Bakıda ŞOK HADİSƏ – Hədələyib 165 min manat aldılar

Bakıda ŞOK HADİSƏ – Hədələyib 165 min manat aldılarBakı sakinindən hədə-qorxu yolu ilə klli miqdarda pul alanlar tutulub.

Sonxeber.az publika.az-a istinadən xəbər verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edən Bakı şəhər sakini A.Əliyev 2018-ci ilin noyabr ayından 2019-cu il fevral ayının 5-dək olan müddətdə 2 nəfərin ona hədə-qorxu gələrək 165.000 manat pulunu aldığını bildirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri O.Əsədov və A.İbrahimli müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıblar.

Şəxsi axtarış zamanı O.Əsədovdan və A.İbrahimlidən narkotik vasitə olan heroin və metamfetamin aşkar edilərək götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 182.3.2 və 234.4.3-cü maddələri ilə cinayət işi başlanıb.

Hadisə   Baxılıb: 1968   Tarix: 15 aprel 2019  

Şikayətiniz varsa Whatsapp: 055 6620257

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR