Asif Şirəliyev 2019 II Avropa Oyunlarına Dünya Güləş Birliyi tərəfindən rəsmi dəvət aldı - FOTOLAR

Asif Şirəliyev 2019 II Avropa Oyunlarına Dünya Güləş Birliyi tərəfindən rəsmi dəvət aldı - FOTOLARSuper Kateqoriyalı Güləş Hakimimiz Asif Şirəliyev 2019 II Avropa Oyunlarına Dünya Güləş Birliyi tərəfindən rəsmi dəvət alıb.

İkinci dəfə keçiriləcək qitənin ən böyük yarışı 21-30 İyun 2019-cu il tarixlərində Belarusiyanın paytaxtı Minskdə baş tutacaq. Burada 50 ölkədən 4000-dən çox idmançı 15 idman növündə mübarizə aparacaqdır.

Güləş idman növündə Super (I-S) kateqoriyalı hakim Asif Şirəliyev bu günlərdə Dünya Güləş Birliyi tərəfindən yeganə olaraq Azərbaycanımızı II Avropa Oyunlarında ləyaqətlə təmsil etmək üçün rəsmi dəvət alıb. Asif Şirəliyev 2007-ci ildən Dünya Güləş Birliyinin beynəlxalq dərəcəli hakimdir.

2015 və 2016-cı illərdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin idman-təqvim ilinin yekununa həsr olunmuş keçirdiyi sorğuya əsasən bu illərin ən yaxşı hakimi nominasiyasının qalibidir.

Qeyd etməliyik ki, Asif Şirəliyev son 7 ildə Dünya Güləş Birliyinin ən titullu yarışlarına dəvət alır və ölkəmizi şərəflə təmsil edir. Təkcə 2018-ci ili misal gətirsək - Dünya Çempionatı, Avropa Çempionatı, Daxili çempionatlar və s. hakim kimi təmsil edib. O, həmçinin Gürcüstan Çempionatına 2 dəfə Baş Hakim, Krasnoyarskda 3-qat olimpiya, 6-qat dünya və 6-qat Avropa çempionu Buvaysar Saytiyevin şərəfinə keçirilən sərbəst güləşçilərin U-15 beynəlxalq yarışa DGB nümayəndəsi kimi öz imzasını atıb.

Şirəliyev 2016-cı il Rio Yay Olimpiya Oyunlarına qəbul edilsə də, son bir neçə gün ərzində yarışlara çağrılmadı.

Amma bu dəfə Dünya Güləş Birliyinin İdarə Heyəti və Birliyin Hakimlər Kollegiyası yeni strategiya və Asif müəllimin göstərdiyi böyük əməyə görə, Şirəliyevə etimad göstərmiş və vətənimizi təmsil etmək üçün ona Minskə bilet sifariş verib. II Avropa Oyunları 2020-ci il Tokio Yay Olimpiya Oyunları üçün ən əsas imtahanlardan biridir ki, Şirəliyev bu mərhələni uğurla keçib. Qeyd etmək lazımdır ki, Asif Şirəliyevin sahib olduğu Super (I-S) kateqoriyasında daha 3 hakimimiz var.

Xatırladaq ki, qitənin ən nüfuzlu 2015 I Avropa Oyunları - 12 iyun - 28 iyun 2015-ci ildə 1-ci dəfə Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilib. Yarışlarda Avropanın 50 ölkəsinin 10 000 idmançısı 30 idman növündə mübarizə aparıb. Yarışlarda idmançılar 253 dəst medal uğrunda yarışıb. Yarışlarda medal cədvəlində ilk sıranı Rusiya Federasiyasının idmançıları tutub. Onlar 79 qızıl, 40 gümüş və 45 bürünc, ümumilikdə 164 medal qazanıb. İkinci sıranı isə ev sahibi Azərbaycan idmançıları tutub. Yarışlara 289 idmançı ilə qatılan Azərbaycan 21 qızıl, 15 gümüş və 20 bürünc, ümumilikdə 56 medal qazanıb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 5575   Tarix: 07 yanvar 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

2030-Dünya Çempionatının finalı üçün ən böyük stadion tikilir

Tarixi dünya çempionatının həlledici matçı tayı-bərabəri olmayacaq arenada keçirilə bilər. xarici KİV-ə istinadla bildirir ki, ötən ilin oktyabrında Beynəlxalq Futbol Federasiyası (FİFA) 2030-cu il Dünya Çempionatının final hissəsinin üç ölkənin: İspaniya, Portuqaliya və Mərakeşin meydanlarında keçiriləcəyin

12 aprel
.

