Türkiyədən gələn kişi arvadını yad kişi ilə tutdu və... – Azərbaycanda şok olay

Türkiyədən gələn kişi arvadını yad kişi ilə tutdu və... – Azərbaycanda şok olayİsmayıllı rayonunda arvadını öldürməkdə təqsirli bilinən Elçin Cəfərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Sonxeber.az Teleqraf.com-a istinadən xəbər verir ki, Elçin Cəfərovun barəsində toplanan cinayət işi üzrə materialllar İsmayıllı rayon Prokurorluğu tərəfindən Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi araşdırılması üçün hakim Nahid Mirzəyevin icraatına verilib.

Yaxın günlərdə məhkəmənin hazırlıq iclasının vaxtı məlum olacaq.

İttihama görə, ötən il iyulun 2-dən 3-nə keçən gecə Ağdaş rayonunda anadan olmuş və İsmayıllının Kürdmaşı kənində yaşayan Ceyhunə Səfərova qətlə yetirilib.

Qadın odlu silahdan açılan atəş nəticəsində ölüb. Qətllə bağlı şübhəli qismində Ceyhunə Səfərovanın həyat yoldaşı Elçin Cəfərov saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, kişi işləmək üçün getdiyi Türkiyədən yenicə qayıdıbmış.

İstintaq zamanı Elçin Cəfərov bildirib ki, arvadını qısqanclıq zəminində və namus üstündə öldürüb.

O, bildirib ki, arvadının başqa kişi ilə görüşə getdiyini öz gözləri ilə görüb. Ov tüfəngi ilə silahlanaraq birbaşa sevgililərin yanına gedib.

Elçin Cəfərov arvadını sevgilisi ilə birlikdə olarkən tutub. O, arvadının görüşdüyü kişini təqib etsə də, ikinci qaça bilib, qadını isə hadisə yerindəcə güllələyib.

İstintaq orqanı tərəfindən Elçin Cəfərovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Yaxın günlərdə bu dəhşətli hadisə ilə bağlı araşdırma başlanacaq.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 5087   Tarix: 20 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Xaçmazda gənc oğlan borca görə özünü öldürdü

Xaçmazda intihar hadisəsi olub. xəbər verir ki, hadisə rayonun Rəhimoba kəndində qeydə alınıb. 28 yaşlı R.Balakişiyev bağ sahəsində talvardan özünü asaraq, həyatına son qoyub. Onun meyitini ailə üzvləri aşkar ediblər. Məlum olub ki, R.Balakişiyevin müxtəlif şəxslərə külli miqdarda borcu olub. Onun məh

20 aprel
.

Yola qaçan azyaşlını maşın vurdu - ANBAAN VİDEO

Bakıda azyaşlını maşın vurub. xəbər verir ki, hadisə paytaxt küçələrinin birində baş verib. Belə ki, yolu qaçaraq keçməyə çalışan iki azyaşlıdan birini avtomobil vurub. Avtomobilin sürəti az olduğundan hadisə yüngül xəsarətlə nəticələnib

25 aprel
.

Gəncə şəhərində ev yanb

Gəncə şəhərinin Məhsəti qəsəbəsində fərdi yaşayış evində yanğın baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, ümumi sahəsi 163 kvadratmetr olan evin 68 kvadratmetri yanıb. Əraziyə dərhal FHN-nin yanğınsöndürən texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğı

14 aprel
.

Şəkidə avtomobillər toqquşub: Xəsarət alan var

Şəki rayonunda minik avtomobilləri toqquşub, xəsarət alan var. APA-nın məlumatına görə, hadisə rayonun Sarıca kəndi ərazisində baş verib. Hərəkətdə olan iki avtomobilin toqquşması zamanı bir nəfər sərnişin, 1968-ci il təvəllüdlü İpək Camal qızı Həsənova müxtəlif dərəcəli bədən xəsarətləri alıb. İ. Həsənovay

21 aprel
.

Şirvanda kardioloq ürək çatışmazlığından vəfat etdi

Bu gün Şirvan şəhərinin kardioloq-həkimi, 1959-cu il təvəllüdlü Fikrət Sadıqzadə ürək çatışmazlığından vəfat edib. Bununla bağlı məlumat sosial şəbəkələrdə yayılıb. Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) sorğu ünvanlayıb. Qurumun İctimaiyyətlə Əlaqələr və Kommunikasiya departamentini

21 aprel
.

Bakıda mənzildə köməksiz vəziyyətdə qalan azyaşlı xilas olunub - VİDEO

Bakıda mənzildə köməksiz vəziyyətdə qalan azyaşlı xilas olunub. Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Qurumun "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov və Nizami rayonları ərazisində vətəndaşların mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmas

14 aprel
.

Bakıda əyləncə mərkəzində yanğın - VİDEO

Bakıda "Azadlıq" metrostansiyasının yaxınlığında yanğın başlayıb. Trend-ə istinadən bildirir ki, hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb. Qeyd edilir ki, yanan obyekt "Atrium Kids park" əyləncə mərkəzi kimi fəaliyyət göstərir

20 aprel
.

Bakıda ticarət mərkəzinin həyətində ağır qəza - Ölən var

Bakıda ticarət mərkəzinin həyətində ağır qəza baş verib. "Qafqazinfo" xəbər verir ki, dünən saat 14:19-da Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində yerləşən "Karvansaray" ticarət mərkəzinin həyətində İran vətəndaşı Afrooz Mansoor Aziz oğlu idarə etdiyi "DAF" markalı yü

16 aprel
.

Bakıda 17 yaşlı gənc qızı avtomobil vuraraq ağır xəsarət yetirib

Bakının Xətai rayonunda piyadanın ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un məlumatına görə, Neapol dairəsindən avtomobil yolu keçən 2007-ci il təvəllüdlü Abbasova F.-ni vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayin

21 aprel