Bakıda kişi çirkli paltarını yumayan arvadını uşaqlarının gözü qarşısında bıçaqladı

Bakıda kişi çirkli paltarını yumayan arvadını uşaqlarının gözü qarşısında bıçaqladıArvadını öldürməyə cəhddə təqsirli bilinən Seymur Soltanov Ali Məhkəməyə müraciət edib.
Sonxeber.az "Ölkə.Az"a istinadən xəbər verir ki, təqsirləndirilən şəxsin müraciətinə aprel ayının 24-də hakim Hafiz Nəsibovun sədrliyi ilə keçiriləcək məhkəmə prosesində baxılacaq.

İstintaq yolu ilə müəyyən edilib ki, Seymur Soltanov 2014-cü ildən faktiki olaraq ayrı yaşadığı arvadı - 39 yaşlı Cəmilə Soltanovadan dəfələrlə barışmaq təkliflərinə rədd cavabı alması, uşaqlarını ona göstərməməsi səbəbindən qisas almaq qərarına gəlib. Bu məqsədlə 7 iyun 2016-cı ildə C.Soltanovanın işlədiyi 2 saylı uşaq evinin yaxınlığına gələrək işdən çıxmasını gözləyib. Cəmilənin azyaşlı oğlanları ilə birlikdə gəldiyini görüncə, ona hücum çəkib, uşaqların gözü önündə bıçaqla zərbələr endirib. Yaralı qadın ətrafdakı şəxslərin köməkliyi ilə 3 saylı xəstəxanaya yerləşdirilib. Onun həyatını xilas etmək mümkün olub. Hadisədən sonra S.Soltanov könüllü olaraq polisə gedib.

Təqsirləndirilən Seymur Soltanov ifadəsində arvadını öldürmək fikri olmadığını, onu qorxutmaq istədiyini göstərib:

"2000-ci ildə el adəti üzrə toy edib ailə qurmuşduq. Birgə nikahdan dörd övladımız var. 2014-cü ilə qədər Cəmilə ilə çox mehriban olmuşuq. Daim içki qəbul etdiyimə görə aramızdakı münasibətlər tamam pozulmuşdu. Ailəmlə birgə müxtəlif ünvanlarda kirayə qalmışıq".
S.Soltanovun ifadəsinə görə, sonuncu dəfə kirayə qaldıqları mənzilin iki aylıq pulunu verə bilməyib. Elə bu səbəbdən də arvadı ilə aralarında narazılıq daha da kəskinləşib. Cəmilə uşaqlarını da götürüb bibisinin evinə gedərək orada yaşamağa başlayıb. Dəfələrlə münasibətləri düzəltməyi, ailəsini dağıtmamağı təklif etsə də, qadın razılaşmayıb. Ötən ilin iyun ayının 2-də isə oğlu ilə qızının ad günü münasibətilə tort alaraq ailəsinin yaşadığı ünvana yollanıb. Amma Cəmilə onu evə buraxmayıb:

"Hər dəfə çirkli paltarlarımı oğluma verirdim, aparırdı, Cəmilə də yuyub ütələyib geri göndərirdi. Sonuncu dəfə isə paltarlarımı yumayıb çirkli vəziyyətdə geri qaytarmışdı. Buna görə ona qarşı acıqlı idim".

S.Soltanov deyib ki, hadisə baş verən gün Yeni Günəşli qəsəbəsindəki "Ballı market"in qarşısında avtobus gözləyərkən Cəmilənin uşaqlarla birgə piyada getdiyini görüb. Arxadan ona çataraq bıçaqla zərbə endirib. Ətrafa adamların toplaşdığını görüncə bıçağı yerə atıb və hadisə yerindən uzaqlaşıb. Binəqədi RPİ-nin 5-ci PB-ə gedərək könüllü təslim olub.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 1380   Tarix: 15 aprel 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

80 yaşlı nənəsinin başını divara çırpıb öldürdü

Türkiyədə nəvə nənəsini vəhşicəsinə öldürüb. yerli mediaya istinadla bildirir ki, hadisə Konya şəhərinin Selcuklu qəsəbəsində baş verib. 31 yaşlı Talha Çorum yaşadıqları evdə 80 yaşlı nənəsi Sahura Dudu Bahçecinin başını divara çırpıb. Həmçinin xalası Hasibe Erdemiri yumruqlayaraq, xəsarət yetirib. Xəstəxanay

20 aprel
.

