Mehriban Xanlarova anası üçün göz yaşı tökdü - Video

Mehriban Xanlarova anası üçün göz yaşı tökdü - VideoƏməkdar artist Mehriban Xanlarova "Şou ATV" proqramında qonaq olub.

Sonxeber.az axşam.az-a istinadən xəbər verir ki, canlı yayım zamanı studiyaya aktrisanın anası Bibiş Xanlarova dəvət edilib.

Anasını görən aktrisa göz yaşlarına boğulub. O, anasının əlindən öpərək, qarşısında diz çöküb.

Xanlarova bildirib ki, valideynləri eşitmə və dil qüsurludur:

"Uşaq vaxtı biz danışa bilmirdik. Qonşular nəsə deyəndə, başa düşmürdük. Gərək əl-qol hərəkətlər edərdilər ki, biz insanların nə dediyini anlayardıq. Daha sonra bibim Zeynəb Xanlarova bizi məktəbə qoydu və beləcə, hərf öyrəndik".

Şou-biznes   Baxılıb: 1676   Tarix: 21 yanvar 2019  

Şikayətiniz varsa Whatsapp: 055 6620257

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR