Bankda girovu olanların işi çətinləşdi – QANUN DƏYİŞİR

Bankda girovu olanların işi çətinləşdi – QANUN DƏYİŞİRAzərbaycanda "İpoteka haqqında" qanuna dəyişikliklər təsdiqlənib. Qanuna edilən dəyişikliklər indiyədək bu sahədəki boşluqları və qeyri-müəyyənlikləri aradan qaldırmaqla yanaşı, borclulara qarşı daha sərt tələblər gətirir. Sonxeber.az fed.az-a istinadən qanuna edilən dəyişikliklərin detallarını təqdim edir.

Qanuna əsas dəyişikliklərdən biri ipoteka predmetinin, yəni girovun satışa çıxarılması səbəbi ilə bağlıdır. İndiyədək girov yalnız o zaman satışa çıxarılırdı (qanunda bu məsələ "ipoteka predmetinə tutmanın yönəldilməsi" kimi qeyd edilir) ki, kreditin əsas hissəsi ödənilməsin. İndi isə bu məsələ sərtləşdirilib. Bundan sonra həm də ödənişin vaxtının 90 gün gecikdirilməsi də girovun satışına əsas olacaq.

Bundan başqa, Qanunun 37.1-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, ipoteka predmetinə tutmanı notariusun icra qeydi əsasında yönəltmək mümkün olacaq.

Eləcə də bax: Banklar əhaliyə kreditləri bu faizlərlə verir: nağd, lombard, avto, ipoteka...

Ən maraqlı yeniliklərdən biri odur ki, kreditin qaytara bilməyən girovun sahibinə imkan veriləcək ki, əmlakını özü satsın. Yəni borclunun arzusu olarsa, bankın iştirakı olmadan əmlakını satıb, kreditin bağlaya bilər. Bunun üçün tərəflər arasında üç tərəfli müqavilə bağlanılır və satılan əmlakın pulu banka köçürülür, kredit məbləği və digər xərclər çıxılır, qalan hissə əmlakın sahibinə qaytarılır.

Ən mühüm yeniliklərdən biri tutmanın girovu yönəldilməsi ilə bağlı müştərinin xəbərdar edilməsi ilə bağlıdır. İndiyədək mövcud olan qaydalara görə, müştəri bu vəziyyətdən yalnız o vaxt xəbərdar edilmiş sayılırdı ki, bildiriş ona şəxsən çatdırılsın (və imzası ilə aldığını təsdiqləsin – FED.az).

İndi isə bank bu barədə məlumatı həm müştəriyə, həm də ipoteka müqaviləsində adı keçən digər şəxsə sifarişli poçtla və elektron poçtla (emaillə) yollayacaq. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. Başqa sözlə, kreditin ödəməyən borclunu tapmaq problemi artıq həllini tapmış sayılır.

Digər maraqlı yenilik girovların məhkəmə qərarı ilə deyil, notariusun icra qeydi əsasında satılmasına aiddir. Əgər müştəri bu barədə xəbərdarlığa reaksiya vermirsə və ya məhkəməyə müraciət etmirsə, bu proses ipoteka saxlayanın ipoteka müqaviləsinə, yaxud ipoteka kağızına əsaslanan tələbi üzrə notariusun icra qeydi əsasında həyata keçirilir.

Bu qaydaya görə, əgər girovun açıq bazarda satılması üsulu ipoteka müqaviləsində nəzərdə tutulubsa, notarius tərəflərdən birinin istəyi ilə girovun açıq bazarda satılması barədə notariat qaydasında təsdiq edilmiş müraciətini icra qeydi ilə birlikdə 1 iş günü ərzində icra orqanına göndərir. Girovun satılması üçün 2 ay vaxt müəyyən edilib. Girovun satış qiyməti müqavilədə göstərilibsə satışlar o qiymətlə, göstərilmədikdə isə, qiyətləndiricinin qoyduğu qiymətlə satışa çıxarılır.

Amma girovun satışı ilə bağlı mübahisələr də ola bilər ki, bu sahədə, yəni məhkəmə müahisələrində də ciddi yeniliklər var. "İpoteka haqqında" qanuna edilən dəyişikliyə görə, məhkəmə bu işə 1 ay ərzində baxıb qərar verməlidir. Çıxarılan qərardan şikayət verildiyi halda, ona da bir ay ərzində baxılıb qərar verilməlidir.

Maraqlı yeniliklərdən biri odur ki, girov açıq bazarda və hərracda, o cümlədən elektron hərracda satıla bilər. Amma bəzi tələblər var. Belə ki, girovların hərracını yalnız o şirkətlər təşkil edə bilər ki, onlar beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilat olsunlar.

Hərracı udan şəxs pulu vaxtında ödəyib əmlakı almasa, əmlakı almaq hüququ hərracda ikinci ən yüksək qiyət təklif edən şəxsə verilir. Daha bir maraqlı yenilik, indiyədək hərrac baş tutmayanda ikincə hərrac 45 gündən gec olmayaraq keçirilməli idi, indi isə bu müddət 20 günə endirilib. Yəni girovlar daha tez satılmalıdır.

İlkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər. Bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.

Satılan girov yaşayış evidirsə, orada yaşayanlar girovun satılmasından sonra 10 gün ərzində qeydiyyatdan çıxarılacaqlar.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 4543   Tarix: 04 yanvar 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Elmlər Akademiyası" stansiyasının pəncərələrinə 5,3 mln manat xərclənəcək

"Bakı Metropoliteni" QSC "Elmlər Akademiyası" stansiyasının inzibati binasının 5-ci mərtəbəsində pəncərələrin hazırlanıb quraşdırılması işləri ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub. vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "Nimex"

25 avqust 2021
.

İran azad olunan Azərbaycan ərazilərinə yaxın məkanda bazar yaradır

İran Azərbaycanın işğaldan azad olunan ərazilərində yaxın məkanda tikinti materialları bazarının yaratmaq niyyətindədir. Bunu Trend-ə açıqlamasında İranın Şərqi Azərbaycan valisinin iqtisadi məsələlər üzrə müavini Əli Cahangiri deyib. Ə.Cahangirinin sözlərinə görə, İranın Şərqi Azərbaycan vilayətind

13 iyul 2021
.

Azərbaycandakı kredit ittifaqlarının zərəri artıb

Azərbaycandakı kredit ittifaqları bu ilin I yarısını 0,5 milyon manat zərərlə başa vurub. Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə 66,7% çoxdur. Yanvar-iyun aylarında kredit ittifaqlarının gəlirləri 1,1 milyon manat (illik müqayisədə 15,4% az), xərcləri 0,5 milyo

24 iyul 2021
.

Uşaqlarda qripin ilkin əlamətlərində nə etməli?

Uşaqlarda qripin ilkin әlamәtlәri qeyd olunduğu zaman bol maye qәbulu tәmin edilmәli, hәmçinin qidalanmasında sulu yemәklәrә üstünlük verilmәli, südәmәr körpәdirsә tez-tez әmizdirilmәlidir. Burun tәnәffüsünü açıq tutmaq üçün burun tәmizliyi vacibdir. Belә ki, hәyatının ilk aylarında olan körpәlәrdә fizioloj

2 iyun 2021
.

Ceyhan limanından nə qədər BTC nefti nəql olunub?

Bu ilin yanvar-iyul ayları ərzində Bakı-Tiflis-Ceyhan (BTC) boru kəmərinin Türkiyə ərazisində istismarını həyata keçirən "BOTAS International Limited" (BIL) şirkəti Ceyhan terminalından 113,8 milyon barrel xam neft nəql edib. xəbər verir ki, bu barədə şirkət özü məlumat yayıb. Bu həcmdə xa

31 iyul 2021
.

İyulun 22-nə USD/AZN rəsmi məzənnəsi

Azərbaycan Mərkəzi Bankı (AMB) iyulun 22-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb. AMB-dən -a bildirilib ki, bankın iyulun 22-dən etibarən USD/AZN rəsmi məzənnəsi 1,700 manat səviyyəsində müəyyən olunub

17 iyul 2021
.

"Bitcoin"in qiyməti düşdü

Dünyanın ən populyar kriptovalyutası olan "bitcoin"in qiyməti 18 faizdən çox düşüb. TASS-a istinadla xəbər verir ki, saat 20:45 (GMT+4) üçün "bitcoin"in dəyəri 18,32 faiz ucuzlaşaraq 31,179 min dollar təşkil edib. Qeyd edək ki, saat 16:55-də "bitcoin"in qiyməti 33,348 (-11,0

23 may 2021
.

Azərbaycanda problemli kreditlər artıb

Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il avqustun 1-nə 937,5 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ayla müqayisədə 2,5 % çox, ilin əvvəlinə nisbətən 5 % çoxdur. Problemli kreditlər son 1 ildə isə 11,8 % azalıb

25 avqust 2021
.

Bitkoin yenə bahalaşdı

Dünyanın ən bahalı kriptovalyutası olan bitkoinin qiyməti bahalaşıb. xəbər verir ki, bu barədə "CoinMarketCap" məlumat yayıb. Məlumata görə, bitkoinin dəyəri 1.79 faiz artaraq 44.55 min dollar olub

8 avqust 2021