Efirdə söyüş söyən Rəşad İlyasovun aqibəti necə olacaq?

Efirdə söyüş söyən Rəşad İlyasovun aqibəti necə olacaq?"Space" telekanalının "Hər səhər" verilişində müğənni Rüfət Axundovun işlətdiyi qeyri-etik ifadələr ölkə gündəmini zəbt edib. Hətta bu söyüş ifaçının Azərbaycan telekanallarına qadağası ilə nəticələnib.

Proqramın aparıcısı Anar Vaqifoğlu, səs rejissoru Etibar Mustafayev də işdən qovulub. Bəs görəsən, efirdə qonaq olan əməkdar artist Rəşad İlyasovun aqibəti necə olacaq?

Veriliş zamanı Rüfətlə birlikdə mahnını zümzümə edən Rəşadın da onun söyüşlərini təkrarlayaraq, aparıcıya tərəf gülə-gülə həmin ifadələri işlətməsi diqqətdən qaçmayıb. Müğənni özü məsələ ilə bağlı susma mövqeyini seçib. O, zənglərə cavab vermir. Hətta R.İlyasovun AzTV-nin solistliyindən çıxarılması haqda şayiələr də yayılıb.

MTRŞ-nın ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov əməkdaşımızla söhbətində İlyasovla bağlı sualları cavablandırıb. O bildirib ki, R.İlyasova qarşı heç bir tədbir görülməyəcək:

"Məsələnin fərdiləşdirilməsinin əleyhinəyik, prinsip olaraq ifadəni işlədən şəxs oradan yığışdırılsın ki, həm cəmiyyətdə narazıçılıqlar səngisin. Cəmiyyət də görsün ki, belə halların qarşısının alınmasında şura qətiyyətlidir. Bunu fərdiləşdirməyək, hamıya gələcəkdə də dərs olsun ki, efirə çıxanda məsuliyyətli olmaq lazımdır. Həm müğənni, həm kanalların texniki heyəti diqqətli olmalıdır. O ki qaldı Rəşad İlyasova...

Videoda görünür ki, söyüşlü ifadələri işlədən Rüfət Axundovdur. Dövlət qurumu elə xırdaçılığa getməyi düşünmür. Biz kanala xəbərdarlığımızı etmişik. Rəşad İlyasovla bağlı məsələ aktual deyil. Burada söhbət ondan yox, digər tərəfdən gedir".

Məsələdə adı hallanan Rüfət Axundov, Anar Vaqifoğlu zənglərə cavab vermir, məsələ ilə bağlı danışmamaq qərarı alıb.

Qeyd edək ki, Rüfət efir zamanı fonoqramla mahnı oxuyarkən qeyri-etik ifadələr işlədib. Səs rejissorunun mikrofonu bağlamağı unutması nəticəsində söyüş efirə gedib.

///Axşam.az


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 2559   Tarix: 08 aprel 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Faciəvi şəkildə ölən 52 yaşlı müğənninin qızından ŞOK paylaşım - FOTO

26 sentyabr saat 01:30 radələrində Yalovanın Çınarcık rayonunda, 6 mərtəbəli binanın ən üst qatındakı mənzilindən yıxılaraq həyatını itirən müğənni Güllünün ölümü hələ də tam aydınlaşdırılmayıb. -un Türkiyə mətbuatına istinadla xəbərinə görə, mərhum sənətçinin qızı Tuğyan Ülkem Gülterin sosial mediad

7 dekabr
.

"Uzak şehir"də ŞOK yaşadan aktyordan İLGİNC AÇIQLAMALAR - "İlk dəfə gözləri bağlı şəkildə..." - FOTO

"Uzak şehir" serialında "Boran" obrazını canlandıran aktyor Burç Kümbetlioğlu açıqlamaları ilə diqqət çəkib. xəbər verir ki, Beste Sırapınarın "YouTube" proqramına qonaq olan Kümbetlioğlu canlandırdığı obrazla bağlı maraqlı etiraf edib:. "Boran"ın geri dönməs

7 dekabr
.

