Azərbaycanda bu məhsulun qiyməti kəllə-çarxa qalxdı - SƏBƏBLƏRİ

Azərbaycanda bu məhsulun qiyməti kəllə-çarxa qalxdı - SƏBƏBLƏRİƏhalinin tələbatının yüksək olduğu soğanın ardınca kələmin də qiymətində bahalaşma müşahidə edilir. Hazırda müxtəlif satış məntəqələrində kələmin 1 kiloqramının qiyməti 1 manat 50 qəpik - 2 manat arasına dəyişir. Soğan isə ötən həftəyə nisbətdə 1 manat 50 qəpikdən 1 manatadək ucuzlaşıb.

Kənd Təsrrüfatı Nazirliyi (KTN) yanında Aqrar Tədqiqatlar Mərkəzinin müşaviri Firdovsi Fikrətzadə Modern.az-a açıqlamasında kələmin istehsalının əhəmiyyətli dərəcədə artdığını bildirib:

"2018-ci ildə Azərbaycanda rekord həcmdə - 108,7 min ton kələm istehsal olunub. Ötən ilədək ökədə il ərzində 90-92 min ton kələm istehsal edilirdi. Buna baxmayaraq, 2018-ci ildə istehsalın 18 faiz artırılmasına nail olmuşuq. Eyni zamanda, son dövrlərə nisbətən kələm ixracında da ciddi artım var. 2017-ci ildə təqribən 700 ton, 2018-ci ildə 800 ton kələm ixrac etmişdiksə, 2019-cu ilin 2 ayı ərzində 1324 ton kələm ixrac olunub. İxracın 550 tonu Gürcüstana, 605 tonu Rusiyaya göndərilib. Bu o deməkdir ki, iki ay ərzində ixrac olunan kələmin 87 faizi iki ölkəyə göndərilib. Məsələ burasındadır ki, adətən mövsümün bu dövründə Gürcüstandan Azərbaycana kələm idxal olunurdu. Amma Gürcüstanda da məhsul qıtlığı olduğu üçün onlar məhsul təchizatını bizim bazar hesabına təmin edirlər".

"Kələm ixracı kəskin artıb"

Nazirlik rəsmisi qeyd edib ki, hazırda bütün regionda məhsul qıtlığı yaşanır:

"İraq, Suriya məsələlərinə görə, qonşu ölkələr - Türkiyə, İrandan ixrac həcmi artıb və bu ölkələrdə bizim məhsullara tələbat yaranıb. Ona görə də bizim məhsullar həmin ölkələrə böyük həcmdə ixrac edilir. Bu da istər-istəməz bazardakı tarazlıq şərtlərinə təsir göstərir. Bazarın bəlli bir həcmi var. Bir il əvvəl planlaşdırırsan ki, bir məhsuldan bu həcmdə əkəcəm. Amma birdən-birə bazarda gözlənilməz tələb yaranır, ixrac kəskin yüksəlir. Bu isə ölkə iqtisadiyyatı üçün müsbət haldır. Bu mənada ki, fermerlərimiz yaxşı şərtlərlə öz məhsullarını satır və məhsulların ixrac coğrafiyası genişlənir. İxracın kəskin artımı isə bazardakı şərtlərə təsir göstərir".

"Bizim məhsullar daha ucuzdur"

F.Fikrətzadə bildirib ki, Azərbaycanda istehsal olunan məhsulun qiyməti dünya bazarlarındakı qiymətlərdən xeyli ucuzdur:

"Bir ölkə öz məhsulunu dünya bazarına ona görə çıxara bilir ki, həmin məhsulu dünya bazarındakı qiymətlərdən daha ucuz istehsal edə bilir. Bizim məhsul da ixrac olunur və satılırsa, deməli dünya bazarındakı qiymətlərdən ucuzdur. Ona görə də biz rahatlıqla deyə bilərik ki, ixrac qiymətlərimiz daxili bazardakı qiymətlərdən yüksəkdir".

"Bizim üçün risq yoxdur"

Müşavir ixrac zamanı daxili bazarda qiymətin kəskin yüksəlməməsi, ajiotaj yaranmaması üçün hansı addımlar atılacağını da diqqətə çatdırıb:

"Bazar özü ən yaxşı tənzimləyici vasitədir. İnformasiyanın içərisində olanlar daha çox bazar iştirakçılardır və bununla bağlı fermerlərə müsbət siqnallar ötürürlər. Bütün bunlar isə həmin tərəvəz məhsullarının istehsalının artırılması üçün stimul yaradır.

Bu dəfə ixrac artımı mövsümün uyğunsuz dövrünə düşdü. Bizə daxil olan məlumatlara görə, hazırda Kürdəxanı kələmi bazarda dominantlıq təşkil edir. Bazara Qusardan və digər bölgələrdən də məhsul daxil olduqca, qiymətlər stabilləşəcək. Bizim adətən qış-yaz mövsümündə məhsul idxal etdiyimiz bazarların özündə məhsul qıtlığı yaranıb və bizim məhsula tələbat artıb. Bu bir daha göstərir ki, dövlətin ərzaq təhlükəsizliyi, kənd təsərüfatı məshulları ilə özünütəminetmə siyasəti müsbət yöndə inkişaf edir. Qonşu ölkələrdə bu və digər səbəblərdən ciddi məhsul qıtlığı yarandığı halda, bizdə istehsalın həcmi artıb. Bizim bazarda məhsul qıtlığı baxımından risqli vəziyyətlər yaranmır".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 1957   Tarix: 03 aprel 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Azərbaycanda elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviqi ilə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviq edilməsi haqqında Sərəncam imzalayıb. Bu barədə xəbər verir. Sərəncamda qeyd olunur ki, karbon emissiyalarının azaldılmasında, enerji səmərəliliyinin yüksəldilməsində və nəqliyyat sənayesində innovasiyaların təşviqind

7 mart
.

Qızılın qiyməti rekord həddə çatdı

Qızılın dünya qiyməti rekord həddə yüksəlib. Ekspertlər bildiriblər ki, son aylarda qiymətli metal Çin istehlakçılarının fenomenal alışları fonunda "ikinci nəfəs" qazanıb. Məlumata görə, sarı metalın bir troya unsiyası (təxminən 31,1 qram) 2 141 dollara (3 639 manat) çataraq, ötən ilin dekabrınd

6 mart
.

Unla bağlı yenilik olacaq

"Dəmir defisitli anemiyanın qarşısının alınması məqsədilə buğda ununun zənginləşdirilməsi istiqamətində işçi qrup yaradılıb". "Qafqazinfo" xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli parlamentdə Aqrar siyasət komitəsinin "Qid

18 aprel
.

Hesablama Palatası dövlət qurumunda yoxlamalar APARIR

Hesablama Palatası Bakı Şəhər Mədəniyyət Baş İdarəsində yoxlamalar aparılır. Bizim.Media-nın əldə etdiyi məlumata görə, yoxlamalara yanvar ayının əvvəllərindən başlanıb və bu, fevralın sonunda bitəcək. Audit yoxlamaların Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tərkibindəki mədəniyyət ocaqlarında da aparıldığ

22 fevral
.

Kirayə evə görə vergini kim ödəməlidir?

Son zamanlar çoxmənzilli binalarda yaşayanlardan mənzilin özlərinə aid olub-olmaması tez-tez soruşulur. Mənzildə kirayə qalanlar isə daha bir suala cavab verməli olurlar: Mənzilin sahibi ilə müqavilə varmı? . Müqavilə isə vergi öhdəliyini ortaya çıxarır. Bəs bu vergini kim ödəməlidir? Ev sahibi, yoxs

18 aprel
.

"TikTok"da məşhurlaşan Adəmin atası həbs olundu

Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar edən şəxslərlə bağlı polis əməkdaşları tərəfindən qanunamüvafiq tədbirlər davam etdirilir. "Qafqazinfo" xəbər verir ki, barəsində dəfələrlə tədbir görülməsinə baxmayaraq 1988-c

15 aprel
.

Şokoladın qiyməti dəyişəcək? - VİDEO

Şokolad qiymətlərində kəskin artım gözlənilir. Çünki şokoladın əsas inqrediyenti olan kakaonun dünya bazarlarında dəyəri tarixdə ilk dəfə olaraq bir ton üçün 10 min dollar həddini keçərək rekorda imza atıb. İqtisadçı Eldəniz Əmirov bildirib ki, kakaonun qiymətinin dünya bazarlarında artması təbii şokoladları

29 mart
.

Dövlət qurumunun əməkdaşlarının maaşları ARTIRILDI

"Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğləri"ndə dəyişiklik edilib. -ın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib. Bu Qərar 2024-cü il yanvarı

27 fevral
.

Bakıda yanacaqdoldurma məntəqəsində benzinə su qatılıb? - İDDİA + RƏSMİ CAVAB

Vətəndaşlar ölkədə fəaliyyət göstərən "İST Petrol" yanacaqdoldurma məntəqəsindəki yanacağın keyfiyyətsiz olduğunu və benzinə su qatıldığını iddia edirlər. Ölkə.Az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. . Belə ki, videogörüntülərdə "İST Petrol" yanacaqdoldurm

11 aprel