Azərbaycanda uşaq olmaması səbəbindən nikahların pozulması halları artıb
Azərbaycanda sonsuzluq səbəbindən nikahların pozulması halları 33,5 faiz artıb.
Ədliyyə Nazirliyindən Trend-in sorğusuna cavab olaraq, bildirilib ki, 2018-ci ildə Azərbaycanda uşaqların olmaması səbəbindən 785 nikahın pozulması qeydə alınıb. 2017-ci ildə isə bu səbəbdən nikahların pozulması halları 588 olub.
Nazirlikdən bildirilib ki, Azərbaycanda nikahın pozulmasının əsas səbəbləri ər-arvadın bir-biri ilə xasiyyətlərinin tutmaması, xəyanət, qısqanclıq, maddi çətinlik, mənzilin olmaması, ailədaxili zorakılıq, ailə münasibətlərinin pozulması, uşaqların olmaması, sərxoşluq, narkomaniya, xəstəlik və digər hallarla bağlıdır.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri, hüquq üzrə fəlsəfə doktoru Elgün Səfərov Trend-ə açıqlamasında bildirib ki, Azərbaycanda internetin insanların həyatına, onların tənha qalmasına, eləcə də boşanmasına təsiri güclənəcək.
Bütün ölkələrdə boşanmaların sayının çoxaldığını söyləyən E.Səfərov əlavə edib ki, BMT-nin statistik məlumatlarına əsasən, ABŞ, Fransa, Böyük Britaniya, Rusiya və Almaniyada bağlanan nikahların 35-45 faizi, Bolqarıstan, Türkiyə, Yunanıstan və Macarıstanda isə 25-28 faizi boşanma ilə nəticələnir.
Son dövrlərdə Azərbaycanda boşanma faizinin cüzi olsa belə, hər il artdığını deyən komitə rəsmisi bildirib ki, hazırda ölkədə məişət zorakılığı boşanmanın ən birinci səbəbi hesab edilir. Lakin E.Səfərovun fikrincə, əvvəllər ailələrdə məişət zorakılığı halları boşanmaya səbəb olmurdu.
Sonxeber.az
Telegramda izləyin
instagramda izləyin
Sosial Baxılıb: 485 Tarix: 12 fevral 2019
Şikayətiniz varsa Whatsapp: 055 3906818
Facebookda Paylaş
Unvan.az - elanlar sayti
Təcili! Dəyərindən aşağı Azinkoda mənzil satılır - FOTOLAR
Çox təcili Nəriman Nərimanov rayonu, Nərimanov metrosuna 10 dəqiqəlik məsafəsi olan, Əliyar Əliyev küşəsində, 100% yaşayışlı yeni binada, 90 kvadratlıq, 2 otaqlı, təmirli, istilik sistemi kombi olan, döşəmə parket, mənzil əşyasız satılır, mənzil 155.000 Azn-nə satılır. Real alıcılara qiymətdə razılaşma
15 fevral 2019Abşeron zəfəranı dünyaya səs saldı - 11 min dollar...- VİDEO
Abşeron zəfəranı dünyada ən bahalı vegeterian məhsullar arasında 3-cü yerdə qərarlaşıb. Bununla bağlı xarici mediada hazırlanmış məqalədə qeyd edilib ki, 1 kiloqram Abşeron zəfəranının qiyməti dünya bazarında 11 min dollardır. Rəqəmlərə əsaslansaq, bu bitkinin ölkəyə xarici valyuta cəlbi baxımından böyü
12 fevral 2019Kamal Abdulladan qalmaqal yaşadığı xanım dekanla bağlı MÜHÜM QƏRAR
Azərbaycan Dillər Universitetinin (ADU) Filologiya və Jurnalistika fakültəsinin dekanı Vüsalə Ağabəyli vəzifəsindən çıxarılıb.. . BakuPost xəbər verir ki, bu barədə V. Ağabəyli özü bildirib və əlavə edib ki, onu əsassız iddialarla vəzifəsindən çıxarıblar.. . O, ADU-da əleyhinə çıxmamış insanların d
12 fevral 2019Qorxunc qrip virusu dünyanı bürüyüb: Azərbaycana təhlükə varmı...
Rəsmi qurumlar ölkəmizdə "donuz qripi" olmadığını deyir; həkim: "Əgər virus varsa, bunu açıq şəkildə deyib, xalqı maarifləndirmək lazımdır". Dünyanı qrip virusu cənginə alıb. Konkret olaraq bir çox ölkələr bunun adını A (H1N1) "donuz qripi" qoymasalar da qrip virusunun yayıldığın
12 fevral 2019Təhsili olmayanlara şad xəbər
"İnformal və qeyri-formal üsullarla əldə edilən səriştələrin tanınması üçün normativ hüquqi aktın qəbul olunması ilə bağlı layihə hazırlanıb. Bu, Nazirlər Kabinetinin qərar layihəsi olacaq".. . Sonxeber.az "report"a istinadla xəbər verir ki, bunu təhsil nazirinin müavini İdris İsaye
12 fevral 2019Baş nazirdən VACİB QƏRAR
Azərbaycanda ali təhsilin səviyyələri üzrə bəzi ixtisaslaşmalarda dəyişikliklər edilib.. . . Modern.az xəbər verir ki, dəyişiklik Baş nazir Novruz Məmmədovun imzaladığı qərar 2019-cu il 15 sentyabr tarixindən qüvvəyə minəcək.. . . . . . Sıra. №-si İxtisasların (proqramların) şifri və adı. 1 2 3. 1
12 fevral 2019Metrodan istifadə edənlərə ŞAD XƏBƏR
Bakının "Xətai" metrostansiyasında təmir tikinti işləri sürətlə davam edir. Çəkiliş zamanı metropoliten işçiləri tərəfindən ərazidə gərgin iş prosesini müşahidə etdik.. . Realtv.az-ın məlumatına görə, stansiyanın 50 ildir fəaliyyət göstərən binası, platforması eyni zamanda Xətai-Cəfər Cabbarl
12 fevral 2019