Azərbaycan Ordusunun bu addımı İrəvanı SİLKƏLƏDİ
Azərbaycan ordusunun son təlimləri, üstəgəl Ermənistanla sərhəddi gücləndirməsi tədbirləri İrəvanı narahat edib.
Sonxeber.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Elxan Şahinoğlu "Facebook" səhifəsində bildirib.
"Təsadüfi deyil ki, Ermənistan XİN-nin mətbuat katibi Anna Naqdalyan martın 20-dəki brifinq zamanı qeyd edib ki, ATƏT-ə şikayət məktubu göndəriblər. Şikayət məktubunun məğzi belədir ki, bəs guya Azərbaycan beynəlxalq təşkilatları əvvəlcədən xəbərdar etmədən hücum hədəfli hərbi təlimlər keçirməklə beynəlxalq razılaşdırmalara zidd addım atıb. Erməni diplomat onu da deyib ki, Azərbaycanın Ermənistan sərhəddində yeni hərbi baza yaratması da bölgədə inam atmosferinin formalaşmasına xidmət etmir. Guya işğala məruz qalanla işğalçı arasında nəsə inam atmosferi var imiş. Bu açıqlamadan sonra Anna Naqdalyan şantaj xarakteli açıqlama verməklə müdafiə nazirləri Tonoyanın bir müddət əvvəlki bəyanatını təkrarlayıb: "Biz müdafiə olunmaq və əks zərbə vurmaq hüququnu özümüzdə saxlayırıq".
Elxan Şahinoğlu qeyd edib ki, torpağı işğal altında olan dövlət hərbi təlimlər barədə kimisə əvvəlcədən xəbərdar etməməlidir:
"Özləri üçün deyirlər. Hərbi təlimlər hüququmuzdur, torpağı işğal altında olan dövlət hərbi təlimlər barədə kimisə əvvəlcədən xəbərdar etməməlidir. Ermənistan separatçılarla birgə işğal altındakı torpaqlarda hərbi təlimlər keçirəndə nə kiməsə xəbər verir, nə də beynəlxalq hüquqa istinad edir. Hərbi təlimlərin sayını və miqyasını artırmaq siyasətini davam etdirməliyik.
Sonxeber.az
Telegramda izləyin
instagramda izləyin
Siyasət Baxılıb: 2991 Tarix: 21 mart 2019
Şikayətiniz varsa Whatsapp: 055 3906818
Facebookda Paylaş
Unvan.az - elanlar sayti
Millət vəkili: Paşinyan ordumuzun gücünü qiymətləndirə bilmir
Ermənistan hələ də Azərbaycan torpaqlarını işğalı nəticəsində yaranan problemlə bağlı danışıqlardan yayınır. Ortaya uydurulmuş arqumentlər gətirməklə dünya ictimaiyyətini çaşdırmağa çalışır.. . Sonxeber.az xəbər verir ki, bu fikirləri oxu.az-a açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib. . . "Hakimiyyə
20 mart 2019"O, özünü "siyasi oğru" hesab edir?" - Əli İnsanovun açıqlamasına reaksiyalar
Müxalifət dediyimiz düşərgə özünü demokratik, çağdaş dünyanın prinsipləri ilə ayaqlaşan düşərgə hesab edir. Əli İnsanovsa təklif edir ki, ailə-məişət mövzularında nəinki mühafizəkar olaq, həm də oğru qanunları ilə davranaq. Bu, ciddi bir təzaddır. Mənə elə gəlir ki, o, bu məsələyə xüsusi aydınlıq gətirməlidir.
20 mart 2019Krım və Qarabağ reallıqları - Bakı üçün yeni şans
Martın 19-da Ukraynanın Krım vilayəti və Sevastopol şəhərinin rəsmən Rusiyaya birləşdirilməsinin 5 ili tamamlanır (İşğaldan sonra "referendum" martın 16-da keçirilib, prezident Putin isə martın 19-da birləşmə haqda sərəncam imzalayıb). Martın 18-də Avropa Birliyi (AB) Krımın anneksiyanın qəbuledilməzliy
20 mart 2019Ermənilər artıq Qarabağ üçün ölmək istəmirlər - Deputat
Başabəla, avantürist, şovinizm xəstəliyinə yoluxmuş erməni siyasətçilərinin, Ermənistan rəhbərlərinin apardıqları antiinsani, antibəşər, antixalq siyasəti artıq sadə ermənilərin özlərini də bezdirib, usandırıb.. . Artıq xalq xəstə təfəkkürlü erməni siyasətçilərinin və Ermənistan rəhbərlərinin insanlıq
20 mart 2019Deputat: Minnətdarlıq etməyi bacarmırsınızsa, heç olmasa, susun
Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev xeyirxah, humanist, ölkənin hər bir vətəndaşının sevincinə, kədərinə şərik olan, xalqının gələcəyini, xoşbəxtliyini düşünən bir insandır.. . Bu insanpərvərlik, qayğıkeşlik onun bu günlərdə imzaladığı əfv fərmanında da bir daha özünü göstərdi.
20 mart 2019Yaxın Şərq YENİDƏN QARIŞIR: ABŞ Türkiyə və İrana qarşı HƏRƏKƏTƏ KEÇİR
ABŞ-ın dövlət katibi Mayk Pompeo 19-23 mart tarixlərində Yaxın Şərqə səfərə çıxacaq.. . Sonxeber.az publika.az-a istinadla xəbər verir ki, Pompeo səfər çərçivəsində Küveyt, İsrail və Livana gedəcək.. . Sözügedən ölkələrin səlahiyyətli nümayəndələri ilə görüşəcək dövlət katibi İsraildə yunan və kiprl
19 mart 2019Ermənilərin girov götürdüyü Elvin İbrahimovun səhhəti ilə bağlı AÇIQLAMA
Girov götürülmüş Qazax sakini Elvin İbrahimovun səhhətində hər hansı problem yoxdur, hazırda onun Ermənistan tərəfə keçərkən ayağından aldığı yaranın müalicəsi davam etdirilir. Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Sonxeber.az-ın sorğusuna cavab olara
19 mart 2019Prezidentdən yüksək vəzifəyə TƏYİNAT - FOTO
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ("ASAN Xidmət") sədrinin müavini vəzifəsinə təyinat olub.. . Sonxeber.az "report"a istinadla xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncam
19 mart 2019