AZTV-nin gəlib-getmiş sədrləri – Onlar indi haradadır?

AZTV-nin gəlib-getmiş sədrləri – Onlar indi haradadır?Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Arif Alışanovun "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Yeni sədr təyin edilənə qədər sədr səlahiyyətlərinin icrası AzTV-də "Günün nəbzi" verilişinin aparıcısı Rövşən Məmmədova həvalə edilib.

Sonxeber.az bildirir ki, dövlət televiziyasına indiyə qədər rəhbərlik etmiş şəxslərlə bağlı araşdırma aparıb.

Qeyd edək ki, Azərbaycan televiziyası radiodan 30 il sonra – 1956-cı il fevralın 14-də fəaliyyətə başlayıb. Bakıda televiziya mərkəzi üçün binanın təməli isə 1954-cü ildə qoyulub. 1957-ci ilin oktyabrında Nazirlər Soveti yanında Dövlət Radio və Televiziya Verilişləri Komitəsi adlandırılan şirkət 1970-ci ildə televiziya Dövlət Televiziya və Radio Verilişləri Komitəsi statusunu aldı. 2005-ci ildən "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinə çevrilən AZTV indiyə qədər nə az-nə çox, düz 11 rəhbər yola salıb.

AZTV-nin ilk sədri Teymur Əliyev 1957-1965-ci illərdə bu quruma rəhbərlik edib. Onun birinci müavini isə tanınmış jurnalist və ictimai xadim, professor Nəsir İmanquliyev olub.

AZTV-nin ikinci sədri Ənvər Əlibəyli 1965-1969-cu illərdə bu vəzifədə çalışıb. Bundan 9 il öncə Bakı televiziya studiyasına rəhbərlik edən Ə.Əlibəyli sonuncu vəzifəyə təyin ediləndən bir il sonra vəfat edib.

AZTV-nin üçüncü sədri İmran Mirzəyev 1969-ci ildə bu vəzifəyə təyinat alıb. Lakin onun sədrlik müddəti çox çəkməyib. Cəmi 11 ay bu postu tutan İ.Mirzəyev sonradan digər vəzifəyə keçirilib.

AZTV-nin dördüncü sədri Qurban Yusifzadə 1970-1982-ci illərdə AZTV-yə rəhbərlik edib. Eyni zamanda Bakı Ali Partiya Məktəbinin kafedra müdiri işləyən Q.Yusifzadə ölkəmizin tanınmış alimlərindən olub.

1983-1990-cı illərdə AZTV-yə rəhbərlik edən professor Elşad Quliyev 1992-i ilin mart-may aylarında yenidən bu quruma rəhbərlik edib. İctimai TV-nin keçmiş direktoru Cəmil Quliyevin atasıdır.

1990-1991-ci illərdə dövlət televiziyasına rəhbərlik Qeysər Xəlilova keçib. Hazırda fəaliyyət göstərən bir çox diktorların məhz onun rəhbərliyi dövründə televiziya sahəsinə təşrif buyurduğu iddia olunur.

1991-1992-ci illərdə AZTV-yə Məmməd Murad rəhbərlik edib. 1992-ci il martın 14-də Ayaz Mütəllibov şirkət rəhbərliyinə yenidən Məmməd Muradı qaytarsa da, o bu vəzifədə cəmi bir gün qala bilib.

1992-1993-cü illərdə AZTV-yə şair Məmməd İsmayıl rəhbərlik edib. AXC hakimiyyəti dövründə bu postu tutan M.İsmayıl sonradan yolunu yenidən ədəbiyyatdan salıb.

1993-1996-cı illərdə şirkətə Babək Hüseynoğlu sədrlik edib. Ona qədər ölkənin populyar qəzetlərindən olan – "Aydınlıq"da baş redaktor olan B. Hüseynoğlu 12 il öncə vaxtsız vəfat edib.

1996-2006-cı illərdə isə AZTV-yə Nizami Xudiyev rəhbərlik edib. Məşhur "91-lər"dən olan N.Xudiyev buna qədər Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, bundan sonra isə YAP İdarə Heyətinin üzvü olub.

2006-cı ildən dünənə qədər isə "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-yə Arif Alışanov rəhbərlik edib. 1977-ci ildən AZTV-də çalışan A.Alışanov sonuncu təyinata qədər AZTV-də texniki işlər üzrə direktor müavini olub. Eyni zamanda Milli Məclisin deputatıdır.

