Millət vəkili: "Deyirlər, məni guya iqtidar seçib"

Millət vəkili: "Deyirlər, məni guya iqtidar seçib""Təqvim aylarına yeni adların verilməsi təklifinə ikili yanaşma var. Bir qisim insan var ki, sosial şəbəkələrdə tənqid edir. Maraqlıdır, irəli sürülən təklifin mahiyyəti ilə bağlı deyil, şəxsiyyətlə bağlı, konteksdən kənar mülahizələr yürüdürlər. Deyirlər, deputatların işi, sənəti yoxdur ki, bu cür təkliflər irəli sürürlər. Halbuki bunu deputat kimi deyil, vətəndaş, Vəhdət Partiyasının sədri kimi demişəm. Təkliflə demək istəmişəm ki, özümüzə oxşayaq".

Bunu Milli Məclisin deputatı, Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib.

O, ad məsələsinin çox önəmli olduğunu vurğulayıb: "Övladlarımıza qoyduğumuz adlar da milli olmalıdır. Xalqımızın getdikcə özündən uzaqlaşması, digər millətlərə - özündən başqa hamıya oxşaması məni narahat edir. Bu, bütün sahələri əhatə edir. Soyad sonluqları qanunvericiliyə uyğun olaraq milliləşdirilməlidir. Yəni aylara yeni adların verilməsini də milliləşməyə görə demişəm. Bu, ictimai hərəkat kimi olmalıdır. Məqsədim odur ki, təklif etdiyim adlar məişətdə paralel olaraq istifadə edilsin, getdikcə dilimiz öyrəşsin. Nənəm deyərdi ki, zəlzələ ilinin biçin ayında doğulmuşam. Biz də bilirdik ki, zəlzələ 1902-ci ildə olub, biçin ayı da avqustdur. Yəni babalarımız bu cür sözlərdən istifadə ediblər. Təəssüflər olsun ki, bəzi saytları başlığa çıxarırlar ki, Tahir Kərimli ayların adını dəyişdirmək istəyir. Onlar başa düşmür ki, mən ayların adının dəyişdirilməsinin deyil, həmin adlarla paralel olaraq işlənilməsi üçün adlar təklif etmişəm. Türkiyədə ayların milli adlarına mahnılar da qoşublar".

T.Kərimli sosial problemləri mütəmadi olaraq müzakirəyə çıxardığını qeyd edib: "Deyirlər ki, bu qədər problem var, amma deputatlar fərqli mövzuları qabardırlar. Axı bu problemlər nə vaxt bitəcək? 5-10 il gözləməliyik? Jurnalistlər şahiddir ki, mən və bəzi deputat həmkarlarım problemlərlə bağlı məsələ qaldırırıq. Elə bir problem yoxdur ki, onunla bağlı məsələ qaldırmayam. Buraya pensiyanın azlığı, kreditlə bağlı narazılıqlar, deputatı olduğum Ağsu rayonunun problemləri və s. məsələlər daxildir. Bunu bilmirlərsə, neyləyək? Mənim bu təklifim hansı problemin həllinə kölgə salır ki? Bəzi problemlərin olması bəlkə milli xarakterimizin olmamasından və ya tam formalaşmamasından irəli gəlir? Biz bunu formalaşdırmalıyıq. Bizim milli identifikasiyamız nədən ibarətdir? Haradan bilinir ki, bu, azərbaycanlıdır?.. Bəlkə adlarımızdan, soyadlarımızdan, geyimimizdən bilinir? Azərbaycan mətbəxini digər ölkələrin mətbəxləri üstələyir, Bakıda restoranların adları xarici dildədir. Azərbaycan dilində elanlara rast gəlmirik. Təəssüf edirəm, milliləşmə ilə bağlı təkliflərimi süngü ilə qarşılayırlar. 100 il bundan öncə Seyid Əzim Şirvani seyid olduğu halda oğlunun adını Ömər qoyması narazılığa səbəb olub, onu qapının arasında sıxıb öldürdülər... Mirzə Ələkbər Sabiri çərlədib öldürənlər bu gün də var, onlar xalqa səhv məlumatlar çatdırırlar, yazı oxunmadan xəbərin başlığına baxaraq qiymət verirlər. Himnlə bağlı təklifimə də sərt reaksiya verdilər. Onlar bilmirdi ki, mən həmin təklifi himnlə bağlı qanun layihəsi müzakirə olunan zaman səsləndirmişəm. Elə bilirlər, durduğum yerdə himnlə bağlı təklif səsləndirmişəm. Milli Məclisdə "Azərbaycan Respublikasının Dövlət Himni haqqında" qanun layihəsi müzakirə olunursa, nədən danışmalıyam? Himnin mətni, musiqisi qəbul edilirdi... Doğrusu, bu qədər düşmənimin olduğunu düşünmürdüm. Xəbərə başlıq qoyanda ki, Tahir Kərimli himni təhqir etdi, təbii ki, söyəcəklər, heç mətni oxuyan olmayacaq. Təsəvvür edin, himnin 3 cümləsini bilməyənlər məni təhqir edir... Bəzi ziyalıları da başa düşə bilmirəm. Onlar da təklifin mahiyyətini bilmədən fikir bildirirlər. Bəzi siyasətçilər deputat olmağımı həzm edə bilmirlər. Azərbaycan Xalq Cəbhəsi Partiyası, Müsavat Partiyası parlamentdə təmsil olunub. Necə olur, onlar demokratik yolla seçilirlər, mən saxta? Deyirlər, məni guya iqtidar seçib... Mən kimin səsini oğurlamışam, hansı saxtakarlığa ehtiyacım olub? Xalqın səsi ilə deputat seçilmişəm, iqtidara nə deyim, deyim ki, məni nahaq təsdiq etmisiz, başqası seçiləydi?".

