Nazirdən paylanan xəstə heyvanlarla bağlı AÇIQLAMA
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi özünüməşğulluq proqramının icrası çərçivəsində 30 min baş iri və xırdabuynuzlu heyvan paylayıb. Heyvanların çoxunun xəstə olması ilə bağlı fikirlər əsassızdır. Ümumi xəstə heyvanların sayı bir faizdən aşağıdır.
Sonxeber.az publika.az-a istinadla xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev keçirdiyi brifinqdə deyib.
Nazir bildirib ki, bir faizə kütləvi narazılıq demək yanlışlıqdır.
"İnsanlar heyvanlar təqdim ediləndən 2-3 ay sonra dəyişdirilmək üçün müraciət edib. Lakin biz bu heyvanları təqdim edərkən baytarlıq arayışı, heyvanı alanın özünün razılığı olur. Bütün müraciət edənlərə özlərinin imzası ilə təsdiq etdikləri aktı təqdim edirik. Noyabrda heyvanı alıb razılıq edir, bir neçə ay sonra heyvanın xəstə olduğunu deyirlər. Bu müddət ərzində heyvana necə baxılması, xəstələnməsi sual altındadır. Lakin bununla yanaşı bildirmək istəyirəm ki, kim narazılıq edibsə onlara baxılıb. Heyvanların arasında fərqlərin olmasına gəldikdə isə bildirmək istəyirəm ki, 30 min heyvan hər hansı avadanlıq deyil, müəyyən fərqlər olmalıdır".
Proqram çərçivəsində heyvanların yüksək qiymətlərə alınmasına gəldikdə, nazir bu rəqəmin əsassız olduğunu deyib:
"Alınan qiymətlər bu vaxta qədər alınanlardan aşağıdır. Vergi və xərclər daxil olmaqla bu rəqəm 1800 manatdan yüksək deyil. 5 min manata alınması fikirləri doğru deyil. Çünki bizim fəaliyyətimizin əsasında sosial ədalət və şəffaflıqdır. Satınalmada qiymət artımına yol verilməyib. Bu il alınan heyvanlar ötən ildən 13, avadanlıqlar 22-25 faiz daha ucuz alınıb".
Nazir bildirib ki, bu məsələdə manipulyasiya ilə məşğul olmaq istəyənlər var.
"Hər bir müraciət araşdırılır. Bu araşdırma nəticəsində əmlakı, yaşayış sahəsi olan 800-ə yaxın şəxs müəyyən edilib. Hətta bəzən heyvanı başqası ilə dəyişdirib bizə verdiyimiz heyvanın xəstə olduğunu deyirlər. 30 min heyvandan 119-u dəyişdirilib".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1311 Tarix: 14 fevral 2019
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ofisiantların ölümünə görə tutulan icarədarın həbs müddəti artırıldı
Binəqədidə 4 gəncin elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı həbs edilən "Lake Hotel"in icarədarı Ağasif Verdiyev yenidən məhkəməyə çıxarılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, prokuror cinayət işi üzrə zəruri istintaq hərəkətlərinin davam etməsi ilə əlaqəda
19 dekabrSabah hava necə olacaq?
Azərbaycanda dekabrın 21-də havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəz
20 dekabr"Dəyirman"ın Anarı bu qurumda yüksək vəzifədə çalışır - Foto
Məşhur "Dəyirman" qrupunun keçmiş üzvü Anar Abdullayev qurumların birində yüksək vəzifədə çalışır. xəbər verir ki, bununla bağlı məlumat yayıb. Bildirilib ki, o, 2023-cü ildən "AzerGold" QSC-də müşavir kimi fəaliyyət göstərir. Qeyd olunub ki, "Dəyirman" qrupu dağıldıqda
20 dekabrMeyxanaçı Kərim dəfn edilidi (FOTO)
Meyxanaçı Kərim Novruzov Maştağa qəsəbəsində yerləşən Seyidəli qəbiristanlığında dəfn olunub. APA xəbər verir ki, dəfn mərasimində mərhumun ailə üzvləri və sənət dostları iştirak ediblər. Qeyd edək ki, Kərim Novruzovla vida mərasimi yaşadığı evdə keçirilib. Xatırladaq ki, o, dünən uzun sürən xəstəlikdə
20 dekabrBəzi şəxslər 100 manatlıq bu rüsumu ödəməyəcək
Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmaların əhatə dairəsi genişləndirilir. xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Dövlə
19 dekabrAzərbaycanda əsgərlik müddəti azaldılacaq - Ekspert AÇIQLADI
Azərbaycanda hərbi xidmət müddətinin azaldılması məsələsi artıq ictimai müzakirə mərhələsini geridə qoyub və real mexanizmə çevrilmək üzrədir. Bu addım ölkənin ərazi bütövlüyü və suverenliyinin təmin olunmasından sonra gündəmə gələn təbii və zəruri proseslərdən biridir. xəbər verir ki, bu sözləri -
20 dekabr