Jurnalist məmuru hansı halda məhkəməyə verə bilər? - Şəmsəddin Əliyev hüquqi tərəfini AÇIQLADI/ MÜSAHİBƏ

Mətbuat Şurasının (MŞ) İcra katibi Şəmsəddin Əliyev qurumun fəaliyyəti, jurnalistikadakı problemlər, yeniliklər barədə Sonxeber.az-ın suallarını cavablayıb.

- Şəmsəddin müəllim, son zamanlar bir çox qəzetlərə maliyyə yardımının dayandırılması yazılı mətbuatın gələcəyini sual altına alıb. Bununla bağlı hansı addımların atılması nəzərdə tutulur?
- Ölkəmizdə qəzetlərlə bağlı problemlər var.İnternet media qəzetlərin satışına təsirsiz ötüşmür. Amma oxunan qəzetlər satılır. Amerikda, İngiltərədə, Fransada qəzet oxucularının sayı 40-41%, Skandinaviya ölkələrində isə bu rəqəm 78 %-dir. Qəzet dizayn və digər keyfiyyətləri ilə oxucu kütləsini cəlb etmək gücündə olmalıdır. Ölkədə çıxan qəzetlərin hamısı dövlət büdcəsi hesabına rəngli çap olunmasının vaxtı çoxdan çatıb. Qəzetlərin satışına və yayımına təsir edən digər səbəblər də var. Yayım təşkil edilməlidir. Bir neçə gün öncə Mətbuat Şurası İdarə Heyətinin (İH) iclasında qəzetərin satışı və yayımıyla bağlı məsələ müzakirə olundu. Səsləndirilən fikirlərə görə, qəzetlər yayılmır, abunəçiyə qəzet gec çatır, qəzetlərin regionlara çatdırılmasında problemlər mövcuddur. Alınmayan qəzetlərin geri qaytarılması zamanı redaksiyadan pul tələb olunur. Bakı Metropoliteni, Beynəlxalq Hava Limanı, Beynəlxalq Avtovağzalda qəzet yayımı və ümumiyyətlə, əllə yayım yoxdur. Bundan başqa, yayım şirkətlərinin rayonlarda köşkləri azdır. Bir problem də, satışın təşkilini necə təmin etməkdən keçir. Əldə yayımın bərpasına - "könüllülər"ə heç bir maneə olmamalı, onların fəaliyyətlərinə süni məhdudiyyətlər yolverilməzdir. Hesab edirəm ki, buna önəm vermək lazımdır. Ona görə də qəzetlərin yayımını əngəlləyəcək problemlərin aradan qaldırılması üçün sözügedən iclasda Monitorinq Qrupu (MQ) yaradılıb. Həftə ərzində monitorinq qrupu təftişini aparacaq və aşkar olunan problemlərlə bağlı yenidən toplaşıb təkliflərə bir daha baxacağıq.

- Jurnalistlərə yeni güzəştlərin tətbiq ediləcəyilə bağlı xüsusilə, media nümayəndələri arasında fikirlər son zamanlar daha çox səslənməkdədir. Bunu mümkün hesab edirsinizmi?
- Bu gün bizim media nümayəndələrinə olan güzəştlər bir sıra inkişaf etmiş ölkələrdə belə yoxdur. Jurnalistlərin mənzillə təmin olunması problemi çox şeydən xəbər verir. Kifayət qədər problemin içində olan əhalinin müəyyən təbəqəsinin mənzillə təmin olunması, bunun mərhələli şəkildə davam etməsi Azərbaycanda həyata keçirilən islahatların canlı təzahürüdür. Ancaq jurnalistlərin ictimai nəqliyyatdan pulsuz istifadə etməsini və bu sahədə güzəştlərin tətbiqini real hesab etmirəm, bununla bağlı məsələ gündəmdə deyil. Buna vaxt sərf etməyə və təklifin dairəsini genişləndirməyə də lüzum görmürəm.

- Reketçiliklə mübarizədə hansı yeniliklər var?
- Məsələyə şikayətlər komissiyası və "Reket" jurnalistikaya qarşı mübarizə komissiyası baxır, nəticəsindən asılı olmayaraq ictimaiyyətə geniş məlumat verilir. Bu, cəmiyyətin ağrılı problemidir. Jurnalist bilə-bilə, qeyri-səhih mənbədən əldə etdiyi məlumatı yayırsa, paylaşırsa, artıq bu hüquq məsuiyyəti yaradır. Niyə qələm sahibi əyri bir şey yazmalıdır? Obyektiv faktlara söykənməyən məlumatlar dərc etməlidir? Niyə qarşı tərəfin münasibətini öyrənmədən, tələm-tələsik yalan və böhtan xarakterli, dəqiqləşdirilməyən informasiyanı yaymalıdır? Suallar çoxdur və belə sualları "zərərçəkmişlər" iclaslarda müzakirə zamanı əsəbi gərginliklərlə müşayət edilən halda, haqlı olaraq verir və cavab istəyirlər. Bu, jurnalistin qeyri-peşəkarlığından, onun fəaliyyətini tənzimləyən hüquqi aktların dairəsini bilməməsindən və bilirsə, onun müddəalarına hörmətsizlikdən, şəxsi və maddi maraqları üstün tutmasından irəli gəlir. Deməli, jurnalist peşə fəaliyyətini satır, cəmiyyətə zidd olan münasibətlərə qurban verir. Bu da sui-istifadənin bir əlamətidir. Korrupsiya anlayışına bir az geniş yanaşsaq, şəxsin pula satılması, həvalə olunmuş, etibar edilmiş, etimad göstərilən vəzifəyə xəyanətidir. İnsan nə qədər şəxsi maraqlarını ictimai və dövlətçilik maraqlarına qurban verərsə, fəaliyyətində milli ideologiyanı üstün tutarsa, bir o qədər alturist olur. Ümumiyyətlə, hər bir kəs pis vərdişlərdən çəkinməlidir.
Rəvayət edirlər ki, sufizmin tərəfdarı böyük Cəlaləddin Rumi məşğələ nahar vaxtına düşdüyündən tələbələrini yeməyə dəvət edir, lakin özünə düşən payı köpəklərə atır. Tələbələrinin olayı təəccüblə seyr etdiyini görən Rumi ; "Mən nəfsimlə mübarizəni bacardım, onun payını köpəklərə verdim"-deyir.
Jurnalist məmuru hansı halda məhkəməyə verə bilər? - Şəmsəddin Əliyev hüquqi tərəfini AÇIQLADI/ MÜSAHİBƏ- Bu məsələlərə dövlətin inzibati formada qadağalar qoyması mümkün deyilmi?
- Sadəcə ictimai orqanizmə dəyən və dəyə biləcək zərərlərin qarşısını almaqda hamımız maraqlı olmalıyıq. Amerikanin gücü əhalisinin çoxluğunda yox, sadə vətəndaşların üzərinə düşən vəzifələri vicdanla və sədaqətlə yerinə yetirilməsindədir. Bu sadə insanlar, hüquqi baxımdan aralarında heç bir fərq görmürlər. Jurnalistin "Rezonans"doğuran məlumatları özünü tanıtma üçün dərc etməsi ən azı vətəndaş hüquq və azadlıqlardan kənar olan haldır. KİV, televiziya, media portalları milli ideologiyamızın yayılması üçün bir alət və vasitədir – desəm yanılmaram. KİV hansı səmtə yan alarsa, yetişən nəsil ona baxıb öz davranışını qura bilər. Cəmiyyət yanlış yolla gedib çalxalana və