Mayamidə daşınmaz əmlak mütəxəssisi işləyən azərbaycanlı xanım - FOTOLAR

Mayamidə daşınmaz əmlak mütəxəssisi işləyən azərbaycanlı xanım - FOTOLARXalq içində belə bir deyim var - "od parçasıdır". Bu ifadə zirək, heçdən nəsə yarada bilən insanlar haqqında söhbət düşəndə daha çox işlədilir. Haqqında danışacağım Esmira Bayramova da sanki, bir "od parçasıdır". İndiyədək həyata keçirdiyi layihələrin mahiyyətinə varanda heyrətdən gözlərim yaşardı.

O, 1987-ci ildə Borçalı mahalında dünyaya gəlib. Üç yaşında olarkən Bakıya köçüblər. 2005-ci ildə 162 nömrəli məktəbdə orta təhsilini başa vurub, Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinə qəbul olunub. 2009-cu ildə oranı bitirərək bakalavr dərəcəsinə yiyələnib. Təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində "Beynəlxalq biznesin idarə edilməsi" (MBA) fakultəsində davam etdirib, 2011-ci ildə beynəlxalq biznes üzrə magistr dərəcəsi alıb.

Eyni zamanda, 2009-cu ildən 2011-ci ilədək Bakı Britaniya, 2011-2013-cü illərdə Bakı Oksford məktəblərində coğrafiya və biznes fənlərini tədris edib.

2011-ci ildə Azərbaycan Müəllimlər İnstitutunda ixtisasartırma kursu keçərək, coğrafiya və tarix fənləri və bir il sonra isə İngiltərəyə gedərək online təhsil aldığı Kembric Universitetində imtahanları uğurla verib, biznesin tədrisi üçün müəllimlik sertifikatları alıb. 2013-cü ildə ABŞ-ın İllinois ştatının Çikaqo şəhərinə köçüblər.

Həyat yoldaşı Elşən Bayramovla 2012-ci ildə ailə qurub. İki övladları var. Oğlu Elmirin 5, qızı Emanın 2 yaşı var. Elmir azərbaycan dilində sərbəst danışa bilir. Elşən Bayramov ağır texnikaların satışı ilə məşğul olan şirkətlərin birində satış mütəxəsisi işləyir.

Oğlu körpə olduğundan bir il heç yerdə işləməyib. 2014-cü ildə Florida ştatının Mayami şəhərinə köçənədək Çikaqoda "İlkin Tədris Akademiyası"nda məktəbəqədər hazırlıq bölməsində müəllim işləyib.

2015-ci ildə Florida ştatının dövlət imtahanlarını verərək, daşınmaz əmlak üzrə mütəxəsis işləmək hüququ qazanıb. Elə həmin vaxtdan da Mayami şəhərində dünya şöhrətli "RE-MAX" şirkətində daşınmaz əmlak üzrə mütəxəsis vəzifəsində çalışır.

Yaşının az olmasına baxmayaraq, Azərbaycanla bağlı çox işlər görüb. 2015-ci ildə Facebook-da "Florida azəzrbaycanlıları" qrupu yaradaraq, həmin ştatda yaşayan soydaşlarımızı bir araya gətirməyə başlayıb. Onları birləşdirməkdən ötrü cəhdləri uğurla nəticələnib. Bir qədər sonra, ictimai əsaslarla "Florida-Azərbaycan Cəmiyyəti"ni yaradaraq müxtəlif tədbirlər keçirməyə başlayıb. Ətrafına həmfikirlərini yığandan sonra, rəsmi müraciət edərək "Florida azərbaycanlıları" təşkilatını təsis edib. Bu təşkilat milli və rəsmi bayramlarımızda, özəl günlərdə bir sıra tədbirin keçiriləməsinə nail olub.

2016-cı ildə Floridada vəfat edən bir soydaşımızın cənazəsini Azərbaycana göndərməkdən ötrü "GoFundMe" yardım fondu yaradaraq digər soydaşlarımızın köməyi ilə xeyli pul toplayır və yığılan maddi vəsaitlə həm cənazəni yola salırlar, həm də mərhumun ailəsinə yardım edirlər. Hətta bəzi soydaşlarımız bu dəstək kampaniyasının davamı olaraq həmin ailəyə fərdi yardımlar edib.

Öz şəxsi vəsaiti hesabına icarəyə götürdüyü yerdə müxtəlif kurslar açıb. Burada fəaliyyət göstərən rəqs kursları məşqçisinin məvacibini ödəməkdən ötrü ödənişli olsa da, Azərbaycan dili kursları tamamilə ödənişsizdir. Bu kursu şəxsən özü aparır, azərbaycanlı fidanlara ana dilimizi öyrədir. Amma kurslara az uşağın qatılmağından şikayət edir. Bir çox rus dilli azərbaycanlı valideynlər uşaqlarının ana dilimizi öyrənməsində maraqlı deyillər.