Xatırladaq ki, T.Kərimli təqvim aylarının adlarına paralel olaraq bu adları irəli sürüb: İlk ay (yanvar), soyuq ay (çillə ay) (fevral), boz ay (mart), yağış ayı (aprel), çiçək ayı (may), əkin ayı (iyun), isti ay (iyul), biçin ayı (avqust), məhsul ayı (sentyabr), qızıl ay (oktyabr), xəzəl ayı (noyabr), son ay (dekabr). Onun bu təklifi sosial şəbəkələrdə tənqid edilib.(report)


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1668   Tarix: 14 yanvar 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İlham Əliyev Çinlə əməkdaşlıqdan DANIŞDI

"Bizim "Vahid Çin" siyasətinə yanaşmamız çinli tərəfdaşlarımıza yaxşı məlumdur. Çin isə hər zaman Azərbaycanın ərazi bütövlüyünə dəstək verib. Bu, hər zaman əməkdaşlığımız əsasını təşkil edib". AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də AD

23 aprel
.

İlham Əliyev Zelenskini COP29-a dəvət edib

Azərbaycan Prezidenti İlham Əliyev ukraynalı həmkarı Volodimir Zelenskini noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) dəvət edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı Azərbaycanın Ukraynadakı səfir

23 aprel
.

Prezident: "COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdür"

"Bizim sonuncu görüşümüzdən etibarən bütün hadisələr müsbət məcrada gedir, istər Azərbaycan və Ermənistan arasında normallaşma prosesi, istərsə də sərhədlərin delimitasiyası olsun". AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan "COP2

23 aprel
.

Nazir direktoru işdən çıxardı

Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 1 nömrəli tam orta internat məktəbinin direktoru İsmayıl Əliyev vəzifəsindən azad edilib. "Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. Hələlik direktor vəzifəsinə təyinat yoxdur

25 aprel
.

Azərbaycan Prezidenti: "Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb"

"Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb və bu proses davam etdirilir". AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə birgə mətbuat konfransında deyib

26 aprel
.

Azərbaycan-Ermənistan sərhədində koordinatların dəqiqləşdirilməsi prosesi başlayıb

2024-cü il aprelin 23-də ölkələrin ekspert qrupları Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasındakı sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesinə başlayıb. AZƏRTAC xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikası Baş nazirinin müavin

23 aprel
.

Prezident: "Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar"

"Bu gün biz bəzi ölkələrdən Azərbaycana qarşı əsassız hücumları görürük. Biz cavab tədbirləri görürük". AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumd

23 aprel
.

Azərbaycan XİN Avropa Parlamentinə cavab verib

Avropa Parlamentini bir daha Azərbaycanın daxili işlərinə və məhkəmə proseslərinə müdaxiləni dayandırmağa çağırırıq. report-a istinadən xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə Avropa Parlamentinin 25 aprel 2024-cü il tarixli qətnaməsi ilə bağlı bildirib

26 aprel
.

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİB

Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 24-də Azərbaycan Respublikasına dövlət səfərinə gəlib. AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Qırğız Respublikasının Prezident

24 aprel