Ekspertdən manatın məzənnəsi ilə bağlı vacib AÇIQLAMA: İstəsə dəyişər

Ekspertdən manatın məzənnəsi ilə bağlı vacib AÇIQLAMA: İstəsə dəyişərAzərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin 0,5 faiz bəndi azaldılaraq 9,75 faizdən 9,25 faizə endirilməsi barədə qərar qəbul edib.

Bu barədə AMB-nin sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfransında məlumat verib.

Xatırladaq ki, qurumun rəhbərliyi ötən il dekabrın 26-da faiz dəhlizi parametrlərinin dəyişməz saxlanılması haqda qərar qəbul etmişdi.

Mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran baş bankir bildirib ki, ölkədə devalvasiya göslənilmir: "Azərbayanda devalvasiya haqqında danışılanlar qeyri-ciddidir. Bütün proqnozlar makroiqtisadi stabilik üzərində qurulub. Ötən il Azərbaycanın tədiyyə balansı profisitli olub. Azərbaycan Dövlət Neft Fondunun aktivləri 3 milyard dollar artıb. Cari ildə makroiqtisadi sabitliyi təmin etmək üçün istənilən qədər resurs var. 2019-ci il makroiqtisadi vəziyyət baxımından 2018-ci ilə oxşayır. İlk ildir ki, fiskal qaydalar fəaliyyət göstərir. Bu il Azərbaycan valyuta bazarına 6,8 milyard dollarlıq transfert daxil olacaq. Neftin qiymətinin təsiri əhəmiyyətli dərəcədə məhdudlaşdırılıb. Əsas siyasət aşağı inflyasiya, dayanıqlı məzənnə ideologiyası üzərində qurulub".

E.Rüstəmovun sözlərinə görə, prezident İlham Əliyev 2019-cu ildə və ortamüddətli dövrdə Azərbaycanda makroiqtisadi və maliyyə sabitliyinin dərinləşdirilməsi, onun dayanıqlığının artırılması ilə bağlı tədbirlər planının hazırlanması üçün Nazirlər Kabinetinə göstəriş verib. Onun sözlərinə görə, bu tədbirlər planının layihəsi artıq hazırdır: "Bu tədbirlər planı artıq müvafiq qaydada hazırlanaraq aidiyyəti üzrə təqdim olunub. Bu gün bu sənəd Azərbaycan hökuməti və Prezident İlham Əliyevin sərəncamı ilə yaradılmış Maliyyə Sabitliyi Şurasında müzakirə olunmaq üçün diqqət mərkəzindədir. Bütün sənədlərin qüvvədə olmasına baxmayaraq, makroiqtisadi qurumların koordinasiyası ilə Azərbaycanda makroiqtisadi və maliyyə sabitliyini təmin etmək üçün cari ildə əlavə işlər, ortamüddətli dövrdə islahatlar həyata keçirməyi planlaşdırırıq. Lazımı islahatları həyata keçirək ki, bütovlükdə makroiqtisadi idarəetməni yaxşılaşdıraq və gücləndirək, bununla da gələcəkdə digər amillərin təsirini effektli neytrallaşdıra bilək".

E.Rüstəmov qeyd edib ki, dünya bazarında neftin baza qiyməti 60 ABŞ dolları olacağı təqdirdə Azərbaycanın tədiyyə balansının profisitli olması gözlənilir: "Profisitin məbləği ümumi daxili məhsulun 10 faizi qədər proqnozlaşdırılır".Onun sözlərinə görə, Azərbaycan nefti dünya bazarında ucuzlaşsa belə, bu dolların bahalaşmasına təsir etməyəcək: "Bütün bunlara görə Mərkəzi Bank və hökumətin vahid planı var. Qeyd etdiyim kimi, makroiqtisadi situasiya nəzarət altındadır. 2017-2018-ci illərdə ölkədə makroiqtisadi sabitlik hökm sürüb. 2019-cu ildə də belə olacaq".

O, 2019-cu ildə də rəhbərlik etdiyi qurumun valyuta ehtiyatlarının məbləğində artım proznozlaşdırdığını bildirib.

İqtisadçı-ekspert Samir Əliyev bildirir ki, manatın taleyi hazırda hökumətin əlindədir: "Yəni hökumət istəsə məzənnəni dəyişər, istəməsə dəyişməz. Bu gün Azərbaycan manatının məzənnəsinə heç bir kənar faktor təsir etmir. Qeyd edim ki, manatın məzənnəsinin aşağı salınması bugünkü iqtisadi konyuktur baxımından Azərbaycana sərf etməyən variantdır. Ölkənin qeyri-neft ixrac qabiliyyəti yüksək deyil. Manatın zəifləməsi iqtisadiyyata ciddi zərər vura bilər. Manata təsir göstərəcək yeganə amil neftin qiymətidir. 2008-2009-cu illərdə neftin qiyməti düşərkən hökumət gözləmə mövqeyi tutdu, manatın məzənnəsini düşməyə qoymadı. Və neftin ucuzlaşması qısamüddətli olduğu üçün bu mövqe uğur gətirdi. Lakin 2014-2015-ci illərdə başlanan ucuzlaşma uzunmüddətli oldu və hökumət valyuta ehtiyatlarının böyük bir qismini itirdi. Hazırda da vəziyyət dünya bazarında neftin qiymətinin nə qədər uzun müddətə düşməsindən asılıdır. Qısamüddətli dövr üçün hökumət yəqin ki, yenə gözləmə mövqeyi seçəcək. Amma uzun müddət qiymətlər aşağı olarsa, hökumət minimum itkilərlə vəziyyətdən çıxmaq üçün manatın məzənnəsini aşağı sala bilər".

Qeyd edək ki, Mərkəzi Bank rəhbəri həmçinin Azərbaycanda "Əmanətlərin tam sığortalanması haqqında" qanunun qüvvədə olma müddətinin artırılmasını da mümkün saydığını bildirib. Xatırladaq ki, sözügedən qanun bank əmanətlərinin 3 il müddətində tam sığortalanmasını nəzərdə tuturdu ki, həmin müddət də bu ayın sonunda başa çatır.

S.Əliyev deyir ki, bu qanunun tələblərinə görə banklara yerləşdirilmiş bütün əmanətlər qorunur: "Yaxın bir ay ərzində müddət uzadılmasa bu qanun qüvvəsini itirəcək və əvvəl qüvvədə olmuş qanun - "Əmanətlərin sığortalanması haqqında" Qanun yenidən işləyəcək. Bu halda bağlanacağı təqdirdə bankdan alınacaq kompensasiyanın həcmi 30 min manatdan çox olmayacaq. Bunun üçün gərək əmanətçinin bir bank üzrə əmanətlərinin həcmi illik faizlə birgə 30 min manatı ötməsin. Belə vəziyyətdə xarici valyuta, o cümlədən dollar əmanətçiləri üçün bu limit ümumiyyətlə sərf etmir. Çünki sığorta hadisəsi baş verəcəyi təqdirdə onların alacağı kompensasiyanın maksimum həcmi təxminən 17647 dollar olacaq".

Ekspertin sözlərinə görə, əmanətlərin tam sığortalanması və manatın sabitliyi nəticəsində əmanət qoyuluşunda artım müşahidə edilməyə başlayıb: "Hazırda manat əmanətlərinin həcmi 2014-cü il həddinə (4,4 milyard AZN) çatmasa da, 3 milyard AZN-ə qədər artıb ki, bu da 2012-ci il səviyyəsidir. Ümumi əmanət qoyuluşunun həcmi isə 8 milyard AZN-i ötüb. Bunun əsas səbəbi manatın sabitliyi və əmanətlərin tam sığortalanmasıdır. Fikrimcə, bu qanun ən azı daha bir il (3 il olsa daha arzuolunandır) uzadılmalıdır. Çünki bankların bağlanması riski tam aradan qalxmayıb və əmanətçilərin proseslərə həssaslığı qalmaqdadır. Ancaq sığortalanma şərtləri dəyişməlidir. Çünki banklarda izafi likvidlik yaranıb. Yüksək faizlə əmanətləri cəlb ediblər, ancaq həmin vəsaitləri, o cümlədən digər mənbələrdən cəlb edilmiş depozitləri kreditləşməyə yönəltməkdə çətinlik çəkirlər. Ona görə də əsas diqqət resursların ucuzlaşdırılmasına yönəldilməlidir. Bunun yollarından biri kimi sığortalanan əmanətlərin illik faiz dərəcəsi aşağı salınmalıdır. Qorunan əmanətlərin illik faiz dərəcəsi artdıqca sığorta haqları da ona uyğun artırılmalıdır. İllik faiz dərəcəsi 15 faizdən yüksək faizlə cəlb edilən əmanətlər isə sığortalanmamalıdır. Bu addım bir tərəfdən əmanət bazarında illik faiz dərəcələrinin azalmasını təmin edəcək, digər tərəfdən bankları yüksək faizlə əmanət cəlbi niyyətindən çəkindirəcək". ("Yeni Müsavat")


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 2281   Tarix: 02 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"TikTok"da məşhurlaşan Adəmin atası həbs olundu

Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar edən şəxslərlə bağlı polis əməkdaşları tərəfindən qanunamüvafiq tədbirlər davam etdirilir. "Qafqazinfo" xəbər verir ki, barəsində dəfələrlə tədbir görülməsinə baxmayaraq 1988-c

15 aprel
.

Şokoladın qiyməti dəyişəcək? - VİDEO

Şokolad qiymətlərində kəskin artım gözlənilir. Çünki şokoladın əsas inqrediyenti olan kakaonun dünya bazarlarında dəyəri tarixdə ilk dəfə olaraq bir ton üçün 10 min dollar həddini keçərək rekorda imza atıb. İqtisadçı Eldəniz Əmirov bildirib ki, kakaonun qiymətinin dünya bazarlarında artması təbii şokoladları

29 mart
.

Prezident İlham Əliyev BƏƏ-nin Maliyyə Nazirliyi ilə imzalanmış memorandumu təsdiqlədi

Prezident İlham Əliyev 2024-cü il yanvarın 9-da Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Maliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nun təsdiq edilməsi barədə Fərman imzalayıb. Bu barədə xəbər verir. Fərmanl

20 fevral
.

DYP-dən sürücülərə XƏBƏRDARLIQ - FOTO

Bu gün səhər saatlarından etibarən bəzi yerlərdə hava şəraiti arabir yağıntılı olub, dağlıq rayonlarda isə qar yağıb. Bəzi rayonlarda qar örtüyünün hündürlüyü 6 sm olub. -in məlumatına görə, Bakıda və Abşeron yarımadasında havanın minimal temperaturu 0 dərəcəyə yaxın olub. Hava proqnozu proqramlarını

26 fevral
.

Xiyarın qiyməti kəskin azaldı

Şəmkir rayonunda xiyarın topdansatış qiyməti kəskin azalıb. İqtisadiyyat.az xəbər verir ki, məhsulun hazırda sortundan asılı olaraq topdansatış bir kiloqramının qiyməti 0,7-0,9 manat arasında dəyişir. Bu tərəvəzin 10 kiloqramlıq kisəsi topdansatış 7-9 manata təklif olunur. Bakıda isə supermarketlərd

23 aprel
.

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 0,25 faiz bəndi azaldılaraq 7,75 %-dən 7,5 %-ə endirilməsi barədə qərar qəbul edib. "Report" bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, faiz dəhlizinin aşağı həddi 6,25 % saxlanlıb, yuxarı həddi isə 0,25 faiz bənd

28 mart
.

Azərbaycanda orta aylıq əməkhaqqı 950 manata çatır

2024-cü il martın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1727,2 min nəfər olub. Dövlət Statistika Komitəsindən (DSK) -a verilən məlumata görə, onlardan 899,7 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 827,5 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. Muzdl

9 aprel
.

Qızılın qiyməti rekord həddə çatdı

Qızılın dünya qiyməti rekord həddə yüksəlib. Ekspertlər bildiriblər ki, son aylarda qiymətli metal Çin istehlakçılarının fenomenal alışları fonunda "ikinci nəfəs" qazanıb. Məlumata görə, sarı metalın bir troya unsiyası (təxminən 31,1 qram) 2 141 dollara (3 639 manat) çataraq, ötən ilin dekabrınd

6 mart
.

Azərbaycanda elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviqi ilə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviq edilməsi haqqında Sərəncam imzalayıb. Bu barədə xəbər verir. Sərəncamda qeyd olunur ki, karbon emissiyalarının azaldılmasında, enerji səmərəliliyinin yüksəldilməsində və nəqliyyat sənayesində innovasiyaların təşviqind

7 mart