yaxud, məcrasına qayıda, sivil bir yolla gedə bilər. Yəni milli ideoloiyamızın və məfkurəmizin inkişafı mediamızdan çox asılıdır. Bu, medianın özünü necə nizamlanmasından keçir. Əgər dövlətin bu istiqamətdəki siyasətin formalaşdırılmasında mətbuat fəaliyyətinə uyğun kara gələ bilmirsə, deməli, hakimiyyətin dördüncü qolu etimadı doğrultmur. Bunu biz bacara bilməsək, cəmiyyətdə hansı inkişafdan söhbət gedə bilər? Diqqət edin: mediada hər gün, "Qanuni oğru"ların həyat şəraiti ilə bağlı yazılar dərc olunur, bu yanlış ideologiya cəmiyyətin müəyyən təbəqəsini belələrinin həyat tərzlərinə sövq edə bilir. Eyni ilə ictimai mənəviyyat əleyhinə olan yazılar da sanki, yüngül əxlaqlı, iffəti və həyası aşağı olan(olmayan)ların həyatını təbliğ etməkdən başqa bir şey deyil. Mən bunun əleyhinəyəm. Bu həm də mili ideologiyamızın ruhu ilə bir araya sığmır.
MŞ-nin vəzifəsi ictimaiyyət-dövlət, ictimaiyyət-media arasındakı münasibətlərin tənzimlənməsindən ibarətdir. MŞ ictimai qurumdur. Biz öz şinelimizdən çıxan gəncləri tənbeh edə, qınağa çəkə bilərik. Başqa səlahiyyətlərimiz yoxdur. Axı, mətbuat çox güclüdür. Bəs niyə, hakimiyyətin bu güclü qolu, bu qədər acizdir?
ABŞ-ın 3-cü prezidenti, demokratiyanın atası sayılan Tomas Ceffersona məxsus bir aforizm var: "Əgər hakimiyyətsiz qəzet və yaxud qəzetsiz hakimiyyət" seçmək imkanım olsaydı, tərəddüd etmədən birincisini - hakimiyyətsiz qəzeti seçərdim". Mətbuat hakimiyyətin mühüm qoludur. Qeyd etdiyim kimi, media istəsə, cəmiyyətdə xaos yarada, cəmiyyəti gərginlikdə saxlaya bilər. Ancaq mətbuatı təbii ki, özbaşına da buraxmaq olmaz. Nə etmək lazımdır? MŞ-nın fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı normativ hüquqi akta ehtiyac var. MŞ Vəkillər Kollegiyası (VK) kimi ictimai bir qurumdur. VK-ya üzv olmaq test vasitəsilə həyata keçirilir,vəkil olmaq istəyənlər sədaqət andı içirlər. Hakimiyyətin 4-cü qolu barədə niyə belə test üsulu tətbiq olunmasın? Bacarıq və peşəkarlıq qabiliyyəti olmayanlar niyə özünü jurnalist kimi qələmə verməlidir? Jurnalistin dünyagörüşü, peşə bacarığı, bilik səviyyəsi ona vəsiqə və mandat vermək həddində olmalıdır ki, o, jurnalist kimi fəaliyyət göstərə bilsin. Bunun üçün jurnalist olmaq istəyənlər mediaya test yolu ilə gəlməli, MŞ-nın təcrübəli ekspertlərindən ibarət müsahibə komissiyasından keçməlidirlər. Müsahbədə MŞ–nın və hansı qəzetdə çalışmaq istəyirsə, həmin mətbu orqanının nümayəndəsi, hüquqşünaslar iştirak etməlidirlər. Müsahibənin obyektivliyini təmin etmək üçün video çəkilişdən istifadə olunmalıdır. Media məkanında sağlam jurnalist ordusu yaratmaq istəyiriksə, yanaşma fərqli olmalıdır.

