Bakıda faciə: Sosial şəbəkələrdə oyunlara baxan uşaq özünü asdı- SOS!

Bakıda faciə: Sosial şəbəkələrdə oyunlara baxan uşaq özünü asdı- SOS!Bir neçə gün əvvəl Bakı şəhər Sabunçu rayonunda məktəbli oğlanın özünü asaraq intihar etməsi hadisəsi ilə bağlı dəhşətli faktlar üzə çıxıb.

Sonxeber.az xəbər verir ki, Publika.az-ın əldə etdiyi məlumata görə, Kürdəxanı qəsəbəsində yaşayan və yataq otağında özünün asaraq həyatına son qoyan 15 yaşlı Quluzadə Əli Asif oğlunun meyitinin müayinəsi zamanı onun dırnaqlarını xeyli uzatdığı üzə çıxıb. Orta məktəbin rus bölməsinin 9-cu sinfində oxuyan Əlinin dəftərlərində isə çoxlu qəribə cin-şeytan, özünü asmış insan fotoları və digər qeyri-adi görüntülər üzə çıxıb. Ailə üzvləri bildiriblər ki, Ə.Quluzadə bir müddət imiş ki, özünə qapanıbmış və qaranlıq otaqda qalmağa çalışırmış. Onun dəftərlərində ölüm və nifrəti əks etdirən digər qeydlər də olub. Yaxınlarının bildirdiyinə görə, yeniyetmə son vaxtlar internetdə hansısa təsirlərin altına düşüb və bundan sonra davranış və düşüncələrində köklü dəyişikliklər nəzərə çarpıb.

Qeyd edək ki, 15 yaşlı Əli Quluzadə özünü asarkən evdə tək olub. Onun orta məktəbə davamiyyəti və qiymətləri normal olub.

Onu da qeyd edək ki, intihar edən məktəblinin anası, Respublika QİÇS-lə Mübarizə Mərkəzinin həkimi olan İlhamə Poladova övladının intiharı ilə bağlı ictimaiyyətə müraciət edib. O, müraciətində bildirib:

"Ay analar, atalar! Ayılın. Övladını itirən ana kimi sizə müraciət edirəm. Mənim gül kimi təmiz balam sosial şəbəkələrdə paylaşılan oyunun qurbanı oldu. Uşaqlara şüuraltı təsir edib, psixi dünya görüşlərini dəyişirlər . Bunu paylaşmaqda məqsədim odur övladlarınızı qoruyun. Mən balamı qoruya bilmədim. Sosial şəbəkələrdə yayılan oyunların qurbanı olub həyatına son qoydu. Birinci əlamət uşaqlar telefona, kompüterə çox bağlanır. Sonra qaranlığı sevirlər, sonra hiss edilmədən özlərinə cüzi xəsarətlər edirlər. Baxışları dəyişir, Aqressivləşirlər. Ayılın. Nəzarət edin, onları xilas edin. Mənim balam sosial şəbəkələrdəki terrorun şəhidi oldu".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 3529   Tarix: 16 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Lənkəranda FACİƏ: 1 yaşlı körpə ÖLDÜ

Lənkəran rayonunda bir yaşlı körpə naməlum səbəbdən ölüb. xəbər verir ki, hadisə Səpnəkəran kəndində qeydə alınıb. Belə ki, 2020-ci il təvəllüdlü İbrahim Nazim oğlu Ağazadənin halı qəfil pisləşib. Bu səbəbdən valideynləri körpəni Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparıblar. Ancaq həkim müayinəsində

13 sentyabr 2021
.

Azərbaycanda sevdiyi qızın ailəsinin "yox" dediyi gənc qollarını doğradı

Sumqayıtda 23 yaşlı oğlan özünə ülgüclə xəsarət yetirib. -ın əldə etdiyi məlumata görə, E.Aslanzadə adlı gəncin bu addımına səbəb sevdiyi qızın ailəsinin onun elçilərinə "yox" deməsi olub. Qolundan ağır xəsarət alan E.Aslanzadə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır

17 sentyabr 2021
.

Tanışını döyə-döyə öldürdü

Bakıda tanışını döyərək öldürən şəxs saxlanılıb. Xətai rayon prokurorluğundan -a bildirilib ki, sentyabrın 15-də paytaxtın Xətai rayonu ərazisində 1994-cü il təvəllüdlü Hüseyn Hüseynovun almış olduğu xəsarətlər nəticəsində 3 saylı Şəhər Kliniki Xəstəxanasında ölməsi barədə rayon prokurorluğuna məluma

16 sentyabr 2021
.

Mingəçevirdə minik avtomobili kül oldu

Mingəçevir şəhərində "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsində elektrik avadanlıqları yanıb. Fövqəladə Hallar Nazirliyindən -a verilən məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

11 sentyabr 2021
.

Azərbaycanda 4 piyadanı maşın vurub öldürdü

Sentyabrın 14 və 15-də piyada ölümü ilə nəticələnən 4 yol qəzası olub. Daxili İşlər Nazirliyindən -a verilən məlumata görə, sentyabrın 14-də saat 1 radələrində Gəncə şəhəri Ü.Hacıbəyov küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Samux rayon sakini Tural Mustafayev vurulub. Nəticədə piyada aldığ

15 sentyabr 2021
.

Rəşid Mahmudovun oğlu infarkt keçirdi - FOTO

Tibb Universitetinin dosenti, tanınmış ictimai xadim Rəşid Mahmudovun oğlu infarkt keçirib. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, Rəşid Mahmudovun oğlu xəstəxanaya yerləşdirilib və vəziyyəti ağırdır

12 sentyabr 2021
.

Kranın dəmir qarmağı fəhlənin ölümünə səbəb oldu - FOTO

Salyan sakini bədbəxt hadisə nəticəsində ölüb. Məlumata görə, hadisə Şirvan şəhərinin "Qarasu OYL" şirkətinin podratçı təşkilatı olan "İlkin-N" firmasının sexində baş verib. Salyan rayonunun Qarabağlı kənd sakini, 1980-ci il təvəllüdlü Qurbanov Elman İsrail oğluna fəhlə işlədiyi sexd

17 sentyabr 2021
.

Gəncədəki dəhşətli qəzanın görüntüləri - VİDEO

Gəncədə ağır yol qəzası baş verib. Qaynarinfo xəbər verir ki, hadisə nəticəsində iki nəfər yaralanıb. Qəza Böyük Bazarın yaxınlığında baş verib. Olayın görüntüləri sosial şəbəkələrdə yayılıb. Hadisənin təfərrüatları bəlli deyil. Olay barədə rəsmi məlumat da yoxdur. Videodan aydın görünür ki, qəzaya yüksə

17 sentyabr 2021
.

Bakıda dəhşətli qəzadan görüntülər - VİDEO

Sosial şəbəkələrdə ötən gün Bakıda baş verən ağır yol qəzasının görüntüləri yayılıb. -ə istinadən xəbər verir ki, hadisə "Koroğlu" metrostansiyası yaxınlığında qeydə alınıb. Qəza zamanı toqquşan avtomobillərdən biri aşıb. Hadisədən sonra Heydər Əliyev prospekti Hava limanı istiqamətində sıxlı

14 sentyabr 2021