Amerikanın gücü şişirdilirmi - dünyada yeni müharibə anonsu

Amerikanın gücü şişirdilirmi - dünyada yeni müharibə anonsuABŞ dünyanın supergücü kimi xarakterizə olunur. Bir çox politoloqlar bildirirlər ki, dünyada baş bütün siyasi-hərbi proseslərə bu və ya digər formada ABŞ-ın təsiri var. Amerika haqqında bu təsəvvürlər doğrudurmu, yoxsa onun gücü şişçirdilir?

Əslində, reallıqdır ki, ABŞ-ın hərbi-sənayesi heç zaman boş dayanmır. İstehsal edilən silahlar isə ən müxtəlif cəbhələrə, müxtəlif formalarda çatdırılır.

Sanki bütün qitələrdə savaşmağı qarşıya məqsəd qoyan Amerika bir növ tək güc olmağa çalışır. Əgər əvvəlki dövrlərdə açıq savaşlar müşahidə olunurdusa, hazırda Amerikanın siyasətində bir növ "soyuq müharibə" dövrünün gedişləri hiss olunur. Xüsusilə də Rusiya, İran və bəzən də Türkiyəyə qarşı atılan bu addımların arxasında müxtəlif səbəblər dayanır. Politoloqlara görə bu səbəblərdən biri də "supergüc" kimi qalma niyyətidir.

ABŞ prezidenti Donald Tramp hakimiyyətə gəldikdən sonra siyasətşünaslar bildirirdilər ki, Amerikanın gücü əvvəlki səviyyədə qalmayacaq. Çünki siyasətdən kənar olan Trampın gedişləri, ABŞ-ın ənənəvi diplomatiyasından bir qədər fərqli idi. Eyni zamanda Trampın çılğın açıqlamaları və davranışları da politoloqlarda fərqli fikirlər oyatmışdı. Sonradan isə göründü ki, Tramp heç də "dəli" deyil...

Ekspertlərə görə, nəticə olaraq Trampın hakimiyyəti dönəmində də Amerikanın "supergüc" obrazı qalmaqda davam edir.

Son dönəmlərdə isə Amerikanın Türkiyə, İran, Rusiyaya qarşı açdığı "soyuq müharibə" diqqətlərdən yayınmır. Məsələ burasındadır ki, dünyada Amerika bir supergüc dövlət kimi qəbul edilib. Onun iqtisadi, hərbi gücü, dünyaya təsir imkanları danılmazdır. Bəs, bütün bunların fonunda Amerika təzyiq və təsirlərini artırmaqla, müxtəlif ölkələrə sanksiyalar tətbiq etməklə əslində nəyə nail olmağa çalışır?

Ekspertlərin fikrincə, ABŞ, birinci və ikinci dünya müharibələrində olduğu kimi indi də bütün savaşlardan faydalanır və "supergüc" statusunu qoruyur. Dünyada bütün neft transaksiyalarının dollar ilə həyata keçirilməsi Amerikanın mövqeyini daha da gücləndirir. Uzun müddətdir ki, dünyada "petro-dollar" sisteminin ləğvi barədə xüsusilə də Çin və Rusiya ekspertləri tərəfindən ortaya fikir atılsa da, bu ideyalar hələ də gerçəkləşməyib.

Bildirilir ki, Vyetnam müharibəsindən sonra Amerika 3-4 ildən bir öz hərbi silah arsenalını təzələməyi qarşıya məqsəd qoyub və bunu da bacarır. Bu silahları sata bilmirsə, Əfqanıstan, İraq və digər bu kimi münaqişənin getdiyi ölkələrə göndərir.

Məlum olduğu kimi "Soyuq müharibə" illərində "iki qütblü dünya" vardı. Bir tərəfdə Amerika, digər tərəfdə isə SSRİ dayanmışdı. SSRİ-nin parçalanması ilə Rusiya arenadan "supergüc" kimi kənarlaşdı. O zamandan bu günə qədər dünyada tək gücə çevrilən ABŞ-ın iqtisadiyyatı da xeyli nəhəngdir...

