Gələn ildən maaşdan nə qədər vergi tutulacaq? - YENİ NÜMUNƏLƏR

Gələn ildən maaşdan nə qədər vergi tutulacaq? - YENİ NÜMUNƏLƏRVergi Məcəlləsinə təklif olunan dəyişikliklər işçilərin əməkhaqqı ödənişləri üzrə ciddi yeniliklər vəd edir.

Əmək münasibətləri sahəsində şəffaflığın təmin olunması və qeyri-rəsmi məşğulluğun aradan qaldırılması məqsədilə Vergi Məcəlləsinə fiziki şəxslərin muzdlu işlə əlaqədar əldə olunan gəlirlərinə vergi güzəştlərini nəzərdə tutan müddəalar daxil edilib. Dəyişikliyə əsasən, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid müəssisələrdə çalışan fiziki şəxslərin muzdlu işdən aylıq gəlirləri 8.000 manatadək olduqda vergi tutulmayacaq. Gəlirin məbləği 8.000 manatdan çox olduqda, 8.000 manatdan yuxarı məbləğin 14 faizi miqdarında vergi hesablanacaq. Bu kateqoriyadan olan şəxslərdən verginin güzəştli qaydada tutulması 2019-cu il yanvarın 1-dən 7 il müddətinə qüvvədə olacaq.

Dəyişiklik hər şeydən əvvəl əmək münasibətlərinin rəsmiləşdirilməsinə xidmət edəcək. Çünki bir çox hallarda işəgötürənlər işçilərlə bağlanmış əmək müqavilələrində əməkhaqqını dəfələrlə aşağı məbləğdə rəsmiləşdirir və faktiki olaraq vergidən yayındırılan dövriyyə hesabına işçilərə əlavə (qeyri-rəsmi) əməkhaqqı ödəyirlər. Təhlillərdə belə halların yaranmasının əsas səbəbi kimi işəgötürənin vergi və sosial sığorta yükünün ağırlığı göstərilir. Vergi Məcəlləsinə dəyişikliklər isə işəgötürənlərin bu yükünü əhəmiyyətli şəkildə yüngülləşdirir. Dəyişikliyə əsasən 8.000 manatadək əməkhaqqı alan şəxslərdən gəlir vergisi 0 faiz dərəcə ilə hesablanacaq ki, bu da işəgötürənlərin real əməkhaqqını düzgün bəyan etməsinə şərait yaradacaq.

Bəs bu dəyişikliklərdən sonra özəl sektorda çalışan işçilərin əməkhaqqından tutulan gəlir vergisi üzrə vergi yükünün azalması özünü nədə göstərəcək? Muzdlu işçilər bu dəyişiklikləri əldə etdiyi əməkhaqqının məbləğində hiss edə biləcəklərmi?

Vergi Məcəlləsinin 101.1-ci maddəsinə əsasən, 2500 manatadək olan aylıq gəlirdən 14 faiz gəlir vergisi tutulur. "Sosial sığorta haqqında" Qanunun 14-cü maddəsinə əsasən, əmək müqaviləsi (kontraktı) ilə işləyənlər üçün hesablanmış əməkhaqqının 3 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqının ödənilməsi nəzərdə tutulub. Bundan başqa, əməkhaqqının 0,5 faizi həcmində işsizlikdən sığorta ödənişi hesablanır.

Mövcud qanunvericiliyə görə, əməkhaqqı 2500 manata qədər olduqda, əməkhaqqından ölkə üzrə yaşayış minimumu (173 manat) çıxıldıqdan sonra qalan məbləğdən 14 faiz gəlir vergisi hesablanır. Məsələn, aylıq maaşı 400 manat olan müəllimin əməkhaqqından tutulan gəlir vergisini və yekunda alacağı məvacibi hesablayaq:

Gəlir vergisi - (400-173) = 227 x14% = 31,78 manat.

Sosial sığorta - 400 x 3% = 12 manat.

İşsizliyə görə sığorta haqqı - 400x 0,5% = 2 manat

(400 manat - 31,78 manat -12 manat - 02 manat) = 354,22 manat.

Beləliklə, aylıq maaşı 400 manat olan müəllimin əməkhaqqından vergilər tutulduqdan sonra alacağı məbləğ 354,22 manat olacaq.

Ümumilikdə isə gələn ildən əməkhaqqından tutulan gəlir vergisi və sosial sığorta ödənişləri yeni qaydalarla hesablanacaq. Həm Vergi Məcəlləsinə, həm də "Sosial sığorta haqqında" Qanuna edilən dəyişikliklər işçilərin əməkhaqqından tutulan gəlir vergisi və sosial ayırmalara dair yeni yanaşma nəzərdə tutur. Artıq Milli Məclisdə qəbul edilmiş dəyişikliklərə əsasən, gələn il yanvarın 1-dən əməkhaqqı sistemində ciddi güzəştlər olacaq. Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən muzdlu işçilər aylıq gəlirləri 8.000 manatadək olduqda gəlir vergisindən tam azad edilir, 8.000 manatdan yuxarı hissədən isə 14 faiz dərəcə ilə gəlir vergisi tutulur. Bundan başqa, mülkiyyət növündən asılı olmayaraq bütün vergi ödəyiciləri üçün muzdla işləyən fiziki şəxslər üzrə gəlir vergisinə cəlb edilməyən məbləğ 173 manatdan 200 manata artırılıb.

