İsgəndər Həmidovun televizoru, göydə qalan "Xalq Hərəkatı" - Azərbaycanda yeni siyasi komediya - VİDEO

İsgəndər Həmidovun televizoru, göydə qalan "Xalq Hərəkatı" - Azərbaycanda yeni siyasi komediya - VİDEO"Qәlbimdәn gәlәn sәs mәnә çox zadlar öyrәdir. Haman sәs pak vә tәmiz insafımın sәsidir ki, hamıda o insaf var. Hәr kәs guş-huş ilә onun buyurduğuna qulaq asıb, әmrinә әmәl elәsә, çox sirlәrdәn agah olub, çox şeylәr bilәr" (Sokrat)

Miladiyyә tarixinin iki min on doqquzuncu ilin aprel ayının 8-də ölkə siyasətində bir qәribә әhvalat olubdu. Әhvalat budur ki, Azərbaycan müxalifətində ahıl, saçları başları ağarmış adamların məntiqini özləri oğurladılar. Baxanlar da onların mərəkəsinə və cəngü-cidalına tamaşa edibən qah-qah çəkdilər.

Söz yox, o kәsin ki, bu әhvalatdan xәbәri yoxdur, mәnim sözümә inanmayacaq; çünki doğrudan da qoca, dilləri və əlləri ilə yanaşı, bəzən düşünmə məharətləri də əsən məntiqin itmәkliyi bir elә tәәccüblü şey deyil ki, bundan bir qәribә әhvalat çıxsın. Məmləkətin müxalifətində, hər təşkilatda və partiyada gün olmaz ki, eşşәk itmәsin.

Amma xeyr, "Azərbaycan Xalq Hərəkatı" (AXH) adlanan dərnəkdə məntiqin itməkliyinin özgә müxalifət firqələrindəki həmən vaqelərə bir tük qәdәr dә oxşarı yoxdur.

Vallahi, billahi, İngiltərənin baş şəhəri Londonda oturub hər gün saatlarla YouTube-da göftgü edən, ölkə əhlinə rövzələr deyib siyasət və ağıl öyrədən Qurban Məmmədovun yeriməyən arabanı itələyən kəndli təki, elə hey "dəstək" verdiyi AXH-də məntiqin itməkliyi bir qәribә әhvalatdı ki, nağıl edim, siz dә oxuyub lәzzәt aparasız.

Әvvәl görәk nədir və nəçidir "Azərbaycan Xalq Hərəkatı"?

Hәr kәs vaxtilə xalq hərəkatında olmuş Rəhim Qazıyevi, İsgəndər Həmidovu və qeyrilərini tanıyır. Qeyrilər indi AXH-nin İdarə Heyəti adlı dərnəyin üzvləridir. İntizamlı pionerləri kimi yığışırlar bir yekə otağa, başlayırlar olanlardan, keçənlərdən, olmayanlardan və keçməyənlərdən danışmağa.

Hərdən mübahisə edirlər.

Hərdən söyüşürlər.

Hərdən yumruqlaşmağa çalışırlar.

Hərdən barışır, kövrəlir, "bir də belə edib rüsvay olmayaq" deyir və dəxi başlayırlar məmləkətdə hakimiyyətə necə gələcəklərini müzakirə etməyə.

Hamısı nitq irad etmək üçün ayağa duranda, boğazını arıtlayıb "mənim xalqım" deyir.

Halbuki xalq əyyami-qədimdən qalan, Məmmədnəsir tinindəki həsir qədər köhnələn siyasətçiləri tanımaq istəyir, yerdə qalan "yeni siyasətçilər"i də tanımır.

İsgəqdər Həmidovun pulunun ətrinə toplaşmaqda da suçlayırlar AXH-nin həşəmətli və şanlı İH-ni. Belə yazım ki, qoy köksləri qabarsın, yoxsa ki, "İdarə Heyəti" bir qədər yüngültaxtalı səslənir.

Ərz etdim ki, vaxtilə daxili işlər naziri olmuş İsgəndər Həmidovu və başabəla, özü də Azərbaycana bəla olmuş Rəhim Qazıyevi çoxları tanıyır.

İsgəndər Həmidov qoca kişidi, olar sininin ahıl vaxtı. Artıq olmaz. Hәrçәnd ki, saqqalı ağarıbdı, özü ki, and içir ki, әgәr mәni siyasi müşküllər sıxmasaydı, heç kәs demәzdi ki, mәnim sinnim filan qədərdli.. Elә yalan demir İsgəndər Həmidov; çünki kişinin bu sinnindә yenә yanaqları qıpqırmızı qızarır.

Onun başına işlər gəlib.

Әgәr duraq hamısını nağıl elәmәkliyә, çox uzun çәkәr. Nәlәr gәlib qoca "boz qurd"un başına, nә işlәrә düçar olubdur!

Vәssalam ki, rüzgar bu kişinin üzünә gülməyibdir.

Özlərini "məzlum xalqın demokratiya carçıları, millətiin xilaskarları" elan etmiş xırda-xuruş partiya rəhbərlərindən ibarət olan "Azərbaycan Xalq Hərəkatı"nın İdarə Heyəti - yəni AXH-nin İH-i - parçalanıb.

Həmidov Qazıyevə, Qazıyev Həmidova İH-də "ih" deyərək ayrılıblar, hərəsi bir yerdə iclas qayırıblar.

Sonra da bir-birlərinə zəng vurublar ki, bəs ay bəy, haradasan, bu tərəfə adla, Məclis bizik. Qazıyev Həmidova deyib, Həmidov Qazıyevə irad tutub.

Araya Elşad Musayev varid olub, amma küsənləri barışdıra bilməyib.

Bir tərəfdə Rəhim Qazıyev və Tural Abbaslı telefonlara sarılıblar, digər tərəfdəsə İsgəndər Həmidov və ahıl "boz qurd"un tərəflarları.

O tərəf bu tərəfə deyib ki, bəs siz legitim deyilsiniz, bu tərəf də o tərəfə virtual barmaq qovzayıb ki, xeyr, legitim olmayan elə sizsiniz ki, varsınız.

Bunlar onlara "buraya gəlin" deyiblər, onlar deyiblər ki, "deməzsən aldatdım, yaxhı işdi, elə siz buraya gəlin".

Daha sonra Rəhim Qazıyev buyurub ki, xub, gedim evi səhmana salım, təmizləyim, bizim evə yığışaq.

Mərəkəyə Londondakı Qurban Məmmədov telefonla qoşulub.

Rəhim Qazıyev deyib: "Alo! Alou! Bəy, salam! Mən hesab edirəm ki, siz orada saxlayın. Bizim ev qurbandı - saa o vaxtdan demişəm.

KXCP sədri Mirmahmud Fəttayev masanın üzərindəki telefonlara baxıb, sonra sinirlənib və Rəhim Qazıyevin qulağındakı telefona sarı deyib: "Alo, eşidirsinizmi məni?! Sizə bir həftə bundan qabaq dedim, qulaq asmadınız. Gəldik bu günə düşdük. Xəbəriniz olsun - bu gün də mənim təklifim göydə qalacaqsa, "Azərbaycan Xalq Hərəkatı" filan olmayacaq".

Daha sonra Elşad Musayev ucadan danışmağa başlayıb və bu dəm nə isə demək istəyən Əhməd Orucun qoluna vurub. Ki, sus, görmürsən burada nə işlər görürəm.

"İsgəndər bəy, alo! Alo! İclası təxirə salın, doğru qərar verin! Orada adamlar var, hamısı sizi eşidir. Oradakıların elə bir səsi də yoxdu, sözü də yoxdu. Sizin sözünüzdü. Barmağınızı qaldırsanız, gələcəklər, endirsəniz - enəcəklər".

"Sözü və səsi olmayanlar" isə AXH-yə qatılmış digər partiya sədrləri imiş.

Hirslənmiş İsgəndər Həmidov da ona zəng vuranlara deyib: "Mən razılaşdım, televizorda da dedim. Siz razılaşmadınız. Televizorlarda da hamı gördü".

Hər an da canlı yayımda - sanki Avropa Birliyində "Brexit" müzakirəsidir.

Siyasəti bu tövr gözdən salıb özlərini rüsvay edəndən sonra sanki ayılan "bəy"lər bir araya gələrək dostluq və həmrəylik, yekdillik və birlik görüntüsü yaratmağa çalışıblar.

İsgəndər Həmidov Facebook, YouTube və Skype-ni "televizor" sayır.

Özü də Facebook profili və YouTube kanalı vasitəsilə reallaşan canlı yayım kadrlarına baxaraq danışmağı da var.

Nə də olsa, "televizor"dur.

Və bu insanlar dərnəklərini "Xalq Hərəkatı", özlərini isə "millətin nicat"ı sayırlar...