- Təklif edirsiniz, jurnalistlər üçün "sədaqət andı" qəbul olunmalıdır?
- Mütləq mənada. Dövlət qulluqçuları, hakimlər və həkimlər peşələrinə sadiq qalacaqları barədə and içirlər. Bu hər bir vətəndaşın bir növ "Vətənə sədaqət"in bariz nümunəsidir və prinsipcə cəmiyyətdə and içməyən təbəqələr çox azdır. Niyə jurnalislər Azərbaycan vətəndaşı kimi konstitusion vəzifələrin icrasından kənarda qalmalıdırlar? Ona görə də burada qeyri-adi heç nə yoxdur.

- Yəni başqa sözlə, bu and gələcəkdə reketçilik və ya hər hansı peşə fəaliyyətinə zidd olan əməllər törətdikdə həmin jurnalistə qarşı hüquqi məsuliyyət yarada bilər?
- Vəzifədə sədaqət andının pozulması bəli, hüquqi məsuliyyət yarada bilər. Buna rəğmən KİV-lə bağlı qanunvericiliyə qismən dəyişikliklər edilməsi də mümkündür. Jurnalistlərin istifadə etdiyi hüquq və azadlıqlar həm fəlsəfi, həm də hüquqi mənada başqalarının hüquqlarının başladığı sərhəddə dayanmalıdır. Bunu anlamaq o qədər də çətin deyil. Başqalarının hüquqlarına hörmət etməklə öz hüquqlarımızı qorumuş oluruq.
Vaxtilə Böyük Britaniyanın kaloniyasında olan "New York"şəhər qəzetinin əməkdaşı qubernatorun səlahiyyətlərini aşan mövzuda tənqidi yazı dərc edir. Qubernator isə jurnalisti məhkəməyə verir. Lakin hakim jurnalistə bəraət qazandırır. Qərarında qeyd edir ki, jurnalist düşündüyünü həqiqət bilərək qələmə aldığına görə məsuliyyət daşımır. Tam səmimi deyim, indi belə hakim və jurnalist çox azdır. İnsan düşündüyünə və fikrinə görə təqib edilə bilməz.
Jurnalist məmuru hansı halda məhkəməyə verə bilər? - Şəmsəddin Əliyev hüquqi tərəfini AÇIQLADI/ MÜSAHİBƏ- Bu gün məmur və xüsusilə tanınmış simalarla medianın ən böyük problemlərindən biri yazı başlıqları, habelə məmurların mediayla əməkdaşlıq etməməsiylə bağlıdır...
- "KİV haqqında"Azərbaycan Respublikasının Qanunuda bütün dövlət qurumlarının mətbuatın sorğularına cavab verməli olduğu açıq vurğulanır. Hələ 2015 ci ildə Azərbaycan mətbuatının 140 illiyi ərəfəsində ölkə Prezidenti cənab İlham Əliyev MŞ İdarə Heyətinin üzvləri ilə görüşündə də qeyd etmişdi ki, məlumatları bilavasitə jurnalistlərdən alır, Ona Prezident Administrasiyasındakı (PA) insanlar da məlumat verirlər, bəzən bu məlumatlar gizlədilir və yaxud vaxında verilmir. Prezident israrlı şəkildə qeyd etmişdi ki, vəzifədən sui-istifadə halları, korrupsiya, məmur özbaşınalığı ilə bağlı yazıların verilməsinə heç vaxt və heç kim tərəfindən əngəl yaradıla bilməz.
Məmurun jurnalistin sorğularına cavab verməməsi birbaşa konstitusiyamıza ziddir və vəzifədən sui-istifadədir. Amma jurnalistlər də məmurları bununla bağlı məhkəməyə vermirlər. Bu da bəzən mentalitetimizlə, bəzi hallarda da vaxtın məhdudluğu ilə bağlı olur . "KİV haqqında" Qanun jurnalistin sorğusuna cavab verməyi imperativləşdirir.
İkinci sualınızın cavabı belədir ki, başlıq məzmuna uyğun olmalıdır. "İtin adamı qapması" nə xəbərdir, nə başlıq. Ancaq "Adam iti qapıb", bu həm xəbərdir, həm də diqqəti cəlb edən başlıqdır. Başlıq qeyd etdiyim kimi yazının məzmunundan götürülməli, qanunun tələbinə zidd olmamalıdır.

- Mediamızda ciddi problemlərdən biri də jurnalistlərin sahələr üzrə bölgüsünün olmamasıdır.Bu barədə nələr demək olar?
- Bu, mediamızda ciddi problemlərdən biridir. Hüquqşünas olduğum üçün deyə bilərəm ki, hüquq mühafizə orqanlarından yazan jurnalist hüquq sahələrinə bələd olmalıdır. Əks təqdirdə bu sahədə özü üçün auditoriya qazana bilməz. Beynəlxalq media məkanında da konkret sahələr üzrə bilikləri zəif olan və yaxud olmayan şəxslərin həmin istiqamətlər üzrə müsahibəyə cəlb edilməsi arzu olunmur. Çünki sualların mahiyyəti üzrə hazırlanmasında və verilməsində qeyri-peşəkarlığa yol verilir. Son nəticədə isə fikirlər təhrif olunmaqla ictimaiyyət arasında çaşqınlıq yaranır. Boşluğun aradan qaldırılması üçün jurnalistlərin sahələr üzrə ixtisaslaşması vacib məsələlərdəndir.

Jurnalist məmuru hansı halda məhkəməyə verə bilər? - Şəmsəddin Əliyev hüquqi tərəfini AÇIQLADI/ MÜSAHİBƏ- Mediada gender bərabərliyinin təmin olunmasıyla bağlı məsələ nə yerdədir, hansı konkret addımlar və təkliflər nəzərdə tutulub?
- Bizim ali qanunumuz olan Konstitusiyada hər kəsin hüquq bərabərliyi təsbit olunub. Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunda (KİVDF) mediaya ayrılan maliyyə məsələlərində də bu hal nəzərə alınır. Gender bərabərliyi MŞ İH-nin nəzərində vacib məsələ kimi qırmızı xətlə keçir.

