Hollandiyalı türk İŞİD-ə qoşulan qızını atla xilas etdi - Bir ailənin dramı

Hollandiyalı türk İŞİD-ə qoşulan qızını atla xilas etdi - Bir ailənin dramıHollandiyanın Rotterdam şəhərindəki məhkəmə İŞİD-ə qoşulmaq üçün 2 il əvvəl Suriyaya gedən türk əsilli Melis Atıcını ayağına qandal vurulmaq şərtilə sərbəst buraxıb.

Sonxeber.az ölkə.az-a istinadən bildirir ki, 6 aydır Hollandiyada həbsxana həyatı yaşayan 23 yaşlı Melisin atası Faruk Atıcının köməyi ilə İŞİD-çilərdən qurtulduğu üzə çıxıb. Faruk Atıcı qızı Melis və 5 aylıq körpəni xilas etmək üçün mübarizəsini NOS telekanalına danışıb.

Melisin sevgilisi Yusif bir neçə il əvvəl İŞİD-ə qoşulmaq üçün Suriyaya gedib. Melis isə Yusifə aşiq olduqdan sonra getdikcə radikallaşıb. İki il əvvəl isə "Cənnətə gedəcəm" deyərək Hollandiyadan Suriyaya qaçıb.

Faruk Atcı bu barədə polisi məlumatlandırıb. Ailə uzun müddət övladları ilə əlaqə saxlaya bilməyib. Bir müddət sonra Melisin Yusif adlı terrorçudan övladı dünyaya gəlib. İŞİD-ə qarşı əməliyyatlar başlayandan sonra Melis ailəsinə zəng edərək evə qayıtmaq istədiyini bildirib. Bu ərəfədə hava hücumu nəticəsində Yusif də ölüb. Melisa da insan qaçaqçılarının köməyi ilə Türkiyəyə keçmək istəyib. Amma aramsız bombardman səbəbindən Türkiyəyə keçə bilməyib. Sərhəd bölgəsində kürdlər tərəfindən saxlanılan Melis körpəsi ilə birlikdə Suriyanın şimalındakı PKK düşərgəsinə aparılıb.

Suriyada isə Hollandiyanın diplomatik nümayəndəliyi olmadığı üçün Melisin evə qayıtma cəhdi boşa çıxıb. Bundan sonra isə Faruk qızını özü xilas etmək qərarına gəlib.

Bir neçə dəfə Türkiyəyə səfər edən Atıcı insan alverçiləri ilə əlaqə yaradır. Lazım olan pulu təmin etmək üçün isə evini satan Faruk ötən yay çətin bir səfərə çıxıb.

Bəzən taksi, bəzən də qayıqla, bəzən piyada, bəzən də at belində Türkiyədən İraqa, oradan da Suriyanın şimalına gedib. Qızının həbs edildiyi düşərgəni tapan Atıcı uzun müzakirələrdən sonra qızını xilas edib. Melis atasını qarşısında görəndə çaşqınlığa düşüb.
Əsl çətinlik isə bundan sonra başlayıb. Gecə yarısı ata, qızı və 5 aylıq nəvəsi insan alverçilərinin müşayəti ilə at belində Suriyadan İraqın şimalına doğru yola çıxıblar.

Atıcı hadisələri belə xatırlayır:

"Çox təhlükəli idi. Rəsmi sənədimiz yox idi. Böyük riskə girdik. Amma şansımız gətirdi, həmişə ağlayan körpə o gecə ağlamadı. Çətinliklə Ərbilə çatdıq. Oradakı Hollandiya konsulluğuna getdik. Amma burada da sənədlərin hazırlanması üçün ana və körpənin DNA testi lazım oldu. Melis və körpədən alınan nümunələr analiz üçün Hollandiyaya göndərildi".

Faruk Atıcı, Melis və körpə ölkəyə sənədsiz daxil olduqları üçün İraq hökuməti tərəfindən həbs edilir. Kiçik bir kamerada 75 nəfərlə birlikdə cəza çəkən Faruk Atıcı nə tualet, nə duş, nə də normal yatağın olmadığını deyir. Həbsxanada isə məhkumları hər gün döyür, azyaşlıları zorlayıblar.

İki ay sonra DNA nəticələri gəlib və sənədlərin hazırlanması üçün ata, qızı və nəvəsi azadlığa buraxılıb. Atası və körpəsi ilə Ərbildən Hollandiyaya uçan Melis 6 ay əvvəlcə Amsterdamın hava limanında terror qruplaşmasının üzvü olduğu ittihamı ilə həbs edilir...


