Çılpaq videosu yayılan qızları tənqid edən Xoşqədəmə ağır cavab: "Ərin kamera qarşısında lüt…" – Qalmaqal

Çılpaq videosu yayılan qızları tənqid edən Xoşqədəmə ağır cavab: "Ərin kamera qarşısında lüt…" – QalmaqalBir neçə gündür gündəmi zəbt edən video ilə bağlı müzakirələr davam edir.

Yayılan görüntülərdə 3 gənc xanım tamamilə lüt şəkildə videoya çəkilib. Onlar içkinin təsiri altında meyxana deyərək rəqs ediblər. Qızları lentə alan şəxsin isə xanımları içki içməyə təhrik etdiyi aydın görünür.
Minval.info xəbər verir ki, qalmaqallı hadisəyə tanınmış jurnalist Ülviyyə Alovlu da münasibət bildirib. Saytımıza danışan həmkarımız qalmaqallı sözlər işlətməkdən çəkinməyib.

Ü.Alovlu ilk olaraq aparıcı Xoşqədəm Hidayətqızının videosu yayılan məlum üç qız haqda, "Onları elə etmək lazımdır ki, insan içinə çıxmağa üzləri olmasın" sözlərinə cavab verib:
"Mən demirəm ki, qızlar düz hərəkət ediblər. Bəli, mental dəyərlər baxımından o xanımlar öz əməlləri ilə gənc ömürlərini, təmiz adlarını puç etdilər.

Amma maarifləndirmədən danışan xanım, sənin heç səhvin olmadımı? Ya bəlkə, ərin Doğuş kamera qarşısında heç çılpaq poz vermədimi? Bəs, onda onu niyə bağışladın? Ona ər, övladlarına ata olmaq statusu verdin? Bu gənc qızların da ikinci şansa, səhvlərini anlayıb bağışlanmağa haqqları yoxdurmu?"
Həmkarımız xalq artisti Flora Kərimovanın da sözlərinə qalmaqallı cavab verib: "F.Kərimova "Sabah bizim, millət olaraq, namusdan söz düşəndə oğullarımızın üzünə sillə kimi bu videonu çırpacaqlar ki, sənin "qadının" budur, sənin "kişin" budur, sənin "qeyrətin-namusun" budur?! – deyərək, məlum video səbəbkarlarını rəzil edib.

Ey hörmətli xalq artisti, milyonluq Azərbaycan televiziyasının efirində jurnalistin: "Evli kişilərin ailəsini dağıtmısınız, özünüzə ər etmisiniz" kimi bitməmiş sualına "Yaxşı arvadın əri ailədən getməzdi" – deyərək, özünə bəraət qazandıran, "efirdə ilk dəfə dekolteli libası mən geyinmişəm" – deyərək fəxrlə döşünə döyən, bu ahıl yaşında çılpaq halda hamam vannasına uzanaraq kameralara poz verən də siz deyildinizmi? İndi cəmiyyətdə baş alıb gedən əxlaqsızlıq toxumunun kökünümü axtarırsınız? O toxumu səpən siz və sizin kimilər olmadımı? Amma indi necə oldu ki, sizə dad, onlara bidad?
Ötən ay Prezidentimizin əfv fərmanı ilə vaxtilə qətl törətmiş cinayətkarlar belə əfv edildi.
Bu qızlar hansı qətlin, cinayətin səbəbkarı oldu ki?

Nə etdilərsə, özlərinə etdilər…

Axı, niyə onsuz da əməllərindən bədbəxt olmuş o 3 qadın hesabına indi siz – tv və sənət divaları özünüzü mənəviyyat polisi kimi aparıb, bundan riyakarlıqla istifadə edirsiniz?

