"Əli İnsanov Qərbi azərbaycanıların adından danışa bilməz!" - Fəzail Ağamalı sabiq nazirə CAVAB VERDİ

"Əli İnsanov Qərbi azərbaycanıların adından danışa bilməz!" - Fəzail Ağamalı sabiq nazirə CAVAB VERDİÖlkə Prezidentinin 16 mart 2019-cu il tarixli əfv sərəncamı ilə azadlığa çıxan sabiq səhiyyə naziri Əli İnsanov iddialı bəyanatlar səsləndirib. O, Azərbaycandan çıxıb gedəcəyi barədə deyilənləri təkzib edib və siyasətlə məşğul olacağını vurğulayıb.

Əli İnsanovun uzun həbsxana məhkumluğundan sonra azadlığa çıxması onunla bağlı bir sıra iddiaları da gündəmə gətirib. Məsələn, eks-nazirin partiya yaradacağı, Qərbi azərbaycanlıların lideri olması ilə bağlı iddialar da bu sıradandır.

Əslən Qərbi Azərbaycandan olan deputat, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı Modern.az-a açıqlamasında bu məsələdn danışıb.

Deputat öncə ölkə Prezidentinin humanizmə, mərhəmətə, və lütfükarlığa söykənən növbəti addımını yüksək qiymətləndirib, əfv sərəncamının yüzlərlə ailəyə sevinc gətirdiyini vurğulayıb:

"Bu əziz bayram ərəfəsində mən də çox şadam ki, məhkumlar öz ailələrinə qovuşdular, azadlığa çıxdılar. Ölkə başçısının bu addımını yüksək qiymətləndirirəm, əminəm ki, belə sərəncamların ardı gələcək".

F.Ağamalı bildirib ki, azadlığa çıxan bir çox məhkum əfv olunmalarına görə ölkə başçısına təşəkkür edib və söz veriblər ki, bundan sonra layiqli vətəndaş olacaqlar. F.Ağamalı Əli İnsanovu təşəkkürü başqa səmtə yönləndirməsini belə şərh edib:

"Özünün də cilovlaya bilmədiyi emosiya ilə fikir bildirən Əli İnsanov - baxmayaraq ki, ölkə prezidentinin lütfkarlığı, mərhəməti və imzası ilə azadlığa çıxıb – təşəkkürü Amerikaya, Avropaya istiqamətləndirdi.

Guya onların təzyiqi ilə Prezident belə bir addım atıb, onu əfv edib. Bu kökündən yanlışdır. Hətta dünyanın aparıcı dövlətlərinin liderləri də yaxşı bilirlər və qəbul edirlər ki, ölkə Prezidenti İlham Əliyevə təzyiq formasında hər hansı bir bir fikri çatdırmaq, onun təzyiqlə yerinə yetirməsini tələb etmək, fikrini dəyişmək mümkün deyil.

Prezidentimiz qətiyyətli, iradəli, öz müstəqil fikri olan və bu müstəqil fikrində kifayət qədər ədalətli mövqe nümayiş etdirən dövlət xadimidir, bunu bütün dünya bilir.

Əli İnsanov da İlham Əliyevi yaxşı tanıyır və mən xatırlayıram ki, vaxtilə o, Prezidentlə görüşəndə tamamilə başqa görkəm alırdı, az qala onun qarşısında baş əyirdi.

Əli İnsanov öz əməllərinə görə həbsə düşdü, mən də arzulamazdım ki, o, həbsxanaya düşsün. Ancaq özü əməlləri ilə 2005-ci ildə "hakimiyyəti zorla keçirmək layihəsi" içərisində yer alıbsa, buna görə ona heç kim "sağ ol" deməli deyildi. Cəzasını aldı, indi çıxıb.

Azərbaycan müstəqil dövlətdir, demokratik ölkədir, burada hər bir vətəndaşın seçim hüququ var. Kimsə siyasi partiya yaratmaq istəyirsə, yarada bilər, kimsə hansısa siyasi partiyaya getmək istəyirsə, gedə bilər. Əli İnsanov da Azərbaycanın vətəndaşıdır, o seçimində müstəqildir, istədiyi peşə ilə məşğul ola bilər. Azərbaycanın Konstitusiyası da bunun üçün şərait yaradır. Hamı bilməlidir ki, Azərbaycanda hər şey qanunlarla idarə olunur, heç kim hədə-qorxu ilə, hirs-hikkə ilə Azərbaycan iqtidarına, Azərbaycan xalqına öz iradəsini tabe etdirə bilməz. Bu baxımdan da Əli İnsanov da istisnalıq təşkil etmir".

