"Bu şəhərdə" Afət Fərmanqızı ilə bağlı görün nə edəcək - BÖYÜK SÜRPRİZ

"Bu şəhərdə" Afət Fərmanqızı ilə bağlı görün nə edəcək - BÖYÜK SÜRPRİZSumqayıt şəhər İcra Hakimiyyəti "Bu şəhərdə" komandasına orada konsert keçirilməsinə rəsmi icazə verib.

Bu barədə tanınmış prodüser və ssenarist Müşfiq Abbasov publika.az-a verdiyi müsahibədə danışıb.

Gələn ay Heydər Əliyev Sarayında silsilə (7, 8, 9, 10, 11 mart) konsertlər verməyə hazırlaşan "Bu şəhərdə"nin rəhbəri Müşfiq Abbasov suallarımızı cavablandırıb.

- Müşfiq bəy, Sumqayıt İcra Hakimiyyətindən "Bu şəhərdə"nin konsertlərinin keçirilməsinə icazə verilmədiyi barədə açıqlama yaymışdınız. Lakin İcra Hakimiyyəti mətbuata verdiyi açıqlamada bildirdi ki, "Bu şəhərdə" üzvlərinə "yox" cavabı verilməyib. Məsələni aydınlaşdıra bildiniz?

- Bəli, mətbuatda çıxan xəbərlərdən sonra İcra Hakimiyyətindən zəng edib dedilər ki, konsert keçirtmək olar. Odur ki, Sumqayıt sakinlərini sevindirə bilərəm. İnşallah, "Bu şəhərdə" komandası mart ayının əvvəllərində orada da konsert proqramı ilə çıxış edəcək.

- Başqa rayonlarda da konsert verməyi düşünürsünüzmü?

- Martın 21-də Qəbələdə çıxış edəcəyik. Gəncə konsertimizin tarixləri barədə danışıqlar gedir. Azərbaycan konsertləri bununla yekunlaşır. Yeri gəlmişkən, növbəti konsertimiz aprel ayında Moskvada keçiriləcək. Konsertləri başa vurduqdan sonra yeni filmimizin çəkilişlərinə start verməyi düşünürük. Çox illik fasilədən sonra tamaşaçıların qarşısına komediya filmi ilə çıxmaq niyyətindəyik. Ekran işinin çəkilişləri yayda baş tutacaq, təqdimat mərasimi isə payız aylarına planlaşdırılıb.

- Yəqin ki, komediya janrındadır.

- Bəli.

- Ssenari müəllifi və rejissoru kim olacaq?

- Ssenaristi və baş prodüseri mənəm. Rejissoru bəlli deyil. Azərbaycan kino sənayesində hansısa filmə ən qəliz məsələ rejissor tapmaqdır. Elə böyük seçim də yoxdur. Çəkilən filmlərdən də görürük ki, çoxu uğursuz alınır.

- Bəs tələblərinizə cavab verə bilən rejissor hansı xüsusiyyətlərə sahib olmalıdır?

- Məsələ tələblərimiz deyil, müəyyən standartlar var ki, filmin uğurlu alınması üçün rejissor onlara cavab verməlidir. Azərbaycan dilində komediya çəkmək üçün onun rejissor və baş operatoru ilk növbədə Azərbaycan dilinin incəlikləri bilməli və bütün zarafatları xırdalıqlarına kimi başa düşməlidir. Bu, komediyanın əsas şərtidir və həmin kadrın təsirli alınmasında böyük rol oynayır. Kadr qurularkən rejissor bilməlidir ki, əsas vurğu nəyə yönəldilsin. Dahi rejissor belə, bizim dilimizi təmiz bilməsə, Azərbaycanda komediya çəkə bilməyəcək. Çünki elə söz birləşmələri var ki, orda gizlənən yumoru yalnız azərbaycanlı anlaya bilər, başqa dilə tərcümə olunmur. Nəticə etibarilə zarafatın məğzini tuta bilməyən insan həmin səhnəni ssenaristin nəzərdə tutduğu kimi canlandıra bilməz. İkincisi isə, öz işinə qarşı məsuliyyətlə yanaşmasıdır.

- Aktyor heyəti müəyyənləşibmi?

- Baş rollarda Rəfaellə Coşqun çəkiləcək, ikinci planda isə iki qadın və iki kişi aktyor nəzərdə tutulub. Konkret adlar çəkə bilməyəcəm, çünki tam dəqiqləşməyib.

- Çəkilişlər harada keçiriləcək?

- Əsasən Bakı və bir neçə rayonumuzda, həmçinin Azərbaycandan kənar bir ölkədə də səhnələrimiz olacaq.

- Konsertin hazırlıqları hansı səviyyədədir?

- Silsilə konsertlərin ilk gününə qədər çətinliklər olur. Səhnəyə çıxandan sonra bütün çətinliklər unudulur. Aktyorlar artıq arxayın olur ki, hər şey yaxşıdır. Amma o vaxta qədər kostyumların hazırlanması, musiqinin seçilməsi, mətnin əzbərlənməsi, səhnəciklərin quruluşu, qrim və s. baxımdan problemlər yaranır. Ümumiyyətlə, hər mərhələnin öz çətinliyi var.

- Budəfəki konsertdə əsas tənqid hədəfləriniz nə olacaq?

- Tənqid hədəfləri ailə-məişət və sosial problemləri istiqamətinə yönəlib. 5/5 verilişinin aparıcısı Zaurun, "Azəri qızı" Günel Zeynalova ilə İbrahim Tatlısəsin, qayınana ilə kürəkən səhnəsi və yeni parodiyalar olacaq. Bunlardan başqa, son günlərin əsas müzakirə mövzusu olan "Məndə sığar iki cahan" mahnısı ilə bağlı tənqidlərimiz də yer alıb.

- Sürprizlər olacaqmı?

- Əslində konsertdə göstərilən hər səhnəcik və obrazlar yenidir. Onların hər biri özlüyündə tamaşaçı üçün sürprizdir. Sadəcə "Sirtuş" obrazı çox sevildiyi üçün qonaqları dəyişmək şərti ilə onu hər konsertdə saxlayırıq. Onun qonaqlarından biri hamı üçün gözəl sürpriz olacaq.

- Konserti kim aparacaq?

- Saleh Bağırov.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şou-biznes   Baxılıb: 3133   Tarix: 14 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Türk mediası Cavanşir Məmmədovun ölümündən yazdı

Xəbər verdiyimiz kimi, Əməkdar artist Cavanşir Məmmədov bu gün vəfat edib. Axşam.az-ın məlumatına görə, bu barədə türk mediasında da xəbərlər dərc olunub. Məlumatda Azərbaycanın tanınmış sənətçilərindən biri Cavanşir Məmmədovun 70 yaşında evində ürəktutmasından dünyasını dəyişdiyi əks olunub. Həmçini

21 aprel
.

Aparıcı ilə xanəndə arasında qalmaqal yaşanıb

Əməkdar artist Nigar Şabanova ilə aparıcı Lətafət Ələkbərova arasında qalmaqal yaşanıb. Axşam.az-ın əldə etdiyi məlumata görə, bir neçə müddətdir fəaliyyətini MTV-də davam etdirən L.Ələkbərova "Lətafətin mətbəxi" proqramına xanəndəni qonaq çağırıb. O isə gələcəyini desə də, proqrama qatılmayıb

22 aprel
.

Bu gün Mələkxanım Eyubovanın qızının toyudur

Bu gün Xalq artisti Mələkxanım Eyubovanın evində toydur. Axşam.az-ın məlumatına görə, xanəndənin qızı Nəzrin müğənni Mərdan Kazımovla ailə qurur. Toy şəhər restoranlarından birində olacaq. Məclis mediaya qapalı keçiriləcək. Qeyd edək ki, Nəzrin və Mərdanın nişanı ötən ilin oktyabrında olub. Onlar bi

22 aprel
.

Cavanşir Məmmədovun "dodaq uçuqladan" sərvəti GÖRÜN KİMƏ MİRAS QALACAQ? - VİDEO

"1988-ci ildən 2020-ci ilə qədər yaxşı pul qazanmışam". -a istinadən xəbər verir ki, bu sözləri "Xəzər" TV-də yayımlanan verilişlərdən birində Əməkdar artist Cavanşir Məmmədov deyib. Müğənni maddi imkanı yaxşı olduğunu bildirib və mal varlığını açıqlayıb:. "Mən kiminsə pulun

21 aprel
.

Mələkxanım Eyubovanın qızının toyundan ilk görüntülər -VİDEO

Bu gün Xalq artisti Mələkxanım Eyubovanın qızı Nəzrinin toydur. -ın məlumatına görə, müğənni Mərdan Kazımovla ailə quran Nəzrin toy çəkilişindən ilk görüntüləri sosial media hesabında paylaşıb. Videoda Mərdan "Sənə də qalmaz" mahnısını ifa edib. Qeyd edək ki, Nəzrin və Mərdanın nişanı ötə

22 aprel
.

Cavanşirin vəsiyyəti: kostyumda dəfnə din necə baxır? - İlahiyyatçı açıqladı

Əməkdar artist Cavanşir Məmmədovun vəfatı ilə iki ay öncə dəfni ilə bağlı efirdə etdiyi vəsiyyətin gündəmə gələsi müzakirələrə səbəb olub. Şəriətdə bir müsəlmanın kostyumla dəfninə istisnalarla, mərhumun vəziyyətinə görə icazə verilib-verilməməsi diqqət mərkəzindədir. Bu barədə ilahiyyatçı Ağa Hacıbəyl

21 aprel
.

Cavanşir Məmmədovun dəfn YERİNDƏN VİDEO

Əməkdar artist Cavanşir Məmmədov dəfn olunub. report-a istinadən xəbər verir ki, mərhum sənətçi bu gün "Qurd Qapısı" qəbiristanlığında torpağa tapşırılıb. Dəfn mərasimində onun ailə üzvləri, həmkarları və mədəniyyət nümayəndələri iştirak ediblər

20 aprel
.

Könül Kərimova TANINMAZ HALDA - FOTO

Əməkdar artist Könül Kərimova saç düzümündə dəyişiklik edib. xəbər verir ki, sənətçi bununla bağlı "Instagram"da paylaşım edib. Qısa kəkil kəsdirən Əməkdar artist izləyicilərinə sual da ünvanlayıb:. "İndi deyin, mənə bu saç düzümü yaraşır, ya yox

21 aprel
.

Aygün və Namiq toyda hərəkətləri ilə DİQQƏT ÇƏKDİLƏR - VİDEO

Xalq artisti Aygün Kazımova və meyxanaçı Namiq Qaraçuxurlu növbəti dəfə bir araya gəliblər. Sənətçilər paytaxt restoranlarının birində keçirilən toyda səhnə alıblar. Sevilən duetlərini səsləndirən Kazımova ilə Qaraçuxurlu səhnədə ifaları zamanı hərəkətləri ilə qonaqların diqqətini çəkiblər. Aygün Namiqi

22 aprel