"Hər sahədə maaş artırsa, deputatlarınkı niyə artırılmasın?" - Siyavuş Novruzovla MÜSAHİBƏ

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini Siyavuş Novruzov BiG.AZ-ın suallarını cavablandırıb.

- Siyavuş müəllim, ilk öncə istərdik ki, cənab prezidentimizin imzaladığı son sərəncam və fərmanlarla bağlı fikirlərinizi öyrənək.

- Cənab prezidentimizin son zamanlar imzaladığı sərəncam və fərmanlar dövlət strukturunun təkmilləşdirilməsi, iqtisadiyyatımızın gücləndirilməsi, sosial problemlərin həll edilməsi, ayrı-ayrı təbəqələrdən olan insanların əmək haqqı, pensiyaların və təqaüdlərin artırılması, bir sözlə, vətəndaşlarımızın rifah halının yaxşılaşdırılmasına xidmət edir. Ən əsası isə cənab prezidentimizin daim səsləndirdiyi "hər şey insanlarımız üçündür" şüarının göstəricisidir.

Cənab prezidentimizin görüşlər və müşavirələrdəki çıxışlarında hər bir vəzifəli şəxsə, dövlət məmurlarına göstərişi ondan ibarətdir ki, ölkə vətəndaşına diqqət hər zaman prioritet olmalıdır. Yaradılan və qurulan hər bir şey Azərbycan vətəndaşı üçündür. Nə postsovet ölkələrində, nə də dünyanın heç bir ölkəsində insanlara bu cür yanaşma və diqqət yoxdur.

Hətta prezidentin ehtiyat fondundan insanlarımızın rifahı üçün mütəmadi və böyük həcmdə vəsaitin ayrılması bir yenilikdir. Cənab prezidentimiz ardıcıl olaraq regionlarda insanlarımız ilə görüşür, onların problemləri ilə maraqlanır və bir çoxunu yerində həll edir. Ən önəmlisi isə hər hansı bir yerdə hadisə baş verən zaman cənab prezidentimiz dərhal həmin əraziyə gedir, vəziyyətlə tanış olur,insanlarımızın ehtiyacı ilə maraqlanıb dəymiş ziyanın tezliklə aradan qaldırılması üçün sərəncam və fərmanlar imzalayır. Təkcə ötən ilin aprelində, prezident seçkiləri dövründə insanlarla mindən artıq görüş keçirildi. Burada bütün təbəqədən olan insanların, seçicilərin arzu, istək və təklifləri toplanıb cənab prezidentə təqdim edildi. Cənab prezidentimiz bütün bu problem və istəklərə yüksək həssaslıqla yanaşdı. Belə ki, dövlət büdcəsi təsdiq edilən zaman bu məsələlər orada öz əksini tapdı. Digər anidən ortaya çıxan problemlər, fors-major hadisələr və yaxud da yaxın günlərdə mədəniyyət nümayəndələri ilə görüşdən sonra olduğu kimi səsləndirilən məsələlərin həlli üçün əlavə prezident fondundan maliyyə ayrıldı. Azərbaycanda əhəmiyyətli bir hadisə baş verən zaman istər cənab prezidentimiz, istərsə də Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyeva dərhal reaksiya verir. Qəzalı vəziyyətdə yaşayan qaçqın və məcburi köçkünlər üçün Qaradağda böyük yaşayış kompleksi tikildi. Mədəniyyət nümayəndələrinin, idmançıların, jurnalistlərin və digər təbəqədən olan insanların səhhətində yaranan problemlərlə bağlı dərhal reaksiya verilir. Azərbaycanda və digər ölkələrdə müalicə olunmaları üçün Heydər Əliyev Fondu və dövlət tərəfindən maliyyə ayrılır. Hətta Qərb ölkələrində belə bu tip məsələlərin həlli üçün ya sığorta qurumlarına müraciət edilir, ya da sponsor axtarılır. Amma bizdə bütün bu məsələlər cənab prezidentimizin sərəncam və fərmanlarında dövlətimiz tərəfindən öz həllini tapır.