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1531   Tarix: 09 aprel 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Rusiya iki yaşayış məntəqəsinə nəzarəti ələ keçirdi

Rusiya ordusu Ukraynanın Sumı vilayətinin iki məntəqəsinə nəzarəti ələ keçirib. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, Rusiya Silahlı Qüvvələrinin "Şərq" qüvvələr qrupunun bölmələri Ukraynanın Vısokoye və Donetsk vilayətinin Svetloye kəndlərinə nəzarət

20 dekabr
.

Ukrayna və Portuqaliya dəniz dronlarının birgə istehsalı barədə razılığa gəlib

Ukrayna və Portuqaliya Ukrayna dəniz pilotsuz uçuş aparatlarının birgə istehsalı barədə razılığa gəlib. "Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin köməkçisi Aleksandr Kamışin "X" sosial şəbəkəsində bildirib. "Biz dronlarımızın Rusiya hərbi gəmilərinə və sualtı qayıqların

20 dekabr
.

Aralıq dənizi mağaraları yeni təhlükə ilə üzləşib

Aralıq dənizində yerləşən və uzun müddət nəsli kəsilmək təhlükəsi altında olan növlər üçün sığınacaq rolunu oynayan dəniz mağaralarında ciddi ekoloji problem aşkar edilib. Alimlər bu gizli dərinliklərdə plastik çirklənməsinin təhlükəli miqyas aldığını müəyyən ediblər. Qaynarinfo xəbər verir ki, "IDR"

19 dekabr
.

Yaşar Gülər: "Azərbaycana göstərdiyimiz dəstəyi Suriyaya da göstərə bilərik"

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər ölkəsinin terrorla mübarizə və ordunun modernləşdirilməsi istiqamətində Suriyaya dəstək verə biləcəyini deyib. "TRT Haber"ə istinadən xəbər verir ki, Yaşar Gülər illik hesabat toplantısında bu barədə danışıb. "Daha əvvəl mən Suriyaya səfər etmişəm

20 dekabr
.

Alimlər təbii elektrik stansiyaları kimi fəaliyyət göstərən qayalar kəşf etdi

Alimlər hidrogen istehsal edən və "reaktor" kimi davranan süxurlar aşkar ediblər. Bu tapıntı dərin okeanların kimyasının necə işlədiyini və ehtimal ki, milyardlarla il əvvəl həyatın necə yarandığını anlamaq üçün mühüm açar rolunu oynayır. Qaynarinfo nəşrinə istinadən xəbər verir ki, Kardif

15 dekabr
.

İran 12 günlük müharibədən sonra ordudakı boşluqları doldurur

İran İsraillə 12 günlük müharibədən sonra ordusunda yaranan bütün çatışmazlıqları aradan qaldırır. "Report" İran mətbuatına istinadən xəbər verir ki, bunu İslam Respublikası Ordusunun briqada generalı Əlirza Şeyx deyib. Onun sözlərinə görə, güc balansını müvəqqəti dəyişdirən texnoloji boşluqları

20 dekabr
.

Şahzadə ağır xəstədir - Ağciyər axtarırlar

Norveçdə Şahzadə Mette-Maritin səhhəti son dövrlərdə pisləşib. xəbər verir ki, Norveç kral sarayı son aylarda səhhətində ciddi pisləşmə müşahidə olunan Norveç tac şahzadəsi Mette‑Maritin ağciyər nəqlinə ehtiyacı ola biləcəyini açıqlayıb. 52 yaşlı şahzadəyə 2018-ci ildə ağciyər fibrozu diaqnozu qoyulub

20 dekabr
.

Dünya liderlərindən aldığı hədiyyələri satır

İtaliyanın Baş naziri Corciya Meloni dünya liderlərindən aldığı hədiyyələri xeyriyyə məqsədilə satışa çıxarır. "Qafqazinfo" xəbər verir ki, ABŞ-nin keçmiş Prezidenti Co Baydenin ona verdiyi keramika qabdan tutmuş Albaniya Baş naziri Edi Ramanın ona hədiyyə etdiyi ad günü şərfinə qədər təxminə

17 dekabr
.

Türkiyədə FETÖ-yə qarşı əməliyyat keçirildi, 160 şübhəli saxlanıldı

Türkiyədə "Fətullahçı" terror təşkilatına (FETÖ) qarşı əməliyyat keçirilib, iki həftə ərzində 160 şübhəli şəxs saxlanılıb. Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya "X" hesabında məlumat paylaşıb. Məlumata görə, 39 vilayətdə keçirilən əməliyya

17 dekabr