Azərbaycanın iqtisadi cəhətdən ən güclü və ən zəif rayonları - SİYAHI

Azərbaycanın iqtisadi cəhətdən ən güclü və ən zəif rayonları - SİYAHIAzərbaycanın iqtisadi cəhətdən ən güclü və ən zəif rayonları məlum olub. Dövlət Statistika Komitəsindən verilən məlumatda 2018-ci ilin ilk 9 ayında ölkənin rayon və şəhərlərinin əsas sahələrdə məhsul buraxılışı açıqlanıb.

Həmin göstərici, əslində şəhər və rayonun iqtisadi dövriyyəsi və gücünü göstərir.

Əsas sahələrdə məhsul istehsalına görə, ilk yeri təbii ki, Bakı şəhəri tutur. Bakı şəhəri üzrə məhsul buraxılışının dəyəri 2018-ci ilin 9 ayında 46,1 mlrd manat olub. Bu bütün ölkə üzrə ÜDM-nin 72,3%-ni təşkil edir.

Bakı şəhərindən sonrakı yerləri ölkənin ənənəvi iqtisadi mərkəzləri – Sumqayıt, Naxçıvan və Gəncə şəhərləri tutur.

Naxçıvan və Sumqayıt şəhərlərində ilk 9 ayda hərəyə təqribən 1,5 milyard manatlıq ümumdaxili məhsul istehsal edilib. Bu ölkə üzrə ümumi göstəricinin 2,3%-ni təşkil edir.

İqtisadiyyatının böyüklüyünə görə fərqlənən 10 şəhər və rayonun sırasına Abşeron, Şirvan, Şəmkir, Xaçmaz, Şərur, Cəlilabad və Ağcabədi də daxildir.

Azərbaycanın iqtisadi cəhətdən ən güclü və ən zəif rayonları - SİYAHIBunlardan sonra ölkənin ən güclü rayon və şəhərləri siyahısında Sabirabadı (376,7 milyon manat istehsal həcmi), Şəkini (368,3 milyon manat), İmişlini (352,8 milyon manat), Lənkəranı (340,6 milyon manat), Tovuzu (319,7 milyon manat), Masallını (319,3 milyon manat) və başqalarını qeyd etmək olar.

Maraqlıdır ki, ölkədə turizm məkanı kimi populyarlaşan və iri qida müəssisələrinin yerləşdiyi bəzi rayonların rəsmi iqtisadi dövriyyəsi çox aşağıdır. Məsələn, Qəbələ rayonunda əsas məhsul istehsalı cəmi 212 milyon manat təşkil edib və Qəbələ bu göstəriciyə görə, ölkədə heç ilk 20-likdə də deyil. Bu siyahıda Yevlax (238,4 milyon), Neftçala (237,9 milyon), Salyan (287,4 milyon), Ağdaş (253,1 milyon), Hacıqabal (234,1 milyon) və sair rayonlar bu siyahıda Qəbələni qabaqlayır.

İqtisadiyyatı o qədər də böyük olmayan rayonların siyahısına isə əsasən işğal altında olan rayonlar başçılıq edir. Zəngilan (1 mln 394 min manat),Qubadlı (5 mln 294 min manat), Şuşa ( 10 mln 160 min manat), Xocavənd (10 mln 986 min manat), Laçın (17 mln 26 min manat). İşğal altında olan rayonları nəzərə almasaq iqtisadiyyatı kiçik olan 10 rayon aşağdakı cədvəldə əks olunub.

İqtisadiyyatı ən kiçik olan rayonlar Naftalan və Sədərəkdir. 20-yə yaxın sanatoriya və hotelin cəmləşdiyi, ölkənin əsas müalicə turizmi mərkəzi sayılan Naçtalan hələ də ən kiçik iqtisadiyyatı olan rayondur. Belə ki, ilk 9 ayda burada cəmi 15,6 milyon manatlıq məhsul istehsl edilib. Müqayisə üçün bildirək ki, bu rəqəm, işğal altında olan Laçın rayonundan 10%, Sumqayıtdan 100 dəfə, siyahıda axırıncı yerlərdən birini tutan Daşkəsəndən isə 4 dəfə azdır. (fed.az)
Azərbaycanın iqtisadi cəhətdən ən güclü və ən zəif rayonları - SİYAHI