Bu çıxışlarınızla o qadınları niyə intihara sürükləyir, qohum-qardaşlarını niyə cinayətə sövq edirsiniz? Heç vicdanınız, insafınız qalmadımı? Yoxsa o baxdığınız eynəklər öz eyiblərinizdən o qədər ləkəlidir ki, hamını rəzil və rüsvay görürsünüz? Budurmu maarifləndirmə? Budurmu tərbiyyə?

minval


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 10822   Tarix: 02 aprel 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Saxta sürücülük vəsiqəsi istifadə edən şəxs CƏZALANDIRILIB

Saxta sürücülük vəsiqəsindən istifadə etməkdə təqsirləndirilən Rusiya vətəndaşı barəsində hökm çıxarılıb. -a istinadla xəbər verir ki, 1990-cı il təvəllüdlü Rusiya Federasiyasının vətəndaşı - Emil Şərəfxan oğlu İsmayılov Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə (saxta sənəddən istifadə) ittiham olunub

20 dekabr
.

Pensiya alanlara ŞAD XƏBƏR: Gələn ildən...

"Hazırda Azərbaycanda pensiya yaşının artırılması ilə bağlı hər hansı bir layihə müzakirə edilmir və bu istiqamətdə heç bir sənəd təqdim olunmayıb. Lakin ümumilikdə pensiya islahatlarının dərinləşdirilməsi və pensiya qanunvericiliyinin təkmilləşdirilməsi sosial müdafiə sahəsində əsas prioritetlərdə

21 dekabr
.

2 yaşlı uşaq kanalizasiya quyusuna düşüb öldü

Beyləqanda azyaşlı bədbəxt hadisənin qurbanı olub. "Qafqazinfo" xəbər verir ki, rayonun Tatalılar kəndində 2 yaşlı Uğur Elmidar oğlu İmanzadə həyətlərində olan kanalizasiya quyusuna düşüb. O, boğularaq ölüb. Faktla bağlı araşdırma başlanıb

19 dekabr
.

Nazirlikdən "Baku Electronics" MMC-yə məxsus mağazada YOXLAMA

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir. xəbər verir ki, bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Mingəçevir şəhəri, Müslüm Maqomaye

20 dekabr
.

Rusiya-Ukrayna cəbhəsində döyüşən Samirə Səmədova: "Qərbi Azərbaycan tarixi vətənimdir"

Kiyevdə azərbaycanlıların da təmsil olunduğu "Kozak Drive" Fondunda Ukrayna Silahlı Qüvvələrində xidmət edən yeganə azərbaycanlı qadın hərbi pilot Samirə Səmədova ilə görüş keçirilib. Fondun təmsilçisi Tatyana Peneva ilə Ukrayna Azərbaycanlıların Birləşmiş Konqresinin sədri Rövşən Tağıyev toplanmı

20 dekabr
.

​Belə çağırışlar edənlər - 500 manat ödəməli olacaq

İnternet informasiya ehtiyatında fahişəliklə məşğul olmağa açıq çağırışların edilməsinə görə 500 manat cərimə tətbiq olunacaq. "Qafqazinfo" xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barəd

19 dekabr
.

Karantin rejiminin müddəti uzadıldı

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar verib. Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsus

20 dekabr
.

Direktoru divara itələyən müəllimlə bağlı - Rəsmi açıqlama+Video

Sosial şəbəkələrdə yayılan Qobustan rayonu Ərəbşahverdi kənd ümumi orta ümumtəhsil məktəbinin müəlliminin direktora qarşı uyğunsuz davranışını əks etdirən video ilə bağlı araşdırma aparılıb. Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Dağlıq Şirvan Regional Təhsil İdarəsindən məlumat verilib

19 dekabr
.

19 yaşlı oğlan qəfil öldü

Bakıda gənc oğlan qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə Xətai rayonu Yeni Günəşli qəsəbəsində baş verib. 2006-cı il təvəllüdlü Nihad İsmayıl oğlu Məmmədov səhhətinin anidən pisləşməsi nəticəsində həyatını itirib. Yaxınları onun insult keçirdiyini bildiriblər. Faktla bağlı araşdırm

20 dekabr