Rusiya Prezidenti: "Heydər Əliyev BAM layihənin icrasında böyük rol oynayıb"

"Bu günlər biz Baykal-Amur Magistralının 50 illiyini qeyd edirik. Hamı yaxşı bilir ki, Sizin atanız bu layihənin icrasında böyük rol oynayıb". AZƏRTAC xəbər verir ki, bu fikri aprelin 22-də Rusiya Prezidenti Vladimir Putin Moskvada Azərbaycan Prezidenti İlham Əliyev ilə təkbətək görüşdə deyib

22 aprel
.

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar. Bununla bağlı məlumat yayıb

25 aprel
.

Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri aprelin 22-də başa çatıb. Bu barədə AZƏRTAC xəbər verib

23 aprel
.

İlham Əliyev: "Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur"

"Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur". AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumda çıxışında deyib. "Üzləş

23 aprel