- Cənab prezidentimiz zəlzələ nəticəsində Şamaxıda, Ağsuda ziyan dəyən evlərin tikintisi və təmiri ilə öz şəxsən maraqlanır. Bundan əlavə son zamanlar digər məsələlərə də cənab prezidentimiz şəxsən özü nəzarət edir. Sizcə, bu bəzi məmurların cənab prezidentimizin yanında olan etibarını itirməsindən qaynaqlanır?

- Məmurlara inamsızlıq varsa, cənab prezident dərhal imzaladığı sərəncamla onu vəzifəsindən uzaqlaşdırır. Cənab prezidentimiz ali icra orqanının rəhbəridir. Bununla bağlı hökumətin hesabatları və nazirlərin müşavirəsi zamanı cənab prezidentimiz onlara öz tapşırıqlarını verir. Birbaşa rəhbərliyin və nəzarətin isə əsas səbəbi cənab prezidentimiz xalqla bir yerdə olmasıdır. Son zamanlar ayrı-ayrı məmurlar, nazirlər, komitə rəhbərləri hansı rayonda vətəndaşlarla görüşəcəyi ilə bağlı əvvəlcədən elan verirlər. Bu görüşlərdə vətəndaşların öz problemini səsləndirməsi və onların həll edilməsi üçün şərait yaradılır. Bəzən 200-ə yaxın insan o görüşlərdə iştirak edir. Nazirlərimiz il ərzində bütün bölgələrdə olurlar. İl ərzində bir nazir mərhələli şəkildə bütün rayonlara səfər edir. İnsanlarımızın görüşdüyü nazirin rəhbərlik etdiyi qurum tərəfindən onlara haqsızlıq edilibsə, müəyyən addımlar atılır. Ümumilikdə, cənab prezidentin bu məsələlərlə maraqlanması insanlarımıza göstərilən dəyərin bariz nümunəsidir. Bu gün istənilən informasiya əldə etmək üçün geniş imkanlar mövcuddur. Biz internet əsrində yaşayırıq. Ümumilli liderimizi çıxmaq şərti ilə, Azərbaycana rəhbərlik edən heç bir prezident xalqla bu qədər sıx əlaqədə olmayıb.

- Son zamanlar cənab prezidentimiz tərəfindən köklü struktur islahatları gedir. Vəzifəsini layiqincə yerinə yetirə bilməyən məmurlar işindən çıxarılır. İşdən çıxarılan məmurların yerinə də çalışqan, savadlı gənclərimiz gətirilir. Bu islahatlar Azərbaycana nələri qazandıracaq?

- Bu, insanların yaşı, gəncliyi, hansısa məktəbi bitirməsi ilə ölçülmür. Bu, insanın işgüzarlığı ilə bağlı məsələdir. Elə yaşlı kadrlar var ki, gənclərdən təcrübəli, bacarıqlıdır. Sadəcə, işin qurulması, təşkili və səmərəsi əsas götürülür. Yeni yüksək vəzifələrə təyin olunanlara nəzər yetirsək görərik ki, o insanlar kifayət qədər təcrübəli və bacarıqlıdırlar. Ən önəmlisi isə həmin şəxslər Milli Məclisdə, müxtəlif dövlət orqanlarında və prezident aparatında çalışıblar. Vaxtı ilə AXC-Müsavat hakimiyyəti dövründə vəzifələrə naşı, heç bir peşəkar təcrübəsi olmayan insanlar təyin edilirdilər. Milli Elimlər Akademiyasını dövlət üçün kadr bazasına çevirmişdilər. Halbuki, onlar elmdə qalsaydılar, bəlkə də daha çox xeyir verərdilər. Regionlarda isə meydanlarda daha çox qışqıran və canfəşanlıq edənlər icra başçısı təyin edilirdi. Onların iflasa uğrama səbəbini elə burada axtarmaq lazımdır. Baş nazir, parlament sədri o zamanlar kiçik elmi işçi idi. Prezident elmlər namizədi idi. Elmi yaradıcılıq və dövlət idarəçiliyi bir-birindən fərqlənir. Amma bu gün yeni vəzifələrə təyin olunanlar özlərini çalışdığı sahələrdə sübut ediblər. Həmin şəxslər xalqa xidmət etməli diqqətli olmalı, prezidentimizin etimadını doğrultmalıdırlar.

