Erməni general Qarabağa üçün HƏRƏKƏTƏ KEÇDİ - Torpaqlarımızda ölüm-dirim SAVAŞI BAŞLADI

Erməni general Qarabağa üçün HƏRƏKƏTƏ KEÇDİ - Torpaqlarımızda ölüm-dirim SAVAŞI BAŞLADI2020-ci ildə Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsində yaradılan qondarma rejimin "prezident seçkiləri" keçiriləcək.

Sonxeber.az publika.az-a istinadla xəbər verir ki, separatçı rejimin hazırkı rəhbəri Bako Saakyanın "namizədliyini" verməyəcəyi deyilir.

Erməni mənbələr qondarma DQR-in keçmiş "müdafiə naziri", I Qarabağ müharibəsində azərbaycanlılara qarşı törədilən soyqırımıların fəal iştirakçısı olmuş general-leytenant Samvel Babayanın separatçı rejimin rəhbərliyinə iddialı olduğunu yazıb.

S.Babayan 2017-ci ildə keçmiş prezident Serj Sarkisyana qarşı sui-qəsd planı qurmaq ittihamı ilə həbs edilib. 2018-ci ildə Serj Sarkisyan devriləndən sonra o, azad olundu. Ötən ilin 10 iyununda Babayan Xankəndidə tərəfdarları ilə görüşdə rəhbərliyə iddia etmədiyini bildirdi. Lakin bu ilin fevralında o, Qarabağın "prezidentliyinə namizəd" olacağını elan etdi.

Son məlumatlara görə, qondarma rejimin "prezidentliyinə" hələ ki iki nəfər – Samvel Babayan və hazırkı "prezidentin məsləhətçisi" Araik Artünyan iddiasını açıqlayıb.

Babayan fevralın 5-də öz iddiasını açıqlayıb, lakin onun "namizəd" olması üçün "konstitusiya dəyişikliyi" lazımdır. Və o, "referendum" keçirilməsi üçün lazımi qədər imza toplamalıdır.

"İmzaların toplanması mütləq olacaq və biz hətta lazım olandan iki dəfə çox imza toplayacağıq. Sübut edəcəyik ki, insanlar mənim qayıtmağımı və dəyişikliyi istəyirlər", - o, Azadlıq radiosunun erməni xidmətinə açıqlamasında deyib. Bildirib ki, imzatoplama kampaniyası mart ayında başlayacaq. O, "prezident" olmaq istəmədiyini, lakin tərəfdarlarını onu buna məcbur etdiyini də qeyd edib.

S.Babayanın tərəfdarları imzatoplama kampaniyasına start vermək üçün martın 10-da Xankəndində ofis açacaqlar.

Babayanın tərəfdarları bildiriblər ki, "Qarabağda sosial-siyasi vəziyyət və ərazilərin qaytarılması təhlükəsi dəyişikliyi zəruri edir. Bundan başqa biz Babayanın qayıtmasını istəyən minlərlə zəng alırıq, çoxları açıq dəstəkdən yayınır, lakin onlar zamanla bunu dilə gətirə biləcəklər".

Babayanın məqsədi seçkidə iştirak edə bilmək üçün əvvəlcə ona "konstitusiyada" məhdudiyyətlər yaradan maddələri dəyişdirməkdir. Onun tərəfdarları buna nail olacaqlarına inanırlar. Separatçı rejimin qondarma "konstitusiyasına" əsasən Babayan dəyişikliyə nail olmaq üçün 10,5 min imza toplamalıdır.

Erməni hüquqşünas Monte Madoyan bunun çətin olacağını hesab edir.

"2017-ci ildə Qarabağda seçicilərin sayı 103818 nəfər idi. "Parlament" 33 deputatdan ibarətdir. Babayan seçicilərin ən azı 10381 imzasını toplamalıdır ki, dəyişiklik layihəsini "parlamentə" təqdim edə bilsin, bununla yanaşı, deputatların 2/3-nin səsi lazımdır ki, referendum keçirilsin", - deyə o bildirib.

Erməni analitik Artuq Ospiyan bildirib ki, bu gün işğal altındakı Qarabağda inqilabi vəziyyət yetişib.

"Sarkisyan olmadan Qarabağ "hakimiyyəti" necə hərəkət etməyi bilmir. Mümkündür ki, onlar Babayanı sıxmaq üçün köhnə metodlardan – güc strukturlarından istifadə edəcək. Lakin indiki situasiyada bu metod "hakimiyyətin" imicinə zərbədir. İndi "Qarabağ hakimiyyətinin" yeganə hədəfi kresloda öz adamlarının oturmasıdır. Çünki yalnız bu halda onların təhlükəsizliyi və topladıqları var-dövlət zəmanət altında olacaq", - deyə o bildirib.

