Azərbaycanda kredit faizləri niyə yüksəkdir? – Açıqlama

Azərbaycanda kredit faizləri niyə yüksəkdir? – AçıqlamaMilli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi "Banklar haqqında" qanuna dəyişikliyi nəzərdə tutan layihəni artıq plenar iclasa tövsiyə edib. Dəyişiklik qəbul edilsə, Maliyyə Bazarlarına Nəzarət Palatası bankların göstərdikləri xidmətlərin qiymətinə müdaxilə etmək hüququ qazanacaq.

Sonxeber.az xəbər verir ki, bu sözləri iqtisadçı Samir Əliyev deyib.

Ekspert qeyd edib ki, "Banklar haqqında" qanuna əlavə edilən 36.6-1-ci maddəyə əsasən, palata bankların müştərilərlə bağladığı kredit müqavilələri üzrə faiz dərəcələrinin, komisyon haqların və göstərilən bank xidmətləri üçün digər ödənişlərin yuxarı həddini müəyyənləşdirəcək:

"Halbuki hazırda qüvvədə olan qanunvericilik imkan verir ki, bütün bunları kredit təşkiları sərbəst olaraq müəyyənləşdirsin".

Samir Əliyev bildirib ki, Azərbaycanda kredit faizlərinin yüksək olması heç kimə sirr deyil və bu, dəfələrlə ekspertlər tərəfindən vurğulanıb:

"Kredit faizlərinin yüksək olmasının əsas səbəbi banklar tərəfindən kredit vermək üçün cəlb edilən resursların bahalığıdır. Statistik təhlil göstərir ki, bankların öhdəliklərində bütün mənbələr üzrə depozitlərin payı ötən il 78%-ə çatıb. Halbuki devalvasiyadan öncə bu rəqəm 60% civarında olub.

Depozitlərdən yüksək asılılıq kredit faizlərinin depozit faizlərindən asılılığına gətirib çıxarır. Hazırda banklarda spred (kredit və depozit faizləri arasındakı fərq) 5% civarındadır. Əgər milli valyutada olan əmanətlərin illik faiz dərəcəsi 14-15%-ə gəlib çatırsa, kreditlərin faiz dərəcəsi heç bir halda 20%-dən aşağı olmayacaq.
Deməli, depozitləri ucuzlaşdırmaq yolu ilə kreditlərin ucuzlaşmasına nail olmaq olar. Bunun üçün maliyyə sabitliyi dayanıqlı olmalı, dövlət resursları daha çox bank arasında bölüşdürülməli, mərkəzləşdirilmiş kreditlərin həcmi və əhatə dairəsi genişlənməlidir.

Ancaq nəzərə almaq lazımdır ki, depozitlər ucuzlaşdıqdan sonra əmanətçilərin davranışını proqnozlaşdırmaq da çətindir. Ən azı manatın məzənnəsinin sabitliyi ilə bağlı əhalidə əminliyin tam olmaması fonunda aşağı faizli əmanət qoyuluşunun cəlbediciliyi azalır və gələcəkdə banklar resurs qıtlığı ilə üzləşə bilərlər".
Ekspertin sözlərinə görə, təcrübədə banklar tərəfindən xidmət haqlarının süni şəkildə artırılması halları mövcud olub:

"Hətta müştərilərə göstərilən digər xidmətlərə görə də əlavə haqq tələb edilməsi müşahidə edilir. Ölkədə 30 bank fəaliyyət göstərir və müştərilərin imkanı var ki, haqsız tarif tətbiq edən banklarla əməkdaşlığı dayandırsın.

Kredit faizləri isə ancaq iqtisadi rıçaqlar vasitəsilə aşağı salına bilər. Kim zəmanət verə bilər ki, sabah ucuz dövlət resurslarına asan çıxışı olan banklardakı aşağı kredit faizlərini əsas götürüb bütün banklara faiz tavanı tətbiq edilməyəcək?

Ona görə də parlament bu dəyişikliyi etməkdən vaz keçməlidir və imkan verməlidir ki, kredit faizlərini və xidmət haqlarını bazar tənzimləsin. Əks halda bu addım kredit faizlərini aşağı salmadan bank sektoru üçün ciddi problemlər yarada bilər".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 1745   Tarix: 20 mart 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Azərbaycan təbii qaz ixracını 57 % artırıb

Bu ilin yanvar-iyun aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 10,379 milyard kubmetr həcmində təbii qaz ixrac edib. xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin statistikasına əsasən xəbər verir. Məlumata görə, ötən 6 ay ərzində Azərbaycandan ixrac edilən təbii qazın dəyəri 1,586 milyar

17 iyul 2021
.