- AXCP və Müsavat nümayəndələri yenidən aktivləşiblər. Mitinqlər keçirtməklə çalışırlar ki, Azərbaycanı 90-cı illərə geri qaytarsınlar. Bunlara xalqın cavabı necə olmaldır?

- Təbii ki, onların potensialı artıq yox olma həddindədir. Təsəvvür edin ki, AXCP-dən demək olar ki, heç nə qalmayıb. Onlar düşünürlər ki, Azərbaycanda gərginlik və qarşıdurma yaratmaqla hakimiyyətə bir daha gələrlər. Vaxtı ilə onlar ölkədəki qarışıqlıqdan istifadə edib hakimiyyəti zəbt etdilər. Amma zaman göstərdi ki, onlar vəzifələrinin öhdəsindən gələ bilmədi. Belə olan halda da gərək geri çəkilib, başa düşməlidirlər ki, məkan, insanlar və dövr eyni deyil. 90-cı illərdə kim nə deyirdisə yenilik kimi qəbul edilirdi. Amma bu gün vətəndaş aldığı informasiyanı internetdə axtarışa verir və görür ki, qarşısındaki populistdir və yalan danışır. Vətəndaş istənilən dövlətin orta aylıq əmək haqqı, pensiyası, iqtisadi durumu barəsində məlumat ala bilir. Ona görə də insanlarımız başa düşür ki, bunlar xalqı aldatmağa çalışır və məqsədi başqadır. Məqsədi xalqa xidmət deyil. Ona görə də onlar insanlarımız tərəfindən heç bir dəstək qazanmırlar. Çünki xaricdən vəsait almaqla müxalifətçiliyi peşəyə və gəlir mənbəyinə çeviriblər.

- Onlar həm də Mehman Hüseynov məsələsini də şoulaşdırmağa çalışdılar. Amma cənab prezidentimiz tutduğu mövqedən asılı olmayaraq hər kəsə necə diqqət göstərdiyini sübuta yetirdi.

- Onlar istəyirlər ki, ayrı-ayrı insanlardan öz istəkləri üçün istifadə etsinlər. Müəyyən mərhələ bitdikdən sonra o insanlar artıq onlar üçün lazımsız olur. Bu gün İlqar Məmmədovun adını hardasa eşidirsinizmi? Amma həbsdə olan zaman hər gün İlqar Məmmədovun şəklini sinələrinə vurub mitinqlərə çıxırdılar. Bu gün sosial şəbəkələrdə və cəmiyyətdə onlar arasında ciddi rəqabət gedir. Onlar tərəfindən aldadılan, yoldan çıxarılan gənclər var. Onlar müxtəlif cür cinayətlər törətməyə vadar ediliblər. Vəd verirlər ki, qorxmayın, həbs edilsəniz bizim tələbimizlə azadlığa buraxılacaqsınız. Bundan əlavə onları xaricdə oturum izni almaqla aldadırlar. Hətta bir ara universitetlərdə şayiə yaymışdılar ki, dərsə getməyib mitinqlərdə və ixtişaşlarda iştirak etsəniz sizi Almaniya və Fransada oxutduracağıq. Bilirsiniz ki, əfv komissiyası öz iclaslarını yekunlaşdırdı. Təxminən Novruz bayramı ərəfəsində əfv sərəncamı olacaq. Onlara bu cür sərəncamlar sərf etmir. Çünki onlar orada qaldığı müddətdə adlarından istifadə edib vəsait qazanırlar. Çıxandan sonra nə ailəsinə baş çəkirlər, nə də özləri ilə maraqlanmırlar. Birinci gün şou düzəldib internetdə yayırlar, vəssalam. Sonra həmin insanın üzərindən xətt çəkirlər. Üzərində də yazırlar ki, istifadə müddəti bitirdi. İnsanlarımız başa düşməlidir ki, onlar bu üsuldan dəfələrlə istifadə ediblər. İstənilən cinayətkarı xalq qəhrəmanı elan edirlər. Bir zamanlar korrupsioner elan etdikləri insanların hüquqlarını qorumaq üçün bir-birilərini qırırlar. Ona görə də insanlarımız bütün bunları görür və dərk edir.

