Dünyada şiə-sünni müharibəsi başlayır

Dünyada şiə-sünni müharibəsi başlayır48 şiə din xadiminin edam edilməsi ilə açıq müstəviyə keçən Səudiyyə Ərəbistanı-İran qarşıdurması müsəlman aləmini yeni müharibəyə sürükləyə bilər. Artıq bununla bağlı fikirlər səslənməkdədir.

ABŞ Mərkəzi Komandanlığının keçmiş komandanı, dəniz piyadalarının istefada olan generalı Entoni Zinni bildirib ki, Səudiyyə Ərəbistanı ilə İran arasındakı gərginlik irimiqyaslı müharibəyə çevrilə bilər. Ölkələr arasında müharibə başlayarsa, digər müsəlman dövlətlər sünni-şiə bloklarında birləşərək açıq və ya dəstəkverici formada müharibəyə qatıla bilər.

Hadisələrin gedişi bu məcraya istiqamətlərə bilərmi?

Politoloq Fikrət Sadıqov hesab edir ki, iki ölkə arasında yaranan qarşıdurma çox təhlükəli hal almaqdadır: "Reallıq budur ki, hər iki tərəfin Suriya məsələsində mövqeyi fərqlidir. Yaxın Şərqdə və Suriya ətrafında baş verən proseslər fonunda iki ölkə arasında qarşıdurma uzun müddət idi ki, davam edirdi.
Bu ölkələr İslam dinin fərqli təriqətlərinə mənsubdurlar. Bu baxımdan onlar arasında həm siyasi, həm regional, həm də dini xarakter daşıyan münaqişə baş verir. Bu, təhlükəlidir. Çünki, hadisələrin arxasında faktiki olaraq Yaxın Şərq ölkələrinin münaqişəyə cəlb olunması durur", - deyə F. Sadıqov vurğulayıb.

Politoloq hesab edir ki, iki ölkə arasındakı münaqişəyə Ərəb Dövlətləri Liqası, İslam Əməkdaşlıq Təşkilatı və lider dövlətlər müdaxilə etməlidir.

Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə qeyd edib ki, iki dövlət arasındakı qarşıdurmanın tarixi qədimdir: "Bu gün İran özünü şiə, Səudiyyə Ərəbistanı isə sünni blokunun lideri sayır. Əvvəllər də bu ölkələr arasında müəyyən rəqabət vardı. Amma, indiki kimi münasibətlər gərgin deyildi. Hazırda iki ölkə arasında diplomatik münasibətlər kəsilib. Ona görə də hesab edirəm ki, yaxın zamanlarda münasibətlər bərpa edilməyəcək.
Ancaq, hazırkı qarşıdurmanın müharibəyə çevriləcəyini düşünmürəm. Hesab edirəm ki, hər iki dövlət "qırmızı xətti" gözləyəcək. Çünki, böyük enerji mənbələrinə malik dövlətlərin birbaşa qarşıdurmaya getməsi çox böyük fəlakətlərə gətirib çıxara bilər. Bunu hər iki tərəf anlayır", - deyə E.Şahinoğlu vurğulayıb.

E. Şahinoğlu bildirib ki, faktiki olaraq hər iki dövlət arasında məzhəb qarşıdurması gedir: "Bu mübarizənin bir nümunəsi Suriyada özünü göstərir. Eyni zamanda Səudiyyə Ərəbistanının rəhbərliyi ilə İslam Koalisiyası formalaşıb ki, buna "sünni bloku" adı da verirlər. "Şiə bloku"na isə İran, Mərkəzi İraq hakimiyyəti, Hizbullah qruplaşması daxildir. Bu, İslamda parçalanamaya gətirib çıxara bilər. Çünki, hansısa idealogiyaya görə yox, məzhəbə görə qarşıdurmalar yaranır. Bu da dinimizdəki problemlərin həllini sürətləndirməlidir. Təəssüf ki, hələ uzun müddət belə məzhəblərarası qarşıdurmaların şahidi olacağıq".
Səudiyyə Ərəbistanı-İran arasındakı gərginlikdə Azərbaycan hansı mövqedə dayanmalıdır sualına isə politoloq belə cavab verib: "Rusiyanın televiziya kanalları hazırki qarşdurmadan danışarkən süni və şiə xəritələrini ekrana gətirirlər, həmin xəritədə isə Azərbaycanı şiə rənginə boyayırlar. Bəli, nisbətə görə şiələr Azərbaycanda çoxluq təşkil edir. Ancaq nə yaxşı ki, bizdə milli mənsubiyyət məzhəb amilindən üstün gəlir. Məsələn, İranda yaşayan farslar da şiədir, azərbaycanlılar da. Ancaq millətçi azərbaycanlılar farsların siyasətindən narazırıdırlar. Ona qalsa sünni blokunun lideri sayılan Səudiyyə Ərəbistanı Azərbaycanın müttəfiqidir, işğal amilinə görə Ermənistanla diplomatik münasibətləri yoxdur, halbuki, şiə İranın işğalçı dövlətlə münasibətləri də var, yeni qaz kəməri çəkməyi planlaşdırır. Buna baxmayaraq, Səudiyyə Ərəbistanı-İran gərginliyində neytral qalmalıyıq, ən yaxşı halda vəziyyətdən "Biz Azərbaycana yaxın olan bu iki dövlət arasında münasibətlərin danışıqlar yolu ilə həllini arzulayırıq" açıqlamasıyla çıxmalıyıq".


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 3161   Tarix: 06 yanvar 2016  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Gözlənilməz kəşf Qədim Misirin mənşə tarixini yenidən yazdı

Qədim Misirin mənşə tarixi alimlərin onun ən qüdrətli dövrünə dair yeni xronologiya təqdim etməsindən sonra yenidən nəzərdən keçirilib. Qaynarinfo "Daily Mail"ə istinadən xəbər verir ki, bu kəşf Misirin erkən sülalələrinin xronologiyasını dəyişdirərək Yeni səltənətin yaranmasını əvvəl düşünüldüyündə

16 dekabr
.

Ukrayna və Portuqaliya dəniz dronlarının birgə istehsalı barədə razılığa gəlib

Ukrayna və Portuqaliya Ukrayna dəniz pilotsuz uçuş aparatlarının birgə istehsalı barədə razılığa gəlib. "Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin köməkçisi Aleksandr Kamışin "X" sosial şəbəkəsində bildirib. "Biz dronlarımızın Rusiya hərbi gəmilərinə və sualtı qayıqların

20 dekabr
.

Alimlər təbii elektrik stansiyaları kimi fəaliyyət göstərən qayalar kəşf etdi

Alimlər hidrogen istehsal edən və "reaktor" kimi davranan süxurlar aşkar ediblər. Bu tapıntı dərin okeanların kimyasının necə işlədiyini və ehtimal ki, milyardlarla il əvvəl həyatın necə yarandığını anlamaq üçün mühüm açar rolunu oynayır. Qaynarinfo nəşrinə istinadən xəbər verir ki, Kardif

15 dekabr
.

Tramp xalqa müraciət etdi - Video

ABŞ Prezidenti Donald Tramp 2025-ci ilin yekunları ilə bağlı xalqa müraciət edib. "Qafqazinfo" xəbər verir ki, müraciət Ağ Ev tərəfindən yayımlanıb. "11 ay əvvəl xaosu miras aldım və indi bu vəziyyəti düzəltmək üzərində çalışıram", - Tramp çıxışının əvvəlində bildirib. O, demokratlar

18 dekabr
.

Dünya liderlərindən aldığı hədiyyələri satır

İtaliyanın Baş naziri Corciya Meloni dünya liderlərindən aldığı hədiyyələri xeyriyyə məqsədilə satışa çıxarır. "Qafqazinfo" xəbər verir ki, ABŞ-nin keçmiş Prezidenti Co Baydenin ona verdiyi keramika qabdan tutmuş Albaniya Baş naziri Edi Ramanın ona hədiyyə etdiyi ad günü şərfinə qədər təxminə

17 dekabr
.

Ukrayna prezidentinin işdən çıxarılan aparat rəhbəri Andrey Yermak haradadır?

Korrupsiya qalmaqalından sonra işdən çıxarılan Ukrayna prezidentinin aparat rəhbəri Andrey Yermak "heç yerə getməyib" və hər axşam Konça-Zaspadakı iqamətgahında Volodimir Zelenski ilə ünsiyyət qurur. xəbər verir ki, məlumatı yayıb. Mənbələrin bildirdiyinə görə, Zelenski özü ofisini birbaş

20 dekabr
.

Milyarderin 100-dən çox uşağı varmış - Maskla quda olmaq istəyir

"Duoyi" onlayn oyun şirkətinin təsisçisi, 48 yaşlı çinli milyarder Xu Bo ABŞ-də fəaliyyət göstərən surroqat agentlikləri vasitəsilə 100-dən çox ABŞ doğumlu uşaq sahibi olduğunu açıqlayıb. "Qafqazinfo" xəbər verir ki, Xunun gələcəkdə uşaqlarından birinin amerikalı sahibkar və iş adam

16 dekabr
.

Çində günəş elektrik stansiyası səhranı "oyandırdı" - Alimlər

Günəş enerjisi bu gün çox perspektivli sayılır, baxmayaraq ki, günəş panellərinin istismarı zamanı və xüsusilə də onların xidmət müddəti başa çatdıqdan sonra ekoloji təsirlər barədə müəyyən narahatlıqlar mövcuddur. Lakin bəzi hallarda günəş panelləri ekologiya üçün əhəmiyyətli müsbət təsir göstərə bilər

18 dekabr
.

Süni intellekt "həmkarları" tərəfindən yaradılan video və fotoları müəyyən etməyi öyrənib

"Google" şirkəti süni intellekt modelləri tərəfindən yaradılan foto və videoməzmunu tanımaq üçün "Gemini" çatbotuna xüsusi vasitə əlavə edib. bu barədə "The Verge" resursuna istinadən xəbər verir. Məlumata görə, yeni vasitə "SynthID" rəqəmsal nişanına əsaslanır

20 dekabr