Osipyan istisna etmir ki, 2020-ci ildə "seçkilər" ərəfəsində Qarabağda kütləvi aksiyalar başlaya bilər: "Qarabağda inqilabi vəziyyət yaranıb, sadəcə kənardan təşəbbüs lazımdır. Samvel Babayan bu təşəbbüsü irəli sürə bilər, yaxud başqaları ortaya çıxacaq".

Politoloq David Karabekyan qeyd edib ki, inqilabdan sonra Qarabağın "rəhbərliyi" çətin vəziyyətə düşüb.

"Çünki onları Sarkisyan idarə edirdi, indi hər şey dəyişib. Babayanın iddiası buna görə ola bilər", - deyə o bildirib.

Erməni şərhçilər bütün bunların oyun ola biləcəyindən də şübhələnirlər. Çünki Babayan 1999-cu ilə qədər separatçı rejimin "müdafiə naziri" olub və indi "hakimiyyətdə" olanlar onun dövründən qalma kadrlardır. Bu baxımdan, Babayan, yaxud Artünyanın "prezident" olması Saakyana zəmanət əldə etmək şansı verə bilər. Hazırda Azərbaycanın işğal edilmiş ərazilərində siyasi xaos və qarşıdurma davam edir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Müharibə   Baxılıb: 2387   Tarix: 12 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Prezident sabiq nazirin oğlunu da təltif etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 26 İyun Silahlı Qüvvələr günü ilə əlaqədar torpaqlarımızın işğaldan azad olunması uğrunda aparılan hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət göstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş 76 mi

26 iyun 2021
.

Ermənistan silahlı qüvvələri tərəfindən mövqelərimiz atəşə tutuldu

Avqustun 15-i saat 04:33 və 07:25-də Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini iriçaplı silahlarda

15 avqust 2021
.

Üzeyir Cəfərov: "Hərbçilərin statusu barədə yeni qanun qəbul olunacaq"

"Hərbi qulluqçuların statusu barədə yeni qanun qəbul olunacaq". Bunu ARB24-ün "İşgüzar səhər" verilişinə açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib. O bildirib ki, yeni qanun layihəsində bir çox yeniliklər var:. "Bir sıra sənədlərin və məsələlərin təkmilləşməsinə ehtiya

27 iyun 2021
.

Laçın rayonunun Əhmədli kəndindən görüntülər – VİDEO

Müdafiə Nazirliyi Laçın rayonunun Əhmədli kəndinin görüntülərini yayıb. Həmin görüntüləri təqdim edirik:

13 iyun 2021
.

Yaşyarımlıq Zəhra Quliyeva faciəsindən dörd il ötür

Bu gün erməni vandalizminin qurbanı olan balaca Zəhra Quliyeva faciəsindən 4 il ötür. 2017-ci ilin bugünkü tarixində Füzuli rayonunun Alxanlı kənd sakinləri 2016-cı il təvəllüdlü Zəhra və 1967-ci il təvəllüdlü nənəsi Sahibə Quliyeva Ermənistan silahlı qüvvələrinin minaatan və qumbaraatanlardan atəş

4 iyul 2021
.

Azad olunan ərazilərdə aşkarlanan minaların SAYI

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı təqdim edib. ANAMA-dan -a verilən məlumata görə, iyulun 12-dən 17-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan əməliyyat-axtarış tədbirlər

17 iyul 2021
.

"Haber Global": Zəhranın qanı yerdə qalmadı – VİDEO

Türkiyənin "Haber Global" televiziya kanalı erməni hücumu nəticəsində 2017-ci ildə qətl edilən balaca Zəhranın xatirəsinə həsr olunmuş süjet hazırlayıb. Süjetdə indiyədək məhfur düşmən tərəfindən çox sayda azyaşlı azərbaycanlının öldürüldüyü diqqətə çatdırılır. Qeyd olunur ki, son nəticəd

4 iyul 2021
.

Müdafiə Nazirliyi: Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutuldu

Avqustun 1-i saat 03.45 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən kəndi yaxınlığında yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikası Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəş

1 avqust 2021
.

Qaytarılan ermənilərin adları açıqlandı - TAM SİYAHI

Humanizm nümunəsi olaraq Azərbaycanın Ermənistana təhvil verdiyi 15 erməni əsilli şəxsin adları açıqlanıb. xəbər verir ki, siyahını "Sputnik Armeniya" yayıb:. 1. Akopyan Volodya Qaqikoviç. 2. Asatryan Gevorg Norayroviç. 3. Qasparyan Gor Vaqramoviç. 4. Enqoyan Sisak Qrişaeviç. 5. Karapetya

4 iyul 2021