Azərbaycanda orta məktəbdə 10-cu sinif şagirdindən CƏSARƏTLİ HƏRƏKƏT - FOTO

Mingəçevirdə orta məktəbdə yanğın baş verib.

Sonxeber.az publika.az-a istinadən xəbər verir ki, bu gün saat 08 radələrində Mingəçevir şəhərində yerləşən Noel Ahəngəri adına 13 saylı orta məktəbdə elektrik naqillərində yaranan qısaqapanma nəticəsində yanğın başlayıb.

Məktəb binasının 2-ci mərtəbəsindəki elektrik qovşağında başlayan alovlanmaya ilk olaraq şagirdlərdən biri müdaxilə edib. Hadisəni görən 10-cu sinif şagirdi tez özünü itirmədən məktəbdə olan yanğınsöndürmə balonu ilə alovun miqyasınnı artmasının qarşısını alıb. Daha sonra sinif otaqlarındakı uşaqları təhlükəsizlik məqsədi ilə otaqlardan çıxarılıblar.

Hadisə yerinə yanğınsöndürmə briqadasının 3 avtomobili gəlib. Yanğının qarşısı tamamilə alınıb. Hadisə zamanı xəsarət alan olmayıb.

Tüstüdən özünü pis edən şagirdlər evə buraxılıb.
Azərbaycanda orta məktəbdə 10-cu sinif şagirdindən CƏSARƏTLİ HƏRƏKƏT - FOTOAzərbaycanda orta məktəbdə 10-cu sinif şagirdindən CƏSARƏTLİ HƏRƏKƏT - FOTOAzərbaycanda orta məktəbdə 10-cu sinif şagirdindən CƏSARƏTLİ HƏRƏKƏT - FOTO

Hadisə   Baxılıb: 1584   Tarix: 11 yanvar 2019  

Şikayətiniz varsa Whatsapp: 055 3906818

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR