"15 manat artıq verirəm ki, bacınla da cinsi əlaqədə olum" –AZƏRBAYCANDA/ ŞOK TƏFƏRRÜAT

"15 manat artıq verirəm ki, bacınla da cinsi əlaqədə olum" –AZƏRBAYCANDA/ ŞOK TƏFƏRRÜATBeyləqan rayonunda qətl törətməkdə təqsirli bilinən Füzuli rayon sakini, 1990-cı il təvəllüdlü Sədi Kərimovun (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib – red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Sədi Kərimov 24 noyabr 2016-cı il tarixdə, saat 13 radələrində 2009-cu ildən etibarən bir neçə dəfə görüşüb və cinsi əlaqədə olduğu Lətifə Səmədovanın yaşadığı Beyləqan rayonu, Mil qəsəbəsindəki evinə gəlib.

10 manata cinsi əlaqə...

O, həmin vaxt Lətifənin evində olan bacısı Ləman ilə pul müqabilində cinsi əlaqədə olmaq istədiyini bildirib. Bu zaman Lətifəyə 10 manat verərək, cinsi münasibətdə olmaq üçün Ləman ilə birlikdə otaqlardan birinə keçib.

Onlar soyunduqdan sonra Sədi Ləmana müəyyən qeyri-etik hərəkətlər etməsini təklif edib.

Əxlaqsız təklifi narazılıq yaratdı

Lakin Ləman onun bu sözlərindən əsəbiləşib və otağı tərk edib, digər otaqda olan bacısı Lətifəyə həmin təkliflə əlaqədar narazılığını bildirib.

Lətifə Sədidən hansı səbəbdən bacısına belə təkliflər etdiyini soruşub, ona iradını bildirib. Buna görə də onların arasında mübahisə yaranıb.

Pula görə bıçağa əl atdı

Mübahisə zamanı Lətifə Sədini evdən həyətə çıxarıb, darvazanın qarşısına ötürərək getməsini tələb edib. Bu zaman Sədi qadından verdiyi 10 manatı qaytarmasını tələb edib.

Lətifə isə ona bacısı Ləman ilə otaqda xeyli vaxt keçirdiyi səbəbindən pulu qaytarmaqdan imtina edib və Mahirdən həyəti tərk etməsini istəyib. Lətifənin bu hərəkətlərindən qəzəblənən Mahir onu qəsdən həyatı üçün təhlükəli olan zərər vurmaq qərarına gəlib.

Bu niyyətlə Mahir Lətifənin saçından tutub, onun qarın nahiyəsinə bir dəfə zərbə vurub.

Xəstəxanaya çatdırılsa da...

Lətifə Beyləqan rayon Mərkəzi Xəstəxanasına vaxtında çatdırılıb və intensiv tibbi yardımların göstərilməsinə baxmayaraq, dekabrın 1-də aldığı xəsarətlərdən xəstəxanada ölüb.

İstintaq orqanı tərəfindən Sədi Kərimovun barəsində Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır xəsarət yetirmə, ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olma) maddəsi ilə ittiham elan edilib.

"Kafedə və evində cinsi əlaqədə olmuşam"

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Sədi Kərimov ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.

O deyib ki, mərhum Lətifə ilə 2009-cu ildə 1-ci Şahsevən kəndi ərazisində yerləşən "Qoca" kafesində tanıyıb: "Kafedə işləyən Lətifə ilə həm orada, həm də Mil qəsəbəsindəki evində dəfələrlə öz razılığı ilə cinsi əlaqədə olmuşam. Axırıncı dəfə Lətifə ilə yaşadığı evdə onun bıçaqla vurulmasından təxminən bir il altı ay əvvəl görüşdük, cinsi əlaqədə olduq. Onu tanıdığım müddətdə aramızda narazılıq, mübahisə və dava-dalaş olmayıb".

Zərərçəkmiş Lətifə Səmədova bıçaqlandığı günün səhəri xəstəxanada müstəntiqə hadisə ilə bağlı izahat verib. Lətifə vəfat etdiyi üçün onun həmin izahatı cinayət işinə əlavə edilib.

"Əvvəl tanımadım, o isə mənə10 manat verib dedi ki..."

Lətifə Səmədova izahatında göstərib ki, 2016-cı ilin noyabrın 24-də, saat 13 radələrindən bir qədər keçmiş kiminsə onu çağırmasını eşidib və həyətə çıxıb:

"Həmin şəxs sarışın, 25-30 yaşlarında bir oğlan idi. O, mənə dedi ki, 1 günlük qalmaq üçün ev lazımdır. Mən isə dedim ki, kirayə ev vermirəm. O dedi ki, məni tanımadın, biz tanışıq. Mən dedim ki, tanımadım. O, papağını çıxardı, soruşdu ki, indi də tanımadın? Mən yenə tanımadığımı dedim. Sonra o, cibindən 10 manat çıxardı, mənə verdi ki, cinsi əlaqədə olaq".