- Bir neçə gündür ki, saytlarda deputatların maaşı iki qat artırılaraq 7000-ə qədər qalxdığı barəsində məlumatlar getdi. Bu doğru xəbərdirmi?

- Ümumilikdə götürəndə, hazırda hər bir sahədə çalışanların əmək haqqı qalxır. Hər bir sahədə maaş artırsa, deputatlarınkı niyə artırılmasın. Azərbaycanda ən çox işləyən strukturlardan biri də Milli Məclisdir. Qanun qəbul edir, beynəlxalq platformada Azərbaycanın haqqını və dövlətimizin ərazi bütövlüyünü tələb edir, digər dövlətlərin parlamentləri ilə əlaqə yaradır. Maaşlar müxtəlif olduğundan 10 faizlik artım fərqli təsir göstərir. İnsanlarımız internetdə axtarış verməklə Amerikada senatorun, müəllimin, həkimin maaşını öyrənə bilərlər. Bizdə elə həkimlər var ki, ayda 20 min manat pul qazanır. Bir o qədər də işlədiyi xəstəxanaya xeyir verir. Milli Məclisdə cəmi 125 nəfərdir. Təhsil sahəsində 500 min çalışan və 1 milyon 400 min pensiyaçımız var.

Bundan əlavə deputat mütəmadi olaraq seçiciləri ilə görüşür, köməklik edir. Xarici səfərlərə gedir. Deputat qanun qəbul edir. Bizneslə məşğul olmur. Şikayətçilərin bir çoxu bütün məsələrlə bağlı Milli Məclisin deputatlarına üz tutur. Gündə 20-25 nəfər müxtəlif məsələlərlə bağlı mənə müraciət edir. Xəstəsi olan, cinayət məsuliyyətinə cəlb olunanların ailələri, iş yerində problemlərlə üzləşən və s. deputatlara müraciət edir. Biz onları qarşılayır, köməklik edib yola salırıq. Bütün bunları da nəzərə almaq lazımdır.

- Cənab prezidentimiz ictimai və mədəniyyət xadimləri ilə görüş keçirtdi. Orada iştirak edən həmkarınız Zeynəb Xanlarova və Afaq Bəşirqızı səsləndirdiyi fikirlərə görə tənqid edilir.