"Sosial sığorta haqqında" Qanuna əməkhaqqından hesablanan məcburi dövlət sosial sığorta ayırmaları ilə bağlı təklif edilən dəyişikliklər aşağıdakı cədvəldə göstərilib.

Cədvəldən göründüyü kimi, əməkhaqqı fondundan tutulan cəmi sosial ayırma bütün hallarda 25 ((22+3) və ya (10+15)) faiz olacaq. Əməkhaqqından tutulan gəlir vergisi və sosial sığorta ödənişləri ilə bağlı dəyişikliklərin işçilərin əldə etdiyi real gəlirlərinə təsirinin izahını aşağıda verilmiş cədvəldəki misallarla təqdim edirik.

Qeyd edək ki, bu cədvəl 7 il müddətində neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində muzdla işləyən fiziki şəxslərə aiddir. (marja.az)
Gələn ildən maaşdan nə qədər vergi tutulacaq? - YENİ NÜMUNƏLƏRGələn ildən maaşdan nə qədər vergi tutulacaq? - YENİ NÜMUNƏLƏR


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 7713   Tarix: 19 dekabr 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Azərbaycan iqtisadiyyatına kredit qoyuluşunda özəl bankların payı 70 %-ə çatıb

Bu ilin noyabrın 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 31 milyard 169,4 milyon manat təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 0,4 % çox, ilin əvvəlinə nisbətən 6,4 % çox, ötən ilin noyabrın 1-i ilə müqayisədə isə 8,3 % çoxdur

29 noyabr
.

Azərbaycan Türkiyədən metal idxalına çəkdiyi xərci 5 %-ə yaxın azaldıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan Türkiyədən 124,06 milyon ABŞ dolları dəyərində qara və əlvan metal idxal edib. "Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 4,9 % azdır. Təkcə noyabr ayında Türkiyə Azərbaycana 9,695 milyo

13 dekabr
.

Bakıda bu ərazidə evlər plana düşdü: 2700 AZN kompensasiya veriləcək

Paytaxtın Yasamal rayonunda Təzəpir məscidi ətrafında aparılan genişmiqyaslı söküntü işləri yekunlaşdıqdan sonra daha bir ərazidə sökünütü işləri aparılacaq. -in ldə etdiyi məlumata görə, layihənin növbəti mərhələsi kimi Mirzə Fətəli Axundov, Mustafa Sübhi və Zərgərpalan küçələrində yerləşən yaşayı

26 noyabr
.

Azərbaycanda unun topdansatış qiyməti AÇIQLANDI

Azərbaycanda un istehsalçılarının topdansatış məntəqələrində 50 kq-lıq un kisələrinin qiymətləri açıqlanıb. xəbər verir ki, qiymətlər bölgələrdə 26,10 manatdan 28,40 manatadək dəyişir. Ən ucuz un "Dəvəçi-Taxıl" MMC-də, ən bahalı isə "Azeri-Arapoğlu U.S. və T. LTD" BM-də satılır

29 noyabr
.

Gələn il də maaş və pensiyalar artacaqmı?

Pərviz Heydərov yazır. 2026-cı il üçün dövlət büdcəsi gəlirləri 2025-ci ilin proqnozu ilə müqayisədə 253 milyon manat, başqa sözlə cəmi 0.6% çox olmaqla 38 609 00.0 min manat, xərcləri isə 296 milyon manat, yəni cəmi 0.7% çox olmaqla 41 703 600.0 min manat təşkil edəcək. Lakin cəmiyyəti maraqlandıra

22 noyabr
.

Manatın məzənnəsi ilə bağlı vacib AÇIQLAMA

"Azərbaycan manatın ABŞ dollarına qarşı məzənnəsini 1,7 səviyyəsində sabit saxlanmasını davam etdirəcək". "S&P Global Ratings" Azərbaycan üzrə yenilənmiş iqtisadi proqnozlarını açıqlayıb. Qeyd edilib ki, Mərkəzi Bankın mütəmadi valyuta intervensiyaları və güclü ehtiyat mövqey

6 dekabr
.

AQTA səkkiz ölkədən ət idxalına müvəqqəti məhdudiyyət tətbiq etdi

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlərə başlayıb. xəbər verir ki, AQTA bir sıra bölgələrdən idxala zonalaşma prinsipi nəzərə alınmaqla müvəqqəti məhdudiyyət qoyub. Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) yaydığı rəsmi məlumatlara əsasən

29 noyabr
.

Mərhum nazirin şirkətinə 364 min manatlıq sifariş

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi maşın və avadanlıqların satın alınması ilə bağlı tenderə yekun vurub. Qaynarinfo xəbər verir ki, tenderin qalibi "ATA Texnologiya" MMC seçilib. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 364 124,4 manat təşki

5 dekabr
.

İnnovasiya və Təchizat Mərkəzi 2,7 milyon manata tibbi əlcəklər alacaq

"İnnovasiya və Təchizat Mərkəzi" publik hüquqi şəxsi (PHŞ) tibbi müəssisələrdə istifadə olunacaq sərfiyyat materiallarının alınması məqsədilə tender keçirib. xəbər verir ki, satınalma üzrə qalib "Xanni-2017" MMC olub. Satınalma müsabiqəsinin ümumi məbləği 2 milyon 724 min 397.45 mana

7 dekabr