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 7395   Tarix: 14 dekabr 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Manatın məzənnəsi ilə bağlı vacib AÇIQLAMA

"Azərbaycan manatın ABŞ dollarına qarşı məzənnəsini 1,7 səviyyəsində sabit saxlanmasını davam etdirəcək". "S&P Global Ratings" Azərbaycan üzrə yenilənmiş iqtisadi proqnozlarını açıqlayıb. Qeyd edilib ki, Mərkəzi Bankın mütəmadi valyuta intervensiyaları və güclü ehtiyat mövqey

6 dekabr
.

Azərbaycan tütün idxalına çəkdiyi xərci 6 %-ə yaxın artırıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 106,650 milyon ABŞ dolları dəyərində tütün və tütünün sənaye əvəzediciləri idxal edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 5,7 % çoxdur. Hesabat dövründə Azərbaycandan 50,547 milyo

23 noyabr
.

Azərbaycanda unun topdansatış qiyməti AÇIQLANDI

Azərbaycanda un istehsalçılarının topdansatış məntəqələrində 50 kq-lıq un kisələrinin qiymətləri açıqlanıb. xəbər verir ki, qiymətlər bölgələrdə 26,10 manatdan 28,40 manatadək dəyişir. Ən ucuz un "Dəvəçi-Taxıl" MMC-də, ən bahalı isə "Azeri-Arapoğlu U.S. və T. LTD" BM-də satılır

29 noyabr
.

Azərbaycan Türkiyə iqtisadiyyatına birbaşa investisiya qoyuluşunu 65 %-ə yaxın artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Türkiyə iqtisadiyyatına 288 milyon 613 min ABŞ dolları birbaşa investisiya qoyub. "Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 64,5 % çoxdur. Hesabat dövründə Azərbaycanın Türkiyə iqtisadiyyatın

20 dekabr
.

Gələn il də maaş və pensiyalar artacaqmı?

Pərviz Heydərov yazır. 2026-cı il üçün dövlət büdcəsi gəlirləri 2025-ci ilin proqnozu ilə müqayisədə 253 milyon manat, başqa sözlə cəmi 0.6% çox olmaqla 38 609 00.0 min manat, xərcləri isə 296 milyon manat, yəni cəmi 0.7% çox olmaqla 41 703 600.0 min manat təşkil edəcək. Lakin cəmiyyəti maraqlandıra

22 noyabr
.

Azərbaycan Türkiyədən mebel idxalına çəkdiyi xərci 9 %-ə yaxın azaldıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan Türkiyədən 126,667 milyon ABŞ dolları dəyərində mebel, kağız və meşə məhsulları idxal edib. "Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 8,8 % azdır. Təkcə noyabrda isə Türkiyə Azərbaycan

13 dekabr
.

Qızıl, gümüş və mis konsentratının hasilatı artıb

Bu ilin yanvar-noyabr aylarında ölkədə metal filizlərinin hasilatında artım qeydə alınıb. rəsmi statistikaya istinadən xəbər verir ki, hesabat dövründə Azərbaycanda 2 min 815 kq qızıl və 3 min 505.5 kq gümüş hasil edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə qızıl hasilatı 9.7 faiz və ya 247.8 kq, gümü

13 dekabr
.

Azərbaycanda duru bitki yağları istehsalı azalıb, marqarin istehsalı isə artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 33 min 449,1 ton duru bitki yağları istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2,7 % azdır. Hesabat dövründə Azərbaycanda həmçinin 41 min 403,4 ton marqarin istehsa

22 noyabr
.

Üç vəzifəli şəxs cərimələndi

Azərbaycanda 3 BOKT-un vəzifəli şəxsləri cərimələnib. xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb. Bildirilib ki, BOKT "Effektinvest" MMC-nin vəzifəli şəxsi 4500 manat, "Finex Kredit" BOKT ASC-nin vəzifəli şəxsi 800 manat, "BOKT Caspian İnvest"

17 dekabr