AZTV-yə hazırda sədr təyin olunmasa da, sədr səlahiyyətlərinin icrası müvəqqəti şəkildə Rövşən Məmmədova həvalə edilib. O Rövşən Məmmədova ki, 2014-cü ilə qədər "Lider" televiziyasında idman jurnalisti işləyib. Son təyinata qədər isə AZTV-də "Günün nəbzi" və "Həftə" analitik verilişlərinə aparıcılıq edib. O, indiyə qədər AZTV-yə rəhbərlik etmiş şəxslər arasında ən gəncidir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1821   Tarix: 16 yanvar 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Beyləqanda azyaşlı faciəli şəkildə öldü - Babası dəhşətli hadisəni danışdı

Beyləqanda bədbəxt hadisə baş verib. Hadisə rayonun Tatalılar kəndində qeydə alınıb. İki yaşlı uşaq həyətlərindəki su quyusuna düşərək həyatını itirib. Azyaşlının babası hadisəni belə nəql edib: "Burada eyvanı sulayırdıq, uşaq yanımızda idi. Anası da, mən də burada idik. Sonra mən heyvana yem verməy

20 dekabr
.

Azərbaycanda əsgərlik müddəti azaldılacaq - Ekspert AÇIQLADI

Azərbaycanda hərbi xidmət müddətinin azaldılması məsələsi artıq ictimai müzakirə mərhələsini geridə qoyub və real mexanizmə çevrilmək üzrədir. Bu addım ölkənin ərazi bütövlüyü və suverenliyinin təmin olunmasından sonra gündəmə gələn təbii və zəruri proseslərdən biridir. xəbər verir ki, bu sözləri -

20 dekabr
.

19 yaşlı oğlan qəfil öldü

Bakıda gənc oğlan qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə Xətai rayonu Yeni Günəşli qəsəbəsində baş verib. 2006-cı il təvəllüdlü Nihad İsmayıl oğlu Məmmədov səhhətinin anidən pisləşməsi nəticəsində həyatını itirib. Yaxınları onun insult keçirdiyini bildiriblər. Faktla bağlı araşdırm

20 dekabr
.

Toy mərasimlərində ənənə ilə israfçılıq arasında balans necə qurulmalıdır? - AÇIQLAMA

Toy mərasimləri Azərbaycan cəmiyyətində ailə dəyərlərinin, qohumluq bağlarının və ictimai münasibətlərin mühüm ifadə formasıdır. Lakin son illər toyların miqyası, xərclərin artması və sosial təzyiqin güclənməsi bu mərasimlərin mahiyyəti ətrafında müzakirələri də artırıb. Bəziləri üçün toy - milli kimliyi

19 dekabr
.

"Behin məbləğindən asılı olmayaraq, beh haqqında razılaşma yazılı formada bağlanmalıdır" - AÇIQLAMA

"Beh öhdəliklərin icrasının təmin edilməsi üsullarından biridir. Beh anlayışı Mülki Məcəllənin 491-ci maddəsi ilə tənzimlənir. Bu normaya əsasən, beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlə

19 dekabr
.

Karantin rejiminin müddəti uzadıldı

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar verib. Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsus

20 dekabr
.

Rusiya-Ukrayna cəbhəsində döyüşən Samirə Səmədova: "Qərbi Azərbaycan tarixi vətənimdir"

Kiyevdə azərbaycanlıların da təmsil olunduğu "Kozak Drive" Fondunda Ukrayna Silahlı Qüvvələrində xidmət edən yeganə azərbaycanlı qadın hərbi pilot Samirə Səmədova ilə görüş keçirilib. Fondun təmsilçisi Tatyana Peneva ilə Ukrayna Azərbaycanlıların Birləşmiş Konqresinin sədri Rövşən Tağıyev toplanmı

20 dekabr
.

Baş Prokurorluq Kamran Əsədov və "şərikləri" ilə bağlı - Açıqlama yaydı

Məlum olduğu kimi, ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmiş şəxslərə imtahan qaydalarına zidd olaraq köməklik göstərilməsinə dair Dövlət İmtahan Mərkəzindən Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olmuş məlumatlar əsasında başlanmış cinayət işinin ibtidai istintaqı Baş Prokuror yanınd

20 dekabr
.

Bu restoranların menyularında "dəvə qutabı" olsa da, özü yoxdur... - Fotolar

Daxil olan müraciətlər əsasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Sumqayıt şəhəri, Sahil küçəsində fəaliyyət göstərən bir sıra ictimai iaşə obyektlərində reyd keçirib. "Qafqazinfo" xəbər verir ki, yoxlama zamanı "Nicat" restoranı və "Balıqçı" kafesində "dəv

20 dekabr