- Bilirsiniz, elə mənim özümü də hər müsahibədən sonra tənqid və hətta təhqir etməyə başlayırlar. Təəssüf ki, bəziləri insanların fikrinə hörmətlə yanaşmağa çalışmır və ya bunu bacarmır. Bu gün bəzi insanlarda söylədiyin hər hansı bir fikrə mütləq qarşı çıxmaq ənənəsi formalaşıb. Mədəniyyət xadimləri ilə görüşə gəldikdə isə onu deyə bilərəm ki, indiki hakimiyyətin dövründə belə tədbirlər bu və ya digər formada həmişə olub. Ümumilli liderimiz mədəniyyət xadimləri ilə hər zaman görüşüb, onlara hərtərəfli dəstək verib. Adların, prezident təqaüdlərinin verilməsi, mənzil-məişət durumlarının yaxşılaşdırılması, və digər məsələlər var ki, hər zaman ümumilli liderimizin diqqətində olub. Hazırda cənab prezidentimiz də mədəniyyət xadimlərinə böyük diqqət göstərir. Hər il mayın 10-da mədəniyyət xadimlərinə Heydər Əliyev mükafatı verilir. Bundan əlavə səhhətində problem olub müraciət edənlər həm xaricdə, həm də ölkə ərazisində dövlət tərəfindən müalicə və müayinə olunur. Müəyyən problemlər var ki, o həll edilməlidir. Kənardan müşahidə edən şəxs kimi deyə bilərəm ki, bir çoxları köhnə ab-hava ilə yaşayır. Təbii ki, yaradıcı təşkilatlar lazımdır. Bu gün dövlət tərəfindən diqqət göstərilir. Cənab prezidentimiz yuxarıda qeyd etdiyimiz görüşdən sonra həm teatra maliyyə ayırdı, həm də ikisinə akademik adın verilməsi ilə bağlı sərəncam imzaladı. Bu bizim mədəniyyətimizin bir şaxəsidir. Ona görə də inkişaf edilməlidir. Televiziyalarda bədii şuraların yaradılması, müxtəlif filmlərin, konsert proqramların hazırlanmasında insanların zövqünü formalaşması istiqamətində addımlar atılır. Heydər Əliyev Fondu tərəfindən muğam festivalları keçirilir. Bu festivallar bir çox gənclər üçü yeni qapılar açdı. Bu gün onlar özləri tələbə yetişdirirlər. Diqqət olanda inkişaf da olur. Bununla yanaşı onların özləri də müəyyən təşəbbüslərlə çıxış etməli, müasir və maraqlı layihələr təqdim etməlidirlər. Gözləməməlidirlər ki, prezidentlə görüşəcəyik, maliyyə ayrılacaq bu məsələlər həll ediləcək. Onlar ortaya Azərbaycan mədəniyyətinin, teatrının, kinosunun inkişafı üçün müxtəlif sənət əsərləri qoymalıdır.

- Cənab prezidentimiz orada səsləndirilən bəzi məsələlərdən xəbərsiz idi. Bu problemlərin cənab prezidentə çatmadan həll edilməsində mədəniyyət naziri Əbülfəs Qarayevin üzərinə hansı öhdəliklər düşür?

- Mədəniyyət, siyasət və jurnalistika çox çətin sahədir. Hər kəs müəyyən yaşa çatandan sonra da istəyir ki, təltif olunub, prezident təqaüdü alsın. Hesab edirəm ki, bunun bir çərçivəsini və obyektiv kriteriyalarını müəyyənləşdirmək lazımdır..

- Siyavuş müəllim, siz bir ara Milli Məclisdə sosial şəbəkələrin qeydiyyatla olması ilə bağlı fikir səsləndirmişdiniz. Bu gün də bu fikirdəsinizmi?

