"Əməkdaşlarımıza rüşvət verməsinlər" - XƏBƏRDARLIQ

"Əməkdaşlarımıza rüşvət verməsinlər" - XƏBƏRDARLIQ"2018-ci il gömrük orqanları üçün bir çox sahələrdə uğurlu il olub".

Sonxeber.az "report"a istinadən xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev bu gün gömrük əməkdaşlarının peşə bayramı münasibətilə bağlı keçirilən kollegiya iclasında bildirib.

Onun sözlərinə görə, keçən il gömrük sistemində aparılan idslahatlar və bu sahədəki nailiyyətlər bunu deməyə əsas verir: "Xüsusilə də fiskal siyəstdə böyük uğurlar əldə edilib. Ötən il büdcə ödənişlərin öhdəliyini 1 milyard manatdan artıq həyata keçirilməsi komitənin ən böyük uğurlarından biridir".

S.Mehdiyev bildirib ki, ötən il gömrükçülər 1,2 tona qədər narkotik vasitə aşkar edib ki, bu da ölkənin gömrük sisteminin tarixində rekord göstəricidir. Müsadirə edilmiş narkotikanın böyük hissəsi heroin olub.

Bundan başqa, DGK sədrinin sözlərinə görə, bu gün gömrük sistemində kadr islahatları öz nəticəsini verməkdədir: "Bir neçə gömrük inspektorunun eyni işi görməsinə, "ötür-ötür" oynamasına son qoyulub. Bu gün demək olar ki, bütün kadrlar öz yerindədir".

S.Mehdiyev vurğulayıb ki, ötən il bir neçə gömrük əməkdaşı tutduğu vəzifəyə və daşıdığı rütbəyə hörmətsizlik edib, rüşvət və korrupsiyaya bulaşıb: "Ancaq onlar bu gün gömrük sistemində yoxdurlar və hüquq mühafizə orqanlarında işlərinə baxılır, onlara qarşı cinayət işi açılacaq. Düşünürəm ki, bu, digər əməkdaşlara da bir siqnal olmalıdır. Belə əməkdaşlar, öz işinə və peşəsinə hörmət etməyən adamlar bizim sıralarımızdan gedəcək".

Onun sözlərinə görə, rüşvət almağa cəhd edən gömrük əməkdaşları qanun qarşısında cavab verəcəklər:

"Belə hallar bu gün də var. Bu məsələni komitə ciddi araşdıracaq. Belə halların qarşısı qısa müddətdə alınmalıdır. Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə davam edəcək. Bəzi gömrük əməkdaşları iclaslarda xəbərdarlıqlarımıza baxmayaraq, gömrük andına sadiq qalmadılar və bu işə xələl gətirdilər. Biz bu sahədə qəti addınlarımızı bu il də atacağıq.

Tamahını idarə edə bilməyənlər bizim aramızdan gedəcək, özü də çox pis şəkildə gedəcək. Sahibkarlara müraciət olunub ki, əməkdaşlarımızı korrupsiyaya və rüşvətə cəlb etməsinlər. Sahibkarların rüşvət təklifləri ilə bağlı xüsusi əməliyyatlar keçiriləcək. Sahibkarlar bu cür hallardan əl çəkmək istəmir. Cari ildə də belə faktlar mövcuddur. Bu sahədə ciddi tədbirlər görüləcək və icraçılar aidiyyatı qurumların rəisləri olacaq".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 2355   Tarix: 30 yanvar 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Məcburi köçkünlər üçün tikilən binalardakı mənzillərin satış QİYMƏTLƏRİ

Ötən ilin yanvar ayından keçmiş məcburi köçkünlər üçün tikilmiş və istifadəsiz mənzillərin onlayn satışına başlanılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən onlayn formada satışı həyata keçirilən mənzillər paytaxtın Sabunçu rayonunun Ramana və Kürdəxanı qəsəbələrində, Qaradağ rayonunu

27 fevral
.

Zeytun yağı niyə BAHALAŞIB?

Son günlər Azərbaycan istehsalı olan zeytun yağlarının qiymətində kəskin artım müşahidə olunur. Bu da özünü əsasən yarımlitrlik və birlitrlik qablaşdırmalarda göstərir. Belə ki, bir müddət əvvəl qiyməti orta hesabla 6,20-7,40 manat olan yarımlitrlik zeytun yağları hazırda 9,0 manatdan baha satılır. 8,50-10,5

8 mart
.

Qızıl qiymətləri rekord səviyyəyə qalxdı

Qızıl qiymətləri cümə günü tarixi zirvəyə yüksəlib. "Ölkə.Az"ın məlumatına görə, spot qızıl 0,5% bahalaşaraq bir unsiya üçün 2 min 384,34 dollar olub. ABŞ-nin qızıl fyuçerslərinin dəyəri isə 1,2% artaraq 2 min 401,80 dollara çatıb. Sessiyanın əvvəlində külçə qızılın dəyəri rekord həddə bahalaşara

12 aprel
.

Azərbaycan neftinin qiyməti 92 dollara düşüb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,82 ABŞ dolları, yaxud 0,9 % azalaraq 92,26 ABŞ dolları təşkil edib. Bu barədə "Report"a neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, "Brent" markalı neftin iyun fyuçerslərini

11 aprel
.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ştat cədvəli dəyişib

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ştat cədvəli dəyişib. Bu barədə Nazirlər Kabineti sərəncam verib. "Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ştat cədvəli"nə İcraçı idirektorun müavini ştatı əlavə edilib. "Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin işçilərinin aylıq vəzif

27 fevral
.

Azərbaycanda dollar bahalaşa bilər?

Dollar dünya bazarında yenidən möhkəmlənir. Son 1 ayda avro dollara nisbətən 3 faizə yaxın dəyər itirib. Hazırda 1 avro almaq üçün cəmi 1.062 dollar ödəmək lazımdır. Dolların güclənməsi regional münaqişələr fonunda investorların Amerika puluna daha çox sərmayə yönəltməsi və ABŞ iqtisadiyyatındakı canlam

15 aprel
.

Azərbaycanda hotellər üzrə orta qiymət azalıb

Cari ilin aprel ayında Azərbaycanda bütün ulduz təsnifatları üzrə hotellərdə üzrə orta qiymət öncəki ayla müqayisədə bir qədər azalaraq 131,67 manat təşkil edib. -ın xəbərinə görə, yanvarda Azərbaycanda bütün ulduz təsnifatları üzrə hotellərdə üzrə orta qiymət 87,50, fevralda 102,67, ötən ay isə 134,3

6 aprel
.

Azərbaycan ən çox bu ölkələrlə ticarət edir

2024-cü ilin yanvar ayında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 131 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 72 ölkəyə məhsul ixrac olunub, 124 ölkədən idxal olunub. Bu barədə -a Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib. Bildirilib ki, 2024-cü ilin yanva

13 mart
.

Hesablama Palatası dövlət qurumunda yoxlamalar APARIR

Hesablama Palatası Bakı Şəhər Mədəniyyət Baş İdarəsində yoxlamalar aparılır. Bizim.Media-nın əldə etdiyi məlumata görə, yoxlamalara yanvar ayının əvvəllərindən başlanıb və bu, fevralın sonunda bitəcək. Audit yoxlamaların Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tərkibindəki mədəniyyət ocaqlarında da aparıldığ

22 fevral