"Ləmanı görəndə, ona tamah saldı"

Lətifə Səmədovanın qeydlərinə görə, həmin oğlanla cinsi əlaqədə olmağa razılaşıb və ondan pulu alıb:

"Biz otağa keçəndə bacım Ləmanı gördü, onunla cinsi əlaqədə olmaq istədi. Ləman sərxoş olduğuna görə mən razılaşmadım və onun pulunu qaytardım. Həmin oğlan mənə dedi ki, gedib, kartımda olan pulu bankomatdan çıxararaq gələcəm və sənə artıq pul verəcəm, bacınla cinsi əlaqədə olum. Həmin oğlan bu sözləri dedi, qaytardığım pulun 5 manatını pəncərənin qarşısına qoydu, sonra getdi".

"Bacına görə 15 manat verirəm ki..."

Lətifə Səmədovanın izahatına görə, aradan təxminən 15 dəqiqə keçdikdən sonra həmin oğlan yenidən onların həyətinə gəlib:

"Mən həmin şəxsi birinci dəfə bizə gəlib-getdikdən sonra evimin həyət darvazasını içəridən bağlamışdım. Mən həmin oğlanın evə daxil olmasını gördüm. Ona dedim ki, evin həyətinə necə keçdin. Həmin oğlan mənə dedi ki, evin giriş darvazasını döydüm, qapını açan olmadı, ona görə də hasarın üstündən həyətə daxil oldum. Həmin oğlan həmin vaxt mənə dedi ki, kartımda 52 manat pul var idi, həmin pulu bankomatdan çıxartdım, bir hissəsini borcuma verdim, bir hissəsini, yəni 5 manatını taksiyə verdim, 2 manatına özümə siqaret almışam. Qalan 15 manatını isə sənə verirəm ki, bacınla cinsi əlaqədə olum. Mən də razılaşdım".

"Dedim ki, Ləman ilə 10 dəqiqə bir yerdə olmusan"

Lətifə Səmədova qeyd edib ki, Ləman ilə həmin oğlanın arasında otaqda mübahisə yaranıb:

"Mən həmin oğlana dedim ki, paltarını geyin, burdan get. Həmin oğlan mənə dedi ki, onda verdiyim 15 manatı qaytar. Mən isə ona dedim ki, Ləmanla 10 dəqiqə bir yerdə olmusan, pulu qaytara bilmərəm.

Bundan sonra mən həmin oğlanla evin həyətinə çıxdım. Pulu ona qaytarmadığıma görə aramızda mübahisə baş verdi. O, bir əli ilə saçımdan tutub, başımı aşağı əydi və digər əli ilə əynindəki gödəkçənin döş cibindən bıçağı götürdü, bir dəfə qarın nahiyəmdən vurdu".

"Əvvəllər münasibətim olmayıb"

Lətifə Səmədova əlavə edib ki, həmin oğlanı ilk dəfə noyabrın 24-də onlara gələndə görüb:

"Əvvəllər həmin oğlanı görməmişəm, tanımamışam, onunla heç bir münasibətim olmayıb".

Digər zərərçəkmiş Ləman ifadəsində göstərib ki, hadisə baş verən günü onların evinə gələn Füzuli rayonunun Kürdmahmudlu kənd sakini Sədi Kərimov olub.

Hökm oxundu...

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sədi Kərimov 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Sədi Kərimov apelyasiya şikayəti verib.

Sədi Kərimov bu qətl hadisəsini törətmədiyini, barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Onun şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib.

Hakim Etibar Camalovun sədrliyi ilə baş tutan prosesdə apelyasiya şikayətinin dəlilləri araşdırılıb. Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, Sədi Kərimovun cəzası 11 ilə qədər yüngülləşdirilib.

Kasasiya şikayəti təmin olundu

Bu qərardan narazı qalan Sədi Kərimov yenə də kasasiya şikayəti verib. O, kasasiya şikayətində Şirvan Apelyasiya Məhkəməsinin qərarının ləğv edilməsini, işinə yenidən apelyasiya instansiyasında bəraətverici əsaslarla baxılmasını istəyib.

Ali Məhkəmədə onun kasasiya şikayəti hakim Tahir Kazımovun sıdrlik etdiyi kollegiyada araşdırılıb. Kasasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda kasasiya şikayətinin təmin olunması barədə qərar elan edib.

İşə yenidən baxılacaq

Şirvan Apelyasiya Məhkəməsinin qərarı ləğv edilib, işin yenidən apelyasiya instansiyasında araşdırılması barədə qərar qəbul edilib.

