"Bu, küçə adamlarının işidir. Belə səviyyəsizliyi onlardan gözləmirdim..." - Xəzər Universitetində nələr baş verir?

"Bu, küçə adamlarının işidir. Belə səviyyəsizliyi onlardan gözləmirdim..." - Xəzər Universitetində nələr baş verir?Xəzər Universitetindəki qalmaqal davam edir. Fəlsəfə doktoru Mail Yaqub ona verilən məvacibə etiraz əlaməti olaraq bir müddət öncə universitetdən istefa verməsindən sonra ona qarşı ağır ittihamlar səsləndirildi. Universitetin açıqlamasında bildirildi ki, Mail Yaqub müəllim olaraq çalışdığı müəssisədə gənc qadın müəllimlərə və tələbələrə qarşı müəllimə yaraşmayan hərəkətləri ilə tanınan birisi olub. Yəni açıq desək, doktor əxlaqsızlıqda ittiham edilib.

Milli.Az xəbər verir ki, qeyd edilən ittihamlarla bağlı Mail Yaqub "Yeni Sabah"a açıqlama verib. O, bildirib ki, səsləndirilən fikirlər əsassız və yüngüldür:

"Xəzər Universitetinin ittihamlarında 4-5 nüans var. Birincisi, "Mail Yaqub gənc xanımlara sataşıb, əxlaqsız hərəkətlər edib" - bunun cavabı bəllidir. Əgər belə idisə, 11 ildir mən universitetdə çalışıram, niyə məni çıxarmamısınız? Deməli, siz bunu bilə-bilə məni universitetdə saxlamısınız və təhsil ocağına xəyanət etmisiniz.

İkincisi, "Universitetdə Mail Yaqubdan 10 dəfə çox maaş alan müəllimlər var" - bu da ağ yalandır. Çünki bir qrupa ən çox maaşı hələ guya mənə yazırdılar-(160 manat). Universitetdə ingilis dilində dərs deyən gənc müəllimlər məndən də az əmək haqqı alırlar. Onlara bir qrup üçün 110-120 manat pul yazırlar.

Üçüncüsü, "Mail Yaqub məhz bu hərəkətlərinə görə kafedra müdirliyindən uzaqlaşdırılıb"- bu da iftiradır. 2013-2015-ci illərdə mən orada kafedra müdiri olmuşam. Kafedra müdirliyindən öz istəyimlə istefa verib çıxmışam. Hətta təkid edirdilər ki, qal. Çıxma səbəbim maaşla bağlı idi. Mənə 500 manat maaş yazırdılar. Bu məbləğ mənim bir aylıq xərcim deyil, 1500-2000 yazın ki, səhərdən axşama qədər burada oturum. Başqa bir səbəb də var. Hamlet İsaxanlı ora iranlı bir rektor gətirmişdi. Həmin rektor məni iclasda təhqir etdi. Onun təhqirlərinə cavab olaraq kafedra müdirliyindən çıxdım ki, iclaslarda iştirak etməyim. Hətta İsaxan İsaxanlı qalmağımla bağlı təkid etdi".

M.Yaqub digər nüanslardan da söz açıb: "Dördüncüsü, universitetin ittihamlarında yazılır ki, bircə "Fəlsəfəyə giriş" dərsi Azərbaycan dilində tədris olunur, qalanları ingilis - bu da yalandır. Universitetdə dərslərin 50-60 faizi Azərbaycan dilində tədris olunur. Mən universitetdə 11 il müddətində 5 fənn tədris etmişəm - Fəlsəfəyə giriş, Əxlaq fəlsəfəsi, Din fəlsəfəsi, Sosiologiya və Müasir Avropa fəlsəfəsi. Bu 5 fənni 11 il ərzində 4 mindən çox tələbəyə tədris etdim. Orda məndən başqa Azərbaycan dilində tədrislə məşğul olanlar kifayət qədərdir.

İngilis dilində tədrislə məşğul olanlara məndən də az məvacib verirlər. Ona görə həmin müəllimlərin bir çoxu universitetdən çıxıb. Bu adamlar universitetdən yığdığı milyonlarla pulla başqa axmaq istirahət mərkəzləri yaratmağın fikrini çəkmək əvəzinə, mənə şər-böhtan yağdırırlar. Bu, küçə adamlarının işidir. Mən bu səviyyəsizliyi onlardan gözləmirdim. "Xəzər"də rektor heç kimdir, əsas iki nəfər qərar qəbul edir - İsa İsaxanlı və Hamlet İsaxanlı. Mən istefadan qabaq rektorla danışdım, vəziyyəti izah etdim. Mənim heç fikrimi də öyrənmədilər, xəbərsiz başqa müəllim çağırdılar. Bu biabırçılıqdır. Digər bir nüans "Mail Yaqub cahilliyə çağırır" - bu lap dəhşətdir. Əgər mən cahilliyə çağırırdımsa, niyə 11 ildir mənə icazə verirdiniz? Ayıbdır, ən azı professor adından utansınlar!"


