"Niyə Azərbaycan qadınını başdanxarab kimi göstərirsiniz?"

"Niyə Azərbaycan qadınını başdanxarab kimi göstərirsiniz?""Əvvəl əxlaqı olan rejissorlar var idi. Əmi, dayı rol oynamırdı. Rejissorlara demək istəyirəm ki, peşə əxlaqı olsun. O, mənim dostumdur, rolu o, oynamalıdır etməsinlər. Peşə əxlaqə və istedadı olan insanlar bu cür hərəkət etməməlidirlər. Bizdə əvvəl qabaqda xalq, arxada əməkdar artistlər otururdu. Xalq artisti tanıyıram ki, heç əməkdar artist səviyyəsində deyil".

Sonxeber axşam.az-a istinadən xəbər verir ki, bu sözləri xalq artisti Nurəddin Mehdixanlı "5-ci element" verilişində deyib. Aktyor özünü mərhum Səməndər Rzayevlə müqayisə edib:

"Səməndər Rzayev 41 yaşında öləndə "əməkdar artist" idi. Mən indi xalq artistiyəm, 63 yaşım olacaq, amma Səməndər Rzayevin etdiyinin 20 faizini etməmişəm. Bu reallıqdır, bunu deməklə özümü kiçiltmirəm. Aktyor yaşadığı cəmiyyətdən bir addım irəlidə olmalıdır.

Heç kimi aşağılamıram. Sadəcə, işimə məsuliyyətlə yanaşıram. Aktyor var ki, son on ildə bir pyes oxumayıb. Ancaq gəlir öz rolunun sözlərini götürür, tamaşadan sonra isə hər şeyi atır qrim otağına gedir. Onlar tanışlıqla gələnlərdir".

Mehdixanlı aparıcı Ranar Musayevin "Digər işlərinin ardınca gedir. Acından ölməlidir" sözlərinə əsəbiləşib:

"Onda zəhmət çəksin getsin başqa iş görsün. Mən niyə acından ölmürəm? Bu gün mən seriallarda ömrünü, gününü puç edənlərdən deyiləm. Qarşımdakı insandan da məsuliyyət tələb edirəm.

Mənim tamaşam varsa, səhər 9-dan işdə oluram. 11-də geyimim otağa gəlməldiir. Tamaşaya 5 dəqiqə qalmış mən səhnə arxasındayam. Üç dəfə Allah deyib çıxıram səhnəyə.

Bir vaxtlar deyirdilər aktyor ac qalmalıdır. Bunu deyənlərin özü acından ölmürdü. İşinə ciddi yanaşan acından ölmür. Sənət yaratmaq üçün çalışmaq, ağlamaq lazımdır".

Aktyor bu sənətə təsadüfi gələnləri qınayıb:

"Avropalıların bizdən fərqi bilirsiz nədir: "Yüz ölç, bir biç" atalar sözü bizdədir, əməl edənlər avropalılardır. Seçimi düzgün etməlisən. Təsadüfi gəlib incəsənətə düşənlərə yazığım gəlir. Onlar gəlib teatrlarda hansısa istedadlının yerini tuturlar, iddiaları dağ boyda. Amma onların yalançı xoşbəxtliyinin üstündən xətt çəkiləcək. Hər kəs bir gün peşman olacaq.

Niyə biz bu gün Azərbaycan qadınını dəli, başdanxarab, ərinin üstünə qışqıran, qapazlayan, kişisini mağmun, dəli, ailə qədri bilməyən, tufeyli kimi göstəririk. Belə deyil axı. Bütün millətin taleyində bunlar var. Amma başqaları nəyi, biz nəyi göstəririk.

Niyə biz iki azərbaycanlı rus dilində danışırıq? Gedib 2 həftə İstanbulda gəzirik, gəlib "gəliyorum, gediyorum" deyirik.

Ölkə başçısı teatrlara pul ayırdı. Maaşlar qalxdı. Sponsorlar çıxdı, teatrlara əlavə paralar verdi. Bu paralar teatr rəhbərlərinin dam örtüyünü, işıq pulunu ödəmək üçün deyil, yeni tamaşalar hazırlamaqdan ötrüdür".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Mədəniyyət   Baxılıb: 1420   Tarix: 09 aprel 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Tarixin ən qanlı diktatorlarından biri barədə film çəkiləcək

"Emmy"nin 10 mükafatına sahib olan "Çernobıl" serialının rejissoru Yohan Renk yeni layihəsini lentə almağa hazırlaşır. O, İraqın keçmiş lideri Səddam Hüseynin həyatının son günlərindən bəhs edən film çəkəcək. Filmdə baş rolu "Saltburn" və "The Banshee of İnisherin"

17 fevral
.

Əməkdar artist 48 yaşında vəfat etdi

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktyoru, Əməkdar artist Yuri Omelçenko vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə teatr feysbuk səhifəsində paylaşım edib. Sənətçi 48 yaşında dünyasını dəyişib. Onun ölüm səbəbi açıqlanmayıb

20 aprel
.

Van Qoqun əsəri 4,5 milyon avroya satıldı

Məşhur rəssam Vinsent Van Qoqun (1853-1890) 1884-cü ildə çəkdiyi "Ağ papaqlı kəndli qadının portreti" tablosu Niderlandın Maastrixt şəhərində keçirilən Avropa İncəsənət Sərgisində (TEFAF) satılıb. Qeyd olunur ki, portretin yeni sahibi sənət əsəri üçün 4,5 milyon avrodan (təxminən 8,3 milyo

11 mart
.

Sabiq rəisə 10 il həbs - General rütbəsi alınacaq

Naxçıvan Muxtar Respublikası Penitensiar Xidmətinin sabiq rəisi general-mayor Tofiq Həsənovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Naxçıvan Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub. Hökmə əsasən, Tofiq Həsənov külli miqdard

3 aprel
.

"Titanik"in ulduzunu kim təhqir edib? - Mənimlə çox kobud davrandı

"Titanik" filminin ulduzu Keyt Uinslet diqqət çəkən açıqlamalar edib. bildirir ki, aktrisa filmdən sonra dünya ulduzuna çevrilməyinin onun həyatını məhv etdiyini deyib. "Düzünü desəm, özümü çox təhqir olunmuş hiss etdim. "Bu çox qorxunc bir şeydir, ümid edirəm, keçəcək" dediyim

19 fevral
.

"O olmasın, bu olsun" tamaşası ilk dəfə ATV-də göstəriləcək – VİDEO

ATV telekanalı tamaşıçılarını daim maraqlı layihələrlə sevindirməyə çalışır. Belə layihələrdən biri də "Səhnə" layihəsidir. Dünya və Azərbaycan teatr tarixinə fərqli baxış, teatr salnaməsinə adlarını qızıl hərflərlə yazan böyük aktyorlar haqqında indiyə qədər bilmədiklərimiz, dram əsərilə musiqini

12 aprel
.

Azərbaycanda cizgi filmlər niyə çəkilmir? - SƏBƏB

"2023-cü ildə 3 peşəkar film çəkilib. Bu isə çox azdır. Bu filmlər əsasən yerli və beynəlxalq festivallarda nümayiş olunub". Bu sözləri -a animator Rəşid Ağamalıyev deyib. O bildirb ki, milli animasiya kino sənətinin inkişafına yardım etmək məqsədi ilə "Azərbaycan Animasiya Assosiasiyası"

24 yanvar
.

"Azərbaycanlı rolunu oynadım, hamı məni "Ay balam" çağırdı" - Türkiyəli aktyor

Türkiyəli kino aktyoru Ruhi Sarı azərbaycanlı rolunu ifa etməsi barədə danışıb. -ın -a istinadən xəbərinə görə, 2002-2003-cü illərdə ekranlara çıxmış "Yarım elma" adlı serialda azərbaycanlı Huşəng rolunu canlandıran aktyor bu rola görə problemlər yaşadığını bildirib. "Dedilər azərbaycanl

25 yanvar
.

Səkinə İsmayılova aparıcılardan narazıdır: "Dəhşətdir, ayıbdır"

"Efirə az çıxıram. Özümü harada görürəmsə ora gedirəm". Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Səkinə İsmayılova "Zaurla Günaydın" proqramında deyib. Xanəndə aparıcılardan gileylənib. O bildirib ki, sənətkarları yeni oxumağa başlayanlardan fərqləndirmirlər. S.İsmayılov

27 fevral