"Bizimləsən"in Afəti, Nanənin "göz yaşları" və Rəhimin "rəhimsizliyi"...

"Bizimləsən"in Afəti, Nanənin "göz yaşları" və Rəhimin "rəhimsizliyi"...Son günlər AzTV, İTV və "MTV Azərbaycan"da olan yeniliklər, yaxşılığa doğru dəyişikliklər bizi sevindirir. Bizi deyəndə, buraya bütün günü "Space TV"nin hind filmlərinə ilişib qalmayan, "Zita və Gita"nı əzbər bilməyən, proqramları öz intelektual səviyyəsinə görə dəyərləndirməyən tamaşaçıları nəzərdə tuturam.

Dünya praktikasında televiziyalar insanlara sosial mesaj ötürmək, əyləndirmək və düzgün yönləndirmək funksiyaları daşıyır. Nə yazıq ki, bizdə bu, əksinədir.

Biz televiziyanı açırıq, arvadını başqa kişi ilə "tutmuş" əri, evdən qaçan qızı, anası yaşda biri ilə sevgili olan oğlanı görürük. Bunlardan can qurtarıb əyləncəli proqramlara, biraz şou-biznes tipli verilişlərə baxmağa çalışırıq. O zaman isə qarşımıza "palatka toyları"nı xatırladan proqramlar çıxır.

Bu verilişlərdən biri də Nanə Ağamalıyevanın "Şou ATV" proqramıdır. Ancaq sözügedən proqram "palatka toyu"ndan çox, "palatka yası"nı xatırladır.

Burada Nanə hər gün olmasa da, günaşırı olmayan səsi ilə öz "ağlamalinski" mahnısını ifa edərək verilişə başlayır, hər vəchlə səhərin gözü açılmamış gələn qonaqlarını ağlatmağa, onları zülm-zülm gözyaşı tökməyə təhrik edir.

Gözünədöndüyüm qonaqlardan bəziləri də elə edir ki, ağlayan tərəf yalnız Nanə olur.

Əslində, biz də Nanəylə birlikdə ağlayırıq. Bahalı şuba ala, evinin 8-ci mərtəbəsini təmir etdirə bilməyən, evlərində quru çörək tapılmayıb, "sveji təndir çörəyi" olan bəzi ifaçıların "acınacaqlı" həyatına...

Özü də fərqli-fərqli ifaçıları ağlatsa, yenə dərd yarıdır. Könül Kərimova, Mətanət Əsədova, Aşıq Zülfiyyəni eyni proqramda ayda üç dəfə ağlayan görürük. Hər dəfə də onların bitib-tükənməyən arxivləri açılır, eyni nüanslara ağlanılır.

Bu günlərdə isə diqqətimi əməkdar artist Elza Seyidcahanın qonaq olduğu veriliş çəkib. Ağamalıyeva nə qədər əlləşdisə, Elza ağlamaram ki, ağlamaram dedi. Hətta Nanə istəyinə nail olmaq üçün özü də ağladı, Alim Qasımovun "Xatirədir" ifasını səsləndirdi, hər saniyə mahnının səsini daha da yüksəldilməsini tələb etdi... Amma nəticə dəyişmədi, Elza ağlamadı, əksinə güldü.

Özü də verilişdən sonra belə qənaətə gəldim ki, Nanə illərdir efirdə olsa da, nə sayt oxuyub, nə də efir izləyib. Çünki müğənnilərin həyatı ilə bağlı dedikləri bəzi nüansları ilk dəfə eşidirmiş kimi necə təəccüblə qarşılayırsa...

Axı, illərdir verilişlərdə bu etiraflar deyilib, saytlarda yazılıb... Məsələn, Elza ən azı qonaq olduğu 10 verilişdə atasının onları atdığını, sonuncu dəfə onu metroda gördüyünü söyləyib. Nanə isə eşitdiyi sözləri elə təəccüblə qarşılayır ki... Hətta "Bunu ilk dəfədir deyirsiniz" sözü ilə qonağı belə buna inandırmağa can atır.
Nanədən sonra isə bir çox insanların şəfa tapmasına, dərdlərə dərman olmasına səbəb olan "Bizimləsən" layihəsinə keçirəm...