- Burada bir neçə məsələ var. İstənilən mətbuat orqanında gedən hansısa bir fikrə görə kimisə təhqir edirlərsə, şərəf və ləyaqətinə toxunurlarsa, bunu hər zaman məhkəmə qaydasında həll etmək olmur. Ona görə də sosial şəbəkələrdə bu hallardan sui istifadə edənlərin sayı çoxalıb. Ayrı-ayrı insanlar barəsində deyil, dövlət, millət, ümumilli lider və dövlət başçısı haqqında xoşa gəlməyən ifadələr işlədilir. Onların bir çoxu da xaricdə oturub xalqı təhqir edirlər. Azərbaycan xalqı mədəni, ziyalı xalqdır. Şərqdə ilk demokratik cümhuriyyəti quran, qadınlara seçki hüququ verən və opera yaradan xalqıq. Ona görə də belə çirkin tendensiyalar bizə yaddır. Vətəndaşlarımız tərəfindən müraciətlər olur ki, onlar haqqında niyə ölçü götürmürsünüz. Çünki o mərkəzlər müxtəlif ölkələrdə yerləşir. O mərkəzlər də özlərinə sərf eləyən tərəfdən hər şeyə yanaşırlar. Onlar öz ölkələri haqqında hər hansı bir dövlət çevrilişi, silahlı üsyana çağırış edənləri dərhal həbsə atırlar, həmin çağırışı yayan KİV-ləri isə bağlayırlar. Misal üçün, ABŞ o vaxtlar Əfqanıstana daxil olan zaman bütün sosial şəbəkələri məhdudlaşdırdı. Ölkəmizdə bu məsələdə ictimai qınağa böyük ehtiyac var. Təəssüf ki, bu məsələyə heç bir yaradıcı insan toxunmadı. Düşünürəm ki, bir çox ziyalı və mədəniyyət xadimləri bu məsələyə toxunmalıydı. Bunun qarşısını alamaq üçün ictimai qınağı artırmaq lazımdı. Mübarizə demokratik yolla aparılmalıdır. Söyüşlə, təhqirlə,insanların şərəf ləyaqətini alçaltmaqla mübarizə aparılmır. Bu Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə ziddir.

- Siyavuş bəy, sizin bir neçə gün öncə bir mətbuat orqanına müsahibəniz zamanı ev alan jurnalistlərlə bağlı səsləndirdiyiniz fikir tənqid atəşinə tutuldu.

- Əslində mənim fikrim konteksdən çıxarılmışdı. Mən bildirmişdim ki, jurnalistlər qələm əhlidir. Yazıb, pozurlar. Söyüş söyən insanlara onlar da münasibət bildirməlidir. Mən yazıb, istənilən insanı söyüş söymədən tənqid edə bilirəm Bu cür tənqid təhqirdən daha effektlidir. Amma təəssüf ki, bunu jurnalistlərin mənzil alması məsələsinə yönəltdilər. Dövlət tərəfindən ayrı seçkiliyə yol verilmir. Azadlıq qəzetinin jurnalistlərinə də bilirsiniz ki, ev verilib. Bu ümumilli məsələdir. Bu gün elə müxalifət partiyaların sədri var ki, onlar təhqir olunurlar. Söyüş söyən üçün şəxs fərqi olmur. Onlar söyüşlə insanları qorxudurlar ki, kimisə müdafiə etməsinlər. Düşünürlər ki, müdafiə etsəm məni də söyəcəklər.

- Cənab prezidentimiz jurnalistlərə verdiyi dəyəri sonuncu dəfə Real televiziyasında Mirşahinə verdiyi müsahibə ilə sübuta yetirdi.

- Prezidentimiz jurnalistlərə hər zaman dəyər verir. Mətbuat Şurasına yeni bina tikildi. Jurnalistlərə mənzillər verilir. Çap materiallarına əlavə dəyər vergisi aradan qaldırılması da nəzərdə tutulub. Nəşriyyatın borcunun dondurulması, heç bir senzuranın olmaması, internetin azadlığı dövlətin bu sahəyə olan qayğısıdır.

- Bu gün kifayət qədər işsiz insanlarımız var. Bunun aradan qaldırılması üçün Milli Məclisin plenar iclaslarında təkliflər səsləndirmisiniz. Bu problemi necə aradan qaldırımaq olar?

- Bu məsələ ilə bağlı addımlar atılmaqdadır. İlk öncə insanlarımız sənət seçməlidir. Hər kəs ali məktəblərə qaçır. Diplom alan şəxsləri işlə bağlı sorğu-sual edən zaman bəlli olur ki, o, sahəsi üzrə heç nə bilmir. Diplom xətrinə ali məktəbi bitirmək olmaz. Ali təhsil yüksək savad və qavrama ilə olmalıdır. Elə sahələr var ki, hətta dövlət təqaüd ayırır. Bu gün kənd təsərrüfatı mütəxəsislərinə, memarlara, mühəndislərə ehtiyac duyulur. Lakin təəssüf ki, yalnız ada üstünlük verilir. İş məsələsi bacarıqla bağlıdır. Satıcı da sahəsini yaxşı bilməlidir. Əgər bu cür kurslar açılsa bizdə işsizlik minumuma düşər. Hər kəs istəyir ki, əziyyət çəkmədən yüksək əmək haqqı alsın. Bir yazını yazmaq üçün jurnalist nə qədər əziyyət çəkir.

