Paşinyandan Qarabağla bağlı GÖZLƏNİLMƏZ MÖVQE: Azərbaycan tərəfi danışıqlarda...
Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı absurd və şübhəli açıqlamalar verib.
Sonxeber.az publika.az-a istinadla xəbər verir ki, Paşinyan əvvəlki kimi "Dağlıq Qarabağ xalqı"nın öz taleyinin təyin edilməsində iştirakının vacib olduğunu, buna görə də danışıqlar masasında tərəf kimi çıxış etməsi fikrini səsləndirib.
O, Azərbaycanın mövqeyinə toxunub və qeyd edib ki, Bakı "Qarabağ nümayəndələrinin" danışıqlarda iştirakına belə reaksiya verir: "Əgər erməni tərəfi danışıqlara Qarabağ nümayəndələrini cəlb edəcəksə, onda Bakı da Qarabağın Azərbaycanlı İcmasının iştirakında təkid edəcək. Əslində, bu mövqe aydınlaşdırılmalıdır. Çünki Qarabağın Azərbaycanlı İcması Azərbaycanda keçirilən bütün seçkilərdə iştirak ediblər, buna görə də Azərbaycan prezidenti, hökuməti və parlamenti bu insanların adından danışıqlar aparmaq mandatına malikdirlər. Əgər Qarabağın Azərbaycanlı İcması danışıqlarda tərəf kimi iştirak edirsə, onda belə çıxır ki, Azərbaycan hakimiyyəti danışıqlarda bütün Azərbaycan dövlətini təmsil edə bilməz. Əgər belə deyilsə, o zaman, bu icma tərəf kimi iştirak edə bilməz".
Paşinyan bu açıqlaması ilə özünü də ifşa etmiş olur: ya o, danışıqların mahiyyətindən məlumatsızdır, ya da danışıqları pozmaq üçün özünü belə göstərir. Çünki Qarabağın azərbaycanlı və erməni icmalarının iştirakı məsələsi 1994-cü ildə Bişkekdə imzalanan atəşkəs sazişində öz əksini tapır. Bununla yanaşı, Qarabağda qondarma "dövləti" Ermənistan yaradıb, Azərbaycan deyil, Ermənistandan fərqli olaraq, Dağlıq Qarabağ Azərbaycan dövlətinin ərazisidir, Qarabağın azərbaycanlı və erməni sakinləri Azərbaycan Respublikasının vətəndaşları olublar və bu, Azərbaycan Prezidentinə bütün dövlətin adından danışmaq hüququ verir.
Sonxeber.az
Telegramda izləyin
instagramda izləyin
Müharibə Baxılıb: 1793 Tarix: 12 fevral 2019
Şikayətiniz varsa Whatsapp: 055 3906818
Facebookda Paylaş
Unvan.az - elanlar sayti
Ermənistanda əsgər zabiti güllələyərək öldürüb
Ermənistan ordusunun sıravi əsgəri zabiti güllələyərək öldürüb.. . Sonxeber.az "report"a istinadən xəbər verir ki, məlumatı Ermənistanın İstintaq Komitəsi yayıb. . . Məlumata görə, həqiqi hərbi xidmət çağırışçısı sıravi A.K. tabeliyində olan silahla baş leytenant Mesrop Rubikoviç Qriqoryan
12 fevral 2019Ermənistanda daha bir hərbçi ölüb
Ermənistan silahlı qüvvələrinə məxsus hərbi hissələrdən birində hərbi qulluqçu həlak olub.. . Bu barədə Ermənistan müdafiə nazirinin mətbuat katibi Artsrun Ovanisyan deyib.. . Müddətdən artıq xidmət edən hərbi qulluqçu, 1985-ci il təvəllüdlü Mesrop Qriqoryan güllə yarasından ölüb.. . Təfərrüatlar açıqlanmır
12 fevral 2019Nazirlik cəbhədəki erməni təxribatı ilə bağlı məlumat yaydı
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 21 dəfə pozub.. . Bu barədə Sonxeber.az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.. . Ermənistan Respublikası Noyemberyan rayonunun Voskepar kəndində və adsız yüksəkliklərd
12 fevral 2019Ermənistandakı rus hərbi bazası Paşinyanı devirə bilərmi?
Rusiya Müdafiə Nazirliyi yanında İctimai şuranın üzvlərindən ibarət nümayəndə heyəti Ermənistandakı 102-ci hərbi bazaya baş çəkib. "Moskovskiy Komsomolets" qəzeti həmin səfərlə bağlı bazadan reportaj hazırlayıb.. . "Rusiyanın xaricdəki hərbi bazalarının sayı elə də çox deyil. Onların hə
11 fevral 2019"Azərbaycan Qarabağda əməliyyata başlayacaq" – Ermənilər təşvişdə
"Ermənistanın Baş naziri Nikol Paşinyan ya Azərbaycanla müharibədə qələbə qazanmalıdır, ya da geri çəkilməlidir".. . Sonxeber.az teleqraf.com-a istinadla xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Erməni qartalları - Vahid Ermənistan" partiyasının lideri Xaçik Asryan deyib.
11 fevral 2019Cəbhədə vəziyyət gərginləşdi
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 25 dəfə pozub.. . Bu barədə Sonxeber.az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.. . Ermənistan Respublikası İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşə
11 fevral 2019Ermənistan əsgər ölümlərini niyə gizlədir? - Açıqlama
Ermənistanın Müdafiə Nazirliyi son vaxtlar orduda baş verən əsgər ölümlərinin gizlədilməsinə dair iddiaları cavablandırıb.. . Sonxeber.az teleqraf.com-a istinadla xəbər verir ki, Nazirliyin mətbuat xidmətinin rəhbəri Artsrun Ovannisyan Feysbuk hesabında sonuncu dəfə baş vermiş ölüm hadisəsinin gizlədilmədiyini
11 fevral 2019Zakir Həsənovdan döyüş hazırlığı ilə bağlı VACİB TAPŞIRIQ
Mərkəzi Komanda Məntəqəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.. . Sonxeber.az-a nazirlikdən verilən məlumata görə, Müdafiə nazirinin müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, birlik komandirlərini
9 fevral 2019