Prezidentin təyin etdiyi yeni MTRŞ üzvü: Tamaşaçı fərqli bir şey görməlidir
"Sabah Milli Televiziya və Radio Şurasının (MTRŞ) üzvləri ilə görüşüb tanış olacağıq". Bunu Sonxeber.az-a açıqlamasında MTRŞ-ya yenicə üzv təyin olunan Bəxtiyar Balakişiyev (Qaraca) deyib.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncama əsasən, Bəxtiyar Balakişiyev (Qaraca) və Telli Pənahqızı MTRŞ-ya yeni üzv təyin ediliblər.
B.Balakişiyev Prezident İlham Əliyevə ona göstərdiyi etimada görə təşəkkürlərini bildirib. Həmsöhbətimiz televiziya sahəsində onu da narahat edən çoxlu məsələlərin olduğunu söyləyib: "Fikir və təkliflərimizi bildirəcəyik. Bizi də narahat edən şeylər çoxdur. İşin içində olmayıb mühakimə yürüdənlər də var. Hamımızın bir fikri var ki, yaxşı və səviyyəli televiziyamız, proqramlarımız olmalıdır ki, tamaşaçılar da bundan bəhrələnməlidirlər. Nüsrət Kəsəmənli rəhmətlik deyirdi ki, dünya köhnə dünyadır, sevgiləri təzədir. Yəni problemlər həmin problemlərdir, deyiləsi şeylər də eynidir".
MTRŞ üzvü vurğulayıb ki, mənəviyyat, tariximiz və mədəniyyətimizlə bağlı yeni yanaşma və forma lazımdır ki, tamaşaçı fərqli bir şey görə bilsin. Onun sözlərinə görə, bu daha çox yaradıcı heyətin üzərinə düşən bir şeydir: "Televiziya işi bir qədər mürəkkəb işdir, 1 dəqiqəlik süjeti hazırlamaq üçün çoxlu sahələrin xidməti tələb olunur. Nəzərə alaq ki, texniki avadanlıqlar da günü-gündən dəyişir. Yaxşı qələmin arxasında texniki tərəflər və yaradıcı heyətin, rejissorun məsələyə baxışı durur. Peşəkar deyəndə köhnəlik nəzərdə tutulmamalıdır. Peşəkar peşəsini bilən, içində ruhu gənc olan, eşqi, coşqusu olan adamlar olmalıdır. Yorulmuş adamlarla yol getmək mümkün deyil".
Qeyd edək ki, B.Balakişiyev televiziya sahəsində uzun illərdir ki, fəaliyyət göstərir və televiziya işini kifayət qədər yaxşı bilən peşəkarlardandır.
Rövşən Rəhimli
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial Baxılıb: 1286 Tarix: 13 mart 2019
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşElmira Süleymanovanın dəfn olunacağı yer BİLİNDİ - YENİLƏNİR
Bu gün vəfat edən Azərbaycanın ilk Ombudsmanı Elmira Süleymanovanın dəfn olunacağı yer bilinib. xəbər verir ki, E.Süleymanova İkinci Fəxri xiyabanda dəfn olunacaq. 14:27. Bu gün vəfat edən Azərbaycanın ilk Ombudsmanı Elmira Süleymanova ilə vida mərasimi keçirilir. xəbər verir ki, mərasim Təzəpir məscidind
25 aprelMübariz Qurbanlının ailəsinə ağır itki
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri, YAP-ın İdarə Heyətinin üzvü Mübariz Qurbanlıya ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, keçmiş komitə sədrinin bacısı Zərəngiz xanım dünyasını dəyişib. Onun xəstəlik səbəbindən vəfat etdiyi bildirilib. Qeyd edək ki, bir çox tanınmı
25 aprelNəsib Quliyev dəfn edildi - Fotolar
Ötən gün odlu silahdan atəş açaraq özünə qəsd edən sabiq baş pediatr Nəsib Quliyev dəfn edilib. -a istinadən xəbər verir ki, Nəsib Quliyev Mehdiabad qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılıb. Məlumata görə o, öz atasının yanında dəfn edilib
25 aprelAzərbaycanda mayın 1-dən bu qadağa qüvvəyə minir
Balıqların kürütökmə dövrü ilə əlaqədar may ayının 1-dən ölkə ərazisindəki bütün su hövzələrində balıq ovuna moratorium qüvvəyə minir. xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib. Onun sözlərinə görə, bu proses sentyabrın 1-dək davam edəcək. Xidmət rəsmis
25 aprelİki dostun davası - Biri yaralanıb, o biri həbsdədir
İki yeniyetmə oğlan arasındakı mübahisə onlardan birinin bıçaqlanmasına gətirib çıxarıb. "Qafqazinfo"nun məlumatına görə, hadisə bir müddət əvvəl Sabunçu rayonu ərazisində baş verib. Hazırda işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. İttiham ondan ibarətdir ki, peşə liseyində təhsil ala
24 aprelElmira Süleymanova dəfn olundu
Azərbaycanın İnsan Hüquqları üzrə sabiq müvəkkili (Ombudsman) Elmira Süleymanova dəfn edilib. xəbər verir ki, mərhumun nəşi II Fəxri xiyabanda torpağa tapşırılıb
25 aprelZəngilan, Cəbrayıl və Qubadlı sakinlərinə ŞAD XƏBƏR - VİDEO
"Zəngilanda çox böyük işlər görülür, yaşayış evlərinin tikintisi həyata keçirilir. Artıq 13 binadan ibarət kompleks inşa edilir". Bizim.Media xəbər verir ki, bu barədə Laçında keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" beynəlxalq forumda iştirak edən Cəbrayıl, Qubadlı və Zəngila
24 aprelBakıda ƏMƏLİYYAT: Sosial şəbəkələrdə bıçaq satanlar tutuldu - VİDEO
Kəsici-deşici alətləri sosial şəbəkələrdə və paytaxt ərazisində müxtəlif ticarət mərkəzlərində yerləşən mağazalarda satan 6 nəfər saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Qeyd edilib ki, müxtəlif təyinatlı kəsici-deşici alətlərin satışı və gəzdirilməsini
25 aprel