"Qurban Qurbanovun toyunu mən aparmışam, incimişəm ondan"

"Qurban Qurbanovdan incimişəm. Bu incikliyimi Musa Qurbanova da demişəm". Axşam.az xəbər verir ki, bunu "Futbolinfo"ya müsahibəsində Xalq artisti Ağadadaş Ağayev deyib. O bildirib ki, Q.Qurbanovun Zaqatalada toyunu da aparıb:. - Sonra Allah nəsib edib, Qurbanın vida matçında da mə

13 dekabr
.

Eyyub Hüseynzadənin təşkilatçılığı ilə möhtəşəm, coşqu və enerji dolu Demet Akalın konserti - FOTOLAR

Məşhur təşkilatçı Eyyub Hüseynzadə və onun təsis etdiyi "Anadolu Events" şirkətinin təşkilatçılığı ilə Türkiyənin sevilən pop ulduzu Demet Akalının Bakı Konqres Mərkəzində möhtəşəm solo konserti keçirilib. xəbər verir ki, müasir səhnə texnologiyaları, yüksək səviyyəli səs və işıq effektlər

14 dekabr
.

KİV: Teylor Svift toyunu istədiyi tarixdə keçirmək üçün digər gəlinə rüşvət verib

Amerikalı müğənni Teylor Svift toyunu istədiyi tarixdə keçirə bilmək üçün başqa bir gəlinə rüşvət verib. xəbər verir ki, bu barədə "Page Six" nəşri məlumat yayıb. Müğənni amerikalı futbolçu Trevis Kelsi ilə toy mərasimini 2026-cı il iyunun 13-də keçirməyi planlaşdırır. O, ABŞ-nin Rod-Aylen

7 dekabr
.

Oğluna aldığı bahalı hədiyyələri nümayiş etdirdi - VİDEO

Müğənni Lətifə sosial media hesabında oğlu Ariflə bağlı paylaşım edərək onun ad gününü qeyd edib. xəbər verir ki, sənətçi övladına ünvanladığı təbrikində belə yazıb: "Həyatın hər anı xoşbəxtliklə dolsun, oğlum. Sevgilim Arif, ad günün mübarək. Lətifə həmçinin ailə üzvləri ilə birlikdə Arif üçü

9 dekabr
.

Xalq artisti: "Gəlinimdən cehiz almayacağam"

Xalq artisti Könül Xasıyeva etirafı ilə diqqət çəkib. xəbər verir ki, xanəndə oğlunun gələcək ailəsi barədə fikirlərini dilə gətirib. Müğənni gəlinindən cehiz almayacaq:. "Kazım evlənəndə gəlindən heç nə istəmirəm. Gəlin cehiz gətirir, heç birinİ gətirməsin. Bir Kazımın barmağına balaca üzük taxsın

10 dekabr
.

Hande Erçelin 45 yaşlı yeni sevgilisinin kimliyi məlum oldu

Məşhur aktrisa Hande Erçel haqqında ortaya atılan yeni eşq iddiası magazin gündəmini yenidən hərəkətə gətirib. türk mediasına istinadən xəbər verir ki, bir müddətdir 45 yaşlı bir iş adamı ilə münasibət yaşadığı deyilən Erçelin sevgilisinin kimliyi müəyyənləşib. İddialara görə, Hande Erçelin yeni sevgilis

12 dekabr
.

"Sevgilimi çox sevirəm, amma…" - Vüsalə Əlizadədən mesaj - VİDEO

Vüsalə Əlizadə "Xərçəng bürcü" başlıqlı, yumor xarakterli videonu paylaşıb. xəbər verir ki, videoda kiçik bir uşağın qarşısındakı şəxsin saçını dartması göstərilib. Aparıcı paylaşımına "Sevgilimi çox sevirəm, amma bəzən…" qeydi əlavə edib. Bu, onun şəxsi həyatı ilə bağlı yeni ehtimallar

13 dekabr