Esmira Bayramova: "Bir azərbaycanlı rəfiqəm var, 20 ildən çoxdur ki, ABŞ-da, Çikaqo şəhərində yaşayır. Bu yaxınlarda uşaqları ilə bərabər Mayamiyə istirahətə gəlmişdilər. Onun ABŞ-da anadan olmuş 17 yaşlı oğlu gözləmədiyim halda mənimlə türkcə danışmağa başladı. Çox təəccübləndim, çünki bu uşağı sönuncu dəfə mən görəndə 12 yaşı var idi. Yalnız ingiliscə danışırdı. Heyrətlə soruşdum, necə oldu ki, sən qısa müddətdə türk dilini belə mükəmməl öyrənə bildin və niyə Azərbaycan türkcəsində deyil, Türkiyə türkcəsində danışırsan? Bu azərbaycanlı uşağın cavabından çox təsirləndim və məni düşünməyə vadar etdi. O, dedi ki, "Türk dilini ona görə seçdim ki, indiyədək gördüyüm azərbaycanlılar məni buna vadar elədi. Azərbaycanlılar qədər öz dilinə hörmətsiz yanaşan millət yoxdur. Bir araya gələndə rusca danışmağa başlayırlar. Sanki ana dilində danışmağa utanırlar. Ona görə Azərbaycan dilini öyrənmək üçün həvəsdən düşdüm. Dil insanın kimliyidir, əgər sən öz ana dilində danışmağı bacarmırsansa, kimliyin də naməlumdur. Amma türklər belə deyil, harada yaşasalar da, öz ana dilini qoruyurlar. Bu dildə danışmaqdan qürur duyurlar. Uşaqları bu dili mükəmməl bilsinlər deyə, Çikaqoda pulsuz dil kursları açıblar. Düşündüm ki, türk dilini tez öyrənmək şansım var. Və mən həmin kurslardan birinə gedib, çox rahatlıqla bu dili öyrəndim"".

Bəli, Esmira xanımın ürəyi Azərbaycanla döyünür. Keçirdiyi tədbirlərə görə ona təkcə "sağ ol" yox, həm də ehtiram düşür. Bəzən biz dəyər verə bilmədiyimiz soydaşlarımıza bizdən irəlidə olan ölkələrin insnları yüksək qiymət verir.

Söhbətimi bitirməzdən öncə Esmira Bayramovanın Azərbaycan naminə həyata keçirdiyi tədbirlərin birində iştirak edən, azərbaycanlıların daha sıx məskunlaşdığı Floridanın Sunny isles beach şəhərinin vitse-meri Danna Goldman xanımın sözlərini nəzərinizə çatdırmaq istəyirəm-"Şəhərimiz fərqli mədəniyyətlərin qovuşduğu bir yerdir və bu mədəniyyətlərin arasında Azərbaycan mədəniyyətinin də yeri var. Öz milli kimliyinizi, adət və ənənələrinizi bu rəngarəng mədəniyyətlərin arasında çox gözəl qoruyub saxlaya bilmisiz. Burada masaların üstündə ölkənizin bayraqlarını görürəm. Bu məni çox sevindirir. Sizə təşəkkür edirəm".

Bütün bunlar Esmira xanımın gördüyü işlərin bir hissəsidir. Qarşıdan Xocalı soyqrımının ildönümü gəlir. Həmin gün "Xocalı Amerikada yaşayan uşaqların gözü ilə" adlı tədbir keçirməyi planlaşdırır. İnanırıq ki, bu tədbir də Amerikanın azərbaycanlı uşaqlarının yaddaşında böyük iz buraxacaq.

Söhbətimin əvvəlində onu "od parçası" adlandırmışdım. Bəlkə də o, bir zamanlar Gürcüstan Ali Sovetinin deputatı olmuş, ata nənəsi Güləsər Mustafayevaya çəkib. O vaxtlar Güləsər xanım qonşu ölkədə yaşayan azərbaycanlıları təmsil edib. Bəli, bu gün Esmira Bayramova nənəsinin müqəddəs missiyasını uzaq Florida ştatında ləyaqətlə davam etdirir.

mənbə: modern.az
Mayamidə daşınmaz əmlak mütəxəssisi işləyən azərbaycanlı xanım - FOTOLARMayamidə daşınmaz əmlak mütəxəssisi işləyən azərbaycanlı xanım - FOTOLARMayamidə daşınmaz əmlak mütəxəssisi işləyən azərbaycanlı xanım - FOTOLARMayamidə daşınmaz əmlak mütəxəssisi işləyən azərbaycanlı xanım - FOTOLARMayamidə daşınmaz əmlak mütəxəssisi işləyən azərbaycanlı xanım - FOTOLAR