Sözsüz ki, Zaur Baxşəliyev illərdir möhürünü vurmuş və tamaşaçıların sevgisini qazanmış bir şəxsdir. Ancaq son günlər onun efirində "Ərşə çıxan Həcər"i yəni, Afət Fərmanqızını görürük. Verilişdə insanların problemləri qalır kənarda, Şəbnəm Tovuzlu demiş, "Qalinvager" alandan sonra 240 minlik maşının stresi altında boğulan, əzab çəkən, hüceyrələrinədək ağrı-acı içində sızlayan Afət Fərmanqızına sosial şəbəkədə yazılan rəylər müzakirə olunur.

Əlbəttə ki, müzakirə olunmalıdı, çünki müğənni özü buna şərait yaradır. Yaradır ki, sosial şəbəkədə xüsusi təyinatlı təhqir edənlər dəstəsi ona "Vəsf zamanı deyil, Afət" deyib, tənqid etsinlər. Biz inanmalıyıq ki, Afətə avtomobili özü alıb, çatmayan pulunu isə dostu ödəyib. Sosial şəbəkədə gündə yüz dəfə rast gəldiyimiz sözün təkrarı olmasın, "Elə biz də bunu bilmək istəyirik, dərdimiz Afətin maşınıdır. Bizə bu lazımdır?"...

Afəti burada qoyub, keçirik Rafet El Roman və bu kimi qəbildən olan türk müğənnilərinin kliplərini "MTV Azərbaycan"ın üzünə həsrət qoyan Rəhim Rəhimliyə...

Onun MTV-yə gəlişi sözsüz ki, kanalı dirçəltdi. Xüsusilə, rebrendinq edilməsi, gənc müğənnilərə dəstək, kliplərin non-stop yayımlanması milli popumuzda olan ifaçıların da oyanmasına səbəb oldu.

Di gəl ki, biz Rəhim Rəhimlinin canlı efir zamanı rəhmsizliyinin şahidi oluruq. Belə ki, MTV-də yayımlanan "Üç canlı" proqramı zamanı veriliş gedərkən studiyaya qəfil hücumlar baş verir. Bu hücumları isə kanalın rəhbəri Rəhim Rəhimli həyata keçirir. O, yaxşı münasibəti olduğu müğənnilər qonaq olan zaman studiyaya daxil olur və verilişin ənənəvi aparıcılarını yola salaraq, proqrama tək davam edir.

Bu da özü-özlüyündə həm verilişin aparıcılarına hörmətsizlikdir, həm də tamaşaçını qıcıqlandırır. Əgər Rəhimli düşünürsə, aparıcılar həmin qonaqla onun istədiyi tərzdə danışmayıb, onu qane edən cavablar almayacaq, o zaman aparıcıları dəyişsin. Yox, qane edirsə də, yerli və yersiz müdaxilələrini saxlayıb, rəhbərliyini davam etsin və aparıcıları düzgün istiqamətləndirsin. Axı, Rəhimin bu hərəkəti elə qonaqların özünə də hörmətsizlikdir...

Belə baxırıq ki, kanallar içərisində üzümüzü güldürən bu aralar bir-iki kanal və ya veriliş var. Qalanlarında isə ağlayırıq. Ümid edirəm ki, tezliklə "ağlaşmalar" bitəcək və televiziyalarımız üzümüzü güldürən, düzgünlüyə istiqamətləndirən, psixologiyamızı pozmayan proqramlar bəxş edəcək.


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 1891   Tarix: 07 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Yaqub Zurufçunun SON DURUMU - Həyat yoldaşı DANIŞDI

"Yaqub Zurufçunun vəziyyəti stabil ağırdır". xəbər verir ki, bu sözləri Əməkdar artistinin həyat yoldaşı Aynur Zurufçu deyib. O, Yaqub Zurufçunun səhhətində hələ ki, bir dəyişikliyin olmadığını bildirib:. "Daim həkim nəzarətindədir, səhhəti stabil ağır olaraq qalsa da, həkimlər tərəfində

12 sentyabr 2021
.

