Avtomobili lizinqlə necə almaq olar? - ŞİRKƏTLƏR, ŞƏRTLƏR
Azərbaycanda banklar tərəfindən avtomobil kreditlərinin məhdudlaşmasından sonra kreditlə avtomobil almaq istəyənlər bunu lizinq yolu ilə həyata keçirməyə başlayıblar.
Sonxeber.az fed.az-a istinadla xəbər verir ki, 2018-ci ilin sonunda bankların avtomobil kreditləri ilə bağlı yeni tələblər də qüvvəyə minib. Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) təsdiqlədiyi 29 dekabr 2018-ci ildən qüvəyyə minən "Bir borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə kredit risklərinin tənzimlənməsi haqqında Qaydalar"ına əsasən, bankların avtomobil krediti verməsi bir qədər də məhdudlaşdırılıb.
Yeni tələbərə görə, kreditin rəsmiləşdirilməsi anında istehsal tarixi bir il və bir ildən az olan avtomobil nəqliyyatı vasitəsinin qiyməti 30 (otuz) min manatdan artıq olduqda KTN əmsalı 60%-dən çox olmamalıdır.
Eləcə də kreditin rəsmiləşdirilməsi anında istehsal tarixi bir il və bir ildən az olan avtomobil nəqliyyatı vasitəsinin qiyməti 30 (otuz) min manat və ya ondan az olduqda KTN əmsalı 50%-dən çox olmamalıdı.
Avtomobil kreditlərinə qoyulan məhdudiyətlərin fonunda avtomobillərin lizinq üsulu ilə əldə edilməsinə maraq artıb. Bunu nəzərə alaraq FED.az lizinq şirkətləri arasında avtomobillərin lizinqlə alınması şərtlərini dəqiqləşdirib.
Araşdırma göstərir ki, avtomobilin lizinqlə satışı zamanı tələb olunan ilkin ödənişin məbləği 20%-50% arasında dəyişir. Araşdırma aparılan "Faktor Lizinq" və "AsProf"da avtomobilləri lizinqlə həm dollar, həm də manatla almaq olar.
Bəzi lizinq şirkətlərində avtomobil alınması ilə bağlı məhdudiyyətlər var.
Belə ki, "Alyans Lizinq" və "Günay Lizinq"də müştərinin VÖEN hesabının olması vacibdir. Bundan əlavə "Günay Lizinq"də əgər vətəndaş rayon qeydiyyatındadırsa, yaşadığı yer Bakıdırsa, bu zaman rayon qeydiyyatında olan 1 nəfərin zaminliyi istənilir.
"Mcb leasing" və "Ekolizinq"də ancaq sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara lizinq verilir.
Bundan başqa "Günay Lizinq" də müştəri ikinci əl avtomobil gətirərsə bu zaman ilkin ödəniş 40-50%, illik faiz 25% olar, avtomobil yeni olduqda isə ilkin ödəniş 25% ilkin, illik faiz 22% olur. Həmçinin "Alyans Lizinq"də köhnə avtomobillər üçün daha çox ilkin ödəniş tələb edilir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2888 Tarix: 05 fevral 2019
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu il uşaqlara daha çox hansı adlar verilib? - Statistika
2026-cı ilin ilk 3 ayında yeni doğulan körpələrə ən çox hansı adların verildiyi məlum olub. Bizim.Media Ədliyyə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, 2026-cı ildə yeni doğulan oğlan uşaqlarına ən çox Uğur adı qoyulub. Belə ki, 105 ailə bu addan istifadə edib. Bundan əlavə Hüseyn 82, Rau
4 aprelSumqayıtda kuryoz hadisə: Bu obyekt kimindir? (VİDEO)
Sumqayıtın mərkəzində, Heydər Əliyev prospekti 40-cı məhəllədə avtobus dayanacağına bitişik gecəqondu peyda olub. Daşınan konsturuksiyadan gecə saatlarında inşa olunan bu obyekt avtobus dayanacağının ərazisini və səkini zəbt edib. Gecəqondu obyektin yaxınlığında Sumqayıt Tibb Mərkəzi, o cümlədən 1 nömrəl
3 aprelElnarə Abdullayeva polisə müraciət etdi
"Bu gün "102"yə zəng etmişəm, sonra da polis bölməsinə gedib ərizə yazmışam". Bunu -a açıqlamasında Əməkdar artist Elnarə Abdullayeva deyib. O qeyd edib ki, sosial şəbəkədə tanımadığı bir xanım onun haqqında əsassız və həqiqətə uyğun olmayan fikirlər yazıb. "Kim olduğunu, n
3 aprelXınalıq və Şahdağa qar yağır
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur, şimşək çaxır, dağlıq ərazilərdə qar yağır. Bakıda və Abşeron yarımadasında, eyni zamanda Şahbuz, Ordubad, Ağstafa
4 aprelAzərbaycanda 2020-dən bəri mina qurbanlarının sayı açıqlandı
Azərbaycanda 10 noyabr 2020-ci ildən indiyə qədər mina qurbanlarının sayı açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib. Bildirilib ki, statistikaya əsasən, Azərbaycanda 10 noyabr 2020-ci ildən mina qurbanlarının sayı 421 nəfərdir. Onlardan 7
4 aprelKüləklə bağlı növbəti - Xəbərdarlıq
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Aprelin 4-6-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. Bakıda v
4 aprel15 gündə 26 nəfəri it dişləyib - 9-u uşaqdır
Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına son 15 gündə it dişləməsi səbəbilə 26 müraciət daxil olub. xəbər verir ki, bu barədə "Report"a xəstəxanadan məlumat verilib. Bildirilib ki, onlardan 13-ü kişi, 4-ü qadın, 9 nəfəri isə azyaşlı olub:. "Pasiyentlərin hər birinə zəruri tibbi yardım göstərilib
4 aprelYağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək
Azərbaycanda aprelin 5-də havanın yağıntılı keçəcəyi gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində yağışın intensiv olacağı ehtimalı var. Gecə və səhə
4 aprel