"Yeni Müsavat"a danışan politoloq Mübariz Əhmədoğlu bildirib ki, Amerika indi də dünyada supergüc olsa da, hazırda gücündə azalma var: "Məsələ burasındadır ki, bunun təkcə ABŞ-la əlaqəsi yoxdur. Yəni hazırkı proseslər fonunda dünyadakı bütün aparıcı dövlətlərin gücü zəifləyib. Güc mərkəzi olaraq, sözsüz ki, ABŞ birinci yerdə idi. İkinci yerdə isə Avropa İttifaqı gəlirdi. Bu siyahıda Çinin hələ ki, adı çəkilmir. Əvvəldən olan proqnozlara görə, Çinin Amerikaya güc baxımdan yaxınlaşması yalnız 20-25 il sonra mümkün ola bilər. Hazırda vəziyyət belədir ki, Çin də irəliləməkdə davam edir. Lakin onun hər hansı bir formada ABŞ-a çatmasına çox var. Eləcə də son zamanlar Avropa İttifaqı da zəifləyib. Əgər Trampın dövründə ABŞ-ın gücü şərti olaraq 10 faiz zəifləyibsə, Avropa İttifaqının güc mərkəzi kimi itkisi bundan iki dəfə çoxdur. Ona görə də Amerika yenə də güc olaraq birincidir. Bu, bütün dünyanı əhatə edə bilən yeganə dövlətdir. Söhbət təkcə Amerikanın hərbi gücündən getmir. Görürük ki, dünya dövlətlərinin böyük əksəriyyəti ABŞ pulu olan dollara qarşı savaş açıblar. Bu savaş yolunda xeyli addımlar atılıb, planlar ortaya qoyulub. Lakin bütün bunlara baxmayaraq görürük ki, hələ də ciddi nəticələr yoxdur. ABŞ-ın sadəcə olaraq müəyyən mənada gücünün zəifləməsindən danışmaq olar. Hesab edirəm ki, bu gücün zəifləməsi məsələsi də müvəqqəti haldır. Yəni Trampdan sonra Amerika xalqı elə bir lider seçə bilər ki, bugünkü nöqsanlar çox qısa müddət ərzində ABŞ-ın üstünlüyünə çevrilə bilər".

M.Əhmədoğlu hesab edir ki, 3-cü Dünya müharibəsinin başlaması ilə bağlı deyilən söhbətlər realdır: "Hətta bu barədə Roma papasının da bəyanatı var. Roma papası deyir ki, əslində 3-cü Dünya müharibəsi başlayıb. Doğrudan da dünyanın güc dövlətlərinin bir-birinə qarşı mübarizəsi son dərəcə kritik vəziyyətdədir. Dünya iqtisadiyyatında olan itki, insan ölümlərinin artması, yeni xəstəliklərin yaranması əslində böyük bir müharibənin nişanələridir. Bu proses indi də davam etməkdədir. Dünya iqtisadi cəhətdən xeyli geriləyib, humanitar faciə qarşısındadır. Hesab edək ki, bu müharibə artıq gedir. Sadəcə olaraq düşünürəm ki, bizim müharibə ilə bağlı anlayışımız dəyişməlidir. Bizdə hər kəs düşünür ki, növbəti dünya müharibəsi də əvvəlkilər kimi olacaq. Əslində isə belə deyil və demək olar ki, müharibə başlayıb. Sadəcə olaraq bunun növbəti fazalar, aktivləşmələrdən, hərbi varianta keçməsindən danışmaq olar".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 2018   Tarix: 12 yanvar 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Tavuşdakı gərginliyə görə Paşinyan ittiham edildi

"Noyemberyan rayonunda təxribat törədənlər Ermənistan hakimiyyətinin göstərişi ilə hərəkət ediblər". Bu açıqlama ilə Ermənistan Milli Məclisinin müxalif "Hayastan" blokunun deputatı Qarnik Danielyan çıxış edib. O qeyd edib ki, aksiya zamanı yolda etirazçıları mühasirəyə alan poli

23 aprel
.

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycanın ilk ombudsmanı Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib. Report-a istinadən xəbər verir ki, əklil mərhumənin məzarı üstünə qoyulub

25 aprel
.

İlham Əliyev Zelenskini COP29-a dəvət edib

Azərbaycan Prezidenti İlham Əliyev ukraynalı həmkarı Volodimir Zelenskini noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) dəvət edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı Azərbaycanın Ukraynadakı səfir

23 aprel
.

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİB

Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 24-də Azərbaycan Respublikasına dövlət səfərinə gəlib. AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Qırğız Respublikasının Prezident

24 aprel
.

Prezident: "Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar"

"Bu gün biz bəzi ölkələrdən Azərbaycana qarşı əsassız hücumları görürük. Biz cavab tədbirləri görürük". AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumd

23 aprel
.

Rusiya Qarabağdakı abidələrlə bağlı məsələlərin həllində Bakı və İrəvana yardım göstərməyə hazırdır

"Rusiya Qarabağ ərazisində dağıdılmış abidələrlə bağlı məsələlərin həllində Azərbaycan və Ermənistana kömək göstərməyə hazırdır". Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib. "Ermənistan və Azərbaycan arasında mədəni abidələrin, tarixi abidələrin v

25 aprel
.

​​​​​​​Azərbaycan və Qırğızıstan arasında ikiqat vergitutma aradan qaldırılır

Azərbaycanla Qırğızıstan arasında "Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş" imzalanıb. xəbər verir ki, sənədləri Azərbaycanın iqtisadiyya

24 aprel
.

Qırğızıstan Ağdamda məktəb binası inşa edəcək

Qırğızıstan tərəfindən Ağdamda məktəb binası inşa ediləcək. xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarovla mətbuata bəyanatında bildirib. Dövlətimizin başçısı qeyd edib ki, Qırğızıstanın vəsaiti hesabına Ağdamda orta məktəb binası tikiləcək və hər iki Preziden

24 aprel
.

Azərbaycan Prezidenti: "Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik"

"Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik. Bu yerləşmə bizi narahat etmir". AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxal

23 aprel