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 2626   Tarix: 18 yanvar 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

70 hektar soğan əkdi, sata bilməyib pulsuz PAYLADI: 3 min adam tarlaya axışdı - VİDEO

Fermer 70 hektar sahədə əkdiyi soğanı sata bilmədiyi üçün vətəndaşlara pulsuz şəkildə paylayıb. xarici mediaya istinadən xəbər verir ki, hadisə Türkiyədə baş verib. 70 hektar sahədə əkdiyi soğanı sata bilməyən fermer vətəndaşlara pulsuz paylayıb. Soğanın pulsuz olduğunu eşidən 3 minə yaxın insan tarlay

25 aprel
.

Dəhşət! Qaçırıldığı deyilən 14 yaşlı qızı "başlıq parası" ilə EVLƏNDİRİBLƏR - VİDEO

Türkiyədə ana 14 yaşlı qızının qaçırıldığını söyləyərək kömək istəyib. xarici mediaya istinadən xəbər verir ki, ailənin qızı 100 min TL "başlıq parasına" qarşılığında uşaqlarını yaxınlarına verdiyi məlum olub. Türkiyənin ATV kelekanalında yayımlanan Esra Erol verilişində uşaq gəlin qalmaqal

26 aprel
.

Ana 3 yaşlı qızını caduya görə öldürdü

ABŞ-da floridalı qadın bir qızını öldürüb, digərini isə şikəst etməkdə ittiham olunur. xarici mediaya istinadla xəbər verir ki, 36 yaşlı Joan Zefir 2022-ci ilin mayında həbs edilib. Qadın Painsian kəndindəki kilsənin yanında avtomobilində huşsuz vəziyyətdə tapılıb. Onun səkkiz yaşlı qızı yolun kənarında

26 aprel
.

Venesiyaya giriş ödənişli oldu

Aprelin 25-dən İtaliyanın ən məşhur şəhərlərindən biri olan Venesiyaya turistlərin birgünlük səfəri ödənişli olub. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı "The Associated Press" agentliyi yayıb. Məlumata görə, dünəndan etibarən Venesiyada şəhərə birgünlük ekskursiyaya gələ

26 aprel
.

76 pişiyi öldürdüyünə görə 14 ay həbs edildi

Cənubi Koreyada 20 yaşlı gənc 76 pişiyin həyatına son qoyub. xarici KİV-ə istinadən xəbər verir ki, o Changwon bölgə məhkəməsində keçirilən proses zamanı 14 ay həbs edilib. Oğlan avtomoilini cızdığına görə pişiklərə nifrət etdiyini və onları bu səbəbdən öldürdüyünü deyib. O son bir il ərzində evinə küçədə

24 aprel
.

Almaniyada festivala qatılan 300-ə yaxın insan zəhərlənib

Almaniyanın Ştutqart şəhərində zəhərlənmə əlamətləri ilə 300-ə yaxın insan həkimlərə müraciət edib. Onların hamısı hər il keçirilən Ştutqart Bahar Festivalında olub və orada yemək alıblar. Zərərçəkənlər arasında həftəsonu festivala qatılan yeddi dost da var. Onlar qrildə bişmiş toyuq yeyib və spirtl

25 aprel
.

Ana və ögey atası 12 yaşlı qıza cəhənnəmi yaşatdılar: Narkotik verib, təcavüz etdi

Valideynləri ayrı yaşayan 2011-ci il təvəllüdlü qız sözün əsl mənasında dəhşət yaşadıb. xarici mediaya istinadən xəbər verir ki, 12 yaşlı uşağa anasının imam nikahlı əri təcavüz edib. Hadisə Türkiyədə baş verib. 12 yaşlı uşağa anasının imam nikahlı əri təcavüz edib. Həmin an isə doğma anası sadəcə olara

25 aprel
.

Qadın keçmiş ərindən belə qisas aldı

Rusiyanın Samara şəhərində yerli sakin keçmiş ərinin avtomobilini yandırmaqda şübhəli bilinir. yerli mediaya istinadla bildirir ki, hadisə Müəlliflər küçəsində baş verib. Hadisə yerinə baxış keçirən polis "Lada Priora" markalı avtomobilin qəsdən yandırıldığını müəyyən edib. Avtomobil sahib

25 aprel
.

Qadın dovşana görə kişini vurub öldürdü

Rusiyanın Sevastopol şəhərində qadın ev heyvanı olan dovşana görə dostunu daşla öldürüb. yerli mediaya istinadla bildirir ki, qadın ev heyvanı ilə şəkil çəkdirən turistlərdən pul qazanıb. O, bir kişi ilə tanış olub və onu spirtli içki içmək üçün evə gətirib. Bir müddət sonra evin xanımı yeni tanışın

26 aprel