12 yaşlı uşağı evinə çağırıb zorladı, sonra... - Azərbaycanda ŞOK OLAY

12 yaşlı uşağı evinə çağırıb zorladı, sonra... - Azərbaycanda ŞOK OLAYŞirvan şəhərində azyaşlıya təcavüz etməkdə təqsirli bilinən Rusiya Federasiyasının Voronej şəhərində anadan olmuş, 2001-ci il təvəllüdlü Samir Abbasovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Sonxeber.az Publika.az-a istinadən xəbər verir ki, hadisə 2016-cı il dekabrın 17-də baş verib. Paytaxtın Biləcəri qəsəbəsindəki 18 saylı Peşə Litseyinin 1-ci kursunda təhsil alan Samir Abbasov həmin gün saat 15 radələrində yaşadığı Şirvan şəhərindəki Cihazlar zavodunun yataqxanasındakı mənzilə qonşuları olan 2004-cü il təvəllüdlü Sadiq Məmmədovu (zərərçəkmişin ad və soyadı şərti verilib – red.) çağırıb.

Onun çağırışı ilə Sadiq Samir Abbasovun yaşadığı evə gəlib. Bu zaman o, əvvəlcədən planlaşdırdığı kimi Sadiqlə qeyri-təbii yolla cinsi əlaqədə olmaq istəyini reallaşdırmaq istəyib.

Öldürməklə hədələdi, soyunmasını tələb etdi

Bu məqsədlə Samir Abbasov hədə-qorxu gələrək, Sadiq Məmmədovdan soyunmasını tələb edib. Əvvəlcə Sadiq onun dedikləri ilə razılaşmayıb.

Bu zaman Samir Abbasov stolun üstündə olan bıçağı götürərək, onu öldürməklə hədələyib. Bundan sonra azyaşlı oğlan soyunub.

Cinsi əlaqə

Daha sonra Samir Abbasov azyaşlı oğlanla qeyri-təbii yolla cinsi əlaqədə olub, ona qarşı digər zorakılıq hərəkətləri edib. İntim əlaqədə olandan sonra Samir Abbasov ona baş verənlərlə bağlı heç kimə deməməsini tapşırıb. Amma azyaşlı baş verən hadisəni valideynlərinə danışıb.

Bundan sonra Sadiq Əliyevin valideynləri Şirvan şəhər polis şöbəsinə şikayət edib. Onların şikayəti əsasında saxlanılan Samir Abbasovun barəsində "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilib.

7 il 6 ay həbs

Samir Abbasova qarşı Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddəsi ilə iş açılıb.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Samir Abbasov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən, Samir Abbasovun barəsində həbs qətimkan tədbiri seçilib, o, məhkəmə zalından həbs edilib.

Hökmdən narazılıq

Hökmdən narazı qalan Ulduzə Əhmədova apelyasiya şikayəti verib. O, müdafiə etdiyi şəxsin barəsində olan hökmün ləğv edilməsini, onun barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Həmçinin zərərçəkmiş şəxsin nümayəndəsi də apelyasiya şikayəti verib. Zərərçəkmiş tərəf təyin olunan cəzanın yüngül olmasından narazılıq edib. Bu səbəbdən apelyasiya şikayətlərində Samir Abbasovun barəsində olan cəzanın ağırlaşdırılmasını xahiş ediblər.

Hər iki tərəfin şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət araşdırılması üçün hakim Kamil Bəşirovun icraatına verilib.

Əxlaqsız hərəkət: zorakılıq, yoxsa...

Apelyasiya şikayətinin araşdırması zamanı təqsirləndirilən şəxsin vəkili Ulduzə Əhmədova apelyasiya şikayətində dəyişiklik edib.

Vəkil müdafiə etdiyi şəxsin əməlini Cinayət Məcəlləsinin 153-cü (Əxlaqsız hərəkətlər) maddəsinə tövsif olunmasını xahiş edib. Vəkil qeyd edib ki, Samir Abbasov zərərçəkmişə zor tətbiq etmədən, zərərçəkmişin könüllü razılığı ilə əxlaqsız hərəkətlər edib.

Barışıq nə səbəbə olub?

Ulduzə Əhmədova birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsini, müdafiə etdiyi şəxsə Cinayət Məcəlləsinin 153-cü maddəsində nəzərdə tutulmuş cəzadan da aşağı həddə cəza təyin olunmasını istəyib.

Vəkil qeyd edib ki, təqsirləndirilən şəxslə zərərçəkmiş barışıb, bu halda qərar qəbul olunan zaman nəzərə alınmalıdır.

Apelyasiya məhkəməsində araşdırma aparılan zaman zərərçəkmiş iclaslara gəlməyib. O, məhkəməyə teleqrama göndərib. Zərərçəkmiş qeyd edib ki, könüllü şəkildə, yəni öz xoşu ilə cinsi əlaqədə olub. O, məhkumla barışdıqlarını və bu halları nəzərə alaraq ona həbslə əlaqədar olmayan cəza təyin olunmasını xahiş edib.

Cəza 7 il 6 aydan 3 ilə endirildi

Apelyasiya şikayətini araşdıran hakimlər sonda qərar açıqlayıb. Qərara görə, təqsirləndirilən şəxsin müdafiəçisinin apelyasiya şikayəti qismən təmin edilib.

Samir Abbasova təyin edilmiş 7 il 6 ay müddətinə həbs cəzası 3 ilə qədər endirilib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 2607   Tarix: 16 dekabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda sevdiyi qızın ailəsinin "yox" dediyi gənc qollarını doğradı

Sumqayıtda 23 yaşlı oğlan özünə ülgüclə xəsarət yetirib. -ın əldə etdiyi məlumata görə, E.Aslanzadə adlı gəncin bu addımına səbəb sevdiyi qızın ailəsinin onun elçilərinə "yox" deməsi olub. Qolundan ağır xəsarət alan E.Aslanzadə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır

17 sentyabr 2021
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18 sentyabr 2021
.

Rektorun anası koronavirusdan vəfat etdi

Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyliyə ağır itki üz verib. Unikal.org-un məlumatına görə, rektorun anası Sveta xanım koronavirusdan vəfat edib. Allah rəhmət eləsin!

13 sentyabr 2021
.

Nazir daha bir rəis təyin etdi

Daxili işlər orqanlarında yeni təyinat olub. xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 42-ci Polis Bölməsinin rəisi polis polkovnik- leytenantı Azər Məmmədov vəzifəsindən azad olunaraq, Nərimano

11 sentyabr 2021
.

SON DƏQİQƏ: Bakıda ağaclıq ərazi yanır

Bakıda ağaclıq ərazidə yanğın başlayıb. xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə paytaxtın Səbail rayonu ərazisində ağaclıq ərazidə yanğın olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələr

17 sentyabr 2021
.

Bakıda təcili tibbi yardım maşını qəzaya düşüb, xəsarət alan var

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report" xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb. Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 9 saylı Bölməsinin təcili tibbi yardım maşını çağırışa gedərkən digər avtomobillə toqquşub. Qəza zamanı tibb bacısı

14 sentyabr 2021
.

Bu məşhur kafe və restoranlar cərimələndi - SİYAHI

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədil

11 sentyabr 2021
.

Lənkəranda FACİƏ: 1 yaşlı körpə ÖLDÜ

Lənkəran rayonunda bir yaşlı körpə naməlum səbəbdən ölüb. xəbər verir ki, hadisə Səpnəkəran kəndində qeydə alınıb. Belə ki, 2020-ci il təvəllüdlü İbrahim Nazim oğlu Ağazadənin halı qəfil pisləşib. Bu səbəbdən valideynləri körpəni Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparıblar. Ancaq həkim müayinəsində

13 sentyabr 2021
.

52 yaşlı qadın intihar edib

Göyçay rayonunda intihar hadisəsi baş verib. " "a istinadən xəbər verir ki, 1969-cu il təvəllüdlü İradə Şixəliyeva yaşadığı evdə sirkə turşusu içərək intihar edib. Qadın üç ildir onkoloji xəstəlikdən əziyyət çəkirmiş. Faktla bağlı araşdırma aparılır

14 sentyabr 2021