- Ümumiyyətlə, media məkanında hansı islahatlara zərurət var?
- Əvvəla, MŞ-nın fəaliyyətini tənzimləyən normativ hüquqi akt qəbul olunmalıdır. Bu barədə layihə artıq hazırlanır. Layihə Milli Məclisin plenar iclaslarınıın birində müzakirəyə çıxarılacaq və qəbul olunsa, MŞ kifayət qədər səlahiyyətlərə malik olacaq, sosial sifarişin diqtə etdiyi bir mətbuat qurumu yaradılacaq. İkincisi, KİVDF-a ayrılan vəsaitin məbləğinin artırılması da gündəmdədir.. Məbləğ təkcə qəzetlərə yox, onlayn mediaya da ayrılmalıdır ki, minimum ehtiyaclar ödənilə bilsin. Üçüncü məsələ, reket jurnalistikasına qarşı mübarizənin sərtləşdirilməsiylə bağlıdır. Həddini aşan mətbu növlərinə qarşı daxil olan müraciətlər artımla müşahidə edilir. Lakin görülən tənbeh və ictimai qınaq xarakterli tədbirlər səmərə vermir. Elə xəbər portalları var ki, iki ay ərzində saytın fəaliyyəti iki dəfə müzakirə predmetinə çevrilir. Həyata keçirilən profilaktik təmayüllü preventiv müzakirələr də istədiyimiz səmərəni vermir. Mübarizənin üsul və metodu dəyişilməlidir. Amma bütün bunlar yalnız və yalnız normativ hüquqi aktın qəbulundan asılıdır. Bəlli vasitələrlə mətbuatın durumunu yaxşılaşdırmaq istiqamətində aparılan mübarizə gözlənilən nəticəni verməkdə acizdir. Unutmaq olmaz ki, biz müharibə vəziyyətində olan ölkəyik. Ona görə də, müharibə və şəhidlərlə bağlı vətənpərvərlik ruhunda geniş yazıların mətbuatda işıqlandırılmasına ehtiyac var. Media düşmənə qarşı mübarizədə önəmli silahdır. Bu baxımdan hesab edirəm ki, medianın diqqəti bu səmtə daha çox cəlb edilməlidir. Mənəviyyatsızlığı və cinayətkar aləmi təbliğ etməkdən media uzaqlaşmalıdır.Cəmiyyətin həssas və riskli təbəqəsi bəzən azad mətbuatın arzuolunmaz informasiyalarına tez aldanır və cəmiyyətə zidd davranışlarını həyat kredosuna çevirməkdə çətinlik çəkmirlər. "Mətbuat yazırsa, deməli düz yazır" düşünürlər. Ona görə də arzu edilən təkliflər sırasında bu məkanda fəaliyyət göstərmək istəyən media saytı və xəbər portallarına MŞ tərəfindən lisenziyaların verilməsi mümkün ola bilər. Və yaxud, Ədliyyə Nazirliyi tərəfindən (ƏN) MŞ-nin qanuna zidd olmayan təhlilli və ictimai rəylə üst-üstə düşən, radikallıqdan kənar olan sorğusu ilə saytın qeydiyyatı məsələsinə baxıla bilər. Bununla bağlı müxtəlif variantlar da təklif etmək olar. Digər tərəfdən, "Jurnalistlərin Peşə Davranış Qaydalarına" zidd davranan, "Həqiqəti yaymaq" kimi ali məqsədindən kənara çıxan, peşəkarlıq meyarına daxil olan "Obyektivlik"dən yayınan, həqiqi və səhih mənbələrə söykənməyən, informasiyanı yayarkən qarşı tərəfin münasibətini öyrənməyən, həddini aşan, səlahiyyətlərindən sui-istifadə edən, qərəz-böhtan dərc edən, xəbərdarlıqdan nəticə çıxarmayan, il ərzində 2 -3 dəfə ictimai qınağa tuş gələn saytların bloklanması, cərimə olunması mümkündür. Amma tənbeh və digər məsuliyyət tədbirləri ilə yanaşı, medianın mükafatlandırılması məsələsini də düşünürük.

