Azərbaycanda ən qorxunc küləklər NƏ ZAMAN OLUB: 8 metrlik dalğa, 40 m/saniyə...

Azərbaycanda ən qorxunc küləklər NƏ ZAMAN OLUB: 8 metrlik dalğa, 40 m/saniyə..."Güclü küləklər Xəzər dənizi rayonunda dəfələrlə təkrarlanıb. Hazırda da proqnozlaşdırıldığı kimi respublika ərazisində, xüsusən dənizdə güclü külək müşahidə edilir".

Bu barədə Publika.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometrologiya Departamentinin direktor müavini Əkbər Əsgərov məlumat verib.

Ə.Əsgərov son illərdə ən güclü küləklərin qeydə alındığı illər barədə də danışıb:

"2007-ci ilin fevral ayında belə güclü külək müşahidə edilib. Neft daşları dəniz rayonunda, "28 May" yatağında küləyin sürəti 35m/san-yə çatıb, dənizdə dalğanın hündürlüyü 7.7 metrə çatıb. 2012-ci ildə də sürəti 35 m/san olan güclü külək qeydə alınıb. Həmin il də "28 May" yatağında dalğanın hündürlüyü 7.5-7.8 metrə qalxıb. 2013-cü ildə 35 m/san külək qeydə alınıb. Ən təhlükəli külək 2015-ci ilin dekabrında "28 May", "Neft daşları" dəniz rayonunda küləyin sürəti 40m/san-yə çatdı. "28May" yatağında dalğanın hündürlüyü 8.6 metr, "Neft daşları" dəniz rayonunda 8.5metrə çatdı. 2016-cı ilin dekabrında da küləyin sürəti 34 m/san–yə çatdı. Bütün bu küləklər əsasən şimal istiqamətli olur. Bu gün də həmin güclü küləklər gözlənilir. Artıq proses başlayıb. Dənizdə "Günəşli" yatağında küləyin sürəti 30m/san-yə çatıb, Maştağa ərazisində küləyin sürəti 35 m/san qeydə alınıb, bu zaman dalğanın hündürlüyü 5 metrə yüksəlib. Küləyin sürəti hər saat bir az daha yüksəlir. Axşama doğru küləyin sürətində, əsasən dəniz rayonunda artım gözlənilir.

Ə.Əsgərov bildirib ki, bu cür hava şəraiti əsasən noyabr, dekabr, yanvar aylarında müşahidə edilir.

"İyul ayında da güclü küləklərə rast gəlinir. Lakin ilin soyuq aylarında şimaldan gələn hava kütlələrinin təsirindən güclü külək müşahidə edilir. 35 m/san-dən yüksək külək əsasən dənizdə müşahidə edilir. Sahildə isə küləyin maksimum sürətinin 35 m/saniyə çatması gözlənilir. Axşama doğru sürət bir az da artacaq. Hazırda yalnız Maştağa stansiyasından alınan məlumatda küləyin sürətinin 35 m/san çatdığı qeydə alınıb"


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2671   Tarix: 17 yanvar 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Qəzada həlak olan Ramaldanova və yaxınının FOTOSU

Xəbər verdiyimiz kimi, Qusarda tanınmış hərbi ekspert Şair Ramaldanovun ailə üzvləri qəzaya düşüblər. xəbər verir ki, qəzada Şair Ramaldanovun qardaşı, polkovnik İlham Ramaldanovun qızı 36 yaşlı Tamilla Ramaldanova və ailənin yaxını 43 yaşlı Cəmilə Bağırova həlak olublar. Qəzada yaralanan şəxslər d

15 dekabr
.

Azərbaycan iqtisadiyyatına xarici investisiya qoyuluşu 29 %-a yaxın artıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda əsas kapitala xarici mənbələrdən 3 milyard 664,958 milyon manat​​​​​ vəsait yönəldilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 28,7 % çoxdur. Hesabat dövründə xarici investisiyaları

13 dekabr
.

Səidə Haqverdiyeva vəzifədən azad olundu

Azərbaycan Dövlət Kukla Teatrında kadr dəyişikliyi baş verib. xəbər verir ki, teatrın quruluşçu rejissoru Səidə Haqverdiyeva tutduğu vəzifədən ayrılıb. O, bu barədə özü məlumat verib. Bildirilib ki, S.Haqverdiyeva işdən öz ərizəsi əsasında azad olunub

13 dekabr
.

TƏCİLİ: Bu, baş versə pensiya yaşı 60-a endiriləcək

Azərbaycanda cəmiyyəti narahat edən əsas sosial məsələlərdən biri də pensiya yaşının ilbəil artmasıdır. Maraqlıdır, pensiya yaşı yenidən artırıla bilərmi?. Mövzu ilə bağlı -a açıqlama verən iqtisadçı Rəşad Həsənov bildirib ki, pensiya yaşının artırılması prosesi yeni deyil və buna 2017-ci ildə qanunvericiliy

14 dekabr
.

Azərbaycan Universitetində bədbəxt hadisə

Azərbaycan Universitetində birinci kurs tələbəsi təhsil müəssisəsinin zirzəmisində yüngül konstruksiya ilə örtülmüş döşəmənin üzərinə çıxaraq mənfi ikinci mərtəbəyə (zirzəmi) yıxılıb. Universitetdən -ın sorğusuna cavab olaraq bildirilib ki, tələbə dərhal Travmatologiya və Ortopediya İnstitutuna aparılı

15 dekabr
.

Kəndinə ilk ali təhsilli qadın kimi qayıtdı... - Video

Lənkəranın Diryan kəndində təxminən 100 nəfər yaşayır. Lakin kəndin yazılmamış qaydaları var. Son illərə kimi burada qızların oxuyub ali məktəbə daxil olması, təhsil almaq üçün şəhərə getməsi xoş qarşılanmayıb. "Qafqazinfo" İTV-yə istinadən xəbər verir ki, bütün bunlara baxmayaraq, Mehman

15 dekabr
.

Cari ildə iki milyard sərnişin, 217.9 milyon ton yük daşınıb

2025-ci ilin yanvar-noyabr ayları ərzində yükdaşımaları əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2 faiz, sərnişindaşımaları isə 5.6 faiz artıb. Hesabat dövründə nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən ümumilikdə 217.9 milyon ton yük daşınıb. rəsmi statistikaya istinadə

13 dekabr
.

Baş həkimin ölkədən çıxışına qadağa qoyulub, keçmiş mühasib barəsində cinayət işi açılıb

Naxçıvan Muxtar Respublikası Kəngərli Rayon Mərkəzi Xəstəxanasının direktoru və baş həkimi Mehriban Abdullayevanın ölkədən çıxışına müvəqqəti məhdudiyyət tətbiq edilib. Məlum olub ki, xəstəxanın keçmiş mühasibi barəsində də cinayət işi açılıb. Teleqraf xəbər verir ki, Abdullayeva Mehriban Kamal qızını

15 dekabr
.

Xalq artisti yeni doğulan nəvəsi ilə foto paylaşdı

Xalq artisti Simarə İmanova ilk dəfə nəvəsi ilə foto paylaşıb. Axşam.az xəbər verir ki, müğənni yeni doğulan nəvəsinin fotosuna "Bəzən elə anlar olur ki, onu sözlə ifadə etmək olmur. Bax, bu, o anların ən gözəlidir" sözlərini yazıb. Qeyd edək ki, ifaçının oğlu Məhəmməd Fatimə adlı xanımla ail

15 dekabr