- Bu gün xalqımız Yeni Azərbaycan Partiyasına etimad edib, inanır. Seçkilərdə də Yeni Azərbaycan partiyasını dəstəkləyir. Yeni Azərbaycan Partiyası bu etimadı və inamı necə qazanıb?

- Yeni Azərbaycan Partiyasının təməli sağlam şəkildə qoyulub. Partiyamızın yaradıcısı Ümumilli liderimiz Heydər Əliyev olub. Partiya yaradılan zaman elə nizamnamə yazılıb ki, bu gün də gündəmdədir. Yəni Yeni Azərbaycan Partiyası gələcəyə hesablanıb. Cənab prezidentimizin partiyaya rəhbərlik etməsi, Mehriban xanımın sədr müavini olması, dinindən, dilindən asılı olmayaraq hər kəsə partiya tərəfindən eyni şərait yaradılması bizə olan inamı etibarı artırır. Bu gün partiyaya üz tutanlar arasında gənclər üstünlük təşkil edir. Artıq partiyamıza üzv olanların 40 faizi gənclərdir. Getdikcə də üzv olan gənclərimizin sayı artmaqdadır. Gənclər üçün hər bir şərait yaradılıb. Ölkənin quruculuq və abadlıq işlərində Yeni Azərbaycan Partiyasının üzvləri yaxından iştirak edir. Yaşıllaşdırma ilə bağlı biz 1 il ərzində partiya üzvlərtimizin sayı qədər yəni 700 min ağac əkdik. Bütün bunlar cəmiyyət tərfindən qiymətlənir, Biz Azərbaycançılıq, qanunçuluq, sosial ədalət, dövlətçilik prinsiblərinə sadiqik. Dövlətin müstəqiliyyinin qorunub saxlanması, cənab prezidentimizin həyata keçirdiyi siyasətin xalqa düzgün çatdırılmasında Yeni Azərbaycan Partiyasının misilsiz rolu var.

- Azərbaycanda digər müstəqil ölkələrdən fərqli olaraq dini sabitlik hökm sürür. Düzdür, bir ara Suriyada döyüşənlər artmaqda idi. Amma zamanında qarşısı alındı. Bu sahədə görülən işləri necə qiymətləndirirsiniz?

- Azərbaycanda dini tollerantlıq höküm sürür. Bu Azərbaycan xalqının daxilindən gələn məsələdir. Heç bir dinə ayrı seçkilik edilmir. Azərbaycanda necə ki, məscidlər tikilir, təmir edilirsə eləcə də kilsələrə də o cür diqqət ayrılır. Dövlət tərəfindən dini icmalara vəsait ayrılır. Azərbaycanda kim qanunla qadağan olunmayan dini seçirsə ona da ibadət edə bilər. Azərbaycanda dini azadlıq var. Suriyaya gedənlər aldadılmış insanlardır. Onlar Suriyada vuruşmaqdan əlavə, orada təcrübə keçib, öyrəndiklərini Azərbaycanda tədbiq etməyə çalışdılar. Amma hüquq mühafisə orqanları bunun qarşısını lazım olan şəkildə aldı.

- Bəzi məmurlar var ki, vətəndaşlar və jurnalistlər üçün əlçatmazdır. Bu məmurlarla bağlı hansı tədbirlər görülməlidir?

- Hər bir məmur xalq üçün çalışmalıdır. Onun qapısı tək jurnalistlər üçün deyil, hər bir azərbaycanlı üçün açıq olmalıdır. Cənab prezidentimiz müşavirələrdə çıxışı zamanı bildirir ki, məmurlar xalqa xidmət etməlidir. Əgər jurnalistlərdən və vətəndaşlardan qaçan məmurlar varsa onlar müəyyən edilməlidirlər. Bu gün hər bir məmur gördüyü işlərlə bağlı cənab prezidentimizə və xalqımıza hesabat verməlidir. O baxımdan əgər elə məmurlar varsa onlar müəyyən edilib, ortaya çıxarılmalıdır.
"Hər sahədə maaş artırsa, deputatlarınkı niyə artırılmasın?" - Siyavuş Novruzovla MÜSAHİBƏ"Hər sahədə maaş artırsa, deputatlarınkı niyə artırılmasın?" - Siyavuş Novruzovla MÜSAHİBƏ"Hər sahədə maaş artırsa, deputatlarınkı niyə artırılmasın?" - Siyavuş Novruzovla MÜSAHİBƏ"Hər sahədə maaş artırsa, deputatlarınkı niyə artırılmasın?" - Siyavuş Novruzovla MÜSAHİBƏ


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 4291   Tarix: 12 mart 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı

Azərbaycan Rusiya sülhməramlılarını ölkədən çıxarırkən, Ermənistanla sülh müzakirələrində irəliləyiş əldə edilərkən ABŞ Konqresinə 40 Azərbaycan rəsmisi haqqında sanksiya qərarı üçün layihə təqdim edilib. xəbər verir ki, bu barədə Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM

23 aprel
.

Növbəti delimitasiya zamanı hansı kəndlər QAYTARILACAQ? - Açıqlama

Xəbər verdiyimiz kimi, 2024-cü il aprelin 23-də Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesi çərçivəsində ilk sərhəd dirəyi quraşdırılıb. İki ölkənin ekspert qruplarının işi davam edir. Hansı əraziləri

25 aprel
.

Azərbaycan-Qırğızıstan münasibətləri türk dünyasının birliyinə mühüm töhfələr verir

Bu gün Azərbaycanın Mərkəzi Asiya, o cümlədən regionun türkdilli dövlətləri ilə kəmiyyət və keyfiyyətcə intensivləşən münasibətləri yeni geosiyasi reallıqlara uyğun olaraq inkişaf etdirilir və strateji xarakter alır. Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Türkmənistanla münasibətlərimiz çoxşaxəli olmaql

24 aprel
.

Rusiya Prezidenti: "Heydər Əliyev BAM layihənin icrasında böyük rol oynayıb"

"Bu günlər biz Baykal-Amur Magistralının 50 illiyini qeyd edirik. Hamı yaxşı bilir ki, Sizin atanız bu layihənin icrasında böyük rol oynayıb". AZƏRTAC xəbər verir ki, bu fikri aprelin 22-də Rusiya Prezidenti Vladimir Putin Moskvada Azərbaycan Prezidenti İlham Əliyev ilə təkbətək görüşdə deyib

22 aprel
.

Azərbaycan-Ermənistan sərhədində koordinatların dəqiqləşdirilməsi prosesi başlayıb

2024-cü il aprelin 23-də ölkələrin ekspert qrupları Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasındakı sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesinə başlayıb. AZƏRTAC xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikası Baş nazirinin müavin

23 aprel
.

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov birgə nahar ediblər. xəbər verir ki, dövlət başçılarına şəhərin Baş planı barədə məlumat verilib

25 aprel
.

Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub. Bununla bağlı AZƏRTAC məlumat yayıb

24 aprel
.

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + VİDEO

Aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Baykal-Amur magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşü olub. Bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbua

22 aprel
.

İlham Əliyev: "Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq"

"İkinci Qarabağ müharibəsindən dərhal sonra dörd kənd məsələsini qaldırdıq. Əslində, biz həmin kəndləri heç vaxt yaddan çıxarmamışıq". AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusund

23 aprel