Türkiyə Azərbaycana və Orta Asiyaya yeni nəqliyyat marşrutu açır

Türkiyə Azərbaycanla və Orta Asiyanın türk cümhuriyyətləri ilə əlaqəni təmin edən yeni nəqliyyat marşrutu açır. "Report" Türkiyə mətbuatına istinadən xəbər verir. Məlumatda deyilir ki, beynəlxalq "P&O Maritime Logistics" şirkətinin yeni gəmiçilik marşrutu Xəzər dənizi vasitəsil

22 may 2021
.

Dünya bazarında neft qiymətləri necə dəyişib?

Dünya bazarında neft qiymətləri yüksəlib. Bu barədə RT məlumat yayıb. Belə ki, WTI markalı neftin avqust fyuçersləri 0,15 faiz bahalaşıb və bir barelinin qiyməti 66,52 ABŞ dolları təşkil edib. "Brent" markalı neftin sentyabr fyuçersləri 0,16 faiz bahalaşıb və dəyəri 68,73 ABŞ dolları olub

20 iyul 2021
.

İdxal və ixrac olunan məhsullar AÇIQLANDI

Bu ilin yanvar-may aylarında idxal və ixrac olunan məhsullar açıqlanıb. Dövlət Statistika Komitəsindən -a verilən məlumata görə, yanvar-may ayları ilə müqayisədə bu ilin beş ayında mühüm məhsul növlərindən buğda idxalı 14,7 faiz, xam şəkər və şəkər 0,8 faiz, kartof 14,7 faiz, çay 6,7 faiz, təzə tərəvə

24 iyul 2021
.

Millət vəkilindən qeyri-neft sektorundakı artımla bağlı AÇIQLAMA

Bu ilin ilk 4 ayında Azərbaycan iqtisadiyyatında azalma tempinin səngiməsi müşahidə olunub. xəbər verir ki, millət vəkili Vüqar Bayramov bildirib ki, 2021-ci ilin yanvar-aprel aylarında ölkədə 25 milyard 78 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,2 faiz az ümumi daxili məhsul istehsa

19 may 2021
.

"Elmlər Akademiyası" stansiyasının pəncərələrinə 5,3 mln manat xərclənəcək

"Bakı Metropoliteni" QSC "Elmlər Akademiyası" stansiyasının inzibati binasının 5-ci mərtəbəsində pəncərələrin hazırlanıb quraşdırılması işləri ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub. vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "Nimex"

25 avqust 2021
.

Azərbaycanda ərzaq məhsulları 5%-ə yaxın BAHALAŞIB - RƏSMİ

2021-ci ilin yanvar-aprel aylarında istehlak qiymətləri indeksi (inflyasiya) 2020-ci ilin yanvar-aprel aylarına nisbətən 4,0 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 4,7 faiz, qeyri-ərzaq məhsulları üzrə 3,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 3,1 faiz artıb

13 may 2021
.

"Bitcoin"in qiyməti düşdü

Dünyanın ən populyar kriptovalyutası olan "bitcoin"in qiyməti 18 faizdən çox düşüb. TASS-a istinadla xəbər verir ki, saat 20:45 (GMT+4) üçün "bitcoin"in dəyəri 18,32 faiz ucuzlaşaraq 31,179 min dollar təşkil edib. Qeyd edək ki, saat 16:55-də "bitcoin"in qiyməti 33,348 (-11,0

23 may 2021
.

20 qəpiyə alınıb 80 qəpiyə satılan pomidor - Niyə bu qədər fərq var? - VİDEO

Saatlıda pomidor yığımı davam edir. 2 həftədir sahədən məhsul yığılır və indiyədək 30 ton məhsul tədarük edilib. Xəzər TV-yə istinadən xəbər verir ki, məhsul bol olsa da, qiymətlər aşağıdır. Hazırda sahədə pomidorun kiloqramı 20 qəpiyə satılır. Bu isə təsərrüfat sahiblərini qane etmir. Çəkilən xərcl

26 iyul 2021