Bakıda kişi qardaşını qətlə yetirib: "Hamımızın başına oyun açırdı"

Bakının Binəqədi rayonunda qardaşını qətlə yetirməkdə ittiham olunan Bayram Fətəliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Reyhan Fətəliyeva ifadə verib. O bildirib ki, təqsirləndirilə

25 aprel
.

Hakimlər bu işi araşdırmaqdan imtina etdi

Xəbər verdiyimiz kimi, qeyri-rəsmi yaşadığı qadına əzab verməkdə, onun azyaşlı qızını zorlamaqda, adam oğurluğunda və digər maddələrlə təqsirli bilinərək 15 il azadlıqdan məhrum edilmiş Seymur Şahalıyev haqda hökm yuxarı instansiyada ləğv edilib. "Qafqazinfo" xəbər verir ki, Bakı Apellyasiy

5 aprel
.

Əhməd Əhmədov təkrar müayinədən keçiriləcək - RƏSMİ

Fevral ayının 13-də bir ailənin beş nəfər üzvünün qəsdən öldürülməsinə dair Xətai Rayon Prokurorluğunda istintaq edilən cinayət işi üzrə təqsirləndirilən şəxs Əhməd Əhmədovun barəsində təyin olunmuş komission məhkəmə-psixiatrik ekspertizasının 04.04.2024-cü il tarixli rəyinə əsasən, o cinayət əməlin

8 aprel
.

İki nəfərin ölümünə səbəb oldu - 7 il həbs cəzası verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində ötən ilin 3 mart tarixində Sabunçu rayonunda 2 nəfərin ölümü ilə nəticələnən yol qəzasını törətməkdə təqsirləndirilən sürücüyə hökm oxunub. "Qafqazinfo" xəbər verir ki, məhkəmə 1985-ci il təvəllüdlü Elçin Ağayevi Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkət

5 aprel
.

Tanınmış siyasətçi arvadını qətlə yetirdi

Tverdə "Ədalətli Rusiya" partiyasından deputatlığa namizəd Yevgeni Nikolski həyat yoldaşını qətlə yetirdiyinə görə saxlanılıb. -ın xarici KİV-ə istinadən xəbərinə görə, hadisə Tver vilayətinin Staritski rayonunda baş verib. Yekaterina Nikolskayanın 36 yaşı var idi. O, ictimai fəaliyyətlərl

21 aprel
.

DƏHŞƏT: Yaşlı qadın azyaşlı nəvəsini boğaraq öldürdü - FOTO

Çeboksarıda (Rusiya) nənə özünü pis aparan doqquz yaşlı nəvəsini öldürüb. Məlumata görə, uşaq anası və nənəsinin yanında böyüyüb, atası ayrı yaşayıb. Bir gün əvvəl uşaq evdə nənəsi ilə qalıb. Ana işdən evə qayıdanda oğlunu ölü tapıb. 61 yaşlı nənə nəvəsini boğub. Bu hərəkətə səbəb oğlanın təqaüdçünü

13 aprel
.

DTX-dən ƏMƏLİYYAT: Azərbaycanda girovda saxlanılan şəxsin azadolunma görüntüləri - VİDEO

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən transmilli mütəşəkkil cinayətkarlığa və qanunsuz miqrasiyaya qarşı həyata keçirilən mübarizə tədbirləri çərçivəsində Pakistan İslam Respublikasının vətəndaşları olan Ullah Naeem Xan Navvab və qeyrilərinin ölkə ərazisində adam oğurluğu il

15 mart
.

İki qardaşdan birinin həyatına son qoyan qətl - TƏFƏRRÜAT + VİDEO

2021-ci il sentyabrın 22-də Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsində yerləşən 6 saylı avtoparkın giriş qapısının yaxınlığında baş vermiş qətlin detalları məlum olub. Məlum olub ki, 1997-ci il təvəllüdlü Sərxan Dadaşov 1998-ci il təvəllüdlü Kamil Cəfərovun ölümünə səbəb olub. İş üzr

20 mart