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 4229   Tarix: 23 mart 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi

Şirvan Apellyasiya Məhkəməsində hədə-qorxu ilə tələb etmədə Cəbrayil Məmmədovun (şərti) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti məhkəmə iclası başa çatıb. xəbər verir ki, hakim Elşad Əliyevin sədrliyi ilə keçiriləcək prosesdə qərar elan olunub. Qərara əsasən, protes

25 aprel
.

İrəvan bundan imtina edir: Paşinyandan ermənilərə "soyqırımı" şilləsi

Ermənistanın baş naziri Nikol Paşinyanın qondarma "soyqırımı"nın ildönümü münasibətilə etdiyi çıxış erməniləri qəzəbləndirib. Buna səbəb Paşinyanın qondarma "soyqırımı" "böyük faciə" adlandırmasıdır. xəbər verir ki, Paşinyan çıxışında cəmi 3 dəfə "soyqırımı" ifadəsin

25 aprel
.

Mübariz Qurbanlının ailəsinə ağır itki

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri, YAP-ın İdarə Heyətinin üzvü Mübariz Qurbanlıya ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, keçmiş komitə sədrinin bacısı Zərəngiz xanım dünyasını dəyişib. Onun xəstəlik səbəbindən vəfat etdiyi bildirilib. Qeyd edək ki, bir çox tanınmı

25 aprel
.

Məşhur pediatorun intihar səbəbi bu imiş

Xəbər verdiyimiz kimi, bu gün tanınmış həkim, sabiq baş pediator Nəsib Quliyev intihar edib. Həkimin intiharına səbəb depressiya olub. O, bağ evində tək yaşayırmış, ailəsi ilə münasibətləri də isti olmayıb. Bildirilir ki, oğlu uzun illərdir Ukraynada yaşayır və atası ilə heç bir əlaqə saxlamırmış. Həkimi

24 aprel
.

Qalmaqala səbəb olan "23 aprel" şousu: Balaca uşaq Dilan Polat kimi hərəkətlər etdi - FOTO+VİDEO

Aprelin 23-də məktəb tədbirində balaca uşağa Dilan Polat təqlidini etdiriblər. türk mediasına istinadən xəbər verir ki, sözügedən tədbirdə azyaşlının çıxışı tənqidlərə səbəb olub. Belə ki, Uşaqların çıxış etdiyi şouda çəhrayı don geyinmiş, saçlarına saxta dollar taxmış balaca qız Dilan Polatın Enerc

25 aprel
.

Bulaqlarda erməni saxtakarlığı: Naxış və nişan vuraraq... - VİDEO

Laçın şəhərində daha bir erməni saxtakarlığı üzə çıxıb. Belə ki, ermənilər işğal dövründə Laçın və ətrafında yerləşən bulaqlara naxış və nişan vuraraq özününküləşdirməyə çalışıblar. "Bu bulaqlara üzüm kimi şəkillər çəkərək özlərinin olduğunu göstərmək istəyiblər. Mənim 78 yaşım var, həmişə bu bulağ

25 aprel
.

Alimpaşa Məmmədov vurduğu ziyandan 185 min manat ödəyib

Şəmkirin keçmiş icra başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. APA xəbər verir ki, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda bildirilib ki, "Abad Şəmkir" MMC və Sahibkarlığın İnkişafı Fonduna dəymiş ziyandan 185 min manat ödənilib. Qeyd edili

24 aprel
.

İkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? - VİDEO

İkinci əl məhsullar, adətən, ucuz olduğundan vətəndaşların onlara marağı da yüksək olur. Ancaq bəzən bu məhsullar alındıqdan bir müddət sonra oğurluq olduğu ortaya çıxır. Bu barədə ARB TV-nin süjetində deyilir. Qeyd olunan məsələ ilə bağlı fikrini bildirən hüquqşünas Fərhad Mehdiyevin sözlərinə görə

25 aprel
.

Sabah 31° isti olacaq

Aprelin 26-da Azərbaycanda müşahidə ediləcək hava proqnozu açıqlanıb. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirlib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-şər

25 aprel