Arda Güler "Real"dan ayrılmaq qərarını açıqladı

"Real Madrid"in türkiyəli futbolçusu Arda Gülerin ispan nəhəngində oynamaq şansı olmadığı üçün ayrılmaq qərarına gəldiyi və istəyini rəhbərliyə bildirdiyi iddia edilib. O, bu qərara dünən axşam La Liqada səfərdə "Malyorka"ya qarşı matçdan sonra gəlib. Arda komandasının 1:0 hesab

14 aprel
.

Simge Sağından İkardi etirafı

"Qalatasaray"ın argentinalı ulduzu Mauro İkardinin qollarından sonra stadionda səsləndirilən "Aşkın Olayım" mahnısı məşhur olan Simge Sağın 2018-ci ildə musiqisevərlərə təqdim etdiyi mahnının məşhurlaşması ilə bağlı etiraf edib. Türkiyə mediasına istinadən xəbər verir ki, şəxsi həyat

17 aprel
.

"Bavariya"nın baş məşqçisi postuna əsas namizədin adı açıqlanıb

Almaniya yığmasının baş məşqçisi Yulian Nagelsman "Bavariya"dan Tomas Tuxelin gedişindən sonra komandaya rəhbərlik etmək üçün idman direktoru Maks Eberlin əsas favoritidir. Eberl 2024-cü ilin martında "Bavariya"ya gəlib. O, Almaniya Futbol Assosiasiyasında Rudi Föllerin roluna bənzə

13 aprel
.

"Qarabağ"ın daha iki potensial rəqibi bilindi

"Qarabağ"ın 2024-25 mövsümündə Çempionlar Liqasının I təsnifat mərhələsində daha iki potensial rəqibi müəyyənləşib. "Qafqazinfo" xəbər verir ki, buna Litva və Qazaxıstan çempionatlarında qızıl medalçının bəlli olması ilə aydınlıq gəlib. Adıçəkilən ölkələrin çempionlarının "Panevejis"

15 aprel
.

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər: Namizədliyi irəli sürüldü

"Bakının 2026-cı il üçün dünyanın idman paytaxtı olması üçün namizədliyi irəli sürülüb". "Report" xəbər verir ki, bunu Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov Bakı şəhərinin dünyanın idman paytaxtına namizədliyi ilə bağlı keçirilən mətbuat konfransınd

21 aprel
.

Arda Gülərlə bağlı ŞOK iddia: Qərarını açıqladı

"Real Madrid"in türkiyəli futbolçusu Arda Gülərin ispan nəhəngində oynamaq şansı olmadığı üçün ayrılmaq qərarına gəldiyi və istəyini rəhbərliyə bildirdiyi iddia edilib. xarici mediaya istinadən xəbər verir ki, son olaraq dünən axşam La Liqada İspaniya komandasının səfərdə "Malyorka"y

15 aprel
.

Azərbaycan cüdoçuları Avropa Kubokunun ilk günündə yeddi medal qazanıblar

Almaniyanın paytaxtı Berlin şəhərində cüdo üzrə yeniyetmələr arasında Avropa Kuboku turnirinin ilk yarış günü arxada qalıb. Bu barədə Azərbaycan Cüdo Federasiyasının Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, Azərbaycan idmançıları yarışın ilk günündə üç qızıl, iki gümüş və iki bürünc medal qazanıblar

14 aprel
.

Məşhur futbolçu İtaliya klubunun baş məşqçisi oldu

İtaliya A Seriyasında çıxış edən "Udineze" klubu Fabio Kannavaro ilə müqavilə imzalayıb. Bu barədə İtaliya klubunun rəsmi saytı məlumat yayıb. 50 yaşlı italiyalı mütəxəssis yeni klubu ilə mövsümün sonuna qədər razılığa gəlib. O, son olaraq İtaliyanın digər təmsilçisi "Benevento"n

23 aprel