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Mədəniyyət   Baxılıb: 3157   Tarix: 27 yanvar 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanın Xalq artistinin adından dələduzluq edilir - FOTO

Xalq artisti Yusif Eyvazov "Facebook" hesabında sosial media izləyicilərinə müraciət edib. xəbər verir ki, opera ifaçısı fırıldaqçıların onun adından saxta hesab açdıqlarını deyib. Y.Eyvazov abunəçilərinə onun adından göndərilə bilinəcək mesajlar barədə xəbərdarlıq edib. "Əziz dostlar

22 yanvar
.

Maksim Qalkin Bali adasına buraxılmamasının səbəbini açıqlayıb

Rusiyalı artist Maksim Qalkin konsert verməyi planlaşdırdığı İndoneziyanın Bali adasına buraxılmayıb. Şoumenin özü "Instagram" sosial şəbəkəsində bu hadisənin niyə baş verdiyini açıqlayıb. "Həqiqətən də pasport nəzarəti zamanı İndoneziyaya giriş qadağan edilib. Eyni zamanda, iki gün əvvə

28 yanvar
.

Məşhur serialın meksikalı aktrisa vəfat edib

Məşhur serialın meksikalı aktrisa Renata Flores 74 yaşında vəfat edib. Qeyd edək ki, Renata Flores bir zamanlar çox populyar olan "Vəhşi qızılgül" (Dikaya roza) teleserialında xadimə Leopoldina rolu ilə tanınıb

10 fevral
.

Kadırov "sürətli musiqini" qadağan etdi

Çeçenistanın rəhbəri Ramzan Kadırov Çeçenistanda musiqi əsərləri üçün temp tələblərini təsdiqləyib və bu, regiondakı musiqi qruplarının ifası üçün tempi dəqiqədə 80-dən 116 vuruşa qədər məhdudlaşdırır. -ın Rusiya mediasına istinadən xəbərinə görə, Çeçenistanın mədəniyyət naziri Musa Dadayev bu barəd

7 aprel
.

Tarixin ən qanlı diktatorlarından biri barədə film çəkiləcək

"Emmy"nin 10 mükafatına sahib olan "Çernobıl" serialının rejissoru Yohan Renk yeni layihəsini lentə almağa hazırlaşır. O, İraqın keçmiş lideri Səddam Hüseynin həyatının son günlərindən bəhs edən film çəkəcək. Filmdə baş rolu "Saltburn" və "The Banshee of İnisherin"

17 fevral
.

Xalq artisti VƏFAT ETDİ

Azərbaycan və Tacikistan SSR-nin Xalq artisti, müğənni Leyla Şəripova vəfat edib. "Qafqazinfo" xarici mətbuata istinadən xəbər verir ki, sənətkar 94 yaşında Almaniyanın Düsseldorf şəhərində vəfat edib. Onun ölüm səbəbi açıqlanmır

20 fevral
.

"O olmasın, bu olsun" tamaşası ilk dəfə ATV-də göstəriləcək – VİDEO

ATV telekanalı tamaşıçılarını daim maraqlı layihələrlə sevindirməyə çalışır. Belə layihələrdən biri də "Səhnə" layihəsidir. Dünya və Azərbaycan teatr tarixinə fərqli baxış, teatr salnaməsinə adlarını qızıl hərflərlə yazan böyük aktyorlar haqqında indiyə qədər bilmədiklərimiz, dram əsərilə musiqini

12 aprel
.

Boşboğazdırlar, rus dili düşmən dilidir? - Aqil Abbas torta görə əsəbiləşdi

Milli Məclisin deputatı Aqil Abbas ötən gün 71 yaşına qədəm qoyub. Ölkə.Az xəbər verir ki, doğum günündə nəvələri millət vəkilini təbrikə gəliblər. Azyaşlıların babası üçün gətirdikləri tortun üzərində isə rusca ürək sözləri yazılıb. Sosial şəbəkə istifadəçilərindən biri deputatın nəvələrinin onu doğm

2 aprel
.

"Avroviziya" şərhçimiz bəlli oldu

"Avroviziya-2024"​ beynəlxalq mahnı müsabiqəsinin Azərbaycandan builki şərhçisinin kimliyi açıqlanıb. İctimai Televiziya və Radio Yayımları Şirkətinin Mətbuat Xidmətindən "Qaynarinfo"ya verilən məlumata görə, müsabiqədə şərhçi tanınmış televiziya və radio aparıcısı Nurlana Cəfərov

4 aprel