Problemli borclulara veriləcək güzəştli kredit sərfəlidirmi? - MƏBLƏĞLƏR, MÜQAYİSƏ
Prezident İlham Əliyevin problemli kreditlərlə bağlı fərmanına əsasən, kredit borcunu indiyədək tənzimləyə bilməyən bank müştərilərinin kreditləri restrukturizasiya olunacaq. Sonxeber.az fed.az-a istinadla xəbər verir ki, bu həmin şəxslərə yeni, daha güzəştli şərtlərlə kreditin verilməsi deməkdir. Fərmana əsasən, Mərkəzi Bank belə kreditləri vermək üçün banklara illik 0,1%-lə, yəni demək olar ki, faizsiz vəsaitlər ayıracaq. Öz növbəsində banklar bu vəsaitləri illik 1%-lə borcu olan vətəndaşlara kredit kimi ayıracaqlar. Güzəştli kreditlər 5 illik müddətə ayrılacaq, onun birinci ili güzəştli olacaq, yəni kreditin ödənilməsinə ikinci ildən başlanacaq.
Bəs güzəştli kreditlər nə qədər sərfəlidir? İllik 1% kredit götürənlərin aylıq ödənişləri hansı məbləğdə olacaq? FED.az bunu müəyyfən etmək üçün sözügedən şərtlərlə veriləcək güzəştli kreditləri bu gün Azərbaycan banklarındakı istehlak kreditləri ilə müqayisə edib. Xatırladaq ki, həmin kreditlərin illik faiz dərəcəsi orta hesabla 24%-dir.
Hesablamalar göstərir ki, illik 1%-lə verilən kreditlərdə aylıq ödənişlə yanaşı, son nəticədə banka artıq ödənilən vəsait də inanılmaz kiçikdir.
Eləcə də bax: AMB sədri: Fikirləşirlər ki, çoxlu pul çap edərsən və problem həll olunar
Belə ki, 10 min manat kredit götürən şəxs 48 ay ərzində hər ay 212 manat ödəniş etməklə son nəticədə banka kreditdən əlavə cəmi 205 manat faiz ödəyir. Müqayisə üçün bildirək ki, həmin məbləğdə və müddətə, amma illik 24%-lə verilən kreditlərdə banka artıq ödənilən məbləğ 5600 manatdan artıqdır.
Məbləği 3 min manat olan kreditlərdə banka artıq ödənilən məbləğ 1%-lik şərtlərlə cəmi 62 manatdır. 24%-lik kreditdə isə banka 1695 manat əlavə vəsait ödəmək ğələb olunur.
Güzəştli şərtlərlə 15 min manatıq kredit götürən müştəri hər ay 319 manat aylıq ödəniş etməklə, son nəticədə banka 308 manat əlavə vəsait ödədiyi halda, adi istehlak kreditlərində həmin məbləğə və həmin müddətə aylıq ödəniş 489 manat, əlavə ödənilən məbləğ isə 8473 manatdır.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İran azad olunan Azərbaycan ərazilərinə yaxın məkanda bazar yaradır
İran Azərbaycanın işğaldan azad olunan ərazilərində yaxın məkanda tikinti materialları bazarının yaratmaq niyyətindədir. Bunu Trend-ə açıqlamasında İranın Şərqi Azərbaycan valisinin iqtisadi məsələlər üzrə müavini Əli Cahangiri deyib. Ə.Cahangirinin sözlərinə görə, İranın Şərqi Azərbaycan vilayətind
13 iyul 2021"Elmlər Akademiyası" stansiyasının pəncərələrinə 5,3 mln manat xərclənəcək
"Bakı Metropoliteni" QSC "Elmlər Akademiyası" stansiyasının inzibati binasının 5-ci mərtəbəsində pəncərələrin hazırlanıb quraşdırılması işləri ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub. vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "Nimex"
25 avqust 2021İyulun 22-nə USD/AZN rəsmi məzənnəsi
Azərbaycan Mərkəzi Bankı (AMB) iyulun 22-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb. AMB-dən -a bildirilib ki, bankın iyulun 22-dən etibarən USD/AZN rəsmi məzənnəsi 1,700 manat səviyyəsində müəyyən olunub
17 iyul 2021Toylara icazənin verilməsi qızıl bazarına necə təsir edəcək? - AÇIQLAMA
Xəbər verdiyimiz ki, iyulun 1-dən ölkəmizdə toylara icazə verilib. Bu, təbii ki, qızıl satışının artımı deməkdir. Bəs qızıl satışında uzunmüddətli durğunluqdan sonra bahalaşma ola bilərmi?. Məsələ ilə bağlı -a açıqlama verən iqtisadçı-ekspert Elmir Səfərli bildirib ki, qızıl satışında bahalaşma gözlənilmir:
6 iyul 2021İqtisadiyyatı ilə daha da güclü ölkəyə çevrilməyin ŞANSLARI...Biznesmen RƏYİ
Artıq Azərbacan hərbi, siyasi, iqtisadi və bu kimi vacib sahələr üzrə miqyasını qısa zamanda genişləndirməyi bacardı. Hətta dünyanın nəzəri və diqqəti, həmçinin biznes hədəfləri, planları da Azərbaycana yönəlib. Bundan peşəkarcasına faydalanmaq ölkə iqtisadiyyatı üçün daha bir təkana çevriləcək. Mövzun
12 iyul 2021Azərbaycanda problemli kreditlər artıb
Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il avqustun 1-nə 937,5 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ayla müqayisədə 2,5 % çox, ilin əvvəlinə nisbətən 5 % çoxdur. Problemli kreditlər son 1 ildə isə 11,8 % azalıb
25 avqust 2021Türkiyə Azərbaycana və Orta Asiyaya yeni nəqliyyat marşrutu açır
Türkiyə Azərbaycanla və Orta Asiyanın türk cümhuriyyətləri ilə əlaqəni təmin edən yeni nəqliyyat marşrutu açır. "Report" Türkiyə mətbuatına istinadən xəbər verir. Məlumatda deyilir ki, beynəlxalq "P&O Maritime Logistics" şirkətinin yeni gəmiçilik marşrutu Xəzər dənizi vasitəsil
22 may 2021Dollar almaq istəyənlərin NƏZƏRİNƏ
Azərbaycan Mərkəzi Bankı bu günə olan valyuta məzənnələrini açıqlayıb. AMB-ə istinadən xəbər verir ki, ABŞ dollarının rəsmi məzənnəsi dəyişməyərək 1.700 manat təşkil edir. Manata nəzərən avronun məzənnəsi 2.0681, 1 türk lirəsi 0.2042 manat, 1 rus rublu 0.0231 manatdır
18 may 2021