Qərbi azərbaycanlıların Əli İnsanovu özlərinə lider seçməsi ilə bağlı iddialardan danışan Fəzail Ağamalı deyib ki, o, sadəcə olaraq keçmiş səhiyyə naziri kimi və Yeni Azərbaycan Partiyasının keçmiş funksioneri kimi kimi yaddaşlarda qalıb:

"Bundan o tərəfə onun adının, soyadının qarşısına nəsə əlavə etməyə ehtiyac yoxdu. Əli İnsanov Qərbi azərbaycanıları ətrafına yığacaq bir potensialda deyil, ola da bilməz. Əgər o xəyallarla yaşayırsa, o xəyalların həyata keçirilməsi üçün heç bir əsas yoxdu. Ola bilsin ki, o, özünün yaxın qohumlarını, məhdud sayda tanışlarını toplayıb bir partiya yarada bilər. Yaratsın görək, bu partiya hansı gücə malikdir. Ancaq birmənalı şəkildə heç kimə mandat verilməyib ki, Qərbi azərbaycanlıların adından danışsın. Bu mandat yalnız ölkə başçısına aiddir. Qərbi azərbaycanlıların əksəriyyəti bu gün cənab Prezidentin yandındadır, onu hər zaman dəstəkləyib və bundan sonra da dəstəkləyəcək. Buna heç kimin şübhəsi olmasın".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 2540   Tarix: 18 mart 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"Azərbaycanla Ermənistan arasında delimitasiya prosesinə sürətlə gedir" - Politoloq

Dünən 2024-cü il aprelin 23-də Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesi çərçivəsində ilk sərhəd dirəyi quraşdırılıb. İki ölkənin ekspert qruplarının işi davam edir. Yaxın gələcəkdə hansı əraziləri

24 aprel
.

Almaniyada iqlim dialoqunun ikinci günü başlayır: İlham Əliyev iştirak edəcək

XV Petersberq İqlim Dialoqunun ikinci günü başlayır. "Report" xəbər verir ki, Prezident İlham Əliyev Almaniya Kansleri Olaf Şoltsun dəvəti ilə bu gün keçiriləcək XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində iştirak edəcək. Prezident İlham Əliyevin Almaniya kansleri ilə həmi

26 aprel
.

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində iştirak ediblər

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinin birgə təməlqoyma mərasimində iştirak ediblər. Bununla bağlı AZƏRTAC məlumat yayıb

25 aprel
.

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİB

Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 24-də Azərbaycan Respublikasına dövlət səfərinə gəlib. AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Qırğız Respublikasının Prezident

24 aprel
.

Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub. Bununla bağlı AZƏRTAC məlumat yayıb

24 aprel
.

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycanın ilk ombudsmanı Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib. Report-a istinadən xəbər verir ki, əklil mərhumənin məzarı üstünə qoyulub

25 aprel
.

"COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir"

"COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir". "Qafqazinfo" xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da Berlində "15-ci Petersberq İqlim Dialoqu"nun Yüksək Səviyyəli Seqmentində çıxışında deyib. Bu qlobal tədbi

26 aprel
.

​​​​​​​Azərbaycan və Qırğızıstan arasında ikiqat vergitutma aradan qaldırılır

Azərbaycanla Qırğızıstan arasında "Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş" imzalanıb. xəbər verir ki, sənədləri Azərbaycanın iqtisadiyya

24 aprel
.

Naxçıvanın yeni baş naziri kimdir? - DOSYE

Naxçıvan Ali Məclisinin qərarı ilə muxtar respublikanın yeni Baş naziri Ceyhun Cəlilov təyin olunub. yeni baş nazirin dosyesini təqdim edir:. Ceyhun Ramiz oğlu Cəlilov 1987-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz şəhərində anadan olub. 2009-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxal

25 aprel