Bu səbəbdən iş materialları yenidən araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib.

Yaxın günlərdə bu iş üzrə yenidən məhkəmə prosesi başlanacaq.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 19556   Tarix: 04 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Gəlninin göz almalarını kəsib, qarın nahiyəsinin isə... - Dəhşətli qətlin ŞOK TƏFƏRRÜATI + FOTO

32 yaşlı gəlinini qətlə yetirən, daha sonra meyiti parçalara bölərək zibil qutusuna atan 75 yaşlı İdris Məhərrəmov hakim qarşısına çıxarılır. Onun cinayət işi üzrə məhkəmə araşdırması Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Nəbiyevin sədrliyi ilə baş tutur. İdris Məhərrəmovun törətdiyi dəhşətl

11 sentyabr 2021
.

Gəncədə qadın qətlinin detalları: Hadisə yun çırpmaq üstündə olub - YENİLƏNİB

Ötən gün Gəncə şəhərində baş verən qətllə bağlı bəzi detallar məlum olub. Hüquq-mühafizə orqanlarından -a bildirilib ki, iki qonşu arasında baş verən mübahisə yun təmizləmək üstündə olub. Belə ki, Gəncə şəhər sakini, 1963-cü il təvəllüdlü Sücayət Məmmədova yaşadığı binanın qarşısında yun çırpırmış. B

1 sentyabr 2021
.

Pirallahı sakinlərindən narkotik maddə aşkarlandı

Polis əməkdaşları tərəfindən narkotik vasitə, eləcə də, psixotrop maddələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində tədbirlər davam etdirilir. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən -a verilən məlumata görə, Pirallahı Rayo

21 avqust 2021
.

Bu rayonda 15 gün ərzində 12 koronavirus xəstəsinə cinayət işi açıldı

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq yoxlamalar zamanı yaşayış yerini tərk edən aktiv koronavirus infeksiyası daşıyıcısı aşkarlanıb. DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan -a verilən məlumata görə, Cəlilabad rayon sakini T.Əliyarlıya COVID-19 infeksiyası testini

25 avqust 2021
.

Qaxda meşəlik ərazidə yanğın BAŞLADI

Bu gün səhər saat 07 radələrində Qax rayonu Güllük kənd inzibati ərazisində, yüksək dağlıq-meşəlik ərazidə yanğın qeydə alınıb. xəbər verir ki, yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Qax və Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissələrinin texnikaları və şəxsi heyətləri

25 avqust 2021
.

Azərbaycanda qadın qonşusunu bıçaqla öldürdü

Prokurorluq Gəncə şəhərində qadının qətli ilə bağlı məlumat yayıb. Şəhər Prokurorluğundan -a daxil olan məlumatda deyilir:. "Avqustun 31-i saat 17 radələrində Gəncə şəhər sakini, 1963-cü il təvəllüdlü Sücayət Məmmədovanın öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olmuşdur. Aparılmı

1 sentyabr 2021
.

İmişlidə mübahisə qanlı bitdi: 32 yaşlı kişi bıçaqlandı

İmişli rayonunda bıçaqlanma hadisəsi baş verib. -ın məlumatına görə, hadisə Şahverdili kəndində qeydə alınıb. Belə ki, 1989-cu il təvəllüdlü Hüseynov Səbuhi Sabir oğlu mübahisə zəminində bıçaqlanıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona döş qəfəsinin kəsilmiş-deşilmi

5 sentyabr 2021
.

Sabirabadda qaynını bıçaqlayıb, qayınanasına xəsarət yetirən şəxs saxlanılıb - YENİLƏNİB

Sabirabadın Kürkəndi kəndində qaynını bıçaqlayan Ramil Tarverdiyev polis tərəfindən saxlanılıb. Kənd sakini, 1986-cı il təvəllüdlü Zərbəliyev İlkin Əlifağa oğlu boğazından və döş qəfəsindən bıçaqlanıb. Yaralı çoxsaylı bıçaq xəsarətləri və qanitirmə diaqnozu ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilərə

7 sentyabr 2021
.

Şirvanda narkoman avtomobili oğurlayaraq yandırdı – FOTO

Şirvan sakini oğurladığı avtomobili yandırıb, saxlanılan zaman onun üzərində narkotik vasitə olan heroin aşkar edilib. xəbər verir ki, avqustun 20-də əvvəllər məhkum olunan Şirvan sakini, 1997-ci il təvəllüdlü Qasımzadə Sakit Qasım oğlu saat 5.00 radələrində avtomobil təmiri sexindən Şirvan sakini, F.Namazov

22 avqust 2021