"İrəvan 7 rayonu azad edir, sonra isə…" - Rusiyadan AÇIQLAMA

"İrəvan 7 rayonu azad edir, sonra isə…" - Rusiyadan AÇIQLAMADağlıq Qarabağ konfliktinin həlli təkcə siyasi-diplomatik yox, həm də intellektual prosesdir. Prosesin bütün iştirakçıları çox güclü şəkildə beyinlərini işlətməli olacaqlar.

Sonxeber.az xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında Rusiya Zabitləri Ekspertlər Şurasının üzvü, hərbi ekspert Aleksandr Perenciyev deyib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ ətrafındakı konfliktin həlli iki hissədən ibarət olmalıdır:

"Birinci hissə Dağlıq Qarabağ Muxtar Vilayətinə heç vaxt daxil olmayan 7 rayonunun azad edilməsi məsələsinə həsr edilməlidir. Güman edirəm ki, bu rayonlar beynəlxalq və ya regional oyunçuların nizamı təmin etdiyi demilitarizasiya zonası elan edilməlidir. Bu qüvvələrin nə olacağı ayrı məsələdir. Yəqin ki, onlar MDB, ATƏT və BMT himayəsi altında ola bilər. Diskussiya çərçivəsindən kənarda qalmalı olan məsələ isə bu rayonların Azərbaycanın tərkibinə verilməsidir. Başqa bir variant kimi bu 7 rayona Azərbaycan parlamentinin qərarıyla xüsusi status da verilə bilər. Donbas konfliktinin həlli istiqamətində Ukraynanın neqativ təcrübəsinə diqqət yetirmək olmaz. Problem ideyanın pis olması yox, onu kimin reallaşdırılmasıyla bağlıdır. Sözsüz ki, 7 rayonun rəsmi Bakının idarəçiliyinə verilməsi beynəlxalq müşahidəçilərin iştirakı və beynəlxalq hüquq çərçivəsində baş tutmalıdır".

Ekspertin fikrincə, konfliktin həllinin ikinci hissəsi birbaşa keçmiş DQMV ətrafında konfliktin həllinə həsr edilməlidir:

"Burada ATƏT-in Minsk Qrupunun tərkibində Ermənistanla Azərbaycanın Dağlıq Qarabağ konfliktinin həlli ilə bağlı birgə komissiya yaradılmasına baxılmalıdır. Bu komissiya problemin həlli üçün diplomatik və siyasi layihələrlə bərabər, iqtisadi layihələr də təklif etməlidir. Bu iqtisadi layihələr siyasi-diplomatik layihələrin əhəmiyyətini və gücünü möhkəmləndirməlidir".

O, rəsmi İrəvanın kompromisə getməyə hazır olmadan belə bir yol xəritəsinin reallaşdırılmasının mümkün olmadığını deyib:

"Buna görə də güman edirəm ki, bu, yol xəritəsində siyasi yox, məhz iqtisadi komponent üstünlük təşkil etməlidir. Hər şeydən öncə erməni tərəfinin işğal etdiyi Dağlıq Qarabağ və yeddi rayon problemi iqtisadi əsaslarla (yəni siyasi yox, maliyyə-iqtisadi vasitələr burada əsas amil rolunu oynayır – A.P.) həll edilməlidir".

Ekspert əmindir ki, istənilən formatda – Cenevrə, Minsk, Soçi formatında - bu məsələ ilə bağlı sadəcə danışıqların aparılması və Ermənistan-Azərbaycan münasibətləri sistemində konkret layihələr yaratmadan hansısa nəticə əldə etmək mümkün olmayacaq.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 4965   Tarix: 04 yanvar 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Tavuşdakı gərginliyə görə Paşinyan ittiham edildi

"Noyemberyan rayonunda təxribat törədənlər Ermənistan hakimiyyətinin göstərişi ilə hərəkət ediblər". Bu açıqlama ilə Ermənistan Milli Məclisinin müxalif "Hayastan" blokunun deputatı Qarnik Danielyan çıxış edib. O qeyd edib ki, aksiya zamanı yolda etirazçıları mühasirəyə alan poli

23 aprel
.

İlham Əliyev: "Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq"

"İkinci Qarabağ müharibəsindən dərhal sonra dörd kənd məsələsini qaldırdıq. Əslində, biz həmin kəndləri heç vaxt yaddan çıxarmamışıq". AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusund

23 aprel
.

Qırğızıstan Ağdamda məktəb binası inşa edəcək

Qırğızıstan tərəfindən Ağdamda məktəb binası inşa ediləcək. xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarovla mətbuata bəyanatında bildirib. Dövlətimizin başçısı qeyd edib ki, Qırğızıstanın vəsaiti hesabına Ağdamda orta məktəb binası tikiləcək və hər iki Preziden

24 aprel
.

Azərbaycan və Almaniya liderlərinin Berlində birgə mətbuat konfransı olub - YENİLƏNİB + FOTO/VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Kansleri Olaf Şoltsun aprelin 26-da Berlində keçirilən birgə mətbuat konfransı başa çatıb. 14:41. Berlində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Almaniya Kansleri Olaf Şoltsun birgə mətbuat konfrans

26 aprel
.

İlham Əliyev: "COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək"

"Ümidvaram, bu beynəlxalq platforma (COP29 – red.) bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək, eyni zamanda, Avropa ölkələri ilə də əlaqələri uğurla inkişaf etdirək". AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-d

26 aprel
.

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİB

Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 24-də Azərbaycan Respublikasına dövlət səfərinə gəlib. AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Qırğız Respublikasının Prezident

24 aprel
.

İlham Əliyev: "Ermənistan Naxçıvan Muxtar Respublikası ilə yol əlaqəsini qurmaq imkanını bloklayır"

"Zəngəzur dəhlizinə gəldikdə, qeyd etdiyiniz kimi, 2020-ci il noyabrın 10-da imzalanmış Üçtərəfli Bəyanatda bu məsələ aydın şəkildə əks olunur. Bəli, "Zəngəzur dəhlizi" sözü orada qeyd olunmayıb. Lakin yazılıb ki, Azərbaycanın şərq hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında yo

23 aprel
.

Rusiya Qarabağdakı abidələrlə bağlı məsələlərin həllində Bakı və İrəvana yardım göstərməyə hazırdır

"Rusiya Qarabağ ərazisində dağıdılmış abidələrlə bağlı məsələlərin həllində Azərbaycan və Ermənistana kömək göstərməyə hazırdır". Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib. "Ermənistan və Azərbaycan arasında mədəni abidələrin, tarixi abidələrin v

25 aprel
.

İlham Əliyevin Berlində Olaf Şolts ilə geniş tərkibdə görüşü başlayıb

Aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə geniş tərkibdə görüşü başlayıb. Bununla bağlı AZƏRTAC məlumat yayıb

26 aprel