Kənan MM-ə AĞIR İTKİ - FOTO

Rejissor və aktyor Kənan M.M (Kənan Mahmudov) ağır itki üz baş verib. xəbər verir ki, aktyorun qayınatası koronavirusdan vəfat edib. O, bu barədə məlumatı "Facebook" hesabında paylaşıb

7 sentyabr 2021
.

Sənubər İsgəndərli aparıcılıq edəcək

Əməkdar artist Sənubər İsgəndərli bu mövsüm tamaşaçıların qarşısına aparıcı kimi çıxacaq. xəbər verir ki, aktrisa "Xəzər TV" ilə anlaşıb. Onun proqramının adı "Sənətdən kənar" adlanır. Bu haqda S.isgəndərli özü məlumat yayıb. Verilişin çəkilişləri bir neçə gündür başlayıb. Yaxın günlərd

17 sentyabr 2021
.

Afaq Gəncəli ATV-dən getdi

Aparıcı Afaq Gəncəli ATV telekanalından ayrılıb. Axşam.az-a istinadən xəbər verir ki, o, bu gün ərizəsini yazaraq işdən çıxıb. Kanalla dostcasına ayrılan A.Gəncəli daha fərqli layihə ilə tamaşaçı qarşısına çıxacaq. Hazırda onun hansı kanalda çalışacağı bəlli deyil. Qeyd edək ki, sabah Afaq Gəncəlini

6 sentyabr 2021
.

Ben Afflek sevgilisi Cennifer Lopezə yaxınlaşan pərəstişkarı itələdi - VİDEO

Amerikalı aktyor Ben Afflek sevgilisi məşhur aktrisa Cennifer Lopez ilə şəkil çəkdirmək istəyən pərəstişkarını itələyib. Hadisə aktyorun sevgilisi ilə birlikdə Film Festivalına yollandığı Venesiya baş verib. Məlumata görə, tədbir bitdikdən sonra cütlük hava limanına gedərkən pərəstişkarlardan biri onlar

14 sentyabr 2021
.

Flora Kərimova Prezident təqaüdünün ilk ayını qazilərə verdi

Azərbaycanın Xalq artisti, "Şərəf" ordenli Flora Kərimova ona təyin olunan Prezidentin fərdi təqaüdünün ilk ayını Vətən Müharibəsi qaziləri arasında bölüb. -a istinadən xəbər verir ki, Xalq artisti təqaüdünü 2 qaziyə verib. Həmin qazilər isə erməni əsirliyindən qayıdan Amin Musayev və döyüşlə

6 sentyabr 2021
.

Oğlunu itirən İbrahim Borçalının BİR İL ÖNCƏKİ VƏ İNDİKİ GÖRÜNÜŞÜ - FOTOLAR

Tanınmış aparıcı Lalə Əlimuxtarova sosial media hesabında yeni paylaşım edib. -a istinadən xəbər verir ki, aparıcının paylaşdığı fotolarda bir il öncə oğlunu faciəvi şəkildə itirən İbrahim Borçalının görüntüləri yer alıb. Bir il ərzində çəkdiyi oğul dərdindən necə qocaldığı fotolarda görünür. Onun b

9 sentyabr 2021
.

Aygün Kazımova koronavirusa yoluxub

Xalq artisti Aygün Kazımova koronavirusa yoluxub. Axşam.az-a istinadən xəbər verir ki, bu barədə sənətçi İnstaqram hesabında məlumat verib. Müğənni xəstəliyi ağır keçirdiyini bildirib:. "Mən də bir çoxlarınız kimi koronavirusa yoluxdum. Son 3 günü ağır keçirdim. Hərarətim 37-38,5 idi. Bədənim ço

8 sentyabr 2021
.

Məşhur müğənni koronavirusdan vəfat etdi

Şri-Lankanın məşhur vokalisti və bəstəkarı, "The Gypsies" qrupunun ifaçısı Sunil Perera 68 yaşında vəfat edib. Axşam.az-a istinadən xəbər verir ki, müğənni bu gün müalicə aldığı xəstəxanada koronovirusdan dünyasını dəyişib. Ötən ay COVID-19 testi pozitiv çıxan Sunil xəstəxanaya yerləşdirilib

6 sentyabr 2021