Rövşən Rəhimli
Jurnalist məmuru hansı halda məhkəməyə verə bilər? - Şəmsəddin Əliyev hüquqi tərəfini AÇIQLADI/ MÜSAHİBƏ


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 866   Tarix: 18 mart 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Avropa Parlamenti Azərbaycanla bağlı son qərəzli qətnaməni qəbul etməklə öz ikiüzlülüyünü bir daha nümayiş etdirdi" - DEPUTAT

"Avropa Parlamentində Ermənistan və erməni lobbisinin təsiri altında olan bir sıra dairələr tərəfindən irəlilədilən bu qətnamə bütün faktların saxtalaşdırıldığı Azərbaycana qarşı qarayaxma kampaniyasının tərkib hissəsidir". Bunu -a danışan deputat Müşfiq Cəfərov bildirib. Deputat qeyd edi

26 aprel
.

Gecələr insanlara qorxu yaşadan qadın kameraya düşdü - Video

Mingəçevirdə naməlum şəxsin gecələr qapıları döyüb insanları narahat etməsi, həyəcan yaratması barədə polisə müraciətlər daxil olub. "Qafqazinfo" xəbər verir ki, şəhərin M.Hüseyn küçəsində yaşayan sakinlər gecə yarısı həmin şəxsin qapıları döydüyünü, sonra qaranlıq yerlərdə gizləndiyini, qeyri-adekva

26 aprel
.

Xıdırlıda inşa edilən məktəb belə olacaq

Xəbər verdiyimiz kimi, aprelin 25-də Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinin birgə təməlqoyma mərasimində iştirak ediblər. "Qafqazinfo"nun məlumatına görə, Xıdırlı kənd tam orta məktəbinin inşas

26 aprel
.

Polisin "saxla" əmrinə tabe olmadı, hadisə yerindən qaçdı - VİDEO

Bakıda magistral yolda motosiklet sürücüsü Yol Patrul Xidmətinin "saxla" əmrinə tabe olmayıb. Bu barədə görüntülər sosial şəbəkədə yayılıb. Görüntülərdə YPX maşını motosiklet sürücüsünü saxlamağa cəhd etsə də sonuncunun hadisə yerindən qaçması öz əksini tapıb. Hadisə "Koroğlu" körpüsünü

26 aprel
.

Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT

Sumqayıt Dövlət Universitetinə (SDU) rektor müşaviri təyin olunub. Bu barədə -a Sumqayıt Şəhər İcra Hakimiyyətindən məlumat verilib. Bildirilib ki, "Mercedes-Benz Consulting" şirkətinin süni intellekt üzrə baş məsləhətçisi, Berlin Texniki Universitetinin süni zəka üzrə doktorantı, Dövlət Proqram

26 aprel
.

Sağlamlıq arayışlarının ödənişləri niyə fərqlidir?

TƏBİB sağlamlıq arayışlarının ödənişlərindəki fərqə aydınlıq gətirib. "Qafqazinfo" xəbər verir ki, bunu TƏBİB-in şöbə müdiri Səbinə Quliyeva jurnalistlərin suallarını cavablandırarkən deyib. "Bəzi tibbi arayışlar ödənişsiz, icbari tibbi sığorta çərçivəsində qarşılanır. Tariflər sağlamlı

26 aprel
.

Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO

Avtobuslarda gigiyenik qaydalara əməl olunmaması halları müşahidə edilib. Belə ki, sakinlərdən bir çoxu ictimai nəqliyyat vasitəsinin oturacaqlarında toz və kir olduğunu qeyd edir. Onlar bu kimi halların xəstəlik mənbəyi olduğunu bildirərək məsələnin tezliklə həll edilməsini istəyiblər. Məsələ ilə bağl

25 aprel
.

"Kəpəz" hospitalında əməliyyat olunan yeniyetmə öldü

Bakıda özəl klinikada əməliyyat olunan yeniyetmə ölüb. -a istinadən xəbər verir ki, Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü Xalid Səmədov hüquq-mühafizə orqanlarına şikayət ünvanlayıb. O, şikayətində 13 yaşlı oğlu Murad Səmədovun "Kəpəz" hospitalında ürəyindən əməliyyat olunduğunu və əməliyyatda

26 aprel
.

"Almanı atdım xarala" mahnısında əsas məna nə idi? - VİDEO

İctimai TV əfsanəvi "Qaya" qrupu tərəfindən ifa edilən "Almanı atdım xarala" mahnısının mənası ilə bağlı süjet hazırlayıb. Bildirilib ki, qədim zamanlarda insanlar almaları qışda da yemək üçün xaraldan istifadə edərdilər. İpdən toxunan xaral böyük kisəyə bənzəyirdi. Belə rəvayət edili

25 aprel