Həmsədrlər Paşinyana deyir ki, ağıllı ol - Deputat

Həmsədrlər Paşinyana deyir ki, ağıllı ol - DeputatErmənistan çoxdan küncdədir və onları güncə sıxışdıran Minsk qrupu həmsədrləri deyil, yeritdikləri işğalçılıq siyasəti, bunun da qarşılığında Azərbaycanın gördüyü tədbirlərdir.

Sonxeber.az xəbər verir ki, bunu millət vəkili, politoloq Sahib Alıyev deyib.

O, qeyd edib ki, həmsədr dövlətlər hər zaman Ermənistana qarşı İranın addımlarına bənzər addımlar atıblar.

"İran kimi onlar da həmişə Ermənistanı küncə dirəmək nədir, əksinə, küncdən çıxarmağa çalışıblar ki, bunu da hamı bilir.

Elə son açıqlamalarında da məqsəd budur. Paşinyanın səsləndirdiyi populist və maksimalist fikirlərin ermənilər üçün ağır nəticələrə aparıb çıxaracağı proqnozlaşdırldığından, onu ayıltmağa çalışırlar.

Baxın, Azərbaycanın Silahlı Qüvvələri Ali Baş Komandan İlham Əliyevin əmriylə geniş təlimlərə başladı. Təlimlərdə qarşıya qoyulan vəzifələrə diqqət yetirdikdə burada "Blitzkrieg" hazırlığının getdiyi açıq-aydın görünür.

Həmsədr dövlətlər də gözəl bilirlər ki, Ermənistanın yeni format oyununu ortaya atmaqla substantiv danışıqlardan qaçmasının alternativi budur.

Cəbhə isə heç də Nikol Paşinyanın özünü sudakı balıq kimi hiss etdiyi mitinq meydanı deyil.

Yayılım atəşi və raket zərbələri altında onun populist çıxışları eşidilməz olacaq, eşidilsə belə, dinləyən tapılmayacaq.

Ona görə də Minsk qrupu həmsədrləri son açıqlamaları ilə bu populist və maksimalist Paşinyana deyirlər ki, ağıllı ol, ölkənin potensialına uyğun hərəkət et, fors-majorla üzləşmək istəmirsənsə, gəl danışıqlar stolu arxasında əyləş", - deyə millət vəkili sözlərinə əlavə edib.

Siyasət   Baxılıb: 645   Tarix: 13 mart 2019  

Şikayətiniz varsa Whatsapp: 055 3906818

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR