Astma müalicə olunur, yoxsa ömürlük qalır? - HƏKİM RƏYİ

Astma müalicə olunur, yoxsa ömürlük qalır? - HƏKİM RƏYİAstma xəstəliyi nədir? Əlamətləri hansılardır? Keçicidirmi? Astma üçün istifadə edilən müalicəvi bitkilər təsirlidirmi?

Astma insanlar arasında ən çox rast gəlinən xroniki xəstəliklərdən biridir. Uşaqlar arasında da daha çox yayılan xəstəliklərdəndir. Həkim bildirir ki, bu xəstəlik fərqli əlamətlərlə, fərqli yaşlarda ortaya çıxır. Ağırlıq dərəcələrinə görə müalicə üsulları da fərqli olur. Məhz buna görə də xəstənin yaxınlarında bununla bağlı bir çox suallar yaranır: "Astma ağciyərin hava daşıyan nəfəs borularının üst təbəqəsinin həddən çox həssas olması səbəbindən yaranan bir xəstəlikdir. Astma xəstəliyinə yetkin yaşlarda tutulanların ağciyərində qalıcı fəsadlar törətmir".

Astma keçicidirmi?

Astmanın xəbərdaredici göstəricisi nəfəs almada problem yaranmasıdır, yəni nəfəs darlığının meydana gəlməsidir. Bununla yanaşı, öskürək tutması, nəfəs alma sürətinin artması, xırıltı kimi əlamətlərlə də astma özünü göstərir: "Uşaqlarda baş hissədə həddən çox tərləmə, tez-tez baş verən quru öskürək halları, gülən, ağlayan və qaçan zaman öskürəyin daha da artması müşahidə edilir. Astma keçici bir xəstəlik deyil. İnsandan insana keçmə halları sıfıra bərabərdir. Ancaq irsi olaraq keçən bir xəstəlikdir. Bir ailənin bir neçə üzvündə bu xəstəliyin olması keçici deyil, irsi xarakter daşımasıdır. Astmanın genlə keçən xəstəlik olması sübut edilib".

Astma xəstəliyi diaqnozu ilə həkim nəzarəti altında olan xəstələrin idmanla məşğul olmasına məhdudiyyət qoyulmur. Xüsusən də uşaqların üzmə başda olmaqla, bir çox idman növləri ilə məşğul olmaları mümkündür. E. Dağlı astmanın müalicə növləri arasında aktivlik, sosial həyat tərzi və idmanın vacib olduğunu vurğulayır.

Astma və allergiyanın bağlılığı

İnsanda allergiya yaradan maddələrə allergik maddələr deyilir. Allergik maddələrdən uzun müddət istifadə etmək astmaya səbəb olan iltihab yaradır: "Allergiyanın müalicəsi və ya allergiyası olmayan insan astmadan asan və tez müalicə edilir. Xəstəliyi qıcıqlandıran təsirlərdən uzaq durmaq lazımdır".

Həkim həmçinin astmanın nəzarət altında saxlanıla bilən bir xəstəlik olduğunu vurğulayır. Lakin müalicə həkimin təyin etdiyi kimi aparılmalıdır. Əks təqdirdə, astma tutmaları həyatı risk altına sala bilər: "Yumşaq və orta həddə astması olanlar böhran həddini bir müalicə ilə keçirə bilərlər. Ağır və təxmin edilməyən astması olanlar isə ani ölümlə üz-üzə gələ bilərlər. Astmanın müalicəsində əsas şərt xəstə insanın bir müddət keçirdiyi həyat tərzindən uzaq olması və uyğun dərmanlardan istifadə etməsidir. Siqaret tüstüsünə məruz qalmaq, infeksiyası olan insanlarla münasibətdə və ünsiyyətdə olmaq, çirkli hava, ani isti və ya soyuq hava dəyişikliyi astma tutmasına şərait yaradan ünsürlərdir".

Astma müalicəsinin dərmanları

Astma müalicəsində iki növ dərman istifadə edilir: xəstəliyi nəzarət altında saxlayan və müvəqqəti rahatladan. Həkim bildirir ki, müalicəvi təsirləri olan astma dərmanlarının adları markasına görə fərqlidir: "Xəstəliyi nəzarət altında saxlayan dərmanlar uzun müddət istifadə edildikdə allergik iltihaba təsir edir. Rahatlandırıcı, nəfəsaçıcı dərmanları isə özbaşına istifadə etmək olmaz. Xəstəliyi nəzarətdə saxlayan dərmanlarla bərabər lazım olduğu təqdirdə qısa müddətli rahatlandırıcı dərmanlar da atmaq olar".

Nəzarətdə saxlayan dərmanlar istifadə etdikdə xəstəliyin heç bir əlaməti müşahidə edilmir. Bu isə xəstəliyin sağalması və dərmanların təsir etməsi demək deyil. E. Dağlı buna oxşar misal da çəkir: "Misal üçün, eynək taxdığınız zaman yaxşı görürsünüz, eynəyi çıxartdıqda isə yenə də pis görürsünüz. O da buna bənzər haldır. Astma müalicəsi zamanı özünüzü yaxşı hiss etdiyiniz zaman dərmanları dayandırmayın. Dayandırdığınız təqdirdə mütləq həkiminizə müraciət edin və onunla məsləhətləşin".

Bir çox xroniki xəstəliklərdə olduğu kimi astma üçün də müalicəvi bitkilər mövcuddur. Bunlarla bağlı xalq arasında müxtəlif nümunələr və reseptlər var. Həkim bildirir ki, bunların əksəriyyəti müvəqqəti rahatlanma gətirir, lakin müalicəyə xidmət etmir. Astmanın müalicəsində istifadə edilən dərmanları əvəz edən bitki yoxdur: "Düzgün məqsədlə, düzgün dozada və düzgün istifadə edilən astma dərmanlarının heç bir ziyanı yoxdur. Əksinə, xeyri var. Astma müalicə edilmədikdə nəfəs almağı gücləndirən, nəfəs yolunun işinə mane olan və ağciyərdə qalıcı, ziyanlı bir xəstəlik halını alır. Ən yaxşı hal astmanın müalicəsidir".

Astmanın müalicəsində istifadə edilən dərmanlar asılılıq yaratmır. Onların tərkibində asılılıq yaradan maddələr mövcud deyil. Lakin astmanın müalicəsi uzun zaman davam edir. Vaxtından əvvəl dərmanların dayandırılması, xəstəliyin yenidən meydana çıxması dərmanların asılılıq yaratması demək deyil, bu, müalicənin başa çatmamasının nəticəsidir: "Bəzi insanlar bizə sual verir ki, astma dərmanları ciyərləri qurudurmu? Ağciyərlərin quruması halı tibdə ümumiyyətl,ə mövcud deyil. Əksinə, dərmanlar nəfəs borularının alt təbəqələrində olan əhəngə bənzər sərtləşməni yox edir".

Allergiya peyvəndləri astma dərmanlarının alternativi deyil. Dərmanlar qıcıqlandırıcı təsirindən asılı olmayaraq iltihabı təzyiq altına alır. Peyvənd beynəlxalq müalicə qaydalarına uyğun olaraq allergiya xaricində tətbiq edilir.

Dərmanların əks təsiri

Astma dərmanlarının çəki artırmaq, boyu qısa saxlamağa səbəb olan təsirləri yoxdur. Müalicə edilməyən ağır astma bədənin inkişafdan geri qalmasına səbəb olur. Tutma səbəbindən gecə yata bilməyən, düzgün və vaxtlı-vaxtında qidalanmayan uşaqların inkişafında geriləmə baş verir. Müalicələr düzgün davam etdikdə isə inkişaf qaydasına düşür.


Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 14384   Tarix: 17 yanvar 2016  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Həkimlər panikada: "COVID"ə bənzər yeni virus

Avropa İttifaqı ölkələrində yeni, ölümcül qrip virusuna yoluxma halları qeydə alınıb. Avropa səhiyyə rəsmiləri artıq bir neçə Avropa İttifaqı ölkəsində aşkar edilmiş H3N2 qrip virusunun yeni variantı olan subklad k qrip virusunun sürətlə yayıldığını bildirirlər. Mütəxəssislərin fikrincə, qrip mövsüm

30 noyabr
.

COVID keçirmiş insanlarda qan laxtalanır - Həkimdən xəbərdarlıq

COVID-19-dan sonra yaranan mikrotromblar barədə xəbərdar edilib. xəbər verir ki, rusiyalı həkim Pavel Traxtman bildirib ki, virusun təsiri ilə qan damarlarında yapışqan mikrotromblar əmələ gələ bilər. Bu tromblar kapilyarları tıxayaraq toxumalara oksigen və qida maddələrinin çatdırılmasını çətinləşdirir

5 dekabr
.

Yetkin yaşda olan insanlar hansı balıqdan imtina etməlidir

Mütəxəssislər həmçinin 60+ yaşlılar üçün ən dəyərli balıq növlərini də adlandırıblar. xəbər verir ki, 60 yaşdan sonra maddələr mübadiləsi artıq daha ləng işləyir, həzm sistemi ağır yeməklərə daha həssas reaksiya verir, yağın artıqlığı isə ürək və damarlar üçün əlavə yük yarada bilər. Ona görə də mütəxəssislə

7 dekabr
.

Soyuq havada çay əvəzinə su içmək daha faydalıdır

Havaların soyuması ilə insanlar bədəni isidən içkilərə xüsusilə çaya daha çox üstünlük verirlər. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, soyuq günlərdə çay əvəzinə su içmək orqanizm üçün daha faydalıdır. xəbər verir ki, həkimlərin sözlərinə görə, soyuq havada bədən daha çox susuzlaşır. Bunun əsa

7 dekabr
.

İmmunitetə ​​davamlı virus narahatlıq yaratdı - Mütəxəssislərdən yeni pandemiya xəbərdarlığı

İnsan orqanizminin infeksiyalara qarşı ən təsirli müdafiə mexanizmlərindən biri hesab olunan qızdırma, adətən xəstəliklərlə mübarizədə həlledici rol oynayır. Qızdırma bədən temperaturunu yüksəldərək virusların çoxalmasını yavaşladır və immun sisteminə infeksiyanı aradan qaldırmaq üçün əlavə vaxt qazandırır

11 dekabr
.

Təzyiqiniz normada olmur?

Yüksək təzyiq (hipertoniya) 40 yaşdan sonra bir çox insanlarda rast gəlinir. Təzyiqi dərmanla yanaşı bitki və quru meyvələrlə də salmaq mümkündür. Axşam.az təzyiq xəstələri üçün lazımlı olan quru meyvələri təqdim edir:. Quru əncir. Kalsium, fosforla zəngindir, ürək-damar sistemi üçün effektivdir. Kişmiş

29 noyabr
.

Yeməkdən dərhal sonra çay içmək olmaz - Yan təsiri var

Çay dünyanın ən populyar içkilərindən biridir və onun müxtəlif növlərinin faydaları haqqında çoxsaylı araşdırmalar mövcuddur. Lakin çayın istifadəsi bəzən çox xoşagəlməz yan təsirə səbəb ola bilər. Qaynarinfo -a istinadən xəbər verir ki, çaydakı birləşmələr dəmirin mənimsənilməsinə mənfi təsir göstəri

1 dekabr
.

Zərərli bilinirdi, ömrü uzadırmış - Alimlər təsdiqlədi

Alimlər müəyyən ediblər ki, kakao və tünd şokoladda olan teobromin maddəsi bioloji qocalmanın daha yavaş getməsinə kömək edir. xəbər verir ki, araşdırma "King's College London" alimləri tərəfindən aparılıb və "Aging" jurnalında dərc olunub. Tədqiqat 2 böyük Avropa layihəsini

13 dekabr
.

Çox öskürmək ziyandır

Son günlər yayılan qrip xəstəliyi şiddətli öskürəyin yayılmasına səbəb olub. Axşam.az xəbər verir ki, mütəxəssislər küncüdün öskürəyə müsbət təsir etdiyini açıqlayıb. O, immun hüceyrələrini artırır. E, C və B qrupu vitaminləri ilə çox zəngin olan küncüt güclü zülal qaynağıdır. Onun tərkibində çoxlu lif

3 dekabr